Ədəbiyyat siyahısının son yenilənmə tarixi: iyun 2015-ci il. Məqalənin son yenilənmə tarixi: iyun 2015-ci il.
Məqalənin növbəti yenilənmə tarixi: noyabr 2016-cı il.
Müəllif-tərtibatçı: Seyidov N., MD, PhD.
GİRİŞ.
Ürəyin işemik xəstəliyi həm də ürəyin koronar damar xəstəliyi adlanır və miokardın qanla qeyri-adekvat təchizatı səbəbindən bir və ya daha çox simptom, klinik əlamət və ya ağırlaşmalarla təyin edilir. Əksər hallarda bu proses ateroskleroz nəticəsində epikardian koronar damarların obstruksiyası və ya tıxanması səbəbindən inkişaf etmiş olur. Tibbi (konservativ) terapiya və ya revaskulyarizasiya vasitəsilə müalicəsi mümkün olan simptomatik xəstələrin vəziyyəti stabil kimi qiymətləndirilir.
Stenokardiya miokardın oksigenə olan tələbatının oksigen təchizatını üstələməsi hallarında müşahidə edilir. Stenokardiya klinik baxımdan özün çox vaxt döş qəfəsində diskomfortla biruzə verir. Gərginlik və ya fiziki aktivliyin müəyyən səviyyəsində inkişaf edən və istirahət və ya nitroqliserinin qəbulu ilə aradan qalxan döş qəfəsindəki diskomfort stabil stenokardiyaya (lat. angina pectoris) dəlalət edir. Ürəyin işemik xəstəliyindən əziyyət çəkən xəstələrin bir çoxu xəstəliyin klinik təzahürü kimi məhz stenokardiyadan (döş qəfəsində ağrı və ya diskomfort) şikayətlənir.
Ürəyin işemik xəstəliyindən əziyyət çəkən xəstələrin müalicəsi və onlara qayğı ilk növbədə diaqnozun dəqiqləşdirilməsi, xəstəliyin ağırlıq dərəcəsinin təyin edilməsi, simptomların nəzarətə götürülməsi və ömür uzunluğu və yaşam müddətinin yaxşılaşdırılması üçün müvafiq terapiyanın tətbiqini özündə ehtiva edir. Burada məhz ürəyin stabil işemik xəstəliyinin inkişafı və ya pisləşməsi riskinin azaldılması, stabil işemik xəstəliyi olan xəstələrə tibbi qayğının detalları müzakirə edilir.
DİAQNOSTİKA.
Xəstələrin çoxunda ürəyin stabil işemik xəstəliyi diaqnozu üçün anamnezdə klassik stenokardiya ilə yanaşı ateroskleroz mənşəli ürək-damar xəstəliyinin bir və ya daha çox risk faktorunun mövcudluğu kifayətdir. İlk dəfə ürəyin stabil işemik xəstəliyinə (ÜSİX) görə müayinə olunan xəstələrdə detallı anamnez toplanmalı və geniş fiziki müayinə aparılmalıdır.
Bütün xəstələrdə 12 ötürmədə EKQ əldə olunmalıdır. Lakin xəstələrin əksəriyyətində diaqnozun təsdiq olunması və ya xəstəliyin ağırlıq dərəcəsinin müəyyən edilməsi üçün əlavə diaqnostik testlərin aparılması tələb olunur.
Stress test.
Əksər mütəxəssislər ÜSİX-nin diaqnostika və müalicəsi məqsədilə 2012-ci ildə Amerika Kardioloqlar Cəmiyyəti, Amerika Ürək Assosiasiyası, Amerika Həkimlər Cəmiyyəti və Amerika Torakal Cərrahiyyə Cəmiyyətinin birgə hazırladığı klinik qaydalarını rəhbər tutur. Bu klinik qaydalara əsasən ÜSİX-nə görə müayinə olunan bütün xəstələrdə diaqnozun təsdiqi və xəstəliyin proqnozuna dair məlumatın əldə edilməsi üçün stress testin aparılması tövsiyə olunur.
İlkin stress testin seçiminə gəldikdə isə aşağıdakı testlərdən biri istifadə edilər bilər. Həmin testlərin seçimi yerli təcrübə, avadanlığın əlçatanlığı, xəstələrin fiziki aktivlik səviyyəsi, istirahətdə çəkilmiş EKQ-nin nəticəsi, yanaşı xəstəlikləri və s. faktorlardan asılıdır.
- Fiziki gərginlikli Stress EKQ testi,
- Fiziki gərginlikli ExoKQ və ya digər görüntüləmə testi,
- Görüntüləmə ilə Farmakoloji stress test.
