Döş qəfəsi travmalarında və ya döş qəfəsi orqanlarının cərrahi əməliyyatlarından və ya zədələnmələri nəticəsində mediastinumda sərbəst hava müəyyən edilə bilər. Məs., ezofaqusun və ya traxeyanın perforasiyasında döş qəfəsi rentgenində mediastinumda hava müəyyən edilə bilər.
Pnevmomediastinumun differensial diaqnostikası:
- Döş boşluğunun küt travması
- Retroperiton boşluğu, döş boşluğu və ya boyunda aparılan cərrahi əməliyyatlardan sonra
- Ezofaqusun perforasiyası:
- Borhav sindromu
- endoskopik müayinələrin ağırlaşması (ezofaqoqastroskopiya)
- ezofaqusun karsinoması
- Traxeobronxial perforasiya:
- cırılması
- bronx güdülünün açılması
- bronxoskopiya
- traxeostomiya
- qırtlağın sınığı
- Həddən intensiv fiziki gərginlik:
- doğuş prosesi
- ağırlıq qaldırma
- valsalva manevri
- Astma
- Barotravma:
- sualtı üzmə
- mexaniki ventilyasiya: çox zaman Kəskin Respirator Distress Sindromu olan xəstələrdə pozitiv təzyiqli ventilyasiya nəticəsində müşahidə edilir
- Dərialtı emfizema, ağciyərin interstisial emfizeması
- Bıçaq və ya digər iti əşya ilə yaralanma
- İnfeksiya:
- vərəm
- histoplazmoz
- diş və ya retrofarinqeal infeksiya
- mediastinit
- İdiopatik
Pneumomediastinumun Rentgen filmdə diaqnostikası texnikası.
Addım 1. Düz proyeksiyada (antero-posterior və ya postero-anterior) çəkilmiş rentgen filmində aşağıdakılara diqqət yetirilir:
- Diafraqmanın tam uzunluğu boyu görünməsi. Pnevmomediastinumda diafraqma döş qəfəsinin sol tərəfindən sağ tərəfinədək tam görünür. Buna səbəb isə mediastinumda və xüsusilə də, perikardın arxasında toplanmış hava səbəbindən diafraqmanın mərkəzi hissəsinin mediastinumda olan orqanlar və toxumalardan ayrılmasıdır. Normada isə diafraqmarının mərkəzi hissəsi ürək və mediastinal toxumalarla bitişmiş olur və aydın görünmür.
- Ürəyin sol sərhədi ilə ağciyərin medial plevrası arasında havanın toplanması səbəbindən ürəyin sol sərhədinin aydın görünməsi və bəzi hallarda isə timus vəzinin ürəyin ön divarından ayrılması görünür (əsasən uşaqlarda).
- Böyük damarlar ətrafında havanın toplanması həmin damarların rentgen filmdə daha aydın görünməsinə səbəb olur.
- Lateral rentgen filmdə "damar üzüyü" və ya damar ətrafı havanın toplanması sanki damara taxılmış üzüyə bənzər şəkil verir.