GİRİŞ.
Uşaqlar arasında qarın ağrısı çox tez-tez müşahidə edilən, qeyri-spesifik bir simptomdur və adətən qastroenterit və digər virus infeksiyaları ilə əlaqələndirilir. Lakin, qarın ağrısı ilə daxil olmuş uşağın müayinəsində həkimin əsas vəzifəsi qarın ağrısına səbəb olmuş aşağıdakı halların müəyyən edilməsidir:
- Ağır, həyata potensial təhlükə olan hallar, o cümlədən, appendisit və ya bağırsaq obstruksiyası (məs., volvulus və ya bağırsaq burulması, bağırsağın invaginasiyası və ya qarındaxili bitişmələr).
- Spesifik müalicə tələb edən infeksiyalar (məs., streptokokk mənşəli faringit, sidik yolları infeksiyası və ya pnevmoniya).
- Az yayılmış xəstəliklərin qeyri-tipik klinikası (məs., Hirşprunq xəstəliyi və ya nefrotik sindromla müşaiyət olunan birincili bakteriyal peritonit).
- Qarın ağrısına səbəb olan hallar bir çox hallarda müvafiq yaş qruplarında daha çox təsadüf edir (məs., bağırsaq burulması/volvulus daha çox yenidoğulmuşlarda, bağırsaq invaginasiyası isə körpələr və kiçik yaşlı uşaqlarda).
- Körpələr və uşaqlar çox vaxt simptomları lokalizasiya və ya təsvir etməyi bacarmır. Bununla yanaşı onlar çox vaxt həyacanlı olur və bu da müayinəni daha da çətinləşdirir və mühüm simptomların aşkar edilməsinə maneə törədir.
Əksər uşaqlarda qarın ağrısının etiologiyası diqqətlə toplanmış anamnez, bir dəfə və ya təkrar aparılmış fiziki müayinələr və bəzən isə əlavə spesifik testlərlə müəyyən oluna bilər. Lakin, bəzi hallarda xəstəliyin çox erkən mərhələsində (məs., appendisit) və/və ya atipik əlamətlərlə daxil olmuş və/və ya xəstəliyin subkliniki gedişatına malik olan uşaqlarda ilkin müayinədən sonra dəqiq diaqnozun qoyulması mümkün olmaya bilər. Bu cür hallarda təkrar müayinənin aparılması və həmin xəstələrin müşahidə altında saxlanması xüsusi əhəmiyyət kəsb edə bilər.
SƏBƏBLƏR.
Uşaqlarda kəskin qarın ağrısının səbəbləri aşağıdakı cədvəldə göstərilib. Hər bir səbəbdən baş verən kəskin qarın ağrısına dair daha ətraflı məlumat www.uptodate.az tibbi məlumat bazasında yer almış müvafiq məqalələrdən əldə edilə bilər. Qeyd edilməlidir ki, həyata təhlükə törədən kəskin qarın ağrısı səbəblərinin spesifik kliniki xüssiyyətləri vardır.
- Travma. Qarındaxili (intraabdominal) travmalar həyata təhlükə törədə bilər (məs., bərk orqanların cırılması nəticəsində qanaxma və ya maye itkisi, orqanların işemiyası və boşluqlu orqanın perforasiyası nəticəsində infeksiya). Travmaların baş verməsi mexanizmləri müxtəlifdir - avtomobil qəzaları, yıxılmalar və uşaqlara qarşı zorakı hərəkətlər.
- Obstruksiya və periton qıcıqlanması. Bu əlamətlər ciddi qarındaxili patologiya ilə bağlı ola bilər və təcili diaqnostika və müalicənin aparılmasını tələb edir. Obstruksiya və/və ya peritonitə səbəb olan hallara aşağıdakılar aiddir:
- Ödlü qusma ilə daxil olmuş yenidoğulmuşlarda - volvulus (bağırsaqların malrotasiyasının ağırlaşması) və nekrotizləşən enterokolit.
- İnvaginasiya (bağırsağın bir hissəsinin içəriyə qabarması və obstruksiyaya və işemiyaya səbəb olması) adətən 2 aydan 2 ilədək olan uşaqlarda çox yayılmış olur. Sancı tipli qarın ağrısı invaginasiyanın tipik xüsusiyyətidir.
- Bütün yaş qruplarında isə appendisit peritonun qıcıqlanmasına və lokal ağrıya səbəb ola bilər. Appendisit adətən >5 yaşdan yuxarı uşaqlarda müşahidə edilir.
- Əvvəllər aparılmış cərrahi müdaxilələr və ya iltihab prosesləri nəticəsində inkişaf etmiş qarındaxili bitişmələr (adqeziyalar), Hirşprunq xəstəliyinin ağırlaşmaları, perforasiya olunmuş xora və birincili bakteriyal peritonit (məs., nefrotik sindromun ağırlaşması kimi) səbəbindən obstruksiyalar uşaqlarda kəskin qarın ağrısının az hallarda müşahidə edilən səbəbləridir.
