Qida zəhərlənməsi.

Ədəbiyyatın icmalı: oktyabr 2016. || Məqalənin son yenilənməsi tarixi: oktyabr 2016 



GİRİŞ.

Qida zəhərlənməsi bakteriyalar və/və ya onların toksinləri, viruslar, parazitlər və ya kimyəvi maddələr ilə yoluxmuş qida və suyun qəbulunun səbəb olduğu xəstəlikdir. Yoluxma, adətən, qida və ya içki məhsulları ilə düzgün olmayan qaydada davranma, onların səhv hazırlanması və saxlanılmasından irəli gəlir.[1]

 

EPİDEMİOLOGİYA.

ABŞ-da qida mənşəli xəstəliyin illik rastgəlmə tezliyinin 4 nəfərə 1 xəstəlik hadisəsi olması hesablanılır. Ehtimal edilir ki, ABŞ-da hər bir şəxs hər 3-4 ildən bir qida mənşəli xəstəlik keçirir.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (XNPM) tərəfindən aparılan bir tədqiqatda hesablanılmışdır ki, qida mənşəli xəstəliklər hər il ABŞ-da təxminən 179 milyon xəstəliyə, 487000 hospitalizasiyaya və 6200 ölüm hadisəsinə səbəb olur. Müəyyən edilmiş patogenlər təxminən 9.4 milyon xəstəliyi, 56000 hospitalizasiyanı və 1300 ölüm hadisəsini əhatə edir.[5] [6] Salmonella, Listeria və Toxoplasma orqanizmləri 1000 ölüm halını əhatə edir. Müəyyən edilməmiş patogenlər digər 141 milyon xəstəliyi, 258000 hospitalizasiyanı və 3500 ölüm hadisəsini əhatə edir. Ümumilikdə, qida mənşəli xəstəliklər yuxarıda hesablanılanlar ilə müqayisədə daha çox xəstəliklərə, lakin az ölüm hallarına səbəb olur.[7] [8] [9]

Bütün dünyada kəskin dizenteriyanın ən çox rast gələn səbəbləri Shigella, Salmonella və Campylobacter qalır, baxmayaraq ki, digər səbəblər inkişaf etmiş ölkələrdə Şiqa toksini hasil edən E coli (ŞTEC) və inkişaf etməkdə olan ölkələrdə Entamoeba histolytica olaraq daha çox qalır.[10] Campylobacter, salmonellyoz və verositotoksin hasil edən E coli (VTEC) ilə infeksiyanın baş verməsinin ümumi vaxtı ilə əlaqədar mülayim iqlimlərdə mövsümi dəyişiklik mövcuddur; hamısı yay vaxtı fərqli pik həddə malikdir. Kriptosporidioz yaz və yayda yüksək göstəricilər ilə iki-modallı pik həddi nümayiş etdirmiş və müvəqqəti dəyişiklik göstərmişdir. Lyamblioz yayda nisbətən az artım göstərmişdir və ən az dəyişkən olmuşdur.[11]

Trematodiaz dünyanın bir çox hissələrində endemik xarakter daşıyır, əsasən Asiya və Latın Amerikasında 2005-ci ildə təxminən 56 milyon insan yoluxmuşdur.[2] Daxili su kənd təsərrüfatı, səyahət və qida ticarətinin artması ilə xəstəliyin yayılması da artır.

 

ETİOLOGİYA.

Etiologiya bakteriyalar və/və ya onların toksinləri, viruslar, parazitlər və ya kimyəvi maddələr ilə yoluxmuş qida və ya suyun qəbulundan ibarətdir. Yoluxma, adətən, qida və ya içki məhsulları ilə düzgün olmayan qaydada davranma, onların səhv hazırlanılması və saxlanılmasından irəli gəlir.

 

PATOFİZİOLOGİYA.

İshal invaziyasız (qeyri-iltihablı) nazik bağırsağın selikli qişasının sekresiya mexanizmlərində və ya invaziya və toxumaların məhvi ilə (iltihablı) yoğun bağırsaqda enterotoksinlərin (qida qəbulundan öncə əvvəlcədən formalaşmış və ya qida qəbulundan sonra hasil olmuş) fəaliyyətindən qaynaqlanır.

Qida zəhərlənməsinin bəzi növlərində (məs., stafilokoklar, Bacillus cereus) qusma prosesinə mərkəzi sinir sisteminə təsir edən toksin səbəb olur.

Botulizmin kliniki sindromu sinir sonluqlarında botulinum toksini tərəfindən asetilxolinin xaric olmasının inhibisiyasından qaynaqlanır.

Qida zəhərlənməsinin qeyri-infeksion səbəblərinin bəzilərindən irəli gələnkəskin mədə-bağırsaq simptomları ilə nəticələnən patofizioloji mexanizmlər (göbələklər və zəhərli göbələklər kimi təbii maddələr və arsen, civə və qurğuşun kimi ağır metallar) yaxşı məlum deyil.

 

TƏSNİFAT.

Bioloji və qeyri-bioloji törədicilər

Bakterial:

  • Basil: B anthracis; B cereus (əvvəlcədən formalaşmış enterotoksin və ishal toksini); B abortus; B melitensis; B suis
  • Campylobacter jejuni
  • Klostridium: C botulinum, C perfringens
  • Escherichia coli yarımtipləri enterohemorragik (EHEC), enteroinvaziv (EİEC), enteroaqqreqativ (EAEC), enterotoksik (ETEC), enteropatogen (EPEC)
  • Listeriya
  • Salmonella növləri
  • Shigella növləri, eləcə də Şiqa toksini və Şiqayabənzər, ribosomu zərərsizləşdirən zülallar
  • Staphylococcus aureus, eləcə də stafilokok enterotoksinləri
  • Vibrion: V cholerae, V parahaemolyticus; V vulnificus
  • Yersinia: Y enterocolitica, Y pseudotuberculosis

 

Viruslu:

  • Hepatit A və E
  • Noroviruslar və digər kalisiviruslar
  • Rotavirus
  • Digər: astroviruslar, adenoviruslar, parvoviruslar.

 

Parazitar:

  • Angiostrongylus cantonensis • Kriptosporidium
  • Cyclospora cayetanensis
  • Cystoisospora
  • Entamoeba histolytica • Bağırsaq lyambliyası
  • Toksoplazma
  • Trixinella
  • Trematoda (sorucu qurdlar).

 

Qeyri-infeksion:

  • Sürmə
  • Arsen
  • Kadmium
  • Balıq qida zəhərlənməsi (siquatera toksini)
  • Mis
  • Civə
  • Göbələk toksinləri (qısa və uzun müddət fəaliyyət göstərən) • Nitrit ilə zəhərlənmə
  • Pestisidlər (orqanofosfatlar və ya karbamatlar)
  • Kirpi balığı (tetrodotoksin)
  • Scombroid balığı (histamin)
  • Molyusk toksini
  • Natrium florid
  • Tallium
  • Qurğuşun
  • Sink.

 

İnkubasiya dövrü.

Saatlar: əvvəlcədən formalaşmış toksinlər (Saureus,Bcereus,Cperfringens) və qeyri-infeksion toksinlər; Salmonella (72 saata kimi)

Günlər: bir çox viruslar (Hepatit A və E istisna olmaqla), Campylobacter, Shigella, parazitlər

Həftələr: Hepatit A və E, ağır metallarla xroniki kontakt

 

Xəstəliyin müddəti.

• Özünü məhdudlaşdıran/günlər: qida mənşəli bir çox xəstəliklər

• Həftələr və aylar: parazitlər.

 

Səbəb olan qidalar.

• Az bişmiş, bişməmiş və ya çiy qidalar: xüsusilə ət məhsulları (hamburger və buğda bişmiş), quş əti, çiy və ya pasterizə olunmamış süd və pendir, molyusk (istirdiyyələr) və balıq

• Düzgün qaydada saxlanılmayan: qeyri-düzgün qaydada dondurulmuş və ya konservləşdirilmiş və evdə konservləşdirilmiş qidalar

• Nəcis ilə yoluxmuş su və ya qida

• Təzə məhsullar

• Göbələklər

• Toksinlərə yoluxmuş dəniz məhsulları (civə, kadmium, histamin).