Aparılmış stress testin nəticəsi və xəstənin fərdi xüsusiyyətləri əsasında terapevtik yanaşma müəyyən edilir. Konservativ (farmakoloji) terapiya ilə simptomları kontrol edilən aşağı və orta-dərəcəli riskə malik xəstələrin müalicəsi invaziv müdaxiləsiz aparıla bilər. Yüksək risk qrupuna aid olan və ya tibbi terapiyaya refrakter (cavabsız) stenokardiyası olan xəstələrin müalicəsində növbəti addım koronar angioqrafiya və revaskulyarizasiya olmalıdır. Həmin xəstələrdə revaskulyarizasiya üçün ya perkutan koronar müdaxilə, ya da aorto-koronar şuntlama əməliyyatı tətbiq oluna bilər.
Koronar angioqrafiya və revaskulyarizasiya.
ÜSİX-dən əziyyət çəkən xəstələrdə koronar angioqrafiyanın keçirilməsi və onun nəticəsi əsasında revaskulyarizasiyanın aparılması üçün iki əsas göstəriş vardır:
- tibbi terapiyanın maksimal dozasına baxmayaraq xəstənin həyat tərzinə məhdudiyyət yaradan stenokardiya,
- stenokardiyanın ağırlıq dərəcəsindən asılı olmayaraq qeyri-invaziv testlərin nəticəsində orta dərəcəli risk qrupuna aid edilmiş xəstələr,
- yüksək risk qrupundan olan xəstələr.
- Qəfləti Ürək Dayanması və ya mədəciklərin həyata təhlükə törədən aritmiyası və ya ürək çatışmazlığının simptom və əlamətləri inkişaf edən xəstələrin müayinəsi üçün ilk test kimi Koronar Angioqrafiyanın aparılması tövsiyə edilir.
- Klinik xüsusiyyətlər və aparılmış qeyri-invaziv testlərin nəticələri ürəyin ağır dərəcəli işemik xəstəliyi ehtimalının yüksək olduğundan xəbər verirsə.
- Sol mədəciyin sistolik funksiyasının aşağı düşməsi (EF <50%) və qeyri-invaziv testdə işemiyanın nümayiş etdirilməsi,
- Qeyri-invaziv testin nəticələrinin proqnoz baxımından qeyri-müəyyənliyi və ya qeyri-invaziv testin aparılması əksgöstərişi olan xəstələrdə,
- Stenokardiya ilə yanaşı sol mədəciyin atım fraksiyası >50%-dən çox olan və qeyri-invaizv testin nəticələri əsasında orta dərəcəli risk qrupuna aid edilmiş xəstələrdə həyat keyfiyyətinin qeyri-adekvat olması.
- əvvəllər miokardın infarktını keçirmiş xəstələrdə (EKQ-də patoloji Q-dalğaları olan və ya anamnezindən infarkt keçirdiyi məlum olan xəstələr),
- ürək çatışmazlığının simptom və ya əlamətləri olduqda,
- İlk dəfə müəyyən edilən və ya dəqiqləşdirilməmiş ürək küyü,
- Mürəkkəb mədəcik aritmiyaları.
- Ürəyin koronar damar xəstəliyindən əziyyət çəkən ahıl yaşlı xəstələr çox vaxt atipik simptomlardən şikayətlənir. Miokardın gizli işemiyası halları da daha çox rast gəlinir.
- Yaşlı xəstələrdə koronar damar xəstəliyinə yönəlik müalicənin effektivliyinə inam daha azdır və ya düzgün qiymətləndirilmir. Bu isə müalicə metodlarının effektivliyinin araşdırılması üçün aparılmış əksər klinik tədqiqatların gənc əhali qrupunu hədəfə alması ilə bağlıdır.
- Yanaşı xəstəliklər və çoxsaylı dərman preparatların qəbulunun tənzimlənməsi ahıl xəstələrdə bir sıra çətinliklərlə bağlıdır.
- sonuncu müayinədən sonrakı dövrdə fiziki aktivlik səviyyəsində dəyişiklik,
- stenokardiya tutmalarının baş vermə tezliyi, müddəti, ağırlıq dərəcəsi və xüsusiyyətlərində dəyişikliklər,
- tibbi müalicəyə riayət etmə, farmakoloji preparatların qəbulunun müntəzəmliyi,
- risk faktorların modifikasiyası,
- yeni yanaşı xəstəliyin inkişaf etməsi və ya məlum olan yanaşı xəstəliyin ağırlaşması halları.