- Boğulmuş qasıq yırtığı həyata təhlükə törədə bilən qarın ağrısının ekstraabdominal səbəbidir. Miokardit və perikardit də qarın ağrısına nadir qarındankənar səbəbləridir.
- Qarın ağrısına səbəb olan həyata təhlükə törədən sistemli xəstəliklərə diabetik ketoasidoz və hemolitik uremik sindrom da daxildir.
- Menarxesi (menstruasiyası başlamış) olmuş qız uşaqlarında reproduktiv traktın həyata təhlükə törədən halları da qarın ağrısına səbəb ola bilər - çanağın iltihab xəstəliyi, uşaqlıq borusu-yumurtalıq (tubal yumurtalıq) absesi və partlamış ektopik hamiləlik.
- viruslu qastroenteritlər,
- sistemli virus infeksiyaları,
- streptokokk mənşəli faringit,
- lobar pnevmoniya,
- sidik yollarının infeksiyası.
- kolik ağrılar (yenidoğulmuşlarda) və
- qəbzlik.
- Mədə-bağırsaq xəstəlikləri: iltihablı bağırsaq xəstəliyi (Kron xəstəliyi, xoralı kolit), xolesistit (daha çox hemolitik anemiyası və ya sistik fibrozu olan uşaqlarda və həmçinin yeniyetmələrdə müşahidə edilir), pankreatit, gida proteininə allergiya (körpələr və yenidoğulmuşlar), malabsorbsiya (qida elementlərinin sovrulmasının pozulması), intraabdominal abses (perforasiya olunmuş appendisitdən sonra).
- Mədə-bağırsaq traktından kənar səbəblər: Henox-Şönleyn purpurası (İgA vaskulitidir və adətən ətraflarda və sağrılarda fərqləndirici purpura tipli səpgi ilə müşaiyət olunur), oraq hüceyrəli anemiyada vazooklyuziv kriz, yumurtalıqların burulması, xayanın burulması, urolitiaz (adətən sancı tipli ağrı olur və cinahlarda ağrılıq müşahidə edilir), bəzi törəmələr və toksik maddələrin udulması (məs., qurquşun və ya dəmir).
- Appendisit - göbəkətrafında başlayan və qarının sağ aşağı hissəsinə yayılan ağrı.
- Appeniksin cırılması (erkən), yumurtalığın burulması - kəskin, güclü, lokal ağrı.
- İnvaginasiya - aralıqlı, sancı tipli ağrı.
- Qastroenterit - diffuz və ya küt ağrı
- Hepatit və xolesistit - qarının sağ yuxarı hissəsindən ağrı.
- Qastrit, mədənin xora xəstəliyi - epiqastrik ağrı.
- Pankreatit - davamlı periumbilikal (göbəkətrafı) ağrı, çox vaxt kürəyə radiasiya edən ağrı.
- Yüksək hərarət. Abdominal ağrısı olan uşaqlarda çox vaxt yüksək hərarət də müşahidə edilir. Araşdırmalar göstərmişdir ki, qarın ağrısı səbəbindən müayinə olunan uşaqların 60-64%-də yüksək hərarət olmuşdur. Appendisiti olan uşaqlarda çox vaxt hərarət olur. Abdominal ağrı və hərarəti olan uşaqların böyük hissəsində buna səbəb infeksion xəstəliklər, o cümlədən də, qastroenterit, virus mənşəli sindromlar və faringit olur. Abdominal ağrı ilə müşaiyət olunan bakteriyal infeksiyalara aşağıdakılar aiddir:
- Streptokokk mənşəli faringit (çox vaxt boğaz ağrısı, baş ağrısı və qusma). Düzdür, virus mənşəli farinqiti olan uşaqlarda da abdominal ağrı olur.
- Sidik yollarının infeksiyası (bəzən qusma və ya daha az hallarda ishalla müşaiyət olunur).
- Ağciyərin aşağı payının pnevmoniyası (adətən həmin uşaqlarda respirator simptomlar, məs., taxipniye və ya öskürək müşahidə edilir, lakin qarın palpasiyada ağrısız olur).
- Çanağın iltihab xəstəliyi (menarxesi olmuş qız uşaqları, cinsəl aktivliyi olan uşaqlar).
- Qusma. Abdominal ağrısı olan uşaqlarda çox vaxt qusma da müşahidə edilir. Aparılmış tədqiqatlardan məlumdur ki, abdominal ağrısı olan uşaqların 42%-də qusma epizodu olub. Qusma və abdominal ağrısı olan uşaqların (xüsusilə də, ishal olmadıqda) müayinəsi çox diqqətlə və əhatliklə aparılmalıdır ki, həyata təhlükə törədə bilən hallar (bağırsaq obstruksiyası, appendisit) istisna edilsin.
