Miokard infarktında ürək markerlərinin təyini

Contents[Hide]

 

1. İ. Laborator test: Troponin

  1. Mİ-dan sonra səviyyəsinin artması: 3-6 saat ərzində baş verir
  2. Qanda səviyyəsinin pik (zirvə) həddə çatması: 20 saat sonra
  3. Qanda səviyyəsinin yüksək qaldığı müddət: 14 gün (adətən 7-14 gün sonra normaya qayıdır səviyyəsi)
  4. Altvahidlər
    1. Troponin T: Böyrək çatışmazlığı olan xəstələrdə də səviyyəsi artmış olur.
    2. Troponin İ: Daha spesifikdir və böyrək xəstəliyində səviyyəsi artmamış olur.

2. İİ. Laborator test: Kreatinin Fosfokinaza (CPK)

  1. Səviyyəsinin qalxması: miokardın zədələnməsindən 4-6 saat sonra baş verir
  2. Qanda səviyyəsinin pik (zirvə) həddə çatması: 12-24 saat ərzində baş verir
  3. Qanda səviyyəsinin yüksək qaldığı müddət: 3-4 gün
  4. Altvahidlər (əgər CPK artıbsa, noun CK-MB fraksiyasını təyin edin)
    1. CK-MB Fraksiyası (48 saat ərzində səviyyəsi yüksək qalır və sonra normaya qayıdır)
    2. CPK-nin 5%-dən çoxunu CK-MB təşkil etməsi, miokardan zədələnməsinə dəlalət edir
    3. İnfarkt keçirmiş xəstələrdə təkrar infarktın baş verdiyini təsdiq etmək üçün məhz CK-MB-nin səviyyəsi təkrar yoxlanır. Buna səbəb CK-MB-nin infarktdan sonra daha tez (2-3 gündən sonra) normaya qayıtmasıdır. Troponinlərin səviyyəsi təxminən 14 gün yüksək qaldığı üçün onlar təkrar infarktın müəyyən edilməsi üçün istifadə edilmir.

3. İII. Laborator test: Mioqlobin

  1. Üstünlüyü: Miokardın zədələnməsində panda səviyyəsi ilk artan markerdir
  2. Əlverişsizliyi: Spesifikliyi azdır (lakin neqativ olduqda, differensiasiyaya yardım etmiş olur)
  3. Qanda səviyyəsi artmağa başlayır: 1-2 saatdan sonra
  4. Qanda səviyyəsinin pik (zirvə) həddə çatması: 4-6 saat ərzində
  5. Qanda səviyyəsinin yüksək qaldığı müddət: 1-2 gün (adətən 24 saatdan sonra normaya qayıdır).

4. İV. Laborator test: Qlutamik oksaloasetik transaminaza (AST, SGOT)

  1. Qanda səviyyəsinin pik (zirvə) həddə çatması: 24-36 saat ərzində
  2. Qanda səviyyəsinin yüksək qaldığı müddət: 5 gün

5. V. Laborator test: Laktat Dehidrogenaza (LDG)

  1. Qanda səviyyəsinin pik (zirvə) həddə çatması: 24-48 saat ərzində
  2. Qanda səviyyəsinin yüksək qaldığı müddət: 14 gün