- Əvvəl keçirilmiş nefrolitiaz. Kalsium oksalat daşı səbəbindən nefrolitiaz keçirmiş xəstələrdə növbəti 3-5 il ərzində təkrar nefrolitiaz riski 10-30%-ə bərabərdir.
- Nəsilində böyrək daşı xəstəliyi olan xəstələrdə nefrolitiazın inkişafı riski də yüksək olur. Belə ki, araşdırmaların birindən məlum olmuşdur ki, nəsilində nefrolitiaz xəstəliyi olan xəstələrdə nefrolitiaz riski 2 dəfə artıq olur.
- Bağırsaqlarda oksalatın artmış absorbsiyası (məs., mədənin şuntlanması əməliyyatı, bariatrik cərrahiyyə, qısa bağırsaq sindromu) böyrək daşı xəstəliyi riskini artırmış olur. Roux-en-Y mədə şuntlaması keçirmiş xəstələrdə sidikdə oksalat duzlarının xaric edilməsi xeyli artmış olur ki, bu da kalsium oksalat daşlarının formalaşması riskini artırmış olur.
- Tez-tez müşahidə edilən yuxarı sidik yolları infeksiyaları (məs., onurğa beyin zədələnməsi olan xəstələrdə) və sidikə kristallizasiya olunan bəzi dərman preparatlarının (məs., indinavir, asiklovir, sulfadiazin, triamteren) istifadəsi də böyrək daşı xəstəliyi riskini artırmış olur. Uzun müddət seftriaksonla müalicə alan uşaqlarda da nefrolitiaz daha çox müşahidə edilir.
- Hipertoniya xəstəliyi olanlarda böyrək daşı xəstəliyi iki dəfə çox müşahidə edilir. Əlavə olaraq, şəkərli diabet, köklük, podaqra və həddən intensiv idmanla (marafon qacışçıları) məşğul olanlarda nefrolitiaz riski yüksəkdir. Həmin xəstəliklərdə kristalluriya artmış və böyrək daşlarının formalaşması riski yüksək olur.
- Az maye qəbulu da böyrək daşı xəstəliyi riskini artırmış olur.
- Sidiyin turşuluğunun daimi yüksək olması sidik turşusunun çökməsinə və sidik turşusu daşlarının formalaşmasına səbəb olur. Turş sidik xroniki ishalı olan xəstələrdə müşahidə edilir. Həmin xəstələrdə ishal nəticəsində bikarbonat itkisi və damardaxili həcmin azalması baş verir ki, bu da sidiyin turşuluğunun artmasına səbəb olur. Eyni ilə oxşar situasiya digər metabolik pozuntularda (məs., podaqra, diabet, insulinə rezistentlik və köklük) baş verir. Sidiyin turşuluğunun artması ilə yanaşı podaqra və digər metabolizm pozuntuları olan xəstələrdə sidik turşusunun ifrazı da artmış ola bilər.
- Struvat (maqnezium ammonium fosfat) daşlar isə ureaza sintez edən Proteus və ya Klebsiyella mikrobları səbəbindən baş verən yuxarı sidik yolları infeksiyası olan xəstələrdə müşahidə edilir. Sidik yollarının təkrarlanan infeksiyaları, cinhada mülayim dərəcəli ağrı və ya hematuriya, davamlı olaraq qələvi reaksiyaya malik sidiyi (pH>7) olan xəstələrdə maqnezium ammonium fosfat kristalları tez-tez müşahidə edilir.
- Böyrəkdə baş verən qanaxma səbəbindən əmələ gələn qan laxtaları müvəqqəti olaraq sidik axarında yer ala bilər. Buna görə də, bəzi hallarda böyrəyin xərçəngi böyrək sancısı ilə müşahidə edilə bilər. Lakin, qlomerulyar qanaxma qan laxtasının formalaşmasına və ya böyrək sancısı simptomlarına səbəb olmur.
- Piyelonefrit çox vaxt cinahda ağrı, hərarət və piuriya (sidikdə leykositoz) ilə müşaiyət olunur. Ağırlaşmamış böyrək daşı xəstəliyində hərarət çox nadir haldır.
