GİRİŞ.
Bu məqalədə çox sadə dildə spinal anesteziyanın nə olduğu, hansı hallarda istifadə edildiyi, necə aparıldığı, faydası və xəstələrə təsiri barədə ətraflı məlumat verilir.
Əksər əməliyyatlar üçün ən geniş tətbiq edilən anesteziya növü ümumi anesteziyadır. Ümumi anesteziya ilə əməliyyatın bütün müddəti ərzində xəstə tam huşsuz edilir, əzələlərin tam relaksasiyası (boşalması) təmin edilir və xəstə süni tənəffüs aparatına qoşulur (çünki onun tənəffüsü təmin edən əzələləri də tam boşalmış vəziyyətdə olur). Spinal anesteziya və ya spinal blok beldən aşağı bir çox əməliyyatlarda uğurla istifadə edilə bilər. Əməliyyatın növündən və xəstənin ümumi kliniki və tibbi vəziyyətindən asılı olaraq, anestezioloqlar spinal anesteziyaya üstünlük verə bilər.
Spinal anesteziya zamanı əməliyyat zonasında təmin edilən ağrısızlaşdırma ilə yanaşı xəstələrin istəyi ilə aşağıdakı əlavə tədbirlər də görülə bilər:
- əməliyyat zamanı tam huşda olmaq (yəni əməliyyat boyu hər şeyi eşitmək, danışmaq və s. imkanı verir).
- müəyyən dərəcədə sedasiya olunmaq və ya zəif sakitləşdirici və ya yuxugətirici preparatın inyeksiyası sayəsində xəstənin relaksasiyası və bir qədər yuxululuğu təmin edilir. Lakin, xəstənin huşu üstündə qalır.
- bəzi hallarda (xüsusilə də, böyük əməliyyatlarda və ya kolorektal və ya bağırsaq əməliyyatlarında) spinal anesteziya ümumi anesteziya ilə birgə aparıla bilər.
- İlk növbədə spinal anesteziyanın üstünlükləri, habelə potensial fəsadları və ağırlaşmaları barədə xəstəyə məlumat verilir və xəstə razılığını yazılı şəkildə bildirməlidir.
- Razılıqdan sonra spinal anesteziyanın aparılması proseduru daha detallı şəkildə xəstəyə (və xəstənin razılığı ilə onun yaxınlarına) izah edilməlidir.
- Prosedurdan öncə xəstənin periferik venası kanulyasiya edilməlidir (yəni venoz kateter qoyulmalıdır).
- Xəstənin spinal anesteziya üçün düzgün pozisiyada uzandırılması təmin edilməlidir. Spinal blok üçün xəstə ya yatağın kənarında oturaq vəziyyət almalı, ya da yataqda yan üstə uzandırılmalıdır.
- Prosedurun həyata keçirilməsi zamanı bütün addımlara dair xəstəyə məlumat verilməlidir. Yəni xəstəyə iynə vurduqdan əvvəl deyilməlidir ki, "Siz' indi bir iynə vuracayıq və bu bir qədər ağrılı ola bilər". Və yaxud iynənin vurulmasından öncə xəstənin belini betadinlə işlədikdə xəstəyə deyilməlidir ki, "Biz indi sizin belinizi xüsusi antiseptik məhlul və ya betadinlə və ya xlorheksidinlə təmizləyirik ki, steril olsun. Bir balaca soyuq toxunma hissi yarana bilər".
- Xüsusi iynə vasitəsilə onurğa beyin ətrafına yerli anestetik vurulur. Spinal anesteziya aparıldıqdan sonra anestezioloq xəstənin daimi müşahidəsini aparılmalı, əməliyyat zamanı xəstənin yanında olmalı və əməliyyatdan sonra xəstədə hissiyat və ətrafların motor funksiyası bərpa olunanadək xəstəni nəzarətdə saxlamalıdır.
