Sidik yollarının kateterizasiyasında çətinliklər.
Sidik yollarında aparıln manipulyasiyaların böyük bir hissəsini uretral (sidik kisəsinin) kateterizasiya təşkil edir. Sidik kisəsinin kateterizasiyası çox zaman anestetiklərin verilməsi ilə müşaiət olunan cərrahi əməliyyatlar zamanı, habelə ağır xəstələrdə və hemodinamikası qeyri-stabil olan xəstələrdə sidik ifrazatının dəqiq monitorinqi məqsədilə aparılır. Uzun müddət çəkən cərrahi əməliyyata sidik kisəsinin kateterizasiyası olmadan girmək tövsiyə edilmir.
Şəkil. Foli tipik sidik kateteri. Şəkil. Kude tipli sidik kateteri.
Lakin, bəzi hallarda sidik yollarının kateterizasiyası çətinləşmiş olur və sidik kisəsinə kateterin yeridilməsi mümkün olmur. Yaşlı xəstələrdə prostatın hipertrofiyası sidik kisəsinə kateterin yeridilməsini çətinləşdirən səbəblərdəndir. Kiçik kaliberli sidik kateteri prostatın lateral paylarını aralamaqda çox zaman uğursuz olur. Dar və daha sərt sidik kateteri uretra və sidik kisəsinin perforasiyasına səbəb ola bilər, və həmçinin yalançı passaj yarada bilər.
Adi Foli sidik kateterinin yerləşdirilməsi mümkün olmadıqda, növbəti addım olaraq, daha iri kaliberli "kude" (ucu əyri) kateterinin yerləşdirilməsinə cəhd edilməlidir. "Kude" ucu əyri kateter prostat hipertrofiyası səbəbindən sidik kisəsinin boynunda yaranan yüksək təzyiqə baxmayaraq, sidik kisəsinə yerləşdirilə bilər. Sidik kateterinin yerləşdirilməsindən əvvəl uretranın mənfəzinə şprislə xüsusi sürtgü geli inyeksiya etməklə, sidik kateterinin passajını asanlaşdırmaq olar.
Əgər "kude" tipli sidik kateterinin yerləşdirilməsi də uğursuzluqla başa çatarsa, bu halda qatlanan sistoskopiya və/və ya xüsusi bələdçi kateterlərlə uretranın genişləndirilməsi ilə yolu ilə sidik kisəsinin kateterizasiyasına nail olmaq olar.
Şəkil. Sistoskopiya.
Suprapubik kateterlərin yerləşdirilməsi hazırda çox nadir hallarda tələb olunur və yalnız sistoskopiya və ya dilatasiya uğursuz olduqdan sonra son vasitə kimi nəzərdən keçirilməlidir.