 

Haqqında təcili bildiriş verilən qida mənşəli xəstəlik.

• Bakterial: qarayara, botulizm, brusellyoz, vəba, enterohemorragik (Şiqatoksinihasiledən) Ecoli, hemolitik uremik sindrom, listerioz, salmonelyoz (Salmonella typhi orqanizmindən başqa), şigelyoz, qarın yatağı (S typhi və S paratyphi infeksiyaları)

• Viruslu: Hepatit A, Hepatit E

• Parazitar: kriptosporidioz, siklosporiaz, lyamblioz, trixinelyoz.

 

İshal.

• Kəskin: <14 gün

• Davamlı: >14 gün • Xroniki: >6 həftə

 

BİRİNCİLİ PROFİLAKTİKA.

Təmiz suyun əldə edilməsi bütün cəmiyyətlərdə da prioritet təşkil edir. Maliyyə cəhətdən zəif populyasiyalarda xüsusilə ucqar kənd icmalarında imkanları yaxşılaşdırmağa təşəbbüs göstərmək üçün müxtəlif üsulların sayı artmaqdadır.[22] [23]

Qida təhlükəsizliyinə dair ümumi maarifləndirici məlumatı bir çox mənbələrdən əldə etmək mümkündür.

Düzgün gigiyena, qida hazırlanması zamanı davranış və saxlanılma və müvafiq istehlak vərdişi effektiv profilaktik ehtiyat tədbirləri hesab edilir. Bu, xüsusilə qida işçiləri üçün əhəmiyyət kəsb edir. Spirt əsaslı əl təmizləyici vasitələr faydalı köməkçi üsuldur, lakin, adətən, virusları məhv etmir, belə ki, sabun və sudan istifadə tələb olunur.[24]

Qida məhsullarının son istifadə tarixlərinə diqqət yetirilməlidir.

Qidanın növünə müvafiq olaraq, qida ilə təhlükəsiz davranış və istehlak vərdişlərinə dair istehlakçının maarifləndirilməsi:

 

Dəniz məhsulları

  • Çiy və ya az bişmiş dəniz məhsullarının yeyilməsindən imtina etmək
  • Molyusku qabığı açılana və içərisi tam bişənə kimi bişirmək; balığı əti tutqun olana kimi və çəngəl ilə asan parçalanana kimi bişirmək
  • Molyusk məhsullarını məlum olan mənbələrdən əldə etmək
  • Balıq ilə qida zəhərlənməsi hətta balıq müvafiq qaydada bişirildikdə baş verə bilər, belə ki, toksin istiyə davamlıdır.

 

Ət, quş və süd məhsulları

  • Çiy quş əti, ət və dəniz məhsulları ilə çalışdıqdan sonra bıçaqların, doğrama taxtalarının və qida hazırlanılan səthlərin isti su və sabun ilə yuyulması
  • Yumşaq pendir növləri (məs., Bri, Kamamber və s.), soyuq hisə verilmiş balıq və soyuq kolbasa salatlarından istifadə edilməməsi
  • Buxar istisi və ya 74°C (165°F) temperaturda yenidən qızdırılmayan sosiskalı bulkalar və kolbasalardan istifadə edilməməsi
  • Pasterizə olunmuş süddən hazırlanmış pendir və yoqurtdan istifadə edilməməsi
  • Yalnız pasterizə olunmuş südün içilməsi.

 

Yumurtalar

  • Çiy və ya az bişmiş yumurtalardan ibarət qida məhsullarının yeyilməsindən imtina etmək • Yumurtaları soyuducuda saxlamaq
  • Yumurtanın sarısı və ağı bərk olana kimi yumurtaları bişirmək; yumurtalardan ibarət qida məhsullarının 71°C (160°F) temperaturda bişirildiyini təmin etmək üçün termometrdən istifadə etmək

 

Tərəvəzlər və meyvələr

  • Çiy zoğların yeyilməsindən imtina etmək
  • Yalnız pasterizə olunmuş meyvə şirələrindən istifadə etmək; xəbərdarlıq etiketlərinə malik şirələrdən istifadə etməmək
  • Yeməzdən əvvəl axar suyun altında təzə meyvə və tərəvəzləri təmiz yumaq.

 

Bir çox viruslu patogenlər nəcis-oral yol ilə ötürülür. Əllərin tez-tez, hərtərəfli yuyulması ən effektiv profilaktika üsuludur. Digər effektiv qoruyucu üsullara əlcəklər və xalatlar daxildir. Özəl tibb müəssisələrində və ya uzun müddətli müalicə müəssisələrində yoluxmaya məruz qalmış xəstələrin izolyasiya edilməsi ötürülmə səviyyəsini aşağı sala bilər və antibakterial spirt əsaslı əl təmizləyici vasitələr bu müəssisələrdə daha yaxşı nəticələr göstərmişdir.

Seçilmiş populyasiyalar üçün qida təhlükəsizliyi haqqında əlavə maarifləndirmə tələb oluna bilər. Baxmayaraq ki, Kenyada məktəblərdə ümumi ayaqyollarının təmin edilməsi kimi təcrübə var, lakin yaxşı maarifləndirmə olmasa xəstəlik riski artar.[25] Zəif immunitetli şəxslər (məs., İİV-ə yoluxmuş xəstələr, xərçəngə görə kimyəvi terapiya alan xəstələr və uzun müddət ərzində peroral kortikosteroidlər və ya immun sistemini zəiflədən vasitələri qəbul edən şəxslər) müxtəlif enterik patogenlər ilə infeksiyaya qarşı çox həssasdır və, adətən, daha yüksək ağırlıq dərəcəsinə malik xəstəliyin inkişaf etməsi və daha tez-tez fəsadlar ilə müşayiət olunması daha çox ehtimal edilir. Bu cür insanlar qida ilə təhlükəsiz davranış və hazırlanma qaydalarını öyrənməklə və riayət etməklə bu riskləri azalda bilər.

Alkoqoliklər və xroniki qaraciyər xəstəliyinə malik insanlar (hemoxromatoz və ya sirroz) çiy molyuskdan qaynaqlanan Vibrio vulnificus səbəbi ilə infeksiyalara görə artan risk altındadır və onlardan imtina etməlidir. İmmun müdafiəsinin pozulmasına malik olan şəxslər yumşaq pendir növləri, qızdırılmamış kolbasa məhsulları və çiy süd məhsullarından qaynaqlanan Listeria monocytogenes ilə infeksiyaya görə artan risk altındadır və bu səbəbdən, onlar bu qida məhsullarından istifadə etməməlidir. Hamilə qadınlar Toxoplasma gondii ilə infeksiya riskinə görə az bişmiş ət məhsullarından imtina etməlidir və (bütün insanlar kimi) Listeria monocytogenes infeksiyaya görə risk artımını daşıyan çiy süd məhsulları (məs., pasterizə olunmamış süd və ya pendir növləri), yumşaq Fransız pendiri növləri və qızdırılmamış kolbasa məhsullarından istifadə etməməlidirlər; hər iki mikroorqanizm uşaqsalma ilə müşayiət olunur.

