Qulaqcıqların fibrilyasiyası səbəbindən xronik antikoaqulyasiya terapiyası alan xəstələrdə qanaxma riskinin qiymətləndirilməsi üçün HAS BLED Şkalası

Qulaqcıqların fibrilyasiyası səbəbindən xronik antikoaqulyasiya terapiyası alan xəstələrdə qanaxma riskinin qiymətləndirilməsi Şkalası.

HAS BLED şkalası.

  • HAS BLED şkalası aşağıdakı meyarlardan ibarətdir: 
    • Hipertoniya (sistolik AT-in >160 mm c.s.-dan yuxarı olması), 
    • Qeyrinormal böyrək və ya qaraciyər funksiyaları (kreatinin 2.3 mq/dL-dən yuxarı olması, bilirubinin normanın yuxarı həddindən 2 dəfə yuxarı olması, ALT/AST/ALP-nin normadan 3 dəfə yuxarı olması),
    • İnsult, 
    • Anamnezdə qanaxma hadisəsi və ya qanaxmaya meyillik, 
    • İNR-ın qeyri-stabilliyi, 
    • Yaşın 65-dən yuxarı olması və 
    • Dərmanların yanaşı qəbulu (aspirin, COX2 inhibitorları, klopidrogel) və spirtli içkilərdən istifadə (həftədə 8 və daha çox spirtli içki içmə).
  • Yuxarıdakı hər meyara görə 1 xal verilir.
  • HAS BLED şkalası üzrə >3-dən çox xal almış xəstələrdə qanaxma ehtimalı yüksək olduğundan, həmin xəstələrdə invaziv prosedurların aparılması zamanı çox ehtiyyatlı olmaq tələb olunur və antikoaqulyasiya terapiyasının aparıldığı dövrdə İNR-ın daha yaxından monitorinqi tövsiyə edilir. 
  • Qanaxma hadisəsi dedikdə antikoaqulyasiya aldıqları müddət ərzində həmin xəstələrdə kəllədaxili qanaxma, xəstəxanaya qəbul edilməni tələb edən qanaxma və ya hemoqlobinin >2 qm/dL-dən çox aşağı düşməsi və ya qan məhsullarının tranfuziyasını tələb edən hallar nəzərdən tutulur. 

 



BİBLİOQRAFİYA.