- Spinal blok yerinə yetirildikdən sonra anestezioloq xəstənin hissiyatını və ayaqlarda hərəkət funksiyalarını yoxlayacaq ki, anesteziyanın effektiv olub olmadığını təyin etsin.







- Adətən spinal anesteziyanın aparılması zamanı xəstədə heç bir xoşagəlməz hisslər yaratmır və ümumiyyətlə, prosedurun özü adətən bir neçə dəqiqə çəkir.
- Spinal anesteziya proseduru zamanı xəstə adətən iynə batırılmasını hiss edə bilər. Həmçinin bəzən aşağı ətraflarda qısa müddətli sancıya bənzər hiss yarana bilər. Prosedur zaman bu cür hiss yarandıqda, xəstənin tərpənməməsi çox vacibdir. Lakin, xəstə mütləq bu haqda anestezioloqa məlumat verməlidir.
- İnyeksiya aparıldıqdan sonra xəstə tam horizontal vəziyyətdə saxlanılır və lokal ağrıkəsicinin (anestetikin) effekti 5-10 dəqiqədən sonra başlayır.
- İlk növbədə xəstələrdə dərinin keyləşməsi, sonra isə aşağı ətraf əzələlərinin zəifliyi müşahidə edilir.
- Spinal blokun tam effekti başladıqda isə xəstə beldən aşağı heç bir ağrı hiss etmir və ayaqlarını tərpədə bilmir.
- Əməliyyat zamanı xəstəyə oksigen verilir və maye infuziyası köçürülə bilər.
- Cərrahi müdaxilədən sonra ağciyər infeksiyası riski az olur.
- Ürəyə və ağciyərlərə təsiri çox azdır.
- Əməliyyatdan sonra yara yerində ağrının tənzimlənməsi daha yaxşı təmin edilir.
- Spinal blokdan bir müddət sonra güclü narkotik analgetiklərə (ağrıkəsici preparatlara, məs., morfinə) ehtiyac ya olmur, ya da çox az tələb olunur.
- Ürək bulanma və qusma halları çox az olur.
- Əməliyyatdan sonra gida və maye qəbuluna icazə daha tez verilir.
- Ahıl xəstələrdə əməliyyatdan sonra keyləşmə və delirium halları daha az baş verir.
- Ortopedik cərrahiyyə - aşağı ətrafların sümüklərində və ya oynaqların aparılan istənilən əməliyyatlar.
- Ümumi cərrahiyyə - yırtıqların korreksiyası, varikoz venaların müalicəsi, hemorroidektomiyalar.
- Damar cərrahiyyəsi - aşağı ətrafların qan damarlarının bərpası.
- Ginekologiya - uşaqlıq yolunda əməliyyatlar və ya sidik kisəsinin çıxışı hissəsində əməliyyatlar.
- Urologiya - prostatın çıxarılması və ya rezeksiyası, sidik kisəsində əməliyyatlar, cinsiyyət orqanlarında əməliyyatlar.
- Qan təzyiqin aşağı düşməsi və ya hipotenziya. Spinal anesteziyanın təsiri başladıqda xəstələrdə hipotenziya və ya qan təzyiqinin aşağı düşməsi baş verə bilər və bu baş gicəllənməsi, halsızlıq və bayılmaya yaxın hissiyata səbəb ola bilər. Venaya qoyulmuş kateter ilə maye infuziyası ilə qan təzyiqinin tənzimlənməsi adətən asanlıqla təmin edilir. Bəzi hallarda qan təzyiqini qaldırmaq üçün xüsusi preparatlardan (məs., vazopressorlardan) istifadə edilə bilər.
- Qaşınma. Spinal anesteziyada yerli anestetiklə yanaşı narkotik analgetiklərin - məs., morfin və ya morfinə oxşar preparatların - istifadəsi nəticəsində bəzi xəstələrdə qaşınma hissi müşahidə edilir. Qaşınma baş verdikdə xəstələr bu haqda anestezioloqa məlumat verməlidir. Qaşınmaya qarşı preparatların verilməsi ilə onun aradan qaldırılması asanlıqla mümkündür.
