Burun sınıqları

Giriş:

 

Burun sınıqları bütün sınıqlar arasında üçüncü,  üz sümüklərinin sınıqları arasında isə birinci yeri tutur. Mərkəzi yerləşməsi və önə çıxıntıli olması buna daha çox şərait yaradır. Burun sınıqları həm ayrıca burun sümüklərinin, həm də burun çəpəri ilə birlikdə baş verə bilər.Eyni zamanda sınıqlar açıq, qapalı, yerinidəyişmiş və yerinidəyişməmiş olur.

 

Etioloqiyası:

 

Burun sınıqlarının ən çox rast gəlinən səbəbi davadır 34%.

Digər ən çox rast gəlinən səbəbləri- müxtəlif qəzalar,yıxılmalar və  idman.Son zamanlar avtomobillərdə istifadə edilən air bag sistemləri ilə   əlaqədar olan burun sınıqları da qeyd edilir.

 

Patofiziologiya:

 

Zərbənin istiqamətindən asılı olaraq burun sınıqlarının forması da fərqlənir.

 

Frontal zərbə sadə burun sınıqları ilə yanaşı xarici burunun tam yastılaşmağina qədər gətirib çıxara bilər.

 

Lateral zərbə nəticəsində bir burun sümüyü, güclü zərbə olarsa hər ikiburun sümüyü və eyni zamanda burun çəpəri də sina bilər.Septal fraqmentlər bir-birinə keçərək repozisiyaya ciddi əngəl ola bilər.

 

Aşağıdan yuxari yönəlmiş zərbələr daha gec rast gəlir. Bu zaman ciddi septal sınıqlar və 4 bucaqlı qığırdağın yerindən çıxması baş verir.

 

Klinikası:

 

Burun travması haqqda anamnez, burun qanaxması (burun sınıqları zamanı tez-tez rast gəlinir),

burun deformasiyası, burun tənəffüsünün çətinləşməsi, infraorbital qançırların olması. Bütün bu əlamətlər birlikdə və ya arı ayrilıqda, az və çox dərəcədə  təzahür edə bilər.

 

Diaqnostika:

 

Palpasiya, ümumi müayinə və ön rinoskopiya, kliniki əlamətlərlə yanaşı diaqnostikada Rentgen müayinədən də istifadə edilir.Müasir dövrdə Rentgen müayinə öz yerini KT  ya verir . R müayinə KT yə nisbətən az informativdir,köhnə sınıqlar,  sümüklər arası tikiş xəttləri, damar görüntüləri çaşdırıcı məlumat verə bilər.R müayinə

Yan və ön (Water) proyeksiyasında çəkilir.KT –ya burundan baəqa digər qonşu nahiyyələrdə olan sınıq və patologiyalari aşkar etməyə imkan verir. Septal sınıqların müəyyən  edilməsində isə KT əvəzsizdir.

 

Müalicə:

 

Qeyri cərrahi tədbirlər:

Baş nahiyyəsinin yüxarı vəziyyəti, soyuq kompress qanaxmanın azalmasına və odemin inkişafının qarşısının alinmasına kömək edir.Qanaxma varsa saxlanılir.

 

Cərrahi tədbirlər:

 

Burun sınıqları qapali və ya açıq repozisiya edilir.Repozisiya travmadan dərhal sonra qısa müddət ərzində (ödem inkişaf etməmiş) edilsə daha məqsədəuyğundur.Ödem varsa və onun həcmi xəstəninm müayinə və müalicəsinə mane olursa burun sümüklərinin repozisiyası 3-7 gün ərzində həyata keçirilə bilər.Tədqiqatlar gostərir ki, burun sümüklərinin açıq repozisiyası qapalı repozisiyaya nisbətən daha yaxşı nəticə verir.

 

Qapalı repozisiyaya göstərişlər:

  • Burun sümüklərinin sadə sınıqları
  • Burun sümükləri və burun çəpəri kompleksinin sadə sınıqları.

 

Qapalı repozisiya yerli və ya sedasiya olunmaqla yerli anesteziya altinda aparila bilər.

 

Açıq repozisiyaya göstərişlər:

  • Burun sümükləri və burun çəpəri kompleksinin mürəkkəb sınıqları
  • Burun sümüklərinin açıq sınıqları
  • Burun çəpərinin açıq sınıqları
  • Septal hematomanın olması
  • Güclü burun qanaxması ilə müaşaiət olunan sınıqlar
  • Qapalı repozisiyadan sonra düzəlməyən deformasiyalar.

 

Açıq repozisiya daha dərin sedasiya və ya ümumi anesteziya tələb edir.

 

 

Qapalı repozisiya:

 

Burun boşluğu yerli anestetiklərlə anesteziya edilir (10 % li lidocaine və ya Pontocaine)

Burun çəpəri,orta burunbalıqqulağinin əsası,burun piramidinin lateral və medial hissələri lidocaine (1:100000 epinephrine) məhlulu ilə anesteziya edilir.

 

Ballenger, Boies, Sayer və ya digər elevatorlardan istifadə edərək burun sümükləri alınmış zərbənin əksi istiqamətində repozisiya edilir. Bu zaman burun çəpəri sadə sınıqlarınıda repozisiya etmək olar. Repozisiya xarici burun dəri örtüyündə olan cırılmış və kəsilmiş yaraların bağlanmasından əvvəl icra edilməlidir.Burun sümüklərini stabilləşdirmək üçün xarici buruna qips sarğısı, burun boşluğuna splint və ya tampon qoyulur.

 

 

Açıq repozisiya:

 

Ənənəvi rino-septoplastika metodlarından istifadə edərək burun sümük və çəpər sınıqları repozisiya edilir.Lazım olarsa mini titan lövhələrdən osteosintez məqsədi ilə istifadə edilir.

Toxuma xüsusən sümük toxuması defekti olarsa qabırğa və ya digər transplantatdan istifadə edərək defekt aradan qaldırılır. .Burun sümüklərini stabilləşdirmək üçün xarici buruna qips sarğısı, burun boşluğuna splint və ya tampon qoyulur.

 

 

Postoperativ period:

 

Splint,qips sarğısı və tamponlar 7-10 günə qədər saxlanıla bilıər.Sadə ahllarda burun daxili splint və tamponlar 2-3 gündən sonra xaric edilə bilər.

Burun boşluğu tamponlanan xəstələe mütləq surətdə antibiotik qəbul etməlidirlər.

Repozisiyadan sonrakı 1-2 gün ərzində qoyulan soyuq  kompress ödem və diskomfort hissini azaldır.

Tampon və splint xaric edildikdən sonra burun boşluğu davamlı surətdə tualet edilir, qabiqlar

təmizlənir, burun boşluğuna vazelin yağı, fizioloji və ya steril dəniz suyu məhlulları damizdirilir,ehtiyac olarsa damardaraldıcı damcılardan istifadə edilir.

 

 

Ağırlaşmalar:

 

Tənəffüs çətinlikləri, kosmetik deformasiyalar,yəhərəbənzər burun, burun çəpəri hematoması, təkrarlanan burun qanaxmaları, serebro-spinal –mayenin burundan axması, çapıq kontrakturaları, burun çəpəri perforasiyası. 

 

Dr.Yaşar Salahov