Süni qan dövranı aparatı

Süni qan dövranı aparatı (SQDA) və ya Ürək-ağciyər aparatı açıq ürəkdə aparılan cərrahi əməliyyatlar zamanı xəstənin həyativacib orqanlarının funksiyalarını qismən və tam öz üzərinə götürən xüsusi tibbi cihazdır.
Süni qan dövranı aparatı əsasən Ürək cərahiyyəsində tətbiq edilir. Reanimasiya şöbəsində isə intensiv tibbi yardıma ehtiyac olan xəstələrdə onun birqədər xüsusiləşdirilmiş formasından - ekstrakorporal membranoksigenator (ELMO) aparatından istifadə edilir.

Süni qan dövranı aparatına daşıdığı funksiyaya uyğun iki mühüm hissə daxildir:

  • "Süni ürək" hissəyə, nasos, alıcı və ötürücü borular, qan dövranının sürət və həcmini tənzimləyən pult daxildir;
  • "Süni ağciyər" hissəyə qazlar mübadiləsini (venoz sistemdən aşağı boş vena və yuxarı boş venadan alınan qanın oksigenləşməsi və əksinə karbon qazından təmizlənməsi) getdiyi membranlı oksigenator daxildir.
 
(Mənbə: http://az.wikipedia.org/wiki/S%C3%BCni_qan_d%C3%B6vran%C4%B1_aparat%C4%B1)