- Ödlü qusma və abdominal ağrısı olan yenidoğulmuşlarda volvulus və ya bağırsağın burulması istisna edilməlidir.
- İnvaginasiyası olan uşaqlarda qusma (ilkin olaraq ödsüz olur, lakin obstruksiya inkişaf etdikcə qusma ödlü olur) ağrı epizodundan sonra baş verir.
- Nazir bağırsaq obstruksiyası bir çox xəstəliklər səbəbindən inkişaf edə bilər. Məsələn, postoperativ ə ya iltihablı proseslərdən sonra inkişaf etmiş qarındaxili bitişmələr obstruksiyaya səbəb ola bilər.
- Ürək bulanması və qusma adətən appendisiti olan uşaqlarda rast gəlinir.
- İshal. Aşağıdakı hallar ishal (diareya) ilə müşaiyət oluna bilər:
- İshal və abdominal ağrı ilə daxil olan uşaqlarda adətən viruslu qastroenterit olur.
- Sidik yollarının infeksiyası ishala səbəb ola bilər.
- Diareya (adətən selikli nəcis olur; sulu ishal çox az hallarda baş verir) kəskin appendisit və çox vaxtıda məhz absesləşmiş appendisit hallarında müşahidə edilir.
- İnvaginasiyası olan uşaqlarda qanlı nəcis və bəzən də selikli nəcis (qarağat jelesinə bənzər) müşahidə edilə bilər. Bəzi uşaqlar invaginasiyadan öncə viruslu (çox vaxtı da adenovirus mənşəli) qastroenterit keçirmiş olur.
- Qanlı ishal infeksion enterit, hemolitik-uremik sindrom (HUS) və ya iltihablı bağırsaq xəstəliyinə dəlalət edə bilər.
- Əvvəllər abdominal əməliyyat keçirmiş uşaqlarda qarındaxili bitişmələr (adqeziyalar) səbəbindən bağırsaq obstruksiyası inkişaf edə bilər.
- Hirşprunq xəstəliyi olan uşaqlarda obstruksiya və sürətli (fulminant) enterokolit inkişaf edə bilər.
- Bir sıra xəstəliklərdən əziyyət çəkən (məs., oraq hüceyrəli anemiya və ya sistik fibroz) uşaqlar və ya yeniyetmələrdə abdominal ağrının səbəbi xolesistit ola bilər.
- Abdominal ağrı həm də oraq hüceyrəli anemiyası olan uşaqlarda vazooklyuziv (damarların oraq hüceyrəli eritrositlərlə tıxanması və bu səbəbdən işemiyanın yaranması) krizin təzahürü ola bilər. Qeyd edilməlidir ki, vazooklyuziv krizi olan uşaqların vəziyyəti aparılan hidratasiya (maye infuziyası) və analgeziya nəticəsində adətən yaxşılaşır. Vazooklyuziv kriz hallarında xəstələrdə peritonun qıcıqlanması əlamətləri, ürək bulanma və qusma da müşahidə edilə bilər. Lakin, bununla yanaşı uşaqlarda abdominal ağrının digər kəskin səbəbləri də istisna edilməlidir (xüsusilə də, ağrının lokalizasiyası və xüsusiyyəti, hidratasiya ilə vəziyyəti yaxşılaşmayan uşaqlar).
- Diabetik ketoasidozu olan uşaqlarda da abdominal ağrı ola bilər.
- Nefrotik sindromu olan uşaqlarda tez-tez birincili bakteriyal peritonit inkişaf edə bilər ki, bu da abdominal ağrı ilə özünü biruzə verir.
- Yüksək həratət infeksiyaya (məs., qastroenterit, sidik yollarının infeksiyası, pnevmoniya, faringit) dəlalət edir. Düzdür, appendisiti olan uşaqların bir çoxunda yüksək hərarət olmaya da bilər. Ümumiyyətlə, appendisitə şübhə olan uşaqlarda hərarət heç də spesifik və ya yüksək həssaslığa malik simptom deyildir.
- Taxipnoye respirator xəstəliyin (məs., pnevmoniya) və ya metabolik asidozun (qastroenterit, diabetik ketoasidoz, peritonit və ya bağırsaq obstruksiyası səbəbindən dehidratasiyas olunmuş uşaqlarda tənəffüsün tezləşməsi) əlaməti ola bilər.
- Kəskin abdominal ağrısı olan uşaqda hipotenziya ya damardaxili maye həcminin itirilməsi (məs., travma nəticəsində qanaxma, qastroenterit və ya volvulus və ya invaginasiya səbəbindən inkişaf etmiş bağırsaq obstruksiyası hallarında kapilyarların keçiriciliyinin patoloji dərəcədə yüksəlməsi və mayenin interstisial sahəyə sızması), ya da peritonit (məs., perforasiya olunmuş appendisit) səbəbindən inkişaf edə bilər.