- Fihn SD, Gardin JM, Abrams J, et al. 2012 ACCF/AHA/ACP/AATS/PCNA/SCAI/STS guideline for the diagnosis and management of patients with stable ischemic heart disease: a report of the American College of Cardiology Foundation/American Heart Association task force on practice guidelines, and the American College of Physicians, American Association for Thoracic Surgery, Preventive Cardiovascular Nurses Association, Society for Cardiovascular Angiography and Interventions, and Society of Thoracic Surgeons. Circulation 2012; 126:e354
- Fihn SD, Gardin JM, Abrams J, et al. 2012 ACCF/AHA/ACP/AATS/PCNA/SCAI/STS guideline for the diagnosis and management of patients with stable ischemic heart disease: executive summary: a report of the American College of Cardiology Foundation/American Heart Association task force on practice guidelines, and the American College of Physicians, American Association for Thoracic Surgery, Preventive Cardiovascular Nurses Association, Society for Cardiovascular Angiography and Interventions, and Society of Thoracic Surgeons. Circulation 2012; 126:3097.
- Fihn SD, Blankenship JC, Alexander KP, et al. 2014 ACC/AHA/AATS/PCNA/SCAI/STS focused update of the guideline for the diagnosis and management of patients with stable ischemic heart disease: a report of the American College of Cardiology/American Heart Association Task Force on Practice Guidelines, and the American Association for Thoracic Surgery, Preventive Cardiovascular Nurses Association, Society for Cardiovascular Angiography and Interventions, and Society of Thoracic Surgeons. J Am Coll Cardiol 2014; 64:1929.
- White CW, Wright CB, Doty DB, et al. Does visual interpretation of the coronary arteriogram predict the physiologic importance of a coronary stenosis? N Engl J Med 1984; 310:819.
- Ringqvist I, Fisher LD, Mock M, et al. Prognostic value of angiographic indices of coronary artery disease from the Coronary Artery Surgery Study (CASS). J Clin Invest 1983; 71:1854.
- Emond M, Mock MB, Davis KB, et al. Long-term survival of medically treated patients in the Coronary Artery Surgery Study (CASS) Registry. Circulation 1994; 90:2645.
- Gibbons RJ, Abrams J, Chatterjee K, et al. ACC/AHA 2002 guideline update for the management of patients with chronic stable angina www.acc.org/qualityandscience/clinical/statements.htm (Accessed on August 24, 2006).
- Teo KK, Yusuf S, Furberg CD. Effects of prophylactic antiarrhythmic drug therapy in acute myocardial infarction. An overview of results from randomized controlled trials. JAMA 1993; 270:1589.
- Braunwald E. Mechanism of action of calcium-channel-blocking agents. N Engl J Med 1982; 307:1618.
- Heidenreich PA, McDonald KM, Hastie T, et al. Meta-analysis of trials comparing beta-blockers, calcium antagonists, and nitrates for stable angina. JAMA 1999; 281:1927.
- Emanuelsson H, Egstrup K, Nikus K, et al. Antianginal efficacy of the combination of felodipine-metoprolol 10/100 mg compared with each drug alone in patients with stable effort-induced angina pectoris: a multicenter parallel group study. The TRAFFIC Study Group. Am Heart J 1999; 137:854.
- Chaitman BR. Ranolazine for the treatment of chronic angina and potential use in other cardiovascular conditions. Circulation 2006; 113:2462.
- Abrams J, Thadani U. Therapy of stable angina pectoris: the uncomplicated patient. Circulation 2005; 112:e255.
- Winniford MD, Jansen DE, Reynolds GA, et al. Cigarette smoking-induced coronary vasoconstriction in atherosclerotic coronary artery disease and prevention by calcium antagonists and nitroglycerin. Am J Cardiol 1987; 59:203.
- Winniford MD, Wheelan KR, Kremers MS, et al. Smoking-induced coronary vasoconstriction in patients with atherosclerotic coronary artery disease: evidence for adrenergically mediated alterations in coronary artery tone. Circulation 1986; 73:662.
- van den Heuvel AF, Dunselman PH, Kingma T, et al. Reduction of exercise-induced myocardial ischemia during add-on treatment with the angiotensin-converting enzyme inhibitor enalapril in patients with normal left ventricular function and optimal beta blockade. J Am Coll Cardiol 2001; 37:470.
- Pepine CJ, Rouleau JL, Annis K, et al. Effects of angiotensin-converting enzyme inhibition on transient ischemia: the Quinapril Anti-Ischemia and Symptoms of Angina Reduction (QUASAR) trial. J Am Coll Cardiol 2003; 42:2049.
- Thompson PD. Exercise prescription and proscription for patients with coronary artery disease. Circulation 2005; 112:2354.
- Psaty BM, Furberg CD, Kuller LH, et al. Traditional risk factors and subclinical disease measures as predictors of first myocardial infarction in older adults: the Cardiovascular Health Study. Arch Intern Med 1999; 159:1339.
- Goldberg RJ, McCormick D, Gurwitz JH, et al. Age-related trends in short- and long-term survival after acute myocardial infarction: a 20-year population-based perspective (1975-1995). Am J Cardiol 1998; 82:1311.