Uroloji simptomlar

  • Poliuriya - gündəlik sidik ifrazının artması. 
    • Fizioloji hallar - daha çox maye qəbulu, sidik ifrazını artıran gida məhsullarının istifadəsi. 
    • Patoloji hallar - nevroz, ödemlərin, transsudatların və eksudatların çəkilməsi, qızdırmadan sonrakı vəziyyətlər, şəkərli diabeti, şəkərsiz diabet 
  • Oliquriya - gündəlik sidik ifrazının <500 ml-dən az olması. 
    • Fizioloji hallar - maye qəbulunun azaldılması, həddən çox tərləmə. 
    • Patoloji hallar - dispepsiya, qızdırmalı hallar, ürək xəstəlikləri, kəskin və ya xroniki böyrək çatışmazlığı, nefroskleroz, xroniki və ya kəskin qaraciyər çatışmazlığı, böyrək xəstəlikləri.
  • Anuriya - gündəlik sidik ifrazının <50 ml-dən az olması. 
    • Patoloji hallar - kəskin və ya son mərhələ xroniki böyrək çatışmazlığı, böyrək xəstəlikləri (ağır nefritlər), meningit, zəhərlənmələr, sidik yollarının obstruksiyası, nefrolitiaz, ureterolitiaz.
  • Pollakiuriya - sidiyə getmənin tezləşməsi. 
    • Fizioloji hallar - çox miqdarda maye qəbulu, nevroz. 
    • Patoloji hallar - sidik yollarının iltihabı, soyuqdəymə, sidik yollarının infeksiyası, uretrit, prostatit, vaginit, qıcıqlanmış sidik kisəsi sindromu, sistit, piyelonefrit.
  • Olakizuriya - sidiyə getmə tezliyinin azalması. 
    • Patoloji hallar - sinir sisteminin patologiyaları. 
  • Dizuriya - ağrılı sidiyə getmə. 
    • Patoloji hallar - vulvovaginit, uretrit, sidik yollarının infeksiyaları, piyelonefrit, nefrolitiaz, ureterolitiaz. 
  • Nikturiya - gecə sidiyə getmənin gün ərzindəkini üstələməsi. 
    • Fizioloji hallar - uşaqlarda 1-2 yaşadək müşahidə edilir. 
    • Patoloji hallar - ürək çatışmazlığı, sistit, piyelonefrit. 
  • Enurez - sidiyi saxlaya bilməmə və ya sidiyə iradəsiz getmə. 
    • Fizioloji hallar - uşaqlarda 1-2 yaşadək müşahidə edilir (lakin 7 yaşadək davam etdikdə heç bir müdaxilə tələb edilmir, lakin 7 yaşdan sonra müvafiq müayinə və müdaxilələr aparılması zəruridir). 
    • Patoloji hallar - sidik yolları infeksiyası və ya iltihabı, qıcolmalar, epilepsiya, kəllə-beyin travması, onurğa beyin travması, meningit, ensefalit və mərkəzi sinir sisteminin digər xəstəlikləri, ağır dərəcəli qızdırmalı hallar.