- Qarının gərginliyi obstruksiya və ya qarındaxili kütlə səbəbindən ola bilər.
- Bağırsaq küyləri azalmış (məs., appendisit səbəbindən peritonun qıcıqlanması nəticəsində inkişaf etmiş ileus) və ya artmış (məs., qastroenterit və ya bağırsaq obstruksiya) ola bilər.
- Ağrının lokalizasiyasını təyin etmək üçün qarının bütün hissələri nəzakətlə palpasiya olunmalıdır. Aşağıdakılar nəzərdən keçirilməlidir:
- Uşaqlardan qarında ən ağrılı yeri barmaq göstərməyi xahiş etmək olar.
- Hər palpasiyada eyni yerin ağrılığı qarındaxili iltihablı prosesdən xəbər verə bilər.
- Qarının da iştirakı ilə dərindən nəfəs almağı bacara bilən, qarının palpasiyasında lokal ağrılığı olmayan və ekstraabdominal əlamətləri olmayan uşaqlarda qarın ağrısı çox az hallarda ciddi səbəblərlə bağlı olur.
- Yuxarı yaşlı uşaqlarda abdominal ağrının lokalizasiyasını daha dəqiq təyin etmək üçün palpasiya başın yataqdan qaldırılması ilə yanaşı aparıla bilər.
- Əlin çəkilməsində qarın ağrının artması, perkusiyya zamanı ağrı hissi və qarın əzələlərinin iradəsiz yığılması çox vaxtı peritonun qıcıqlanmasına dəlalət edir (məs., appendisit və ya xolesistit hallarında). Perkussiya zamanı digər əlamətlərdə müəyyən edilə bilər: timpanit (bağırsaqların genişlənməsi), kütləşmə (kütlə) və dəyişkən kütləşmə (assit).
- Rektumda bərk nəcisin müəyyən edilməsi qəbzlik diaqnozunu dəstəkləsə də, heç də 100% qarın ağrısının məhz bu səbəbdən olduğunu təsdiq etmir.
- Nəcisda qan bir çox xəstəliklərlə bağlı ola bilər - invaginasiya, iltihablı bağırsaq xəstəliyi, qida proteini allergiyası, infeksion enterit və anal çatla müşaiyət olunan qəbzlik.
- Rektal müayinədi çox az hallarda uşaqlıq və ya artımlarda (çanağın yan divarlarında) ağrı hissi və ya kütlənin olması (qarın ağrısının ginekoloji səbəbindən xəbər verir) qeyd oluna bilər.
- Faringiti olan uşaqlarda udlağın qızartısı və/və ya eksudat.
- Pnevmoniyadan xəbər verən simptomlara ağciyərlərin auskultasiyasında xırıltıların, tənəffüs küylərinin zəifləməsi və ya eqofoniyanın eşidilməsi aiddir.
- Ürək tonlarının kütləşməsi və ya sürtünmə küyü perikarditlərdə müşahidə edilir. At çapması ritmi isə miokarditlərdə müəyyən edilə bilər. Taxikardiya isə hər iki xəstəlikdə müəyyən edilə bilər.
- Cinahlarda ağrılıq hissi piyelonefrit və ya urolitiazın əlaməti ola bilər.
- Xayalığın ağrılığı və şişməsi xayanın burulması və ya boğulmuş qasıq yırtığından xəbər verə bilər.
- Bədən üzərində göyərmələr travmadan xəbər verə bilər. Petexiyalar və/və ya purpura adətən Henox-Şönleyn purpurasında (İgA vaskulit) müəyyən edilir.
- Skarlatina və ya Henox-Şönleyn purpurasında xarakterik səpgi müəyyən edilə bilər.
- Hepatit, obstruksiya ilə müşahidə edilən öd kisəsi xəstəliyi və ya hemoliz (məs., oraq hüceyrəli anemiya) hallarında sarılıq müşahidə edilə bilər.
- Qanın ümumi analizi və leykoformula. Qanın analizində leykositlərin artması infeksiya və ya iltihabdan (məs., appendisit) xəbər verir. Lakin, leykositlərin normal olması heç də infeksiya və ya iltihablı prosesləri istisna etmir. Leykositlərin >20.000-dən çox olması perforasiya olunmuş appendisit, appendiksin absesi və ya lobar pnevmoniya ehtimalıni artırmış olur.
- Hematokrit - Qanaxması olan uşaqlarda daxil olarkən mütləq hematokrit əldə edilməli və ardıcıl Hct-in yoxlanmalarında müqayisə üçün istifadə edilməlidir. Qırmızı qan hüceyrələrin qeyri-normal morfologiyası ilə müşaiyət olunan anemiya adətən hemoqlobinopatiyalar (oraq hüceyrəli) və hemolitik uremik sindromda (mikroangiopatiya) müşahidə edilir. Hemolitik-uremik sindromu olan uşaqlarda həm də trombositopeniya müəyyən edilir.
