GİRİŞ.
Ebola Hemorragik Qızdırma (Ebola HQ) çoxsaylı viruslu hemorragik qızdırmaların bir növüdür. Bu ağır, insanlarda və meymunlarda (primatlar) çox vaxt ölümlə nəticələnən bir xəstəlikdir.
Ebola HQ Floviridae virus ailəsinə məxsus virus tərəfindən törədilir. İnfeksiya baş verdikdə simptomlar adətən qəfl başlayır. Ebolavirus növünə aid ilk virus 1976-cı ildə Konqo Demokratik Respublikasının Ebola çayı yanında qeydə alınmışdır. Həmin ildən Ebola virusuna yoluxma halları sporadik baş verir.
Ebola virusun beş müəyyən edilmiş alt növü vardır. Bu beş altnövdən dördü insanlarda xəstəlik törədir: Ebola virus (Zaire ebolavirus), Sudan virus (Sudan ebolavirus), Tai Meşə virusu (Tai Forest ebolavirus) və Bundibugyo virusu (Bundibugyo ebolavirus). Beşindi altnövə aid Reston virusu (Reston ebolavirus) insanlarda xəstəliyə səbəb olmur, lakin meymunlarda xəstəlik törədir.
Ebolaviruslarının təbii rezervuarı məlum deyildir. Lakin, bu günədək əldə edilən məlumatlara əsaslanaraq, guman edilir ki, ebolavirusu zoonotik virusdur yəni heyvan mənşəlidir və onun təbii rezervuarı rolunu yarasalar oynayır. Məlum olan beş altnövdən dördü Afrikaya məxsus heyvanlarda müşahidə edilir.
YOLUXMA (TRANSMİSSİYA).
Ebola viruslarının təbii rezervuarı dəqiq məlum olmadığı üçün, bu virusun ilk dəfə insana necə ötürülməsi bilinmir. Lakin, tədqiqatçılar guman edir ki, ebolavirusa yoluxmuş ilk insan virusa yoluxmuş heyvanla kontakt nəticəsində yoluxmuşdur.
İnsanlarda virusa yoluxma baş verdikdə isə virusun digərlərə ötürülməsinin bir neçə yolu vardır. Bunlara aşağıdakılar aiddir:
- İnfeksiyaya yoluxmuş xəstənin qan və ya digər bədən sekresiyaları ilə bir başa kontakt,
- Virus olan sekresiyalar və ya bədən mayesi ilə kontaktda olan alətlərdən (məs., iynələr) istifadə.
Ebola HQ törədən viruslara yoluxma daha çox yaxın dostlar və ailə üzvləri arasında baş verir. Buna səbəb isə xəstə adama qayğı göstərənlərin infeksiyalaşmış bədən sekresiyaları və ya xəstənin qanına bir başa məruz qalmasıdır.
Ebola HQ-nın yayılması hallarında, xəstəlik səhiyyə obyektlərində (klinikalar, xəstəxanalar) sürətli yayılır. Xəstəxananın əməkdaşları tərəfindən müvafiq qoruyucu avadanlığın istifadə edilməməsi (məs., maskalar, xalatlar, əlcəklər), xəstəxana daxilində virusun sürətlə yayılmasına şərait yaradır.
Tibbi alətlərin və avadanlıqların düzgün təmizlənməsi (o cümlədən, iynələr və şprislər) xüsusi əhəmiyyət kəsb edir. Əgər alətlər birdəfəlik deyilsə, onların yenidən istifadəsi yalnız müvafiq sterilizasiyadan sonra mümkündür. Adekvat sterilizasiyasız virusun ötürülməsi davam edə və yayılması daha da arta bilər.
Bu günə olan məlumata görə qeyd edilə bilər ki,
- Ebola virusu hava ilə keçmir,
- Ebola virusu su ilə keçmir,
- Ebola virusu yeməklə ötürülmür.
ƏLAMƏTLƏR VƏ SİMPTOMLAR.