- Ektopik hamiləlik səbəbindən ağrı da bəzi hallarda böyrək sancısına bənzər klinika verə bilər. Differensiasiya üçün böyrəklərin və çanağın US müayinəsinin aparılması tələb olunur.
- Yumurtalığın kistasının cırılması və ya burulması da cinahda ağrı ilə müşaiyət oluna bilər. Bu qrup xəstələrdə də diaqnoz US müayinəsi ilə qoyula bilər.
- Dismenorreya nadir hallarda cinahda ağrı verir, lakin ağrı adətən aybaşıdan əvvəl və ya eyni vaxtda baş verir. Ümumiyyətlə, dismenorreyaya bənzər klinika ilə daxil olan xəstələrdə dismenorreya diaqnozu yalnız digər daha ciddi xəstəliklər istisna olunduqdan sonra qoyula bilər.
- Abdominal aortanın anevrizması olan xəstələrdə bəzən səhvən böyrək sancısı diaqnozu qoyula bilər. Xəstənin yaşı, hemodinamikası, habelə fiziki müayinəsi və US müayinəsi ilə abdominal aortanın anevrizması istisna oluna bilər.
- Bağırsaqların kəskin obstruksiyası, divertikulit və ya appendisit də sancı xarakterli ağrı ilə müşaiyət oluna bilər, lakin bu xəstəliklərdə hematuriya olmur. Bununla yanaşı nəzər almaq lazımdır ki, ürək bulanması və qusma daha çox bağırsaq obstruksiyasında, qarının hissiyatlılığı və ağrısı divertikulit və appendisitdə müəyyən olunur. Nefrolitiazda isə həmin simptomlar çox nadir hallarda baş verə bilər.
- Öd sancısı və xolesistitdə cinahda ağrı ilə müşaiyət oluna bilər, lakin həmin hallarda hematuriya olmur.
- Kəskin mezenterik işemiya səbəbindən xəstələrdə müşahidə edilən abdominal ağrı böyrək sancısı ilə səhv salına bilər. Nəzərdə saxlamaq lazımdır ki, mezenterik işemiyası olan xəstələrdə qan qazlarının analizində metabolik asidoz olur, lakin yenə də hematuriya olmur.
- Herpes zoster (dəmro xəstəliyi) zamanı da böyüklərdə cinahda ağrı ola bilər. Eyni zamanda ağrı ilə yanaşı həmin xəstələrdə səpgi də müşahidə edilir, lakin hematuriya olmur.
- Bəzi hallarda narkotiklərə aludə olan xəstələr narkotik və ya psixotrop maddələr əldə etmək məqsədilə böyrək sancısı simptomlarını simulyasiya edə bilər.
- Maqnezium ammonium fosfat və sistin daşları çox vaxt radioloji görüntüləmələrdə görünür. Lakin kalsium oksalat və ya kalsium fosfat daşları ilə müqayisədə onların sıxlığı aşağı olur.
- Kalsoum fosfat daşları adətən nefrokalsinozu olan xəstələrdə (çox vaxt böyrəklərin tubulyar asidozu hallarında) müşahidə edilir. Kortikomedulyar birləşmədə ikitərəfli kalsifikasiyalar adətən medulyar süngərvari böyrək xəstəliyində müşahidə edilir. Həmin xəstəlik toplayıcı borucuqların anadangəlmə genişlənməsi ilə bağlıdır. Medulyar süngərvari böyrək xəstəliyindən əziyyət çəkənlərdə sidik yolları infeksiyası və nefrolitiaz riski xeyli yüksək olur.
- Böyrək ləyənində iri daşın olması struvit və ya maqnezium-ammonium-fosfat daşının olmasına dəlalət edir.
TÖVSİYƏLƏR.