- Biokimyəvi analizlər. Yuxarı abdominal ağrısı olan uşaqlarda qaraciyər fermentləri və ya amilazanın səviyyəsinin artması hepatit, xolesistit və ya pankreatitə dəlalət edə bilər. Metabolik asidoz çox vaxt dehidratasiya, bağırsaq obstruksiyası, peritonit və ya diabetik ketoasidoz hallarında müşahidə edilir. Asidozu olan xəstələrdə yanaşı qanda şəkərin artması da DKA diaqnozuna dəlalət edir.
- Qarın ağrısı ilə müayinə olunan uşaqlar əksəriyyətində sidiyin analizi də təyin edilməli və sidikdə qan, nitritlər, leykosit esteraza, qlyukoza, ketonlar və proteinin olub olmaması müəyyənləşdirilməlidir. Hematuriya adətən urolitiaz, Henox-Şönleyn purpurası (İgA vaskulit), hemolitik uremik sindrom və sidik yollarının infeksiyası ilə bağlı olur. Piyuriya adətən sidik yolları infeksiyasına dəlalət edir, lakin bəzi hallarda appendisiti olan xəstələrdə sidikdə az sayda leykositlər (10-20 leykosit/görmə sahəsində) də müəyyən edilə bilər. Düşünülür ki, appendisiti olan xəstələrin sidiyində leykositlərin olması sidik kisəsinin iltihab prosesi ilə qıcıqlanması ilə bağlıdır. DKA (diabetik ketoasidoz) olan uşaqların sidiyində qlyukozuriya və ketonuriya müşahidə edilə bilər. Nefrotik sindromla bakteriyal peritoniti olan uşaqlarda sidikdə proteinuriya aşkar edilir.
- Menarxesi olmuş qız uşaqlarında abdominal ağrının müayinəsi zamanı sidikdə hamiləliyin yoxlanması da nəzərdən keçirilməlidir.
- Boğazdan əkmə və sürətli streptokokk antigeni testi. Faringit və abdominal ağrısı olan uşaqlarda qrup A beta hemolitik Streptokokk infeksiyasının istisna edilməsi üçün boğazdan əkmə və/və ya sürətli streptokokk antigen testi təyin edilməlidir.
- Bəsit radioqrafiya.
- Abdominal rentgen filmlərində obstruksiyanın (məs., hava-maye səviyyələri, bağırsaqların genişlənməsi) və ya perforasiyanın (məs., qarın boşluğunda sərbəst hava) əlamətləri müəyyən edilə bilər. Maye ilə dolu nazik bağırsaq ilmələri adətən qastroenteritdə müşahidə edilir. Qarının sağ aşağı hissəsində fekalitin müəyyən edilməsi kəskin appendisit diaqnozuna dəlalət edir. Qəbzlik səbəbindən kəskin qarın ağrısı olan uşaqlarda bəsit rentgen filmlərdə bağırsaqlarda xeyli nəcisin olduğu müəyyən oluna bilər. Rentgen filmdə bağırsaqların mənfəzində ən azı orta miqdarda nəcisin olmaması kəskin qarın ağrısının səbəbi kimi qəbzliyi istisna edir.
- Orta bağırsağın Volvulusu diaqnozu nəzərdən keçirilən uşaqlarda yuxarı mədə-bağırsaq traktının bariumla müayinəsi ən faydalı diaqnostik müayinə metodudur. Bu metod duodenumun vizualizasiyasına imkan verir.
- Obstruksiya və ya qarın daxili kütlə bəsit rentgen filmələrində görünə bilər. Lakin, invaginasiyanın diaqnostikası üçün USM ən yaxşı metod hesab edilir. Bununla yanaşı kontrastla imalə (hava və ya bariumla) də invaginasiyanın diaqnostikası və korreksiyası üçün tətbiq oluna bilər.
- Döş qəfəsinin bəsit rentgen filmində lobar pnevmoniya və ya miokarditin əlamətləri (kardiomeqaliya) müəyyən edilə bilər.
- Ultrasəs müayinəsi.
- Öd kisəsi daşları və cinsiyyət-sidik sisteminin xəstəliklərinin (məs., yumurtalığın burulması, partlamış yumurtalıq kistası, xayanın burulması) diaqnostikasında US müayinəsinə üstünlük verilir.
- İnvaginasiya da US müayinəsi ilə diaqnostika oluna bilər.
- US müayinəsində volvulusa dəlalət edən əlamətlərə aşağıdakılar aiddir: superior mezenterik venanın qeyri-normal lokalizasiyası, volvulusa dəlalət edən "burulğan" əlaməti (damarların müsariqənin ayaqcığı ətrafında burulması nəticəsində baş verir) və duodenumun genişlənməsi (Ladd zolaqları ilə duodenumun obstruksiyası). US müayinəsinin normal olması malrotasiyanı istisna etmir.
