TƏRİFLƏR.
- Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən probiotiklərin tərifi: insan orqanizminə müvafiq miqdarda daxil edildikdə onun sağlamlığına fayda verən "canlı mikroorqanizmlər".
- Normal bağırsaq florasını təşkil edən və patogen olmayan qram-pozitiv və qram-neqativ bakteriyalar, habelə göbələklər probiotiklərə aid edilir.
- Probiotiklər gidaya əlavə hesab edilir və ümumiyyətlə təhlükəsiz hesab olunur. Lakin, probiotiklər dərman olmadığından onların istehsalı və istifadəsinə nəzarət fərqlidir. Bu səbəbdən də həkimlər probiotiklərin istifadəsində ehtiyyatlı olmalıdır.
- Probiotik orqanizmlər əsasən fermentasiya olunmuş gida məhsullarında (məs., qatıq, xama, yoqurt və s.) rast gəlinin bakteriyalarla eynidir. Digər probiotik preparatlarda olan orqanizmlər bağırsaqda rast gəlinən bakteriyalarla eynidir.
- Geniş yayılmış probiotik preparatlarında aşağıdakı mikroorqanizmlər rast gəlinir:
- Bifidobacteriyalar
- Streptokokklar
- E.coli
- Enterokokklar
- Çöplər
- Bəzi probiotik preparatlarında göbələk qrupuna aid edilən Saccharomyces boulardii rast gəlinir.
- Probiotik preparatlarda ya tək mikroorqanizm, ya da bir neçə mikroorqanizmin kombinasiyası ola bilər.
PATOFİZİOLOGİYA.
- Düşünülür ki, probiotiklərin müsbət təsiri bağırsaq mikroflorasında balansın bərpa olunması ilə bağlıdır. Həmin faydalı mikroorqanizmlər zərərli mikroorqanizmlərlə gida elementləri uğrunda rəğabət aparır.
- Probiotiklərin immunmodulyatorluq funksiyası isə bağırsaq enterositləri arasında sıx birləşmələrin yaradılması, immunqlobulin A-nin ifrazı, sitokinlərin stimullaşdırılması ilə lokal immun müdafiə mexanizmlərinin gücləndirilməsi və həmçinin müdafiəedici gida maddələri rolunu oynayan bir sıra substansiyaların (məs., arginin, qlutamin və qısa-zəncirli yağ turşuları) istehsalından ibarətdir.
DİAQNOSTİKA.
- Tək və ya çox mikroorqanizmli probiotik və ya bakterial probiotik və ya göbələk probiotikinin istifadəsi ümumiyyətlə probiotiklərə olan göstərişdən və həmçinin probiotikin profilaktika və ya müalicə məqsədilə istifadəsindən asılıdır.
- Aşağıda verilmiş probiotiklər müvafiq hallarda effektiv olmuşdur:
- Lactobacilli - infeksion diarreya, antibiotik mənşəli diarreya, atopik dermatit, urogenital infeksiyalar.
- Saccharomyces - C.difficile səbəbli diarreya.
- Lactobacilli, bidifobacteria və streptokokkların kombinasiyalı terapiyası: qıcıqlanmış bağırsaq sindromu, pouçit (bağırsaq ilməsindən çıxarılmış rektumun rezervuar funksiyasını yerinə yetirmək üçün yaradılmış bağırsaq cibinin iltihabı).
ÜMUMİ TƏDBİRLƏR.
- Oral probiotiklərin dozaları koloniya formalaşdıran vahidlər kimi təsvir edilir.
- Hazırda uşaqlarda istifadə üçün probiotiklərin dozaları məlum deyil.
- Böyüklərdə isə oral probiotiklər 1-10 milyard KFV (koloniya formalaşdıran vahid) dozada gündə iki dəfə və ya həftədə 1-2 dəfə istifadə edilə bilər.
- Uşaqlarda isə adətən böyüklərə verilən dozanın yarısı, körpələrdə isə dozanın 1/4 hissəsi istifadə edilə bilər.
- Probiotiklərin istifadəsi ilə bağlı böyüklərdə və uşaqlarda toksiklik müəyyən edilməyibdir.
XƏSTƏLƏRİN MONİTORİNQİ.
- Probiotiklərin tərkibi canlı mikroorqanizmlər olduğundan onlar bəzi hallarda, xüsusilə də, selikli gişa epitelisi zədələnmiş xəstələrdə, invaziv infeksiyalara səbəb ola bilər.