Travma ilə bağlı olmayan cinah ağrısı olan xəstələrdə nefrolitiaz xəstəliyi mütləq nəzərdən keçirilməlidir. Xüsusilə də, ağrı ilə yanaşı hematuriya müəyyən olunduqda və qarının palpasiyasında ağrılıq olmadıqda, nefrolitiaza şübhə daha da artmış olur. Kontrastsız spirallı KT-nin həssaslığı və spesifikliyinin digər testlərlə müqayisədə (abdominal rentgenoqrafiya, venadaxili piyeloqrafiya, USM) daha yüksək olduğu üçün, hazırda nefrolitiazın diaqnostikasında KT görüntüləməsi ən mühüm diaqnostika metodu hesab edilir. KT görüntüləməsində nefrolitiazın müəyyən edilməməsi, dərhal həkimi alternativ diaqnozun axtarışına sövq etməlidir. KT görüntüləməsi olmayan yerlərdə USM və venadaxili piyeloqrafiya alternativ diaqnostika metodları kimi tətbiq oluna bilər.
Bəzi hallarda aşağıdakı faktorlar xəstənin müayinəsinə təsir göstərə bilər:
- Hamilə qadınlarda və ya xolesistitə şübhə olan xəstələrdə və ya ginekoloji prosesə şübhə olan xəstələrdə US müayinəsi ilkin diaqnostik metod kimi istifadə edilir.
- Əvvəl keçirilmiş nefrolitiaz xəstəliyi zamanı böyrək daşı rentgen müayinəsində müəyyən edilmiş böyrək daşı xəstələrində növbəti epizodlarda da abdominal bəsit rentgen filmi ilkin test kimi əldə oluna bilər. Lakin, abdominal bəsit rentgen filmi neqativ olduqda, həmin xəstələrdə KT görüntüləməsinin aparılması tələb olunur.
KƏSKİN FAZADA TERAPİYA.
- QSİƏP və opiatlar. Həm qeyri-steroid iltihab əleyhinə dərmanlar, həm də opiatlar kəskin böyrək sancısı olan xəstələrdə ağrının aradan qaldırılmasında uğurla istifadə edilir. QSİƏP-ların əlavə üstünlüyü ondan ibarətdir ki, onlar sidik axarının saya əzələlərinin tonusunu azaldaraq, ağrının baş verməsinə gətirən əsas səbəbin (sidik axarının spazmı) aradan qaldırılmasına təsir göstərir. Bir neçə randomizə olunmuş kliniki tədqiqatlarda QSİƏP-ların opiatlar qədər effektiv olduğu sübuta yetirilmişdir. Həmin tədqiqatlarda, məs., indometasin (100 mq) rektal şam və morfin (5 mq VD), venadaxili ketorolak (toradol, kevindol) ilkin olaraq 60 mq dozada və venadaxili meperidin 50 mq dozada müqayisə edilmiş və hər iki qrup preparatların effektivliyi təsdiq edilmişdir.
- Lakin, nəzərə alınmalıdır ki, böyrək xəstəliyindən əziyyət çəkən və ya damardaxili maye həcmi aşağı (hipovolemiya) olan xəstələrdə QSİƏP-ların istifadəsi kəskin böyrək çatışmazlığına səbəb ola bilər.
- Digər bir araşdırmada təsdiq edilmişdir ki, QSİƏP-lar opiatların birgə verilməsi daha yaxşı analgeziya efekti verir. Belə ki, bu tədqiqatda venadaxili morfin (5 mq) və ketorolak (15 mq) preparatlarının birgə istifadəsi həmin preparatların ayrılıqda istifadəsi ilə müqayisədə ağrının daha effektiv və uzun müddətə aradan qaldırılması ilə nəticələnmişdir.
- Nəzərə alınmalıdır ki, litotripsiyanın aparılması planlaşdırılan xəstələrdə QSİƏP-ların qəbulu 3 gün əvvəl dayandırılmalıdır ki, qanaxma riski azalsın.
- 2-4 mm ölçüdə daşı olan xəstələrin 17%-də müdaxilənin aparılması tələb olunub. Müdaxilə tələb etməyən xəstələrdə isə daşlar orta hesabla 12 günə düşmüşdür.
- 4-6 mm ölçüdə daşı olan xəstələrin 50%-də müdaxilə tələb olunmuşdur. Yerdə qalan xəstələrdə isə daşlar orta hesabla 22-39 günə düşmüşdür.
