Burun boşluğu yad cisimləri: diaqnostika, klinika və müalicə

Giriş.

Burun boşluğu yad cisimləri ilə ən çox təcili yardım müəssisələrinə müraciət olunur. Bu yad cisimlər ən çox uşaqlarda , xüsusən 2-5 yaşlarda və psixiatrik problemi olan şəxslərdə rast gəlinir. Uşaqlarda öz bədənlərini və ətraf əşyaları öyrənməyə olan maraq burun yad cisimlərinin bu yaş qrupunda tez-tez rast gəlməsinin əsas səbəbidir. Burun boşluğu yad cisimləri nə qədər təhlükəsiz görünsə də burundan burun – udlaq vasitəsilə tənəffüs yollarına düşərək boğulma və hətta ölümə gədər səbəb olabilər. Burun boşluğu yad cisimləri arasında ən çox təsadüf olunanlar: muncuq, xırda oyuncaq hissələri, rezin, taxta parçaları, qida maddələri və s. Burun boşluğu yad cisimləri ən çox orta balıqqulağından öndə, aşağı balıqqulağından  aşağıda lokalizə olunur.

 

Burunda yad cisimlər sağda sola nisbətən daha çox rast gəlinir, bu əhalinin çox hissəsinin sağaxay olması ilə əlaqədardır.Burun yad cisimləri daha tez-tez kişi cinsindən olanlarda 58 % və 2-5 yaş arası uşaqlarda rast gəlinir.Ən çox təsadüf edilən yad cisimlər : Oyncaq hissələri,kiçik ölçülü batareyalar,lobya,nar dənəsi,fındıq və s.

 

Əlamətləri:

Əksər hallarda buruna yad cismin salınması hadisəsini kimsə görür və bilir.Belə hallarda diaqnostika üçün həkimə müraciət edilir və həkim nə axtardığını bilir.Bəzi hallarda isə belə olmur və yad cismin buruna salınması halı gizli qalarsa günlər, aylar, hətta nadir hallarda illər boyu burunda yad cisim qala bilir və diaqnostika olmur.Gecikmiş hallarda xəstənin və ya valideyinlərin şikayəti bir tərəfli burun ifrazatından olur.İfrazat adətən qanlı,çirkaxar və ya üfunətli olur.

 

Fiziki Müayinə:

Xəstənin fiziki müayinəsi əsas diaqnostik metod sayılır və uğurlu nəticə uçün xəstənin müayinəyə kifaıət qədər imkan verməsi çox önəmlidir. Uşaqlarda valideyinlərin müayinə zamanı xəstənin sakitləşməsinə yardımı olduqca zəruridir. Bəzi hallarda körpələri sedasiya etmədən müayinə mümkün olmur. Müayinə üçün alın güzgüsü və burun güzgüsü zəruridir. Bəzi hallarda uşağın daha az qorxu hissi keçirməsi məqsədi ilə burun ucunun baş barmaq ilə qaldırılması baxış keçirməyə imkan verir.Yad cisim burun boşluğunun hər hansı bir yerində yerləşə bilər. Əsasən  orta balıqqulağından öndə, aşağı balıqqulağından  aşağıda lokalizə olunur.

Burun selikli qişasının ödemi,hiperemiyası,qanlı və ya üfunətli ifrazat qeyd edilir.Burundan başqa qulaqların müayinəsi də aparılır ( yad cisim ilə əlaqəli kəskin orta otitə görə )

Aşağıdakılar ilə differensial diaqnostika aparılır

  1. Sinusitlər
  2. Burun polipləri
  3. Şişlər
  4. Yuxarı tənəffüs yollarının iltihabi xəstəlikləri
  5. Bir tərəfli xoanal atreziya 

 

Rentgen müayinə 

Əksər hallarda burun yad cisimlərini aşkar etmək üçün Rentgen müayinəyə ehtiyac olmur.

Şiş və ya sinusit şübhəsi olduqda R müayinə və ya KT icra edilə bilər.

 

Burundan yad cisimlərin xaric edilməsinə göstəriş və əks göstərişlər.

Burun yad cisimləri təcrübəli həkim tərəfindən və xaric edilməsi mümkün görünən hallarda icra edilməlidir.Uşaqlar sakit oturmurlarsa və baş nahiyyəsi fiksə edilə bilmirsə mütləq sedasiya aparılmalıdır.Yad cisimin xaric edilməsi zamanı uğursuz cəhdlər onlarin daha dərin və xaric edilməsi çətin olan nahiyyələrə itələnməsinə səbəb olur.Bunun baş verməməsi üçün düzgün planlama və xəstənin hazırlanması mühüm əhəmiyyət kəsb edir.Yad cismin xaric edilməsi üçün  lazımi alətlərin  əl altında olması, həkimin yad cisim xaric edilməsinin bütün mümkün üsullarına bələd olması,yad cismin aspirasiya verəcəyi halda təcili nəfəs yollarinin azad edə bilməsi qabiliyyəti çox əhəmiyyətlidir. 

