1. İ. Laborator test: Troponin
- Mİ-dan sonra səviyyəsinin artması: 3-6 saat ərzində baş verir
- Qanda səviyyəsinin pik (zirvə) həddə çatması: 20 saat sonra
- Qanda səviyyəsinin yüksək qaldığı müddət: 14 gün (adətən 7-14 gün sonra normaya qayıdır səviyyəsi)
- Altvahidlər
- Troponin T: Böyrək çatışmazlığı olan xəstələrdə də səviyyəsi artmış olur.
- Troponin İ: Daha spesifikdir və böyrək xəstəliyində səviyyəsi artmamış olur.
2. İİ. Laborator test: Kreatinin Fosfokinaza (CPK)
- Səviyyəsinin qalxması: miokardın zədələnməsindən 4-6 saat sonra baş verir
- Qanda səviyyəsinin pik (zirvə) həddə çatması: 12-24 saat ərzində baş verir
- Qanda səviyyəsinin yüksək qaldığı müddət: 3-4 gün
- Altvahidlər (əgər CPK artıbsa, noun CK-MB fraksiyasını təyin edin)
- CK-MB Fraksiyası (48 saat ərzində səviyyəsi yüksək qalır və sonra normaya qayıdır)
- CPK-nin 5%-dən çoxunu CK-MB təşkil etməsi, miokardan zədələnməsinə dəlalət edir
- İnfarkt keçirmiş xəstələrdə təkrar infarktın baş verdiyini təsdiq etmək üçün məhz CK-MB-nin səviyyəsi təkrar yoxlanır. Buna səbəb CK-MB-nin infarktdan sonra daha tez (2-3 gündən sonra) normaya qayıtmasıdır. Troponinlərin səviyyəsi təxminən 14 gün yüksək qaldığı üçün onlar təkrar infarktın müəyyən edilməsi üçün istifadə edilmir.
3. İII. Laborator test: Mioqlobin
- Üstünlüyü: Miokardın zədələnməsində panda səviyyəsi ilk artan markerdir
- Əlverişsizliyi: Spesifikliyi azdır (lakin neqativ olduqda, differensiasiyaya yardım etmiş olur)
- Qanda səviyyəsi artmağa başlayır: 1-2 saatdan sonra
- Qanda səviyyəsinin pik (zirvə) həddə çatması: 4-6 saat ərzində
- Qanda səviyyəsinin yüksək qaldığı müddət: 1-2 gün (adətən 24 saatdan sonra normaya qayıdır).
4. İV. Laborator test: Qlutamik oksaloasetik transaminaza (AST, SGOT)
- Qanda səviyyəsinin pik (zirvə) həddə çatması: 24-36 saat ərzində
- Qanda səviyyəsinin yüksək qaldığı müddət: 5 gün
5. V. Laborator test: Laktat Dehidrogenaza (LDG)
- Qanda səviyyəsinin pik (zirvə) həddə çatması: 24-48 saat ərzində
- Qanda səviyyəsinin yüksək qaldığı müddət: 14 gün