Sidik axarı daşlarının müalicəsinə dair Amerika və Avropa Uroloqlar Assosiasiyasının tövsiyələri:
- Sidik axarında yeni <10 mm-dən kiçik ölçüdə daşın olması diaqnozu qoyulmuş xəstələrin ilkin müalicəsi simptomların kontrol edilməsi ilə yanaşı stasionar və ya ambulator qaydada müşahidəsi ilə kifayətlənə bilər. Həmin xəstələrə daşın düşməsinin sürətləndirilməsi və/və ya yüngülləşdirilməsi üçün müvafiq dərman preparatlarından istifadə təklif oluna bilər.
- Daşın düşməsinin tibbi terapiya ilə sürətləndirilməsi ilə instrumental müdaxilə arasında seçimin aparılmasına bir sıra amillər təsir edir. Belə ki, vəziyyəti ağır olmayan (ağrı) və daşın erkən çıxarılmasının heç bir əlavə faydası olmayan xəstələrdə tibbi terapiyaya üstünlük verilə bilər.
- daşın ölçüsü >10 mm-dən böyük olduqda,
- xəstənin simptomlarının yuxarıda təsvir edilmiş tibbi terapiya ilə aradan qaldırılmaması,
- sidik yollarının əhəmiyyətli dərəcədə obstruksiyası olan xəstələr,
- 4-6 həftə aparılan tibbi və ya konservativ terapiyaya baxmayaraq, daşı düşməyən xəstələr.
- şok dalğa litotripsiyası,
- lazer və ya elektrohidravlik ureteroskopik litotripsiya,
- perkutan nefrolitotomiya,
- daşın laparoskopik çıxarılması.
- Potasium sitrat (Urosit-K).
- Potasium insan orqanizmində bir çox mühüm funksiyalar üçün gərəkli olan bir mineraldır. Potasium özəlliklə də ürək əzələsinin yığılması üçün önəmlidir. Potasium sitrat aşağıdakı xəstəliklərdə istifadə edilə bilər:
- kalsium duzları səbəbindən yaranmış böyrək daşları;
- kalsium daşlarının əmələ gəlməsinin profilaktikası;
- kalsium daşı ilə yanaşı renal tübulyar asidoz* (*renal tübüler asidoz: sidiyin turşuluğunun artması, plazmada bikarbonatın aşağı düşməsi və xlorun konsentrasiyasının artması və eyni zamanda qanda potasium səviyyəsinin aşağı düşməsi ilə müşahidə edilən bir xəstəlikdir) xəstəliyi hallarında istifadə edilir.
- Əksgöstərişlər: hiperkalemiya, peptik xora xəstəliyi, mövcud sidik yolları infeksiyası, azotemiya, Addison xəstəliyi.
- Yan təsirləri: qarın ağrısı, ürək bulanma, qusma, ishal, qəbzlik.
- Potasium insan orqanizmində bir çox mühüm funksiyalar üçün gərəkli olan bir mineraldır. Potasium özəlliklə də ürək əzələsinin yığılması üçün önəmlidir. Potasium sitrat aşağıdakı xəstəliklərdə istifadə edilə bilər:
- Urolen.
- Tərkibi: 1 drajenin tərkibində Cəfəri kökünün (Petroselini radix), Lobya meyvəyanlığının (Phaseoli pericarpium), Tozağacı yarpaqlarının qatı ekstraktı (Betulae folium )86,2 mq, Çobanyastığı otunun quru ekstraktı (Chamomillae herba extractum siccum) 8 mq, Mərsin yarpaqlarının quru ekstraktı (Vitis idaeae folium extractum siccum) 26 mq, toz halına qədər xırdalanmış Lobya meyvəyanlığı (Phaseoli pericarpium pulv.) 78 mq, kalium sitrat (Kalium citricum) 19 mq, natrium sitrat (Natrium citricum) 16mq.
