KLİNİK TÖVSİYƏLƏR. Beyin insultunun birincili profilaktikasına dair yenilənmiş tövsiyələr.

Amerika Ürək Assosiasiyası və Amerika İnsult Assosiasiyasının beyin insultunun birincili profilaktikasına dair yenilənmiş klinik tövsiyələri (2014).

Yenilənmiş tövsiyələrdə statin preparatlarının istifadəsi, qan təzyiqinin tənzimlənməsi və qulaqcıqların fibrilyasiyası olan xəstələrdə riskin stratifikasiyasına dair yeni tövsiyələr yer alıb. Bu tövsiyələr 2011-ci ildə verilmiş tövsiyələrin yenilənmiş versiyasıdır. 2014-cü ildə verilmiş klinik tövsiyələrdə aşağıdakı məqamlara xüsusi diqqət yetirilmişdir:

  • 10 il müddətində ürək-damar hadisələrinin baş verməsi riski yüksək olan xəstələrdə həyat tərzinin modifikasiyası ilə yanaşı statin qrupundan olan preparatların qəbulu tövsiyə edilməlidir;
  • Hipertoniyası olan xəstələrdə qan təzyiqi müntəzəm olaraq ölçülməli və monitorinq edilməlidir. Bu qrup xəstələrdə həyat tərzinin modifikasiyası ilə yanaşı dərman terapiyasının təyin edilməsi nəzərdən keçirilməlidir. Xəstələr arasında pre-hipertoniyaya dair skrininq aparılmalıdır. Yəni sistolik qan təzyiqi 120-139 mm c.s. və ya diastolik qan təzyiqi 80-89 mm c.s. olan xəstələrin aşkarlanması təmin edilməlidir.
  • Ürəyin klapan xəstəliyi ilə bağlı inkişaf etmiş atrial fibrilyasiyası olan xəstələrdə CHA2DS2-VASc (ürək çatışmazlığı, hipertoniya, yaşı >75-dən yuxarı, şəkərli diabet, əvvəl keçirilmiş insult, damar xəstəliyi) şkalası üzrə xal 2 və daha çox olduqda və qanaxma riski aşağı olduqda, varfarinlə müalicənin başlanması tövsiyə edlir (hədəf İNR 2.0-3.0).
  • Ürəyin klapan xəstəliyi ilə bağlı olmayan atrial fibrilyasiyası olan xəstələrdə CHA2DS2-VASc (ürək çatışmazlığı, hipertoniya, yaşı >75-dən yuxarı, şəkərli diabet, əvvəl keçirilmiş insult, damar xəstəliyi) şkalası üzrə xal 1 olduqda və qanaxma riski aşağı olduqda, antikoaqulyant, anti-trombotik və ya aspirin terapiyası tələb olunmur. Ürəyin klapan xəstəliyi ilə bağlı olmayan atrial fibrilyasiyası olan xəstələrdə CHA2DS2-VASc (ürək çatışmazlığı, hipertoniya, yaşı >75-dən yuxarı, şəkərli diabet, əvvəl keçirilmiş insult, damar xəstəliyi) şkalası üzrə xal 0 olduqda da antitrombotik terapiyanın aparılması tələb olunmur. 
  • Ürək çatışmazlığı olan, lakin atrial fibrilyasiyası olmayan və ya əvvəllər tromboembolik hadisə baş verməmiş xəstələrdə, antikoaqulyant və ya antitrombositar terapiyanın başlanması məqsədə uyğun sayılır. 
  • Asimptomatik karotid damarların stenozu olan xəstələrə gündəlik aspirin və statin preparatının verilməsi məqsədə uyğundur. 
  • Miqren baş ağrıları olan qadınlara tütünçəkmənin dayandırılması təkidlə tövsiyə edilməlidir. Həmçinin, aura ilə müşayiət olunan aktiv miqreni olan və oral kontraseptivlərdən (xüsusilə də, estrogen tərkibli) istifadə edən qadınlara oral kontraseptivlərin əvəzində digər alternativlərdən istifadə tövsiyə edilməlidir. 
  • Sağlam olan böyüklərə həftədə ən azı 3-4 gün və hər gün ən azı 40 dəqiqə olmaqla orta və yuxarı intensivlikli fiziki aktivliklə məşğul olmaq tövsiyə edilməlidir. 
 
Ateroskleroz mənşəlli Ürək-damar xəstəliyi Riskinin müəyyən edilməsi üzrə alqoritm.
Qeyd edilməlidir ki, ürək-damar xəstəliyinin 10 illik riski aşağıdakılar əsasında müəyyən edilir:
  • Ateroskleroz mənşəlli ürək-damar xəstəliyinin inkişafına dair 10 illik hesablanmış risk xəstələrin yaşı, cinsi və etnik mənsubiyyəti əsasında təyin edilir. 10 illik riski təyin etmək üçün aşağıdakı optimal risk faktorları ilə xəstədə müəyyən edilən faktorlar müqayisə edilir: 
    • Ümumi xolesterol 170 mq/dL,
    • HDL xolesterol 50 mq/dL,
    • Müalicəsiz sistolik arteriyal qan təzyiqi 110 mm c.s.,
    • Şəkərli diabetin olmaması və
    • Tütündən istifadə etməmə.
  • Əgər xəstədə 10 illik riskin 10% olduğu müəyyən edilirsə, bu o deməkdir ki, həmin risk faktorlara malik 100 xəstənin 10-da 10 il ərzində ürək-damar hadisəsi (infarkt və ya insult) baş verir.
(Mənbə: http://tools.cardiosource.org/ASCVD-Risk-Estimator/)
 
 
 


BİBLİOQRAFİYA.
  1. http://tools.cardiosource.org/ASCVD-Risk-Estimator/
  2. Institute of Medicine (US) Committee on Standards for Developing Trustworthy Clinical Practice Guidelines
  3. Clinical Practice Guidelines We Can Trust. Washington, DC:National Academies Press2011.
  4.