MAGNESIM HYDROXIDE
ÜST-ün əsas dərman vasitələrinin (ƏDV) siyahısına daxildir
Təsir mexanizmi və istifadəsində göstərişlər:
Maqnezium hidroksid mədə şirəsinin turşuluğunu azaldan kation antasidlərinə aiddir. Maqnezium hidroksid qələvi olmaqla, mədə şirəsinin tərkibində olan duz turşusu ilə reaksiyaya girir və mədədə artıq miqdarda sintez edilmiş duz turşusunu neytrallaşdırır. Preparat simptomatik təsir göstərir – həzm prosesini pozmadan ağrı və qıcqırmanı azaldır. Duz turşusunun neytrallaşması zamanı maqnezium ionları xaric olur ki, onların çox hissəsi bağırsaqda həll olmayan və sorulmayan karbonatlar və fosfatlar əmələ gətirərək nəcislə xaric olur. Maqnezium ionlarının cüzi hissəsi (5%) mədədən sorulur və orqanizmin turşu-qələvi müvazinətini pozmur.
İstifadəsinə göstərişlər:
Qastroezofageal reflüks;
Xora və qeyri-xora mənşəli dispepsiya (mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, qida borusunun peptik xoraları, normal və hipersekresiya ilə keçən kəskin və kəskinləşmə mərhələsində olan xronik qastritlər, kəskin və xronik duodenit, mədənin kimyəvi yanıqları), o cümlədən qeyri-xora mənşəli dispepsiya (qıcqırma, diskomfort, ürəkbulanma, ağrı), pəhrizin pozulması, artıq miqdarda spirtli içki, kofe, nikotin, dərman dərman vasitələrinin (sitostatiklər, steroid və qeyri-steroid iltihabəleyhinə dərman vasitələri, vərəm əleyhinə dərman vasitələri, rezerpin) qəbulundan, qida və digər intoksikasiyalardan sonra baş verən dispepsiya, stress xoralarının profilaktikası, bəzi təxirəsalınmaz vəziyyətlərdə (sepsis, peritonit, sarılıq, arterial təzyiqin düşməsi, böyrək çatışmazlığı, tənəffüs çatışmazlığı, travma, yanıqlar, geniş həcmli cərrahi əməliyyatlar) mədə-bağırsaq traktının yuxarı şöbələrindən qanaxmanın profilaktikası;
Doza rejimləri:
Dispepsiya, qastroezofageal reflüks
- Böyüklərə: 5-10 ml daxilə təyin edilir, tələbat əsəsında təkrarlamaq
- Antasidlərlə digər dərman vasitələrinin qəbul vaxtları arasındakı interval 2-4 saatdan az olmamalıdır.
Əlavə təsirləri:
İshal;
Böyrək çatışmazlığı zamanı – dərin vətər reflekslərinin itməsi, iənəffüsün ləngiməsi və ürəkbulanma, qusma, dəridə hiperemiya, susuzluq, hipotenziya, yuxululuq, huşun alaqaranlıqlaşması, əzələ zəifliyi, bradikardiya, koma və ürək fəaliyyətinin dayanması kimi əlamətlərin inkişafına gətirib çıxaran hipermaqniemiya.
Əks-göstərişlər:
Ağır dərəcəli böyrək çatışmazlığı
Xüsusi göstərişlər:
Böyrək və qaraciyər çatışmazlığı zamanı ehtiyatla istifadə olunmalıdır
Ticarət adları (istehsalçı firma adları), tərkibi və buraxılış forması:
- ALMAGEL NEO (Balkanfarma, Bolqarıstan)
- Aluminium hydroxide 340mg/5ml, Magnesium hydroxide 395mg/5ml, Simeticone 36mg/5ml, daxilə qəbul edilən suspenziya, 170ml flakonda №1; PET flakonda№1; 10ml paketlərdə №10, №20
- MAALOKS, MAALOKS MİNİ (Sanofi-Aventis, Fransa)
- Aluminium hydroxide 3.5g/100ml, Magnesium hydroxide 4g/100ml, daxilə qəbul edilən suspenziya 250ml, flakonda №1 və 15ml, paketlərdə №30
- Aluminium oxide hydroxide 400mg, Magnesium hydroxide 400mg, çeynənilən tabletlər №40
- QASTAL (Pliva Krakov, Polşa)
- Aluminium hydroxide-Magnesium carbonate gel 450mg, Magnesium hydroxide 300mg (95.26mg AL3+ and 141.11 Mg, tabletlər №30, №60
- SİMALGEL (E.İ.P.İ.Co, Misir)
- Aluminium hydroxide 8.1g/100ml, Magnesium hydroxide 2g/100ml, Simeticone 2.5g/100ml, daxilə qəbul edilən suspenziya, flakonda 125ml, 180ml, 300ml