- Farmakoloji xüsusiyyətləri: Urolen kombinasiyaedilmiş bitki mənşəli preparatdır. Diuretik, spazmolitik, litolitik, uroseptik, iltihab əleyhinə təsirə malikdir. Daşların əmələ gəlməsini ləngidir, daşların yumşalmasına və onların demineralizasiyasına səbəb olur. Oksalat və urat duzlarının və xırda daşların çıxmasına kömək edir. Diurezi stimullaşdırır və sidik traktının əzələlərini yumşaldır. Digər uroseptiklərlə birlikdə istifadə edildikdə Urolen onların bakterisid təsirini yüksəldir və müalicənin effektivliyini artırır. Uroleni uzun müddət qəbul etmək olar.
- İstifadəsinə göstərişlər: Pielonefrit, sidik sisteminin iltihab vəziyyəti, böyrək daşı xəstəliyi, kristalluriya (sidik turşulu diatez, sitraturiya), əməliyyatdan sonrakı dövr (həkim ilə məsləhətdən sonra).
- Əks göstərişlər: Preparatın komponentlərinə qarşı yüksək həssaslıq olan halda Urolen dərman vasitəsindən istifadə etmək olmaz.
- İstifadə qaydası və dozası: Böyüklər üçün: gündə 2-3 dəfə 2 draje. 3 yaşdan böyük uşaqlar üçün: gündə 2-3 dəfə 1 draje.
- Kanefron.
- Farmakoloji təsiri: kanefron bitki mənşəli kombinə edilmiş preparatdır. Təsir mexanizmi: böyrək kapilyarlarının keçiriciliyinin azalması, habelə diuretik effekti vardır. Bu preparatın tərkibində olan maddələrin bəziləri antiseptik, spazmolitik, iltihab əleyhinə təsirə malikdir. Kanefron antibiotiklərin təsirini daha da artırır.
- İstifadəsinə göstərişlər: xroniki sistit, xroniki piyelonefrit, xroniki qlomerulonefrit, interstisial nefrit, nefrolitiazın profilaktikası.
- Əksər xəstələrdə gündəlik maye qəbulu artırılmalıdır.
- Sidiyin tərkibindən və xəstənin gida qəbulu vərdişlərindən asılı olaraq, pəhrizlə bağlı müvafiq tövsiyələr verilməlidir.
- Kalsium daşları olan xəstələrdə situasiyadan asılı olaraq aşağıdakı terapevtik metodlar istifadə edilə bilər:
- Hiperkalsiuriyası olan xəstələrdə - tiazid diuretiklər verilir və az sodium tərkibli pəhriz,
- Hiperurikozuriyası olan xəstələrdə - allopurinol, pəhriz,
- Hipositraturiyası olan xəstələrdə - potassium sitrat.
- Sidik turşusu daşları olan xəstələrin müalicəsi potassium sitratla sidiyin qələviləşdirilməsi və bəzən əlavə olaraq allopurinolla (ağır hiperurikozuriyası olan xəstələrdə) aparıla bilər.
- Sistin daşlarından əziyyət çəkən xəstələrin müalicəsi isə çoxlu həcmdə maye qəbulu, sidiyin qələviləşdirilməsi və tiopronin kimi preparatlarla aparıla bilər.
- Struvat və ya maqnezium-ammonium-fosfat daşları olan xəstələrin müalicəsi əsasən perkutan nefrolitotomiya ilə daşın çıxarılması və gələcəkdə sidik yolları infeksiyalarının aqressiv profilaktikasının aparılmasından ibarətdir.
ÜMUMİLƏŞDİRMƏ VƏ TÖVSİYƏLƏR.
- Nefrolitiazla müraciət edən xəstələrin 80%-də böyrək daşları kalsium daşları səbəbindən inkişaf edir. Həmin kalsium daşlarının əksəriyyəti isə kalsium oksalat və ya daha az hallarda kalsium fosfatdan ibarət olur. Böyrək və ureter daşlarının digər qismi isə sidik turşusu, struvat (maqnezium ammonium fosfat) və sistindən yaranan daşlar olur. Eyni xəstədə bir neçə növ daş (məs., kalsium oksalat və sidik turşusundan yaranan daşlar) müəyyən edilə bilər.
