Lansoprazol (proton nasosun inqibitoru)

LANSOPRAZOL (LANSOPRAZOLE)

ÜST-ün əsas dərman vasitələrinin (ƏDV) siyahısına daxil deyil

Təsir mexanizmi və istifadəsində göstərişlər:

  • Bax. Omeprazol. Lansoprazol uzunmüddətli farmakoloji təsirə malikdir və 24 saat ərzində turşuluğu nəzarət altında saxlayır.

İstifadəsinə göstərişlər:

  •  Mədə və 12-barmaq bağırsağın xorası;
  •  Reflüks-ezofagit;
  •  Helicobacter pylori törədicisinin eradikasiyası (kompleks müalicəsində);
  •  Zollinger - Ellison sindromu;
  •  Mədənin QSİƏDV qəbulu ilə bağlı eroziv zədələnmələri, stress nəticəsində yaranmış xoralar.

Doza rejimləri:

Gündə 1 dəfə daxilə qəbul edilir. Antisekretor effekti əldə etmək üçün lansoprazolu səhər yeməkdən əvvəl qəbul etmək lazımdır. Kapsullar bütöv udulmalıdır.

Onikibarmaq bağırsağın xorası:

  • 1 kapsul gündə bir dəfə, 4 həftə ərzində;

Reflüks-ezofagit:

  • 1 kapsul gündə bir dəfə, 4-8 həftə ərzində;

Mədə xorası:

  • 1 kapsul gündə 1 dəfə, 8 həftə ərzində;

Zollinger-Ellison sindromu:

  • gündə 2 kapsul olmaqla kliniki simptomların aradan götürülməsinə qədər təyin edilir.

Dozadan artıq istifadəsi haqqında məlumat yoxdur, lakin lansoprazolun gün ərzində 120 mq–dan artıq istifadə edilməsinin əhəmiyyəti yoxdur.

Əlavə təsirləri:

  •  Nadir hallarda dərman qəbulu zamanı başağrısı;
  •  Dispepsiya, ürəkbulanma, ağızın quruması, diareya, qarın nahiyəsində ağrı;
  •  Səpgilər;
  •  Bəzi hallarda artralgiya;
  •  Periferik ödem;
  •  Trombositopeniya, eozinofiliya, leykopeniya.

Əks göstərişlər:

 Preparatın tərkibindəki maddələrə qarşı hiperhəssaslıq.

Xüsusi göstərişlər:

  • Antasidlər və sukralfat lansoprazolun sorulmasını azaltdığından, həmin preparatlar lansoprazoldan 2 saat sonra qəbul edilməlidir.Yaşlılarda tətbiqi zamanı doza korreksiyası tələb olunmur. 30 mq təşkil edən gündəlik dozada gündə bir dəfə təyin olunur.
  • Lansoprazolun uşaqlarda istifadəsi ilə bağlı təcrübələr yoxdur. Böyrək funksiyalarının pozğunluğu olan xəstələrdə dozanın korreksiyasına ehtiyac yoxdur.
  • Qaraciyər funksiyalarının pozulmaları olan xəstələrdə lansoprazolun metabolizm dövrü bir qədər arta bilər.