- US ilə appendisitin diaqnostikası həm həkimin təcrübəsi, həm də xəstənin bədən kütlə indeksindən asılıdır. US müayinəsində appendiksin vizualizasiya olunması bu metodun həssaslığı və spesifikliyini artırmış olur.
- FAST və ya qarının fokuslu US müayinəsi adətən travma zamanı tətbiq edilir. Bu metod vasitəsilə qarın daxilində sərbəst maye (adətən qan) müəyyən edilə bilər. Hipotenziyası olan travma almış xəstələrdə təcrübəli mütəxəssis tərəfindən aparılmış FAST US müayinəsinin neqativ olması massiv qarındaxili qanaxmanı istisna etmiş olur.
- KT görüntüləməsi. Kontrastla aparılan KT görüntüləməsi kəskin qarın ağrısı olan uşaqların müayinəsində çox faydalıdır və geniş istifadə edilir. Xüsusilə də, kəskin qarın ağrısının differensial diaqnostikası geniş olduqda (appendisit, pankreatit, qarındaxili kütlə, intraabdominal abses) KT görüntüləməsinin aparılması daha məqsədə uyğundur. Appendisitin diaqnostikasında KT-nin həssaslığı >90%-dən yuxarı və spesifikliyi 85-90% olur. Böyüklərdə aparılmış araşdırmalar göstərib ki, appendisitin diaqnostikasında həm kontrastsız KT, həm də kontrastlı KT (oral, İV) istifadə edilə bilər. Lakin, KT-nin təyin edilməsindən öncə US müayinəsinin aparılması və cərrahın konsultasiyasının əldə edilməsinə daha çox üstünlük verilir. Bütün hallarda KT-nin təyin edilməsi zamanı kliniki faydalığı ilə ionizə olunmuş şüalanmanın təsiri balanslaşdırılmalıdır. Əksər mərkəzlərdə KT görüntüləməsinin ən azı İV kontrastla aparılması tövsiyə edilir.
- Kəskin sancı tipli ağrı və/və ya hematuriyası olan və urolitiaza şübhə olan xəstələrin müayinəsində US və kontrastsız KT-yə üstünlük verilir. US çox vaxt ilkin diaqnostik metod kimi tətbiq edilir. Lakin, KT daha həssasdır və hətta kiçik ölçülü böyrək və ya ureteral daşları müəyyən edə bilir.
- daxil olarkən həyati göstəriciləri qeyri-stabil olan,
- ciddi zədələnmə və ya çoxsaylı travmalar müəyyən edildikdə,
- travmanın ciddi zədələnmələrə səbəb ola biləcək mexanizmi (nüfuz edən travma, ağır küt travma, >6 metr hündürdən yıxılma, qəza zamanı avtomaşından xaric olunma, toqquşma zamanı nəqliyyat vasitəsinin sürəti >45 km/saatdan çox olması).
- FAST və ya travmada abdominal US müayinəsi ilə qarın daxilində sərbəst maye (adətən qan) müəyyən edilə bilər. Bu daha çox böyüklərdə tətbiq olunur və uşaqlarda FAST-ın tətbiqinə dair təcrübə məhduddur.
- Bərk orqanların travmaları adətən abdominal KT ilə müayinə olunur. Boşluqlu orqanların perforasiyası isə bəsit rentgen filmlərdə də müəyyən edilə bilər (sərbəst hava). Lakin, qeyd edilməlidir ki, rentgen filmlərin normal olması heç də perforasiyanı tam istisna etmir.
- obstruksiya əlamətləri (məs., abdominal gərginlik və/və ya ödlü qusma),
- əvvəllər keçirilmiş abdominal cərrahi müdaxilələr (qarındaxili bitişmələr obstruksiyaya səbəb ola bilər),
- peritonun qıcıqlanması (məs., qarının bərkiməsi, qarının palpasiyası zamanı əlin çəkilməsində ağrının artması).
- Obstruksiya. Bağırsaq obstruksiyası nəticəsində həyata təhlükə törədə bilən qarın ağrısı səbəblərinə aşağıdakılar aiddir:
- Volvulus və ya bağırsaq burulması (əsasən yenidoğulmuşlarda). Yuxarı mədə-bağırsaq traktının bariumla müayinəsi üstünlük verilən diaqnostik görüntüləmə metodudur. US müayinəsində malrotasiyaya (yəni bağırsağın ana bətnində olan zaman düzgün burulmaması) şübhəni artıran tapıntılar aşkar edilə bilər. Lakin, normal US müayinəsi heç də diaqnozu istisna etmir.
