PANTOPRAZOL (PANTOPRASOLE)
ÜST-ün əsas dərman vasitələrinin (ƏDV) siyahısına daxil deyil
Təsir mexanizmi və istifadəsində göstərişlər:
- Bax. Omeprazol. Pantoprazol öz təsirini yalnız turş mühitdə (pH< 3) göstərir, qələvi mühitlərdə isə qeyri-aktiv olur.
Pantoprazol uzunmüddətli farmakoloji təsirə malikdir və 24 saat ərzində turşuluğu nəzarət altında saxlayır.
İstifadəsinə göstərişlər:
- Bax. Lansoprazol.
Doza rejimləri:
Pantoprazol çeynənmədən və əzilmədən bir az maye ilə qəbul edilməlidir. Onikibarmaq bağırsağın xorası:
- 1 tablet gündə bir dəfə, 2- 4 həftə ərzində;
Reflüks-ezofagit:
- 1 tablet gündə bir dəfə, 4-8 həftə ərzində;
Zollinger-Ellison sindromu:
- Gündə bir dəfə, kliniki simptomların aradan qaldırılmasına qədər təyin edilir.
Helicobacter pylori törədicisinin eradikasiyası:
- Mədə və onikibarmaq bağırsaq xorası olan və H. pylori müsbət olan xəstələrdə kompleks eradikasion müalicə aparılmalıdır. Müalicə müddəti 1 həftədir.
Əlavə təsirləri:
- Nadir hallarda baş ağrısı, diareya, qarın nahiyyəsində ağrı, dispepsiya, ürəkbulanma;
- Səpgilər;
- Depressiv hallar;
- Bulanıq görmə.
Əks göstərişlər:
Preparatın tərkibindəki maddələrə qarşı hiperhəssaslıq.
Xüsusi göstərişlər:
- Antasidlər və antibakterial preparatlarla birgə təyin etdikdə hər hansı bir uyğunsuzluq müşahidə edilməmişdir. Hamilə qadınlara ana üçün risk dölə ola biləcək mənfi təsirlərdən daha əhəmiyyətlidirsə yalnız bu halda təyin edilə bilər.
- Yaşlı şəxslərdə gündəlük doza 40 mq-i keçməməlidir. Böyrək funksiyalarının ağır pozulmaları olan xəstələrdə Helicobacter pylori eradikasiyası üçün aparılan 1 həftəlik müalicə istisna olmaqla doza 40 mq-dan yüksək olmamalıdır.
- Qaraciyər funksiyalarının yüngül və orta ağırlıqlı pozulmalarında pantoprazolun dozasının azaldılmasına ehtiyac yoxdur. Ağır qaraciyər çatışmazlığında pantoprazol qəbul edilərsə qaraciyər fermentləri nəzarətdə saxlanmalıdır.