HİOSSİN BUTİLBROMİD (HYOSCINE BUTYLBROMIDE)
ÜST-ün əsas dərman vasitələrinin (ƏDV) siyahısına daxildir
Təsir mexanizmi və istifadəsinə göstərişlər:
- M-xolinoreseptorları blokada etməklə, daxili orqanların saya əzələlərinin tonusunu, yığılma aktivliyini, ekzokrin vəzilərin sekresiyasını azaldır. Ürək yığılmalarının sayını artırır, midriaz, akkomodasiyanın iflicinə səbəb olur, gözdaxili təzyiqi artırır.
İstifadəsinə göstərişlər:
- Böyrək sancısı;
- Öd sancısı, öd yollarının və öd kisəsinin hipermotor diskineziyası, xolesistit;
- Bağırsaq sancısı, pilorospazm, kəskinləşmə mərhələsində olan xora xəstəliyi;
- Dismenoreya;
- Sistit nəticəsində sidik kisəsinin hiperkineziyası.
Doza rejimləri:
- Böyüklərə və 6 yaşdan yuxarı uşaqlara: 10-20 mq dozada günda 3-5 dəfə;
- 1 yaşdan 6 yaşa qədər – günda 3-5 dəfə, 5-10 mq dozada daxilə və ya 7,5 mq dozada rektal təyin edilir; 1 yaşa qədər – günda 2-3 dəfə 5 mq daxilə və ya günda 5 dəfəyə qədər, 7,5 mq dozada rektal təyin edilir.
- Kəskin vəziyyətlərdə böyüklərə 20-40 mq, uşaqlara 5-10 mq dozada dərialtı, əzələdaxili və venadaxili, günda 3 dəfə olmaqla təyin edilir.
Əlavə təsirləri:
- Akkomodasiyanın pozulması;
- Başgicəllənmə, yuxululuq;
- Ürəkdöyünmə
Əks-göstərişlər:
- Qlaukoma;
- Prostat vəzin adenoması;
- Pilorostenoz;
- Taxiaritmiya;
- Mexaniki bağırsaq keçməməzliyi;
- Ağciyər ödemi;
- Beyin damarlarının aydın ifadə olunmuş aterosklerozu;
Xüsusi göstərişlər:
- Hamiləlik, laktasiya zamanı və peşəsi yüksək diqqət tələb edən şəxslərə ehtiyatla təyin edilməlidir.
Ticarət adları (istehsalçı firma adları), tərkibi və buraxılış forması:
- BUSKOPAN (İstituto de Angeli S.R.L., İtaliya)
- Hyoscine butylbromide 10mq, şam №10
- BUSKOPAN (Delfarm Reims, Fransa)
- Hyoscine 10mg, örtüklü tabletlər №20
- SKOPASSİN (Antibiotiçe S.A., Rumıniya)
- Hyoscine butylbromide 10mg, örtüklü tabletlər №20, №200