- İnvaginasiya (adətən 2 aydan 2 yaş arası uşaqlarda). Qarının bəsit rentgen filmlərində patologiya adətən aşkar edilmir, lakin bir çox hallarda bağırsaq obstruksiyası əlamətləri, invaginasiya ilə bağlı kütlə effekti və ya yoğun bağırsaqda qazın olmaması ilə müşaiyət olunan bağırsaq ilmələrinin genəlməsi müşahidə edilə bilər. Diaqnoz adətən US müayinəsi ilə təsdiq oluna bilər. Kontrastla imalənin (hava və ya bariumla) həm diaqnostik, həm də terapevtik (müalicəvi) əhəmiyyəti var və invaginasiyanın korreksiyası üçün istifadə edilə bilər.
- Periton qıcıqlanması. Qarın ağrısı ilə yanaşı periton qıcıqlanması olan uşaqlarda aşağıdakı hallar nəzərdən keçirilməlidir:
- Nekrozlaşan enterokolit vaxtında doğulmuş yenidoğulmuşlarda çox nadir hallarda müşahidə edilir. Vaxtından doğulmuş uşaqlarda nekrozlaşan enterokolit adətən müsariqənin zəif perfuziyasına səbəb olan digər xəstəliklər (məs., anadagəlmə ürək qüsurları) və ya ümumi hipoperfuziya (məs., davamlı ishal) ilə bağlı olur. Abdominal rentgen filmlərində ileus əlamətləri və ya spesifik tapıntılar (məs., pneumatosis intestinalis) müəyyən edilə bilər.
- Appendisit daha çox 5 yaşdan yuxarı uşaqlarda müəyyən edilir, lakin həm də körpələr və daha kiçik yaşlı uşaqlarda da rast gəlir.
- Nadir hallarda udulmuş yad cism mədə-bağırsaq sistemində tıxana və toxumaların zədələnməsinə və ya bağırsaq perforasiyasına səbəb ola bilər. Qeyd edilməlidir ki, yad cismlərin böyük əksəriyyəti (hətta iti ucları olan cismlər) qastro-ezofaqal birləşmədən keçdikdən sonra əksər hallarda problem törətmədən mədə-bağırsaq traktından keçə və nəcislə xaric olunur. Lakin, bəzi hallarda kiçik yad cismlər (məs., maqnitlər) volvulusa, sistemli toksikliyə də səbəb ola bilər.
- İdiopatik nefrotik sindromu olan uşaqlarda xəstəliyin yaxşı kontrol edilməməsi və assitin olması onları spontan bakteriyal peritonitin inkişafına həssas edir.
- Uşaqlar arasında xolesistit və pankreatit çox az hallarda qarın ağrısına səbəb olur. Xolesistiti olan uşaqların böyük qismi adətən >5 yaşdan yuxarı olur və onlarda xolesistitin inkişafına səbəb olan digər patoloji hallar (məs., hemoqlobinipatiyalar və ya sistik fibroz) müəyyən edilir. Uşaqlarda pankreatitin səbəbləri aşağıdakılardan ibarətdir: travma, infeksiya. struktur patologiyalar və bəzi dərmanlar (məs., tetrasiklin, valproat turşusu, steroidlər, L-asparaginaza).
- Mekkel Divertikulu da kəskin qarına bəznər qarın ağrısına səbəb ola bilər. Lakin, Mekkel divertikulu adətən ağrısız rektal qanaxma ilə müşahidə edilir.
- Peptik xoranın perforasiyası uşaqlarda qarın ağrısı və periton qıcıqlanmanın çox nadir səbəbidir.
- Henox-Şönleyn purpura (İgA vaskulit) çox vaxt abdominal ağrıya səbəb olur. Xəstələrdə aşağı ətraflar və sağrılarda adətən ekximoz tipli səpgi müəyyən edilir. Xəstələrdə ağrı bəzən səpgidən əvvəl də yarana bilər. HŞP-nın ağırlaşması kimi invaginasiya da inkişaf edə bilər.
- Streptokokk mənşəli farinqiti olan uşaqlarda da abdominal ağrı müşahidə edilir. Abdominal ağrı həmin uşaqlarda udlağın qıcıqlanması və eksudatla yanaşı ilə müşahidə edilir. Qeyd edilməlidir ki, abdominal ağrı həm də viruslu farinqit hallarında baş verə bilər.
- Aşağı pay pnevmoniyası və ya plevral effuziya da diafraqmanın qıcıqlanmasına və abdominal ağrıya səbəb ola bilər. Bu qrup xəstələrdə adətən yüksək hərarət və döş qəfəsinin müayinəsində patoloji dəyişikliklər aşkar edilir (məs., taxipnoye, burun qənədlərinin genəlməsi, xırıltılar və/və perkussiyada kütləşmə).