Avadanlıq və alətlər.

  • İşıq mənbəyi
  • Yerli damardaraldıcı damcılar
  • Burun güzgüsü
  • Alligator və ya Bayonet forseplər
  • Qarmaq
  • Sorucu nasos.

 

Anesteziya: 1% Lidocaine və 0.5 % epinefrin dasmcıları uyğun tərəfdə burun keçəcəyinə damızdırılır.Xəstə rahat oturmursa sedasiya məsləhətdir.

 

Xaric edilmə metodları.

Yad cisimlərin burundan müxtəlif xaric etmə yolları və vasitələri vardır.Bunlardan hansının seçilməsi yad cismin növü və yerləşməsindən, həkimin hansı metoda daha  yaxşı yiyələnməyindən asılıdır.

Yaxşı görünən, qeyri dairəvi və cırılmağa meyilli olmayan yad cisimləri adətən birbaşa alət vasitəsi ilə xaric edirlər.

Yad cisimlərin xaric edilməsinə edilən hər bir cəhd qanaxma və selikli qişa zədələnməsinə, ödemə, yad cismin burunun aarxa şöbələrinə itələnməsinə,hətta buna görə nəfəs yollarına düşüb asfiksiyaya səbəb ola bilər.Buna görə hər bir cəhd zamanı zərif hərəkətlərin dəyəri böyükdür.Həkim hamin hallar baş verdikdə buna hazır olmalıdır.

 

Yad cismin birbaşa alətlə xaric edilməsi :

Burun qarmağı rahat görünən,lakin tutmaq çətin olan yad cisimlərin arxasına keçirilir və elə rotasiya edilir ki, qarmaq yad cismin arxasına düşsün.Qarmaq vasitəsi ilə yad cisim önə dartılaraq xaric edilir.Bu metod rigid nazo-farinqoskop ilə birlikdə də istifadə edilir və bu zaman vizualzə daha yaxşı olur.

Alligator tipli forseplə yastı, tutmaq üçün rahat kənarı və ya çıxıntısı olan obyektləri birbaşa tutaraq xaric edirlər.

 

Bu metod oval,dairəvi və tutulması çətin olan obyektlərin xaric edilməsi üçün istifadə edilir.

5,6 və ya 8 ölçülü folley kateterindən istifadə edilir.

Burun keçəcəyi damardaraldıcı damcı və yerli anestetiklə işləndikdən sonra folley kateteri vizual nəzarət ilə yad cisimdən arxaya yeridilir və  2-3 ml maye vurularaq balonu şişirdilir.Yad cisim kateteri önə dartdıqda rahat xaric olur.

 

Sferik, hamar , tutulamsı çətin olan obyektləri xarixc etmək üçün elektrik sorucudan istifadə edirlər.Sorucunun ucluğu yad cismə yaxınlaşdırılır 100-1400 mm Hg tazyiqlə yad cisim ya xaric edilir,ya da xaric etmək üçün daha rahat pozisiyaya- burun boşluğunun ön hissəsinə qədər gətirilir.

Burun – udlağa  doğru yerdəyişmə.

Bəzən yad cisim burun boşluğunun daha dərin ,burun – udlağa yaxın hissəsində yerləşir və onu xaric etmək problemli olur.Belə olduqda yad cisim itələnərək udlağa salınır və oradan xaric edilir.Yadda saxlamaq lazımdır ki, bu metodu ancaq ümumi endotraxeal anesteziya ilə icra etmək olar.

 

Burun yad cisimlərinin və onların xaric edilməsinin ağırlaşmaları:

Ən çox rast gəlinən ağırlaşma qanaxmadır.Yad cisim səbəbindən əmələ gələn qanaxma adətən güclü olmur və sadə üsullarla saxlanılır.Digər məruzə olunmuş ağırlaşmalar bunlardır:

  • Sinusitlər
  • Kəskin orta otit
  • Burun çəpərinin perforasiyası
  • Periorbital nahiyyədə yumşaq toxumalarin iltihabı

 

Burun boşluğunda olan yad cisimlər selikli qişaya təzyiq edərək eroziya əmələ gətirir ki, buda qanaxmaya səbəb ola bilir.Selikli qişa ödemi sinusların drenajını pozur və sinusitə gətirib çıxarır.Tapılmayan və uzun müddət burun boşluğunda qalan yad cisimlər kalsium,magnezium,posfatla və karbonatlarla örtülərək rinolitə çevrilir.

 

Saat batareyaları yad cisim kimi daha təhlükəlidir. Bunlar bir neçə saat ərzində kimyəvi yanıq,xoralaşma,nekroz əmələ gətirir ki, buda septal perforasiya ilə nəticələnir.

 


Məqalə hazırlanıb: Dr.Salahov Y., MD.