Balaca uşaqlar və yaşlı insanlar arasında Salmonella və ya Escherichia coli ilə infeksiyanın törətdiyi xəstəlik xüsusilə pis təsirə malikdir, lakin təhlükəsiz qida praktikalarına riayət etməklə potensial olaraq qarşısı alına bilər. Bir tədqiqatda aşkar edilmişdir ki, iribuynuzlu heyvan laktoferrini uşaqlarda ishalın rastgəlmə tezliyini azaltmaqda effektiv deyil, lakin ishal hallarının müddətini azaltmaqda və orta/ağır dehidratasiya ilə ishal hallarının sayını azaltmaqda effektiv olmuşdur.[26]

 

Vaksinlər müəyyən hallarda bəzi profilaktik dəyərə malik ola bilər:

  • Hepatit A vaksini mövcuddur və effektivdir və səhiyyə işçiləri və xroniki hallara, xüsusilə qaraciyər xəstəliyinə malik xəstələr daxil olmaqla, yüksək risk altında olan şəxslərə tətbiq olunmalıdır. Həmçinin, 12-24 aylıq yaş həddinə malik bütün uşaqlarda müntəzəm olaraq tövsiyə olunur. Endemik ərazilərə səyahət zamanı vaksinasiyanın nəzərdə tutulması vacib məqamdır.
  • ABŞ-da qarın yatalağı üçün hal-hazırda mövcud olan vaksinlər parenteral Vi-kapsullu polisaxarid vaksini və oral canlı-zəiflədilmiş Ty21a vaksinindən ibarətdir. ABŞ-da qarın yatalağı, adətən, ölkəyə xaricdən daxil olduğundan (adətən, beynəlxalq səyahət zamanı qazanılır) və potensial cəhətdən ağır olduğundan və geniş şəkildə qarşısı alına bilindiyindən Vi və ya Ty21a vaksini kontaktda olmağa görə ciddi ehtimal edilən şəxslərə tövsiyə olunur. Birləşmiş Krallıqda hal-hazırda mövcud olan vaksinlər günaşırı qəbul edilən oral 3 dozadan ibarətdir ki, kontakt riski hələ də mövcud olarsa və malyariya əleyhinə dərman vasitələri/antibiotiklərin yanaşı istifadəsi xəbərdarlığı olarsa, hər il artırılır, belə ki, onlar vaksinin effektivliyini azaldır. Eyni zamanda tək dozalı əzələdaxili vaksin mövcuddur ki, 3-cü ildə gücləndirici vaksinasiya tətbiq olunur və kompleks qarın yatalağı/hepatit A vaksini mövcuddur.
  • Vəba vaksini tövsiyə olunmur, çünki vəba səyahətçi üçün həddindən aşağı riskə malikdir və vaksinin məhdud effektivliyi mövcuddur.[28] Yeni oral canlı (CVD 103HgR) və ölü (tam-hüceyrə B-subvahidi) vaksinləri ABŞ-dan kənarda lisenziyalaşdırılmışdır və bəzi səyahətçilər tərəfindən istifadə edilir.
  • Rotavirus vaksini ABŞ və bir çox digər ölkələrdə müntəzəm immunizasiyanın bir hissəsidir.

Çirkab sularının arıtması su axınına daxil olan bakteriyaların yükünü azaltmaqda effektivdir; halbuki, bəzi məlumatlar mövcuddur ki, bu, çirkab suyunda davamlı bakteriyaların nisbətinin artımı ilə nəticələnir.

 

SKRİNİNQ TƏDBİRLƏRİ.

Diaqnostik nəcis testi və patogenin izolyasiyası

Nəcis testinə qida texnologiyası ilə məşğul olanlar və birbaşa xəstə ilə təmasda olan səhiyyə işçilərində ishal müşahidə edildikdə göstəriş verilir.

Bir neçə enterik bakteriyaların ictimai səhiyyə cəhətdən müşahidəsi patogenin subtipləşdirməsini tələb edir.

 

İKİNCİLİ PROFİLAKTİKA.

Qida texnologiyası ilə məşğul olan simptomatik şəxslər və ya səhiyyə işçiləri birbaşa olaraq qidaya toxunmaqdan və yüksək riskli xəstələrə qulluq göstərməkdən kənarlaşdırılmalıdır.

Uşaq bağçasında ishaldan əziyyət çəkən uşaqlar və işçilər Şiqa toksini hasil edən Escherichia coli (məs., O157:H7) və Shigella sonnei kimi rast gələn patogenlərin insandan insana ötürülməsinin yüksək ehtimalı səbəbi ilə ehtiyatla nəzarət olunmalıdır. Uşaq bağçalarında ishallı xəstəliyin profilaktikası və nəzarəti üzrə yanaşmalara xəstə uşaqların evdə qalması, mərkəz daxilində rekonvalessent uşaqların qruplaşdırılması və icmanın maarifləndirilməsinin tələb olunması daxil edilmişdir.[1] [12] [53] [54] Müəssisələrdə əllərin effektiv yuyulması, çanaqların rahat quraşdırılması və əllərin yuyulma zamanı düzgün vəziyyəti tövsiyə olunur.[55]

Səyahətçilərin diareyasında qida və içkiyə ehtiyatlı yanaşma profilaktikanın dayaq nöqtəsidir, və ishal baş verərsə, effektiv empirik müalicə aparılmalıdır. Kimyəvi profilaktika müəyyən şəraitlərdə səmərəli ola bilər. Meta-analizlərdən birində aşkar edildi ki, rifaksimin plasebo ilə müqayisədə qeyri-invaziv enterik patogenlərin səbəb olduğu səyahətçilərdə ishal xəstəliyinin qarşısını ala bilər.[56] Vaksinlər faydalı ola bilər, lakin hələ satışa çıxarılmayıb.

 

DİAQNOSTİK MÜAYİNƏ.

Xarakterik tarixçə qida mənşəli xəstəlik və ya zəhərlənməyə diaqnoz qoyulmasında əhəmiyyət kəsb edir.

 

Anamnezin toplanması.

Qida ilə kontakt, heyvanlar ilə kontakt, xəstəliyin müddəti, ərazidə qida mənşəli xəstəliklərin alovlanmalarının mövcudluğu, təsir tarixçəsi, spirtli içkilər və narkotik maddələrdən istifadə tarixçəsi və səyahət tarixçəsi, xüsusilə xarici ölkələrə səyahət tarixçəsini müəyyənləşdirmək vacibdir. Müəyyən edilməli qida ilə spesifik kontaktlara aşağıdakılar daxildir:

  • Az bişmiş ət: Salmonella, Campylobacter, Şiqa toksini hasil edən Escherichia coli, Clostridium perfringensvə Hepatit E ilə müşayiət olunur
  • Çiy dəniz məhsulları: Norovirus, Vibrio orqanizmi, hepatit A, və trematoda (sorucu qurdlar) ilə müşayiət olunur
  • Evdə hazırlanaraq konservləşdirilmiş qida məhsulları: Clostridium botulinumilə müşayiət olunur
  • Pasterizə olunmamış yumşaq pendir növləri: Listeria, Salmonella, Campylobacter, Şiqa toksini hasil edən E coli, and Yersiniailə müşayiət olunur
  • Kolbasa məhsulları: listerioz ilə müşayiət olunur
  • Pasterizə olunmamış süd və şirə: Salmonella, Campylobacter, Şiqa toksini hasil edən E coli, Yersinia, and Brucellailə müşayiət olunur
  • Çiy yumurtalar: Salmonella.

 

Bundan başqa, qeyri-düzgün qaydada qida ilə davranış və saxlama qida mənşəli xəstəliyin əmələ gəlməsi və ötürülməsinin yüksək riski ilə müşayiət olunur. Nümunələrə daxildir: qeyri-düzgün qaydada dondurma və saxlama (evdə konservləşdirmə); təzə məhsulları yumazdan əvvəl və sonra doğrama taxtaları və çanaqların su ilə yuyulmaması;[16] çiy heyvan məhsullarınını soyuducu təzə məhsullardan ayrı saxlamama; ətin bişib-bişmədiyini müəyyənləşdirmək ət termometrindən istifadə etməmək; qida məhsullarını dərhal soyutmamaq;[16] isti qida məhsullarını kiçik miqdarlara bölüşdürmədən soyuducuda böyük miqdarda saxlamaq; piştaxtada donu açılan dondurulmuş qida; qida məhsullarını təhlükəsiz şəkildə saxlamaq üçün həddindən artıq isti, yəni 6°C (43°F) və ya daha yüksək termperaturda olan soyuduculardan istifadə etmək.

