Quduzluğun profilaktikasına dair tövsiyələr

Quduzluq əleyhinə immunitetin yaradılması.

Quduzluq əleyhinə vaksin quduzluq virusuna qarşı aktiv immunitet formalaşdırır. Vaksin vurulduqdan sonra immunitetin formalaşması üçün 7-10 gün vaxt tələb olunur və immunitet >2 ildən çox müddətə saxlanılır. Hazırda quduzluğa qarşı aktiv vaksinasiya üçün iki qeyri-aktiv vaksin mövcuddur:

  1. HDCV (Human Diploid cell vaccine və ya İnsanın diploid hüceyrələrindən alınmış vaksin), əzələ daxili və dermis daxili inyeksiyalar üçün.
  2. RVA (Rabies Vaccine Absorbed və ya Absorbsiya olunmuş Quduzluq vaksini), əzələ daxili inyeksiya üçün.

Quduzluq virusuna qarşı İnsan İmmunQlobulini (HRİQ) quduzluğa qarşı sürətli passiv immun müdafiəni təmin edir, lakin təsiri çox qısa müddət, təxminən 10-20 gün davam edir.

İdeal variantda, quduzluqla bağlı profilaktik vaksin almaq üçün müraciət etmiş və ya it dişləməsindən sonra təcili tibbi yardım müəssisəsinə və ya xəstəxanaya müraciət etmiş şəxslərə vaksinin və ya İmmunqlobulinin verilməsindən öncə, həkimlərin Sanitar Epidemioloji Xidmətlə və ya Səhiyyə Nazirliyinin müvafiq qurumu ilə məsləhətləşmə aparması məqsədə uyğundur.

 

Etiologiya.

Ümumiyyətlə, quduzluq virusuna yoluxma riski ilə müraciət edən şəxslərdə müəyyən edilən zədələr iki qrupa bölünə bilər - dişləmə və dişləmə ilə bağlı olmayan zədələr. Dərinin dişlə istənilə penetrasiyası dişləmə kimi qəbul edilir. Əllərin və sifətin dişlənməsi quduzluq virusuna yoluxma baxımından xüsusi yüksək risklı bağlıdır. Lakin, bütün hallarda dişləmənin lokalizasiyası heç zaman vaksinin və ya immunqlobulinin inyeksiyası ilə bağlı qərarın verilməsinə təsir etməməlidir.

Cırmaqlama, açıq yaralar və ya selikli gişaların tüpürcək və ya quduzluğa yoluxmuş heyvandan olan digər potensial infeksion materialla (məs., beyin toxuması) yaxın kontakt qeyri-dişləmə zədələnmələri kimi qəbul edilir. Əgər virus olan material qurudursa, həmin virus qeyri-infeksion hesab edilə bilər. Quduzluğu olan heyvanın sığallanması və ya quduzluğu olan heyvanın sidiyi, qanı və ya nəcisi ilə kontakt (əgər kontakt yerində açıq yara yoxdursa) quduzluğa yoluxma baxımından risk hesab edilmir və heç bir profilaktik tədbirlərin görülməsini tələb etmir.

Aşağıda heyvanın növündən asılı olaraq, quduzluq virusuna məruz qalma ehtimalı olan insanlarda profilaktikaya dair təlimat qaydaları təsvir edilir.

  1. İtlər və pişiklər.
    1. Əgər heyvan sağlamdırsa və ən azı 10 gün ərzində müşahidə üçün əlçatandırsa: vaksinasiyaya ehtiyac yoxdur. Lakin, əgər 10 gün müddətində heyvanda quduzluğun əlamətləri müşahidə edilərsə, dərhal vaksinasiya və immunqlobulinin inyeksiyası təmin edilməlidir.
    2. Əgər heyvanda quduzluq əlamətləri varsa və ya ehtimal yüksəkdirsə: d’rhal vaksinasiya aparılmalıdır.
    3. Əgər quduzluğun  olub olmadığı məlum deyilsə və heyvana dair məlumat yoxdursa: müvafiq ictimai səhiyyə orqanı ilə məsləhətləşmənin aparılması tələb olunur.
  2. Skunslar, yenotlar, yarasa, tülkü və bir çox digər canavar sinfinə aid heyvanlar, meşə marmotları:
    1. bu heyvanlar əzəldən quduzluğa yoluxmuş hesab edilir. Buna görə də dərhal vaksinasiya aparılmalıdır.
  3. Siçan, sıçovul, mal-qara, dovşan:
    1. bu cür hallarda fərdi yanaşma tələb olunur. Bir çox hallarda siçanlar, dələlər, dağsiçanları, dovşanların dişləmələri quduzluğa yoluxma ilə əlaqələndirilmir və əksər hallarda heç bir profilaktik vaksinasiya tələb olunmur. Lakin, yerli səhiyyə müəssisəsi  ilə məsləhətləşmə tövsiyə oluna bilər.