SUKRALFAT (SUCRALFATE)
ÜST-ün əsas dərman vasitələrinin (ƏDV) siyahısına daxil deyil
Təsir mexanizmi və istifadəsinə göstərişlər:
- Sukralfat alüminium hidroksidlə sulfilləşdirilmiş sukrozanın kompleksi olub, antasid xassələri o qədər də güclü ifadə olunmamışdır. Preparat qida borusunun aşağı hissəsinin, mədə və onikibarmaq bağırsağın selikli qişasını pepsin və mədə şirəsinin təsirindən. xora səthinin nekrozlaşmış toxuma zülalları ilə qarşılıqlı əlaqədə olaraq qoruyucu təbəqə yaratmaqla qoruyur.
İstifadəsinə göstərişlər:
- Xoşxassəli xora xəstəliyi;
- Xronik qastrit;
- Xora xəstəliyinin profilaktikası.
Doza rejimləri:
- Böyüklərə: 2 q dozada gün ərzində 2 dəfə, səhər və axşam; 1 q dozada gün ərzində 4 dəfə olmaqla, yeməkdən 1 saat əvvəl və axşam 4-6 həftə müddətində təyin edilir;
- Profilaktika – 1 q dozada gün ərzində 6 dəfə təyin edilir.
- Uşaqlara məsləhət görülmür.
Əlavə təsirləri:
- Ağızda quruluq;
- Nadir hallarda – dispepsiya, bəzən qəbizlik (uzunmüddətli qəbul zamanı).
- MSS tərəfindən: başgicəllənmə, yuxusuzluq, baş ağrısı.
- Bel nahiyəsində ağrı;
- Dəri reaksiyaları: qaşınma, səpgi.
Əks-göstərişlər:
- Yüksək həssaslıq;
- Hamiləlik;
- Eyni zamanıda tetrasiklinlərin qəbulu.
Xüsusi göstərişlər:
- böyrək çatışmazlığı olan xəstələrdə ehtiyatla təyin edilməlidir. Sukralfat və digər dərman vasitələrinin qəbulu arasında 2 saatlıq vaxt intervalına əməl etmək lazımdır.