Dostların və ailə üzvlərinin oxşar simptomlar ilə təzahür olunub-olunmadığını müəyyən etmək vacibdir. Əgər 2 və ya daha çox şəxsdə simptomlar müşahidə edilərsə, bu zaman alovlanma hesab edilir. Müəyyən patogenlər haqqında xəbər verilir.

Xarici ölkələrə səyahət tarixçəsi səyahət regionuna endemik olan infeksiyaların ehtimalını təhrik etməlidir.

Yaşlı insanlar, uşaqlar və hamilə qadınlar qida mənşəli xəstəliyə, eləcə də xəstəxanada yerləşdirməni tələb edə biləcək və yüksək xəstələnmə və ölüm göstəriciləri ilə müşayiət olunan daha ağır xəstəliyə daha həssasdır. Bəzi xroniki xəstəliklər (məs., şəkərli diabet və xərçəng) və immun sistemini zəiflədən dərman vasitələrinin istifadəsi (məs., kortikosteroidlər, şiş əleyhinə nekroz faktoru dərman vasitələri və kimyaterapiyalar) opportunist infeksiyalara qarşı xəstənin həssaslığını artırır. Mədə şirəsi suppresiyasından istifadə enterik infeksiyaların riskinin artımı ilə müşayiət olunur.

Risk faktorlarının bir çoxu sıx əlaqəlidir və sinergetik təsirə malik ola bilər.

Qarın və sistemli simptomlar və/və ya qusma ilə müşayiət olunan bağırsaq boşalmalarının xüsusiyyətləri və tezliyi gizli mövcud olan patogeni göstərə bilər.

İshalla bağlı araşdırma zamanı ÜST-nin (WHO) təsnifatından istifadə edilir:

  • bir neçə saat və ya gün davam edən kəskin sulu ishal (vəba daxildir)
  • kəskin qanlı ishal (dizenteriya)
  • 14 gün və daha uzun müddətə davam edən davamlı ishal.

Nəcisdə qan və selikli qişanın mövcudluğu bağırsaq və ya yoğun bağırsağın selikli qişasnın invaziyasını göstərir. Şigellyoz ilə müşayiət olunan proktit sindromu tenezm, düz bağırsaqda diskomfort və qan, irin və selikdən ibarət tez-tez ağrılı bağırsaq boşalmaları ilə xarakterizə olunur. Düyü həlimi şəklində həddindən artıq nəcis vəba və ya oxşar enterotoksigen prosesi bildirir. Bu, qan, irin və ya qarında şiddətli ağrı olmadan böyük həcmdə sulu nəcislər iə nəticələnir.

Simptomların qəfil başlaması səbəbi ilə trematodiaza diaqnoz qoymaqda çətinlik müşahidə edilir ki, bu simptomlar, adətən, analaşılmaz olur və qeyd edilən sorucu qurd növündən asılıdır. Xəstələrə qaraciyər-öd axarları simptomları (məs., qarında ağrı, sarılıq, sağ yuxarı kvadrantda ağrı), ağciyər simptomları (məs., xroniki öskürək, döş qəfəsində ağrı, təngnəfəslik, qanhayxırma) və ya bağırsaq simptomları (məs., selikli qişa xoralaşması, pis qidalanma) daxildir.[2]

 

FİZİKİ MÜAYİNƏ.

Xəstəliyin ağırlıq dərəcəsi taxikardiya, taxipnoe, bədən hərarətinin artması və dəyişən şüur səviyyəsi ilə qeyd edilə bilər. Qarın nahiyəsinin müayinəsində heç bir xüsusi əlamət qeyd edilməyə bilər və ya diffuz və ya lokallaşmış həssaslıq nümayiş oluna bilrə və bəzi hallarda qarın şişə bilər. Dehidratasiyanın qiymətləndirilməsi aparılmalıdır.

ÜST dehidratasiya dərəcəsini 1-3 şkalası ilə təsnif edir:[30]

  1. Əlamətlər və ya simptomlarsız erkən dehidratasiya
  2. Susuzluq, narahat və ya qıcıqlandırıcı davranış, dəri elastikliyinin azalması və batıq gözlər ilə qeyd edilən orta dehidratasiya
  3. Ağır dehidratasiya, simptomlar daha ağırlaşır, şok, şüur səviyyəsinin azalması, sidik ifrazının olmaması, soyuq, yaş ətraflar, sürətli və zəif nəbz, aşağı və ya aşkar edilməyən qan təzyiqi və solğun dəri qeyd edilir.

Dehidratasiya qeyri-iltihablı ishal ilə müqayisədə iltihablı ishal ilə daha az ehtimal edilir, belə ki, iltihablı ishal, adətən, yoğun bağırsağın xəstəliyidir, toksin vasitəsilə törəmir və adətən daha az nəcis həcmi ilə nəticələnir.

Bağırsaqdan kənar mümkün simptomların geniş spektri qeyd edilə bilər ki, bura dəri (məs., Salmonella typhi infeksiyasında çəhrayı xallı ləkələr və ya Yersinia infeksiyasında düyünlü eritema), əzələ-skelet (məs., Salmonella, Shigella, Campylobactervə Yersinia infeksiyalarında sonra 1-3 həftə ərzində baş verən reaktiv artrit) və nevroloji təzahürlər (məs., diplopiya, əzələ tonusunun azalması və botulizm ilə müşayiət edilən anlaşılmaz nitq) daxildir.

Trematodiaza malik olan xəstələr öd kisəsi sancısı, xolestaz, öd kisəsi daşı xəstəliyi, qaraciyər absesi və ya hepatit ilə təzahür oluna bilər. Trematodiazdan qaynaqlanan uşaqlıqdan kənar infeksiya mərkəzi sinir sistemi, ürək, reproduktiv orqanlar, dalaq, dəri və ya qan-damar təzahürlərini əhatə edə bilər.

Əgər nəcis nümunəsinin toplanılması mümkün olmazsa, gizli qanı təyin etmək və kultura üçün düz bağırsaq yaxması əldə etmək məqsədilə düz bağırsağın barmaqla müayinəsi icra olunmalıdır.

 

LABORATOR ANALİZLƏR.

Ümumilikdə, laboratoriya müayinəsi, adətən, özünü məhdudlaşdıran yüngül və ya ağırlaşmamış xəstəliyə malik olan xəstələrdə tələb olunmur.

Laboratiya tədqiqatına ağır hallarda (dehidratasiya mövcud olduqda, müşahidə və maye həcminin bərpası üçün xəstəxanaya yerləşdirməni tələb edən xəstələrin müşahidəsi üçün) və pestisid və göbələk zəhərlənməsi kimi qeyri-infeksion səbəblərdən şübhələnildikdə göstəriş verilir.

İlkin testlər aşağıdakıları əhatə etməlidir:

• Orta və ya ağır susuzlaşmanın qeyd edildiyi və 24 saatdan sonra yaxşılaşmanın qeyd edilmədiyi arasıkəsilməz qusma və ya ishal və ya simptomlara malik xəstələrdə elektrolit balansının pozulmasını və böyrək disfunksiyasını istisna etmək məqsədilə, zərdab kreatinin və elektrolitlər.

• Nəcisdə qan olan qızdırmalı, şübhəli invaziv patogenlər (Şiqa toksini hasil edən E coli kimi [məs., O157:H7]) və mədə-bağırsaqdan kənar təzahürlər ilə müşahidə edilən xəstələrdə qanın ümumi analizi.

• Xəstə qızdırmalıdırsa (məs., temperatur >38.4°C [101°F]) və sepsis əlamətləri mövcuddursa (taxikardiya, hipotoniya, kapilyarların dolma vaxtının zəif olması, taxipnoe, kəskin sayıqlama, sidik ifrazının azalması), bakteriemiyanı istisna etmək məqsədilə, qan kulturası götürülməlidir. Sepsis əlamətlərini ağır dehidratasiya əlamətlərindən fərqləndirmək çətin ola bilər.