- Nefrolitiazın əmələ gəlməsi riski əsasən sidiyin tərkibindən asılıdır ki, bu da xəstənin vərdişləri və keçirdiyi müxtəlif xəstəliklərin təsiri altında olur. Kalsium oksalat daşlarının əmələ gəlməsinə təsir edən risk faktorlara hiperkalsiuriya, hiperoksalaturiya, hipositraturiya və pəhrizlə bağlı aşağıdakı faktorlar aiddir - kalsiumun gida ilə az qəbulu, oksalatla zəngin gida qəbulu, heyvan proteinin çox miqdarda qəbulu, sodiumun çox miqdarda qəbulu və ya az miqdarda maye qəbulu. Çoxlu miqdarda Vitamin C-nin qəbulu isə kişilərdə nefrolitiaz riskinin artması ilə əlaqəlidir.
- Risk faktorlar:
- Nəsilində böyrək daşı xəstəliyi olan xəstələrdə nefrolitiazın inkişafı riski də yüksək olur. Belə ki, araşdırmaların birindən məlum olmuşdur ki, nəsilində nefrolitiaz xəstəliyi olan xəstələrdə nefrolitiaz riski 2 dəfə artıq olur.
- Bağırsaqlarda oksalatın artmış absorbsiyası (məs., mədənin şuntlanması əməliyyatı, bariatrik cərrahiyyə, qısa bağırsaq sindromu) böyrək daşı xəstəliyi riskini artırmış olur. Roux-en-Y mədə şuntlaması keçirmiş xəstələrdə sidikdə oksalat duzlarının xaric edilməsi xeyli artmış olur ki, bu da kalsium oksalat daşlarının formalaşması riskini artırmış olur.
- Tez-tez müşahidə edilən yuxarı sidik yolları infeksiyaları (məs., onurğa beyin zədələnməsi olan xəstələrdə) və sidikə kristallizasiya olunan bəzi dərman preparatlarının (məs., indinavir, asiklovir, sulfadiazin, triamteren) istifadəsi də böyrək daşı xəstəliyi riskini artırmış olur. Uzun müddət seftriaksonla müalicə alan uşaqlarda da nefrolitiaz daha çox müşahidə edilir.
- Hipertoniya xəstəliyi olanlarda böyrək daşı xəstəliyi iki dəfə çox müşahidə edilir. Əlavə olaraq, şəkərli diabet, köklük, podaqra və həddən intensiv idmanla (marafon qacışçıları) məşğul olanlarda nefrolitiaz riski yüksəkdir. Həmin xəstəliklərdə kristalluriya artmış və böyrək daşlarının formalaşması riski yüksək olur.
- Az maye qəbulu da böyrək daşı xəstəliyi riskini artırmış olur.
- Xəstələrdə bəzən asimptomatik nefrolitiaz diaqnozu qoyula bilər. Həmin xəstələrdə böyrək daşı adətən digər müxtəlif səbəblərə görə aparılan abdominal radioloji və ya US müayinəsi zamanı müəyyən edilir. Əvvəllər böyrək sancısı olmayan xəstələrdə nefrolitiazın asimptomatik fazası uzun müddət davam edə bilər.
- Aşkar və ya mikroskopik hematuriya simptomatik nefrolitiazı olan xəstələrin əksəriyyətində müşahidə edilir (hematuriya asimptomatik xəstələrdə də müəyyən oluna bilər). Birtərəfli cinah ağrısı ilə daxil olan xəstələrdə hematuriyanın müəyyən edilməsi böyrək daşı xəstəliyinin diaqnostikasına yardım edir. Lakin, kəskin cinah ağrısı olan xəstələrdə hematuriyanın olmaması böyrək daşı xəstəliyini istisna etmir. Araşdırmalara görə təsdiqlənmiş nefrolitiazı olan xəstələrin 10-30%-də hematuriya müəyyən olunmamış olur.
- Nefrolitiaza bənzər simptomlara malik bir sıra digər xəstəliklər vardır. Həmin xəstəliklər nefrolitiazın differensial diaqnostikasına daxil edilməlidir.
