Ağciyər pnevmoniyası

Xəstəlik tarixçəsi.

56 yaşlı xanım 1 həftə davam edən halsızlıq, yüksək hərarət (38.5-39C) və sarı bəlğəmli öskürəkdən şikayət edir. Həkim döş qəfəsinin rentgen filmini əldə edir. 

Rentgen film əlavə edilib. Bu xəstənin dəqiq rentgenoloji diaqnozunu qoyun və seçiminizi izah edin.

---------------- ---------------- ---------------- ---------------- ---------------- ---------------- 

---------------- ---------------- ---------------- ---------------- ---------------- ---------------- 

İZAHLI CAVAB.

Cavab: Sağ ağciyərin orta payının pnevmoniyası.

Bu sualın əsas məqsədi rentgen filmində ağciyər prosesinin ağciyərin hansı payını əhatə etməsinin müəyyən edilməsindan ibarətdir. Belə ki, rentgen filmində pnevmoniyanın ağciyərin aşağı payında olduğu görünsə də, əslində pnevmoniya ağciyərin orta payındadır. Əksər halalrda lateral proyeksiyada rentgen filminin olması pnevmoniyanın dəqiq lokalizasiyasına imkan verə bilər. Lakin lateral film olmadıqda da düz proyeksiyada çəkilmiş film vasitəsilə  pnevmoniyanın lokalizasiyasını müəyyən etmək mümkündür.

Bunun üçün rentgen filmdə ürəyin hüdudlarına (sərhədlərinə) diqqət yetirmək kifayət edir. Yuxarıda verilmiş rentgen filmində ürəyin sağ kənarı (sərhədi) ağciyərdə olan konsolidasiya səbəbindən görünmür. Ürəyin ağciyərin orta payı səviyyəsində yerləşdiyini nəzərə alaraq, pnevmoniyanın məhz orta payda olduğunu demək olar.