- Bakterial probiotiklərin istifadəsi ilə bağlı bakteremiya halları çox nadirdir. Lakin, buna baxmayaraq, damardaxili mərkəzi venoz kateterləri olan, uzunmüddətə hospitalizasiya olunmuş və ya bağırsağın selikli gişasının tamlığı pozulmuş uşaqlarda probiotiklərin istifadəsi düşünülmüş tərzdə aparılmalıdır.
- Aparılmış tədqiqatlardan məlumdur ki, yenidoğulmuşlarda atopik dermatitin profilaktikası məqsədilə probiotik qəbul edən hamilə qadınlarda və ya diarreyanın profilaktikası üçün probiotik qəbul edən HİV xəstələrdə, heç bir yan fəsadlar və ya ağırlaşmalar müəyyən edilməmişdir.
DAVAMLI MÜAYİNƏ.
- Probiotiklərin istifadəsinə dair araşdırmalara davam etdirilir. Hansısa konkret probiotiklərin istifadəsi müvafiq pozuntular və ya xəstəliklərdə faydalı ola bilər. Lakin, bu o demək deyil ki, probiotiklər bütün hallarda faydalıdır.
- Bir çox kliniki randomizə olunmuş plasebo ilə kontrol olunmuş tədqiqatlarda probiotiklərin effektivliyi aşağıdakı hallarda təsdiq edilmişdir:
- Pediatrik xəstələrdə infeksion diarreyanın müddətini qısaldır. Rotavirus infeksiyası səbəbindən də baş verən diarreya zamanı probiotiklər ishalın müddətini qısaldır.
- PO və İV antibiotik alan uşaqlarda antibiotik səbəbindən yaranan ishalı azaldır:
- Uşaq və böyüklərdə qıcaqlanmış bağırsaq sindromunun müalicəsi və profilaktikasında geniş istifadə edilir.
- Rezervuar funksiyasını təmin etmək üçün distal nazik bağırsaqdan yaradılmış cibin iltihabın (pouçit) müalicəsində probiotiklər faydalıdır.
- Atopik dermatit (ekzema) olan xəstələrin müalicəsində də probiotiklərin faydası vardır.
- Hazırda probiotiklər aşağıdakı xəstəlikləri olanlarda da istifadə edilir. Lakin, həmin xəstəliklərdə onların effektivliyi dəqiq məlum deyil və araşdırma obyektidir:
- Nekrozlu enterkolitin profilaktikasında
- Xoralı koliti olan xəstələrdə remissiyanın davamlığının təmin edilməsində
- Atopik dermatit (ekzema), rinit və astmanın müalicəsində
- H.pilori bakteriyasına qarşı aparılan antibiotik terapiyaya tolerantlığın artırılmasında
- Sidik-cinsiyyət sistemi infeksiyaları, o cümlədən, sidik yolları infeksiyaları və kandidiazın profilaktikasında
- Diş kariyesinin profilaktikasında
1. TEZ-TEZ SORUŞULAN SUALLAR.
- SUAL: Qatıq (yoqurt) probiotik qədər effektivdirrmi?
- CAVAB: Probiotiklərdə olan mikroorqanizmlər bəzi gida məhsullarında, o cümlədən, qatıqda da olur. Lakin, qatıqda (yoqurt) həmin mikroorqanizmlərin dozası terapevtik effekt verə biləcək qədər olmaya bilər. Həmçinin, gida məhsullarının emalı, hazırlanması və saxlanması qatıq və digər oxşar gida məhsullarında probiotik mikroorqanizmlərin canlılığına və koloniya formalaşdıran vahidlərin sayına təsir etmiş olur. Xüsusilə hazırlanmış probiotik preparatlarında isə probiotik mikroorqanizmlərin sayı və koloniya formalaşdıran vahidlərin sayı dəyişməz olur. Probiotik preparatlarda probiotik mikroorqanizmlərin dozası daha yüksək olur. Beləliklə, probiotikin bir kapsulunda olan dozanı əldə etmək üçün xəstə xeyli miqdarda qatıq yeməlidir ki, bu da real deyil.
- SUAL: Probiotik və prebiotik gida əlavələri arasında fərq nədir?
- CAVAB: Probiotik preparatlarında canlı mikroorqanizmlər olur. Prebiotiklər isə sadəcə probiotik mikroorqanizmlərin inkişafına yardım edən substansiyalardan ibarətdir. Ən geniş yayılmış prebiotik isə frukto-oliqosaxaridlər və qalakto-oliqosaxaridlərdir ki, bunlar da döş südündə rast gəlinir.