• Nəcisdə qan olan qızdırmalı, şübhəli invaziv patogenlər (Şiqa toksini hasil edən E coli kimi [məs., O157:H7]) ilə və digər diaqnozlar nəzərə alındıqda (bağırsağın iltihablı xəstəliyi, işemik və ya infeksion kolit kimi) və 3 və daha çox gün davam edən simptomlar ilə təzahür olunan xəstələrdə leykositlər və eritrositlərə görə nəcisin mikroskopiyası.

• Nəcisin mikroskopiyası, həmçinin, qurd yumurtaları və parazitlərə (trematoda yumurtaları daxil olmaqla) görə nəcisin müayinəsini əhatə edir və bütün nəcis nümunələrində də icra olunmalıdır.

• Nəcis nümunəsi leykositlər və ya qana görə müsbət nəticələr göstərdikdə və ya xəstələr 3 gündən artıq davam edən qızdırma və ya simptomlara malik olduqda Salmonella, Shigella və Campylobacter orqanizmləri kimi enterik patogenlər üçün bakterial kulturanın həddindən artıq qanlı nəcislərin müşahidə edildiyi xəstələrdə icrası məcburi hesab edilir. Nəcisin seroloji müayinəsi və toksinin təyin edilməsi Şiqa toksini hasil edən bakteriyaların növünə, eləcə də hansı növ toksin hasil olunduğuna diaqnoz qoymağa kömək edə bilər.

• C. difficile ishalını istisna etmək məqsədilə Clostridium difficile toksin testi.

• Normadankənar qaraciyər fermentləri müşahidə edildikdə, hepatit A və E serologiyası.

• Etiologiyanı fərqləndirmək məqsədilə qarında şiddətli ağrı olarsa, amilaza testi tətbiq olunmalıdır.

• Rektoromanoskopiya/kolonoskopiya və biopsiyalar qanlı ishalın etiologiyasını ayırd etməyə kömək edir.

 

Nəzərdən keçirilməli digər laborator analizlər:

• Qastroskopiya və onikibarmaq bağırsağın biopsiyaları, adətən, yalnız uzun müddət davam edən infeksiya və Giardia kimi parazitlərin xroniki daşınması zamanı faydalıdır.

• Nəcis antigen testləri Giardia və Cryptosporidium kimi vəziyyətlərin diaqnostik səmərəsini yaxşılaşdırır.

• Nəcisin mikroskopiyası Giardia orqanizminə diaqnoz qoymaqda uğursuz olarsa və antigen testi mənfi və ya mövcud olmazsa, 2 digər test tətbiq oluna bilər. Birincisi və ən invaziyasız olanı ipli testdir. Bu zaman daxilində ip olan kapsul udulur, ipin boşda qalan digər ucu xəstənin yanağına yapışdırılır. Bu, kapsulun həll olmasına və ipin xaric olmazdan əvvəl 4 və ya 6 saat qaldığı onikibarmaq bağırsağa keçməsinə şərait yaradır. İp daha sonra trofozoitlərə görə müayinə oluna bilər. İkincisi, qastroskopiya və onikibarmaq bağırsaq aspiratının mikroskopik analizi ilə icra oluna bilər.

• Polimeraz zəncirvari reaksiya (PZR) faydalıdır, lakin geniş şəkildə mövcud olmaya bilər.

 

Differensial diaqnozun nəzərə alınması

Baxmayaraq ki, ishal, qusma və qarında ağrının ilkin simptomları bir çox digər differensial diaqnozlar ilə ümumi ola bilər, qida mənşəli xəstəlikdə qeyd edilən simptomlardan fərqlənən simptomlar inkişaf edərsə və ya müalicəyə cavab verilməzsə və ya adekvat olmayan cavab olarsa, differensial diaqnoz nəzərə alınmalı və tədqiq olunmalıdır. Əlavə tədqiqatları təhrik edə biləcək bu cür göstəricilərə aşağıdakılar daxildir:

• Sarılıq və/və ya qarında cidd iağrı ilə qeyd olunan xəstələrdə hepatit və xoledoxolitiaza görə qaraciyər funksiyası testləri icra olunmalıdır.

• Şübhəli pankreatit və qarında ciddi ağrıya malik olan xəstələr; xüsusilə, ürəkbulanma və qusma ilə epiqastral nahiyədə ağrı və anormal qaraciyər testləri zamanı amilaza və lipaza testləri tələb olunmalıdır.

• Qarındaağrı/ishal ilə şişkinliyin digər səbəbləri nəzərə alınmalıdır, bura daxildir: bağırsağın iltihablı xəstəliyi (qanın ümumi analizi, C-reaktiv zülal testi, qarın nahiyəsinin rentgeni, biopsiyalar ilə rektoromanoskopiya/kolonoskopiya və nazik bağırsağın radiologiyası), işemik kolit (biopsiyalar ilə rektoromanoskopiya/kolonoskopiya və eninə aparılan tomoqrafiya), qlüten xəstəliyi (EMA/TTG və D2 kvadrant biopsiyaları ilə OGD ilə istisna etmək) və C. difficile ilə müşayiət olunan ishal (nəcis toksin testi ilə istisna etmək).

• Anamnezdə peşə məşğulluğu (məs., uşaq bağçası, tibb bacısı işi) qeyd edilərsə və ya qaraciyərin funksional testləri normadankənar olarsa, hepatit A skrininqinə göstəriş verilir.

• Botulizm əlamətləri (kəllə-beyin sinirlərinin iflicləri, göz-uzunsov beyin zəifliyi və qızdırma qeyd edilmədikdə enən, simmetrik süst iflic) qeyd edilərsə, zərdab və ya nəcis toksinin aşkarlanması üçün göndərilməlidir.

 

Tomoqrafiya/endoskopiya/patologiya

Tomoqrafiya və endoskopik tədqiqatlar yüngül sadə xəstəliklərdə və xəstəliyi aradan qalxan və yaxşılaşan xəstələrdə mənasızdır.

Şiddətli ağrı və ya obstruktiv simptomlar yaşayan xəstələrdə və ya perforasiyadan şübhələnildikdə qarın nahiyəsinin radioqrafik çəkilişləri dərhal icra olunmalıdır.

Rektoromanoskopiya enterik patogenin ayırd edilmədiyi qanlı ishala malik, davamlı olan və ya ağırlıq dərəcəsi artan qanlı ishala malik xəstələrdə və ya kliniki mənzərəsi və test nəticələri qida mənşəli xəstəliyin diaqnozu ilə uyğun gəlməyən xəstələrdə nəzərdə tutulmalıdır. Rektoromanoskopiyanın diaqnoz üçün səmərə vermədiyi hallarda kolonoskopiyadan ehtiyat üsul kimi istifadə edilməlidir.

Onikibarmaq bağırsaq aspiratı ilə, biopsiyalı və biopsiyasız ezofaqoqastroduodenoskopiya zəif immunitetli xəstələrdə, kimyəvi terapiya alan xəstələrdə və 5 gündən artıq davam edən, ağır simptomlara malik və ya ilkin müalicəyə yaxşı cavab verməyən xəstələrdə nəzərdə tutulur.

 

DIAQNOSTIK MEYARLAR

Spesifik patogenin izolyasiyası

Eyni zamanda eyni mühitdə xəstəliyə malik olan ən azı 2 şəxsdən müvafiq olaraq əldə edilmiş nəcis nümunələrindən şübhəli patogenin izolyasiyası və nəzarət olunan sağlam insanlarda oxşar göstəricilərin olmaması.

Qida məhsullarının tərkibində bakteriyaların mövcudluğu qanun ilə müəyyən edilmiş səviyyələr daxilində saxlanılmalıdır. Bu səviyyələrdən kənaraçıxma qida istehsalının təşkilinin ətraf mühitin və sağlamlıq cəhətdən nəzərdən keçirilməsi ilə nəticələnə bilər. Əlavə məlumat üçün yerli ərtraf mühitin sağlamlığı şöbəsi ilə əlaqə saxlamaq tövsiyə olunur.