- Miokardit və perikardit də abdominal ağrı ilə müşaiyət oluna bilər. Bu patologiyalarda qarın ağrısı ürəyin dəqiqəlik həcminin azalması nəticəsində müsariqənin hipoperfuziyası səbəbindən və ya inkişaf etmiş ürək çatışmazlığı səbəbindən qaraciyərin böyüməsi (qaraciyərdə durğunluq) ilə bağlı ola bilər. Bu cür hallarda ağrı adətən qarının yuxarı sağ hissəsində müəyyən edilir və abdominal palpasiyada qaraciyər kənarının da ağrılı olduğu aşkarlanır.
- Xayanın burulması və ya boğulmuş qasıq yırtıqları da abdominal ağrıya səbəb olur.
- Qarının sağ tərəfində kütlə invaginasiyadan xəbər verə bilər. Düzdür, invaginasiya diaqnozu qoyulmuş uşaqların çoxunda qarının palpasiyasında kütlə müəyyən edilmir.
- Bədxassəli bərk törəmələr bəzi hallarda abdominal ağrıya səbəb ola bilər. Ağrı adətən həmin törəmələrin daxilində qanaxmanın baş verməsi hallarına təsadüf edir. Çox vaxt isə törəmələr ağrısız kütlə kimi müşahidə edilir. Vilms törəməsi və neyroplastoma əsasən körpələrdə, qaraciyər, dalaq və ya retroperitonal limfa düyünlərinin leykemik və ya limfomatoz prosesləri isə daha yuxarı yaşlı uşaqlarda müşahidə edilir. Abdominal ağrının digər səbəblərinə isə qaraciyər törəmələri, yumurtalıq törəmələri, yumşaq toxuma sarkomaları və damar malformasiyaları da aiddir.
- İntraabdominal absesləri olan uşaqlarda adətən yüksək hərarət olur və həmin uşaqların anamnezində əvvəl keçirilmiş abdominal əməliyyat diqqəti çəkir.
- Qəbzlik də palpasiyada kütlə kimi özünü göstərə bilər. Qəbzliyi olan uşaqların müayinəsində diqqəti çəkən əlamətlər aşağıdakılardır: əvvəllərdə qəbzlik hallarının olması, abdominal rentgen filmlərdə bağırsaqlarda çoxlu miqdarda nəcisin olması və digər patologiyalara dəlalət edən simptom və əlamətlərin olmaması.
- Qarının sağ aşağı kvadratında lokal hissiyatlılıq appendisitdən xəbər verə bilər. Düzdür, appendisiti olan uşaqlarda xəstəliyin erkən dövründə lokal hissiyatlılıq olmaya da bilər.
- Yumurtalığın burulmasında qarının aşağı hissələrində ağrı müşahidə edilə bilər. Sağ yumurtalığın patologiyasında lokal hissiyatlılıq sağ tərəfdə olduğundan onun appendisitdən fərqləndirilməsi çətinlik törədə bilər. Xəstələr adətən ürək bulanmasından da şikayət edir. Yumurtalıq burulması adətən yumurtalıq kistası olan xəstələrdə baş verir. Lakin, normal yumurtalıqda da burulma baş verə bilər.
- Xolesistit və pankreatit qarının sağ yuxarı kvadratında və epiqastrik nayihədə və ya periumbilikal hissiyatlılığa səbəb ola bilər.
- Urolitiaz cinahda güclü sancı tipli ağrıya səbəb ola bilər. Bu ağrı qarının aşağı hissəsinə də radiasiya edə bilər. Palpasiyada cinahda və aşağı qarında hissiyatlılıq müəyyən edilə bilər. Piyelonefrit cinahda ağrı ilə yanaşı hərarət və/və ya dizuriyaya səbəb ola bilər.
- Diabetik ketoasidoz (Kussmaul tənəffüsü, meyvəli nəfəs, poliuriya, qlyukozuriya, ketonuriya).
- Hemolitik-uremik sindrom (solğun dəri, petexiyalar, mikroangiopatik anemiya, trombositopeniya, böyrək çatışmazlığı).
- Henox-Şönleyn purpurası (İgA vaskulit).
- Pankreatit (amilaza və lipazanın səviyyəsinin artması).
- Urolitiaz (hematuriya).
- Dəmirlə intoksikasiya (nəcisdə gizli qan, abdominal rentgendə yad cism).
- Hepatit (sarılıq, hiperbilirubinemiya).
- Menarxesi olmuş və cinsəl aktivliyi olan qız uşaqlarında abdominal ağrının digər səbəbi çanağın iltihab xəstəliyi və partlamış ektopik hamiləlik ola bilər. Çanağın US müayinəsi adətən həmin patologiyaları və həmçinin tuboovarian (tubal-yumurtalıq) absesləri müəyyən edə bilir.
- Uşaqlıq daxili hamiləlik menarxesi (ilk menstruasiya) olmuş bütün qız uşaqlarında nəzərdən keçirilməlidir.
- Menstruasiyalar zamanı təkrar baş verən abdominal ağrı dismenorreya səbəbindən baş verə bilər.





