Artrosentez: göstərişlər, əksgöstərişlər və aparılması texnikası

GÖSTƏRİŞLƏR.

  • Septik oynağın və ya kristalların yığılması səbəbindən yaranmış artritin diaqnostikası
  • Travmatik eksudatatın (travma nəticəsində oynaq daxilində qanın toplanması) oynağın iltihab prosesindən differensiyasiyası
  • Oynaqdaxili (intraartikulyar) sınığın diaqnostikası (oynaq daxilində qanla yanaşı piy damcılarının olması)
  • Kəskin hemartroz və ya kəskin eksudat səbəbindən yaranmış ağrının azaldılması
  • Müvafiq dərman preparatlarının oynaq daxilinə yeridilməsi (iltihab əleyhinə preparatlar və ya lokal anestetiklər)
 

 

MÜTLƏQ ƏKSGÖSTƏRİŞLƏR.
  • Punksiyanın aparılacağı dəri örtüyünün infeksiyası.

 

NİSBİ ƏKSGÖSTƏRİŞLƏR.

  • Bakteremiya
  • Qanaxma diatezi
  • Protez oynaq

 

MATERİALLAR.
  • Dərinin təmizlənməsi üçün spirt və ya betadin məhlulu
  • Steril əlcəklər və steril dəsmallar
  • Lokal anestetik məhlul - lidokain 1%-li
  • Şprislər (2 ml, 10 ml, 20 ml) və iynələr (18, 20, 22 və 25-lik)
  • Steril normal fizioloji məhlul
  • Steril tənzif və tamponlar
  • Hemostat
  • 3-tərəfli kran
  • Steril yuyulma tazı, və ya testlər üçün probirkalar
  • Maye qismində olan antikoaqulyantla xüsusi probirka (kristalların müayinəsi üçün)
  • Mikroskop slaydları və şüşə örtükləri
  • İnfeksiyanın istisna edilməsi üçün qram yaxma və əkmə üçün xüsusi məhlullar

 

PROSEDURA HAZIRLIQ.

  • Xəstəyə prosedu barədə detallı məlumat verilməli, aparılması texnikası izah edilməli və onun mümkün ağırlaşmaları təsvir edilməlidir.
  • Şifahi və yazılı razılıq əldə edilməlidir.

 

PROSEDURUN APARILMASI.

  • İynənin yeridilməsi üçün düzgün yerin seçilməsi üçün müvafiq oriyentirlərin müəyyən edilməsi üçün oynağın palpasiyası aparılmalıdır.
  • Müvafiq punksiya yeri elə seçilməlidir ki, bağlar, iri damar və sinirlərdən kənar olsun.
  • Artrosentez çox ciddi steril mühitdə və steril instrumentlərlə aparılmalıdır.
  • Xlorheksidin məhlulu ilə punksiya yeri və ətraf dəri təmizlənməli və sonra Betadin məhlulu ilə yaxşı yuyulmalıdır. Betadinlə yuyulma bir neçə dəfə təkrar olunmalıdır (ən azı 3 dəfə).
  • Betadinin oynaqdaxilinə keçməməsi üçün steril spirtli salfetkalar və ya spirtli tamponlarla onun dəridən silinməsi təmin edilməlidir.
  • Dərinin hazırlanmasından sonra əlcəklər dəyişdirilməlidir.
  • Steril dəsmallarla cərrahi sahə hazırlanmalıdır.
  • Dəri 22 və ya 25-lik iynə ilə lokal anestetiklə infiltrasiya edilməlidir.
  • Bir daha mütləq oynağın əsas oriyentirləri təyin edilməlidir.
  • 18-22-lik iynə şprisə taxılmalı və müvafiq seçilmiş punksiya yerindən oynaq daxilinə yeridilməlidir. 
    • Çalışmaz lazımdır ki, iynə ilə oynaq və oynaq səthi zədələnməsin.
  • Daha iri həcmli eksudatlarda boyük şprislər istifadə edilə bilər.
  • 3-tərəfli krandan istifadə edərək oynaqdaxili eksudatın drenajı təmin edilə bilər. Şprislə drenaj aparılırsa, ehtiyyatlı olmaq lazımdır ki, şprisi dəyişərkən iynə yerindən qaçmasın. Şprisi dəyişməzdən əvvəl hemostatla və ya tutqacla iynənin yeri bərkidilə bilər.
  • İynənin oynaqdaxilinə düzgün yeridilməsi əldə olunan maye ilə təsdiq olunmuş olur (məs., sinovial maye, qan və ya digər material, irin).
  • Çalışmaz lazımdır ki, oynaq daxilində olan bütün maye və ya material evakuasiya edilsin.  
    • Əgər mayenin drenajı dayanıbsa, bu ya bütün mayenin drenaj olunduğundan, ya iynənin yerdəyişməsindən, ya da oynaqdaxili materialla iynənin ağzının tıxanmasından xəbər verə bilər.
    • Əgər iynənin yerdəyişməsinə şübhə varsa, iynəni bir qədər ya geriyə çəkin, ya da qabağa itələyin, fırladın və ya sovurma təzyiqini azaldın.
  • Drenaj tamamlandıqda, iynəni ehtiyyatla çıxarın və punksiya yerinə steril sarğı qoyun.
  • Əldə edilmiş sinovial mayeni analiz üçün laboratoriyaya göndərin.
 

Şəkil. Diz oynağının artrosentezi üçün müvafiq oriyentirlər. Artrosentez proseduru. 

 

Şəkil. Dirsək oynağının artrosentezi üçün müvafiq oriyentirlər. Artrosentez proseduru. 

 

Şəkil. Çiyin oynağının artrosentezi üçün müvafiq oriyentirlər. Artrosentez proseduru. 

 

AĞIRLAŞMALAR VƏ ONLARIN PROFİLAKTİKASI.
  • Punksiya sahəsində oynaq daxilinə bakteriyaların keçməsi səbəbindən oynaqdaxili infeksiya yarana bilər. Steril texnikadan istifadə etməklə bu növ ağırlaşmanın profilaktikasına nail olmaq olar. Zədələnmiş və ya infeksiya olan dəridən punksiya aparılmamalıdır.
  • Qanaxma çox nadir hallarda baş verir. Lakin, qanaxma diatezi olan (məs., hemofiliya) və ya antikoaqulyant qəbul edən xəstələrdə qanaxma mümkündür. Ümumiyyətlə, qanaxma riski yüksək olan xəstələrdə artrosentez aparılması qanaxmanın profilaktikası üçün müvafiq preparatların yeridilməsinədək ləngidilməlidir.
  • Lokal anestetik səbəbindən yerli allergik reaksiya müşahidə edilə bilər. Antihistamin preparatları ilə bunun müalicəsi aparıla bilər. Lakin, xəstələrdə anafilaktik şok riski olduğu üçün onların monitorinqi aparılmalıdır. Əgər ağır allergik reaksiyanın əlamətləri inkişaf edirsə, xəstənin təcili müalicəsi başlanmalı, kardiomonitor qoşulmalı, venadaxili çıxış əldə edilməli, maye infuziyası başlanmalı və steroid preparatları və ya adrenalin dərialtı yeridilməlidir.
SƏNƏDƏLƏŞMƏ.
  • Aparılan prosedur və onun detalları, əldə edilmiş maye, göndərilmiş analizlər və s. xəstənin xəstəlik tarixçəsində qeyd edilməlidir.