Dehidratasiyanın dərəcəsi (ÜST)[30] ÜST dehidratasiyanı 1-3 şkalası ilə təsnif edir:

  1. Əlamətlər və ya simptomlarsız erkən dehidratasiya
  2. Susuzluq, narahat və ya qıcıqlandırıcı davranış, dəri elastikliyinin azalması və batıq gözlər ilə qeyd edilən orta dehidratasiya
  3. Ağır dehidratasiya, simptomlar daha ağırlaşır, şok, şüur səviyyəsinin azalması, sidik ifrazının olmaması, soyuq, yaş ətraflar, sürətli və zəif nəbz, aşağı və ya aşkar edilməyən qan təzyiqi və solğun dəri qeyd edilir.

 

MÜALİCƏYƏ YANAŞMA.

Maye həcminin peroral bərpası və simptoma nəzarət sadə sulu ishala malik xəstələrdə müalicənin dayaq nöqtəsidir. Əsas məqsəd maye itksinin bərpası (və ya susuzlaşmış xəstələrdə maye həcminin bərpası) və elektrolit əvəzlənməsindən ibarətdir. Nadir hallarda mikrob əleyhinə və ya digər spesifik terapiyalara göstəriş verilir.

Müvafiq məlumatın təmin edilməsi, skrininq və müşahidə vasitəsilə daha da yayılmasının qarşısının alınması və xəstənin maarifləndirilməsi alovlanmaların müalicəsində əsas ehtiyat tədbirləridir.

İnfeksion ishal üçün qusmaya qarşı dərman vasitələrinə göstəriş verilmir.

 

Yüngül və orta səviyyələr arasında dəyişən xəstəlik.

Özünü məhdudlaşdıran gediş. Yüngül və orta səviyyələr arasında dəyişən xəstəlik və həyəcan əlamətləri və ya nəcisdə qan, qarında şiddətli ağrı, qızdırma və mədə-bağırsaqdan kənar təzahürlər kimi simptomlar ilə göstərilir.

Nəzarətin dayaq nöqtəsi maye həcminin bərpası üçün məhluldan ibarətdir. Yüngül və orta səviyyələr arasında dəyişən ishala malik olan xəstələrdə reseptsiz verilən peristaltika əleyhinə və ya ishal əleyhinə dərman vasitələrinin (məs., loperamid) dəyəri müzakirə altındadır. Bu dərman vasitələri ishal müşahidə edilən xəstələrin işləmə qabiliyyətinə mane olması zamanı və ya səyahətçilərdə ishal xəstəliyinə malik şəxslərə təklif edilə bilər.[33] Şübhəli invaziv patogenə malik xəstələrdə difenoksilat/atropin və ya kodein istifadə edilməməlidir.

Bu xəstələrdə antibiotiklərin tətbiqi zəruri deyil.

 

Ağır dərəcəli xəstəlik.

Ağır xəstəliyi ağır dehidratasiya əlamətləri və simptomların olması, nəcisdə qanın olması, mühüm laboratoriya testlərinin müsbət olması və bağırsaqdankənar təzahürlər göstərir. Ağır qida zəhərlənməsinə xəstələrin (xüsusilə, hamilə qadınlar və yaşlı insanlar kimi yüksək risk qrupunda olan xəstələr) göstəriş verildiyi kimi maye itkisinin venadaxili bərpası və elektrolitlərin ciddi nəzarəti və digər laboratoriya testləri üçün xəstəxanaya müraciət etməsi tövsiyə olunur.

Difenoksilat/atropin və ya kodein şübhəli invaziv patogenə malik xəstələrdə istifadə edilməməlidir.

 

Empirik antibiotik terapiyası.

Mikrob əleyhinə bütün spesifik terapiya yerli həssaslıq xüsusiyyətlərini müəyyənləşdirmək məqsədilə yerli mikrobioloji/infeksion xəstəlik mütəxəssisləri ilə müzakirə olunmalıdır. Empirik müalicənin effektiv olduğunu təmin etmək məqsədilə xəstəliyin irəliləyişinə müntəzəm olaraq nəzarət olunmalıdır.

Empirik antibiotik terapiyası yalnız o zaman tətbiq olunur ki, kultura ilə bakterial dizenteriya mövcud olsun. Shigella infeksiyasının kultura ilə təsdiq olunmuş dəlili və ya şigellyozun aydın alovlanması aşkar edilənə kimi inkişaf etmiş ölkələrdə tövsiyə olunmur. [34]

Dizenteriya olmadıqda mikrobioloji diaqnoz təsdiqlənə və Şiqa toksini hasil edən enterohemorragik Escherichia coli (məs., O157:H7) istisna edilənə kimi antibiotiklər tətbiq olunmamalıdır.

Tətbiq olunarsa, mikrob əleyhinə empirik terapiyası hərtərəfli olmalıdır və kliniki müəssisə kontekstində bütün ehtimal edilən patogenləri əhatə etməlidir.

3 gündən çox müddətə ishal (gündə 4 nəcis ifrazından çox) və qızdırma, qarında ağrı, qusma, baş ağrısı və ya mialgiyaları olan xəstələr Shigella orqanizmini əhatə edən ftorxinolon kimi vasitə ilə müalicə olunmalıdır. Lakin Campylobacter halında, antibiotiklər erkən tətbiq olunmazsa (72 saat ərzində), onlar təsirə malik olmayacaq. Bundan əlavə, ftorxinolonlara qarşı Campylobacter müqaviməti hal-hazırda geniş qeyd edilir (Birləşmiş Krallıqda 30%), belə ki, makrolid antibiotik (məs., eritromisin) ilə terapiya alternativdir. İkinci sıra müalicə üsullarına klaritromisin və azitromisin daxildir.

Shigella üçün bir çox müalicə rejimləri tək dozadan və ya maksimum olaraq 3 gün tətbiqdən ibarətdir. Zəif immunitetli xəstələr üçün mikrob əleyhinə daha intensiv və spesifik dərman vasitələri və daha uzun müddətə tələb oluna bilər.

Enterotoksigen E coli (ETEC) infeksiyası (səyahətçilərin ishalı) əsasən özünü məhdudlaşdırıcıdır, lakin ftorxinolonlar kimi empirik antibiotiklərə göstərişə malik ola bilər. Antibiotiklər, adətən, xəstə hələ də səyahət edən zaman, xəstəliyin müddətini qısaltmaq mümkün olduqda ağır hallarda təklif olunmalıdır.[35]

Bu antibiotiklər anaeroblar əleyhinə aktivliyə malikdir, belə ki, qanın rast gəlmədiyi ishala malik xəstənin ehtimal edilən səbəbi Clostridium difficile ilə müşaiyət olunan ishal və ya abdominal sepsis olarsa, o zaman terapiyaya metronidazol və ya amoksisillin/klavulan turşusu daxil edilməlidir.

 

Hədəfli antibiotik terapiyası.

Antibiotik seçiminə laboratoriyanın nəticəsinə əsasən kultura həssaslığı istiqamət verməlidir.