- Nefrolitiaz xəstəliyinin diaqnozu toplanmış anamnez və fiziki müayinə əsasında adətən qoyula bilər. Təsdiqləyici radioloji testlərə isə qarın boşluğunun rentgen filmi, venadaxili piyeloqrafiya, US müayinəsi və son dövrlərdə daha geniş tətbiq edilən kontrastsız KT görüntüləməsi daxildir. Qeyd edilməlidir ki, KT görüntüləməsinə hazırda üstünlük verilir. Diqqətdə saxlamaq lazımdır ki, radioloji müayinədə daş görünmədən sidik axarının dilatasiya (genişlənməsi) adətən daşın yaxınlarda düşməsi hallarında müşahidə edilir.Hamilə və ya hamilə olması mümkün olan bütün qadınlarda KT görüntüləməsindən öncə hamiləlik testinin aparılması tələb olunur.
- Kəskin böyrək sancısı ilə daxil olan xəstələrin bir çoxu daşın sidik yollarından xaric edilməsinədək (daşın düşməsi) konservativ yolla ağrıkəsicilər və oral və ya venadaxili maye infuziyası ilə müalicə oluna bilər. Kəskin böyrək sancısı olan xəstələrin əksəriyyətində isə müalicə əsasən ağrıkəsicilərdən ibarət olur. Daşın tez xaric edilməsi və ağrıkəsici preparatların tələb olunan miqdarı ilə bağlı aqressiv venadaxili maye infuziyası ilə minimal venadaxili maye infuziyası arasında heç bir fərq müəyyən edilməyib.
- Həm qeyri-steroid iltihab əleyhinə dərmanlar, həm də opiatlar kəskin böyrək sancısı olan xəstələrdə ağrının aradan qaldırılmasında uğurla istifadə edilir. QSİƏP-ların əlavə üstünlüyü ondan ibarətdir ki, onlar sidik axarının saya əzələlərinin tonusunu azaldaraq, ağrının baş verməsinə gətirən əsas səbəbin (sidik axarının spazmı) aradan qaldırılmasına təsir göstərir. Bir neçə randomizə olunmuş kliniki tədqiqatlarda QSİƏP-ların opiatlar qədər effektiv olduğu sübuta yetirilmişdir. Həmin tədqiqatlarda, məs., indometasin (100 mq) rektal şam və morfin (5 mq VD), venadaxili ketorolak (toradol, kevindol) ilkin olaraq 60 mq dozada və venadaxili meperidin 50 mq dozada müqayisə edilmiş və hər iki qrup preparatların effektivliyi təsdiq edilmişdir.
-
Urosepsis, kəskin böyrək çatışmazlığı, anuriya və/və ya keçməyən ağrısı, ürək bulanma və ya qusması olan xəstələr üçün uroloqun konsultasiyası əldə edilməlidir. Ölçüsü >10 mm-dən böyük olan və konservativ terapiyaya (o cümlədən, daşın düşməsinin sürətləndirilməsi üçün tətbiq edilən tibbi müdaxilələrə) baxmayaraq daşı düşməyən xəstələrin uroloq tərəfindən müayinəsi tövsiyə edilir. Daşı düşməyən xəstələrin müalicəsində aşağıdakı metodlardan biri istifadə edilə bilər:
- şok dalğa litotripsiyası,
- lazer və ya elektrohidravlik ureteroskopik litotripsiya,
- perkutan nefrolitotomiya,
- daşın laparoskopik çıxarılması.
- Alfa blokatorlarla kalsium kanallarının blokatorlarının müqayisəsi isə hər iki qrup preparatın eyni effektivliyə malik olduğunu göstərmişdir. Düzdür, alfa blokatorların istifadəsi daşın daha tez düşməsinə, xəstələrin daha az sayda hospitalizasiyasına səbəb olmuşdur. Ölçüsü <10 mm-dən kiçik olan daşın salınmasını sürətləndirmək üçün əksər mütəxəssislər gündə 0.4 mq dozada olmaqla 4 həftə ərzində tamsulozin preparatından istifadəyə üstünlük verir. Daşın düşməsi baş vermədikdə isə həmin xəstələrdə təkrar KT və ya USM aparılır.