- Sidiyə getmədə çətinlik (sidiyin saxlanması). Spinal anesteziya tam keçməyənədək xəstələrdə sidiyə getmədə çətinliklər müşahidə edilir bilər. Lakin, spinal anestetikin effekti tam keçdikdən sonra sidik kisəsinin funksiyası tam normaya qayıdır. Sidik kisəsinin funksiyası tam bərpa olunanadək xəstəyə sidik kisəsi daxili Foli kateterinin qoyulması nəzərdən keçirilməlidir. Kateter 2 saatdan çox davam edən əməliyyatlarda (və ya ağır xəstələrdə) əməliyyatdan öncə qoyulur. Sidik kateteri həm də əməliyyatdan sonra qoyula bilər və ya müvvəqəti (salıb-çıxarma) ola bilər, ya da spinal blokun effekti tam aradan qalxanadək sidik kisəsi daxilində saxlanıla bilər.
- Ağrı. Spinal anesteziya zamanı ayaqlarda və ya sağrılarda ağrı və ya sancı və ya iynə batırma kimi hissiyat olduqda, bu haqda anestezioloqa dərhal məlumat verilməlidir. Bu cür hissiyat adətən sinirin qıcıqlanması və ya zədələnməsi ilə bağlı olur və iynənin yerinin dəyişdirilməsini tələb edir.
- Baş ağrısı. Baş ağrısını səbəbləri müxtəlif olur - anestetik dərman, əməliyyatın özü, dehidratasiya və həyacan hissi. Əksər hallarda baş ağrısı bir neçə saatdan sonra keçib getmiş olur və tələb olunarsa, baş ağrısı dərmanları ilə müalicə aparıla bilər. Spinal anesteziyadan sonra kəskin baş ağrısı yarana bilər. Əgər bu baş verərsə, xəstə anestezioloqu məlumatlandırmalıdır. Baş ağrısının spinal anesteziya səbəbindən olduğu müəyyən edilərsə, onun müalicəsi üçün xüsusi preparatlar istifadə edilə bilər.
- Sinirlərin zədələnməsi. Sinir zədələnməsi çox nadir hallarda baş verir. Bəzi hallarda hissiyatın müvəqqəti itirilməsi, iynə batırılması və ya ağrı hissiyyatı, habelə əzələ zəifliyi bir neçə gün və hətta bir neçə həftə də davam edə bilər. Lakin, nadir istisnalarla, spinal anesteziyadan sonra hissiyat və əzələ funksiyaları tam bərpa olunmuş olur. Sinirlərin isə geriyə dönməz ("ömürlük") zədələnməsi isə çox-çox nadir hallarda baş verə bilər.
- Əməliyyatdan öncə, əməliyyat zamanı və əməliyyatdan sonra (anesteziyanın effekti tam keçənədək) tibb bacısı və ya tibb qardaşı və həkim əmin olmalıdılar ki, xəstənin keyləşmiş (hərəkətsiz və hissiyatsız) bədən hissələrinin təzyiq və ya sıxılma nəticəsində travması və ya zədələnməsi baş verməsin.
- Anesteziya aradan qalxdıqda isə xəstələrdə hissiyat tədricən bərpa olunmağa başlayır. Bu andan etibarən xəstələrdə ağrı hissi (cərrahi yara yerində) yarana bilər. Bu baş verdikdə, əlavə ağrıkəsici dərmanlar verilə bilər.
- Spinal anesteziyanın effekti tam keçdikdən sonra xəstə birinci dəfə tibb bacısı və ya həkimin köməyi ilə ayağa qalxa bilər. Bundan sonra isə xəstə ehtiyyatla hərəkətliliyini tam bərpa edə bilər.
- Əməliyyatdan 1 saat sonra (başqa əksgöstərişlər olmadıqda) xəstəyə maye qəbul etmək və bir qədər sonra isə hətta yemək yemək olar.