Ftorxinolon məlum Shigella, qeyri-qarın yatalağı Salmonella növləri və E coli növlərində (qeyri-enterohemorragik [Şiqa toksini hasil edən]) birinci sıra terapiya rejimindən ibarətdir və trimetoprim/sulfametoksazol ikinci sıra terapiya rejiminə daxildir, lakin davamlı orqanizmlər tropik bölgələrdə və Qərbdə ümumidir. Lakin Kokreyn rəylərindən biri bildirir ki, ishalın müddəti və həcmi, qızdırmanın mövcudluğu və ya qeyri-qarın yatalağı Salmonella növünə malik xəstələrdə xəstəliyin müddəti baxımından antibiotiklərin verilməsi və verilməməsi arasında fərq olmamışdır. Antibiotiklər birinci həftə mənfi nəcis kulturalarının yüksək miqdarını təmin etmişdir, müalicədən sonra 1 ayda eyni Salmonella seroloji növün ikiqat artım əkimi olmuşdur.[36]

Campylobacter növləri üçün ftorxinolonlar birinci sıra terapiyaya daxildir; halbuki, 30% davamlıdır və effektivlik aşağı ola bilər ki, bu halda makrolid antibiotik eritromisin tövsiyə olunur. İkinci sıra makrolidlərə klaritromisin və azitromisin daxildir. Müalicəyə çox erkən başlanılarsa, effektiv ola bilər, lakin, adətən, mikrobioloji diaqnoz müəyyən edildikdən sonra başlanıldığı təqdirdə çox effektiv deyil. Müqavimət başlıca problemdir. Bu səbəbdən, terapiyanın dayaq nöqtəsi maye itkisinin bərpası və simptomatik müalicədən ibarətdir.[37]

Müxtəlif dərman vasitələrindən, eləcə də doksisiklin, trimetoprim/sulfametoksazol, ftorxinolon və ya tetrasiklindən Yersinia species, Vibrio cholerae və ya V parahaemolyticus, və Isospora orqanizmi müalicə etmək üçün istifadə edilə bilər.

Enterotoksin tərəfindən törədilən qusmaya səbəb olanS aureus infeksiyası, adətən, özünü məhdudlaşdırır və yalnız simptomatik müalicə tələb edir. Bakteriemiya ilə müşaiyət olunarsa, infeksion xəstəliklər/mikrobiologiya mütəxəssisindən məsləhət əldə edilməlidir.

Giardia, adətən, tinidazol və ya metronidazol ilə müalicə olunur.

Kriptosporidioz infeksiyası güclü immunitetl olan xəstələrdə özbaşına sağalır. Dehidratasiyanın qarşısını almaq üçün ehtiyat tədbirlərindən başqa, adətən, müalicə tələb olunmur. İshal hətta 7 gündən çox davamedərsə, müalicənin tətbiq olunması və müalicənin məcburi olmamasına dair qəti meyarlar yoxdur; halbuki, bəzi həkimlər infeksiyaya diaqnoz qoyulan kimi onun müalicəsinə başlamağı seçə bilər. Xəstəlik zəif immunitetli xəstələrdə uzun müddət davam edə və müalicəyə rezistent ola bilər. Mikrob əleyhinə terapiya simptomları yaxşılaşdıra bilər, lakin nadir hallarda müalicəvi cəhətə malikdir, müalicə davam etmədikdə, adətən, residiv halları baş verir. Ümumilikdə, zəif immunitetli xəstələrdə müalicə üçün prinsip mövcud gizli immun çatışmazlığını əhatə etməkdən ibarətdir ki, o da öz növbəsində, kriptosporidiozun yaxşılaşması ilə nəticələnəcək. Paramomisin və ya nitazoksanid Cryptosporidium üçün tövsiyə olunur.

Microsporidium orqanizminə malik və zəif immunitetli xəstələr albendazol ilə müalicə olunur; immuniteti güclü olan xəstələr üçün, adətən, antibiotiklər ilə müalicə tələb olunmur.

Entamoeba histolytica metronidazol üstəgəl paramomisin və ya diyodoxin ilə müalicə olunur.

E coli (enterohemorragik [Şiqa toksini hasil edən]) antibiotiklər ilə müalicə olunmamalıdır.

Listeria qastroenteriti özbaşına sağalır, lakin zəif immunitetli xəstələr, invaziv xəstəlik və hamiləliyin qeyd edilməsi kimi yüksək riskli kateqoriyalarda 2 həftə ərzində, ampisillin ilə və ya penisillinə qarşı allergiya olarsa, trimetoprim/sulfametoksazol ilə müalicə tövsiyə olunur.[38]

Brucella doksisiklin, rifampisin və ya aminoqlikozid ilə müalicə olunur. Monoterapiya ilə müalicə olunan xəstələrin təxminən 20%-də residiv halları baş verir və bu səbəbdən, antibiotiklər kompleksi müntəzəm olaraq tövsiyə olunur.[39]

Trematodiaz, adətən, prazikvantel ilə müalicə olunur;[2] lakin mütəxəssis təlimatı əldə edilməlidir, belə ki, doza sorucu qurdun növündən asılı olaraq dəyişir. Triklabendazol Fasciola növləri üçün tövsiyə olunur; lakin bəzi ölkələrdə mövcud deyil.

 

Botulizm

Qida mənşəli botulizmə kliniki cəhətdən şübhələnilərsə, təxmini olaraq müalicə olunması tövsiyə olunur. Xəstəlik haqqında təcili bildiriş verilir və səciyyəvi olaraq antitoksin yalnız yerli səlahiyyətli orqanlar/XNPM vasitəsilə əldə edilə bilər. Antitoksin (at mənşəli) istehsalçının tövsiyələrinə əsasən venadaxili tətbiq edilməlidir.

 



BİBLİOQRAFİYA

1. American Medical Association, American Nurses Association/American Nurses Foundation, Centers for Disease Control and Prevention, et al. Diagnosis and management of foodborne illnesses: a primer for physicians and other health care professionals. MMWR Recomm Rep. 2004;53:1-33. 

2. Fürst T, Sayasone S, Odermatt P, et al. Manifestation, diagnosis, and management of foodborne trematodiasis. BMJ. 2012;344:e4093. Abstrakt

3. O'Brien SJ, Larose TL, Adak GK, et al. Modelling study to estimate the health burden of foodborne diseases: cases, general practice consultations and hospitalisations in the UK, 2009. BMJ Open. 2016;6:e011119. Tam mətn Abstrakt

4. Food Standards Agency. New UK food poisoning figures published. 26 June 2014. https://www.food.gov.uk/ (last accessed 30 September 2016). Tam mətn

5. Scallan E, Griffin PM, Angulo FJ, et al. Foodborne illness acquired in the United States - unspecified agents. Emerg Infect Dis. 2011;17:16-22. Tam mətn Abstrakt

6. Centers for Disease Control and Prevention. Burden of foodborne illness: findings. July 2016. https://www.cdc.gov/foodborneburden/ (last accessed 30 September 2016). Tam mətn

7. McCabe-Sellers BJ, Beattie SE. Food safety: emerging trends in foodborne illness surveillance and prevention. J Am Diet Assoc. 2004;104:1708-1717. Abstrakt

8. Wallace DJ, Van Gilder T, Shallow S, et al. Incidence of foodborne illnesses reported by the foodborne diseases active surveillance network (FoodNet)-1997. FoodNet Working Group. J Food Prot. 2000;63:807-809. Abstrakt

9. World Health Organization. Diarrhoea: why children are still dying and what can be done. 2009. http://whqlibdoc.who.int/ (last accessed 30 September 2016). Tam mətn

10. Pfeiffer ML, DuPont HL, Ochoa TJ. The patient presenting with acute dysentery - a systematic review. J Infect. 2012;64:374-386. Abstrakt

 

11. Lal A, Hales S, French N, et al. Seasonality in human zoonotic enteric diseases: a systematic review. PLoS One. 2012;7:e31883. Tam mətn Abstrakt

12. Guerrant RL, Van Gilder T, Steiner TS, et al. Practice guidelines for the management of infectious diarrhea. Clin Infect Dis. 2001;32:331-351. Tam mətn Abstrakt

13. Koopmans M, von Bonsdorff CH, Vinje J, et al. Foodborne viruses. FEMS Microbiol Rev. 2002;26:187-205.

14. Leclerc H, Schwartzbrod L, Dei-Cas E. Microbial agents associated with waterborne diseases. Crit Rev Microbiol. 2002;28:371-409. Abstrakt

15. Atreya CD. Major foodborne illness causing viruses and current status of vaccines against the diseases. Foodborne Pathog Dis. 2004;1:89-96. Abstrakt