Ebola HQ-nın simptomları aşağıdakı kimidir:
- Hərarət,
- Baş ağrısı
- Oynaq və əzələ ağrıları
- Zəiflik
- İshal
- Qusma
- Qarın ağrısı
- İştahasızlıq
Bəzi xəstələrdə aşağıdakılar müşahidə edilə bilər:
- Səpgi
- Qırmızı gözlər
- Öskürək
- Boğaz ağrısı
- Döş ağrısı
- Nəfəsalmada çətinlik
- Udma prosesində çətinlik
- Bədən daxilinə və xaricinə qanaxma.
Bəzi simptomlar virusa yoluxduqda 2-21 gün sonra özünü biruzə verməyə başlayır. Lakin, əksər hallarda inkubasion dövr (yəni yoluxmadan sonra simptomların müəyyən edilməsinədək dövr) 8-10 gün olur.
Ebola HQ-ya yoluxan bəzi xəstələr sağalmış olsa da, digərləri sağala bilmir. Məlumdur ki, Ebola HQ-ya yoluxmuş xəstələrin ölümü əsasən virusa qarşı immunitetin zəif formalaşması ilə əlaqələndirilir.
DİAQNOSTİKA.
Ebola virusuna bir neçə gün yoluxmuş xəstədə Ebola HQ-nın diaqnostikası xeyli çətindir. Belə ki, həmin xəstələrdə müşahidə edilən simptomlar, məs., qırmızı gözlər və dəridə səpgi, heç də bu xəstəliyə spesifik deyildir və bir çox digər xəstəliklərdə də müəyyən edilə bilər.
Lakin, əgər xəstədə Ebola HQ-ya xas simptomlar müəyyən edilirsə və onda bu xəstəliyin olması ehtimalı varsa, həmin xəstənin təcili şəkildə digərlərindən təcrid edilməsi və ictimai səhiyyə qurumlarının məlumatlandırılması tələb olunur. Həmin xəstədən əldə edilmiş qan nümunəsi və digər bədən sekresiyaların nümunələri laboratoriyaya göndərilməlidir.
Xəstəliyin diaqnostikası üçün aşağıdakı testlərin aparılması tələb olunur.
Simptomların başlanmasından sonra bir neçə gün ərzində |
- ELİZA testi
- IqM ELIZA
- Polimeraz zəncir reaksiyası (PZR)
- Virusun təcrid edilməsi
- Elektron mikroskopiya
- antigenlərin təyini testi
|
Xəstəliyin data ged mərhələrində və ya xəstə sağaldıqdan sonra
|
|
MÜALİCƏ.
Hazırda Ebola HQ-nın müalicəsi dəstəkləyici terapiyadan ibarətdir. Bura aşağıdakılar aiddir:
- Xəstənin maye və elektrolitlər balansının tənzimlənməsi,
- oksigenasiya və qan təzyiqinin norma daxilində saxlanması,
- digər infeksiyaların müalicəsinin təmin edilməsi.
Ebola HQ-nın müalicəsinin vaxtında başlanması xüsusi əhəmiyyət kəsb edir. Lakin, xəstəliyin klinik baxımdan diaqnostikasının çətin olması, terapiyanın da erkən başlanmasına problemlər yaradır. Belə ki, xəstəliyin erkən simptomları olan baş ağrısı və hərarət ebolaviruslara spesifik deyil və bir çox digər xəstəliklərlə yanaşı müşahidə edilə bilər.
Qeyd edilməlidir ki, əgər xəstədə Ebola HQ-nın ilkin simptomları müəyyən edilirsə və xəstədə Ebola HQ-nın olması ehtimalı nəzərdən keçirilirsə, həmin xəstənin dərhal izolyasiya edilməsi və onun barəsində ictimai səhiyyə orqanlarına məlumat verilməsi tələb olunur. Bundan sonra xəstənin müalicəsi xüsusi qoruyucu geyimlərlə davam etdirilə və müvafiq laborator analizlər əldə edilə bilər.
Ebola virusa qarşı vaksin yoxdur, lakin bir sıra vaksinlər hazırda yoxlanılır.
Məlumatın yeniləndiyi son tarix: 9 avqust 2014. Məlumatın mənbəyi: CDC (USA), WHO.