16. Kasowski EJ, Gackstetter GD, Sharp TW. Foodborne illness: new developments concerning an old problem. Curr Gastroenterol Rep. 2002;4:308-318. Abstrakt

17. Altekruse SF, Swerdlow DL. The changing epidemiology of foodborne diseases. Am J Med Sci. 1996;311:23-29. Abstrakt

18. Kendall PA, Hillers VV, Medeiros LC. Food safety guidance for older adults. Clin Infect Dis. 2006;42:1298-1304. Tam mətn Abstrakt

19. Kendall P, Medeiros LC, Hillers V, et al. Food handling behaviors of special importance for pregnant women, infants and young children, the elderly, and immune-compromised people. J Am Diet Assoc. 2003;103:1646-1649. Abstrakt

20. Hillers VN, Medeiros L, Kendall P, et al. Consumer food-handling behaviors associated with prevention of 13 foodborne illnesses. J Food Prot. 2003;66:1893-1899. Abstrakt

21. Medeiros LC, Kendall P, Hillers V, et al. Identification and classification of consumer food-handling behaviors for food safety education. J Am Diet Assoc. 2001;101:1326-1339. Abstrakt

22. du Preez M, Conroy RM, Ligondo S, et al. Randomized intervention study of solar disinfection of drinking water in the prevention of dysentery in Kenyan children aged under 5 years. Environ Sci Technol. 2011;45:9315-9323. Abstrakt

23. Stauber CE, Printy ER, McCarty FA, et al. Cluster randomized controlled trial of the plastic BioSand Water filter in Cambodia. Environ Sci Technol. 2012;46:722-728. Abstrakt

24. Suchomel M, Kundi M, Pittet D, et al. Testing of the World Health Organization recommended formulations in their application as hygienic hand rubs and proposals for increased efficacy. Am J Infect Control. 2012;40:328-331.

25. Greene LE, Freeman MC, Akoko D, et al. Impact of a school-based hygiene promotion and sanitation intervention on pupil hand contamination in Western Kenya: a cluster randomized trial. Am J Trop Med Hyg. 2012;87:385-393. 

 

26. Ochoa TJ, Chea-Woo E, Baiocchi N, et al. Randomized double-blind controlled trial of bovine lactoferrin for prevention of diarrhea in children. J Pediatr. 2013;162:349-356. Abstrakt

27. Acheson DW, Fiore AE. Preventing foodborne disease - what clinicians can do. N Engl J Med. 2004;350:437-440. Abstrakt

28. Centers for Disease Control and Prevention. Cholera - Vibrio cholerae infection. November 2014. http://www.cdc.gov/ (last accessed 30 September 2016). Tam mətn

29. Harris S, Cormican M, Cummins E. The effect of conventional wastewater treatment on the levels of antimicrobial-resistant bacteria in effluent: a meta-analysis of current studies. Environ Geochem Health. 2012;34:749-762. Abstrakt

30. World Health Organization. Diarrhoeal disease. April 2013. http://www.who.int/en/ (last accessed 30 September 2016). Tam mətn

31. Abubakar I, Irvine L, Aldus CF, et al. A systematic review of the clinical, public health and cost-effectiveness of rapid diagnostic tests for the detection and identification of bacterial intestinal pathogens in faeces and food. Health Technol Assess. 2007;11:1-216. Tam mətn Abstrakt

32. Gould LH, Bopp C, Strockbine N, et al. Recommendations for diagnosis of shiga toxin - producing Escherichia coli infections by clinical laboratories. MMWR Recomm Rep. 2009;58:1-14. Tam mətn

33. Riddle MS, Arnold S, Tribble DR. Effect of adjunctive loperamide in combination with antibiotics on treatment outcomes in traveler's diarrhea: a systematic review and meta-analysis. Clin Infect Dis. 2008;47:1007-1014. Tam mətn Abstrakt

34. Gendrel D, Cohen R; European Society for Pediatric Infectious Diseases, et al. Bacterial diarrheas and antibiotics: European recommendations [in French]. Arch Pediatr. 2008;15(suppl 2):S93-S96. 

35. Hill DR, Ericsson CD, Pearson RD, et al. The practice of travel medicine: guidelines by the Infectious Diseases Society of America. Clin Infect Dis. 2006;43:1499-1539. Tam mətn Abstrakt

36. Onwuezobe IA, Oshun PO, Odigwe CC. Antimicrobials for treating symptomatic non-typhoidal Salmonella infection. Cochrane Database Syst Rev. 2012;(11):CD001167. Tam mətn Abstrakt

37. Ternhag A, Asikainen T, Giesecke J, et al. A meta-analysis on the effects of antibiotic treatment on duration of symptoms caused by infection with Campylobacter species. Clin Infect Dis. 2007;44:696-700. 

38. Lamont RF, Sobel J, Mazaki-Tovi S, et al. Listeriosis in human pregnancy: a systematic review. J Perinat Med. 2011;39:227-236. Abstrakt

39. World Health Organization. Brucellosis in humans and animals. 2006. http://www.who.int/ (last accessed 30 September 2016). Tam mətn

 

40. Chalk CH, Benstead TJ, Keezer M. Medical treatment for botulism. Cochrane Database Syst Rev. 2014;(2):CD008123. Tam mətn Abstrakt

41. World Health Organization. Enterohaemorrhagic Escherichia coli (EHEC). December 2011. http://www.who.int/ (last accessed 30 September 2016). Tam mətn

42. Tarr PI, Gordon CA, Chandler WL. Shiga-toxin-producing Escherichia coli and haemolytic uraemic syndrome. Lancet. 2005;365:1073-1086. Abstrakt

43. World Health Organization. Guidelines for the control of shigellosis, including epidemics due to Shigella dysenteriae type 1. 2005. http://whqlibdoc.who.int/ (last accessed 30 September 2016). Tam mətn

44. Feng P. Enterohemorrhagic Escherichia coli (EHEC). In: Lampel KA, ed. Bad bug book - foodborne pathogenic microorganisms and natural toxins. 2nd ed. Silver Spring, MD: U.S. Food and Drug Administration; 2012:75-79. Tam mətn

45. Centers for Disease Control and Prevention. E. coli (Escherichia coli). 24 September 2016. http://www.cdc.gov/ (last accessed 30 September 2016). Tam mətn

46. Tarr PI, Neill MA. Escherichia coli O157:H7. Gastroenterol Clin North Am. 2001;30:735-751. Abstrakt

47. Cimolai N, Morrison BJ, Carter JE. Risk factors for the central nervous system manifestations of gastroenteritis-associated hemolytic-uremic syndrome. Pediatrics. 1992;90:616-621. Abstrakt

48. Gilman RH, Marquis GS, Miranda E, et al. Rapid reinfection by Giardia lamblia after treatment in a hyperendemic Third World community. Lancet. 1988;1:343-345. Abstrakt

49. Haque R, Huston CD, Hughes M, et al. Amebiasis. N Engl J Med. 2003;348:1565-1573. Abstrakt

50. Stanley SL Jr. Amoebiasis. Lancet. 2003;361:1025-1034. Abstrakt

51. Gonzales ML, Dans LF, Martinez EG. Antiamoebic drugs for treating amoebic colitis. Cochrane Database Syst Rev. 2009;(2):CD006085. Tam mətn Abstrakt

52. Asgari Z, Selwyn BJ, Vonville H, et al. A systematic review of the evidence for use of herbal medicine for the treatment of acute diarrhea. Natural Products Journal. 2012;2:1-8. Tam mətn

53. Frenzen PD. Deaths due to unknown foodborne agents. Emerg Infect Dis. 2004;10:1536-1543. Tam mətn Abstrakt

54. Scallan E, Jones TF, Cronquist A, et al. Factors associated with seeking medical care and submitting a stool sample in estimating the burden of foodborne illness. Foodborne Pathog Dis. 2006;3:432-438.

55. Lee MB, Greig JD. A review of enteric outbreaks in child care centers: effective infection control recommendations. J Environ Health. 2008;71:24-32, 46. Abstrakt