Xəstənin intubasiyasından və ağ ciyərlərinin mexaniki ventilyasiyasından 48-72 saat sonra inkişaf edən pnevmoniyaya süni tənəffüs aparatı ilə aparılan mexaniki ventilyasiya ilə əlaqəli pnevmoniya və ya VƏP-ventilyasiya ilə əlaqəli pnevmoniya deyil.
Qeyd etmək lazımdır ki, özü özlüyündə intubasiya və mexaniki ventilyasiya xəstələrdə pnevmoniya riskini 6-12 dəfə artırmış olur. Aşağıda mexaniki ventilyasiya ilə əlaqəli pnevmoniyaya səbəb ola bilər digər risk faktorlar təsvir edilir:
Mədənin pH-nın antasidlər və H2 blokatorlarla artırılması. Araşdırmalar göstərmişdir ki, mədənin pH-nın artması (H2 blokatorlar, proton nasosun inhibitorları ilə) pnevmoniya riskini artırmış olur. Antasidlər, H2 blokatorlar və sukralfatın istifadəsinin pnevmoniyanın inkişafına təsiri öyrənilmiş və məlum olmuşdur ki, sukralfatın istifadəsi daha az hallarda pnevmoniyanın baş verməsinə səbəb olur. Həmin araşdırmaların nəticəsi olaraq 2008-ci ildə Amerikanın infeksion xəstəlikləri Cəmiyyəti tövsiyə etmişdir ki, mədənin stres xoralanması riski aşağı olan xəstələrdə H2 blokatorlar və Proton nasosun inhibitorları istifadə edilməsin.
Tövsiyə. Mexaniki ventilyasiya alan və mədənin stres xoralanması riski aşağı olan xəstələrdə H2 blokatorları və proton nasosun inhibitorlarının istifadəsi tövsiyə edilmir. Lakin, həmin qrup xəstələrdə sukralfatın istifadəsi tövsiyə edilir.
Tənəffüs yolları və mədə-bağırsaq sisteminin dekontaminasiyası. Araşdırmalardan bəlli olmuşdur ki, orofarinksin və yuxarı tənəffüs yollarının (epiqlottisdən aşağı) dekontaminasiyası, habelə həzm sisteminin təmizlənməsi və aspirasiyanın profilaktikası, mexaniki ventilyasiya ilə əlaqədar pnevmoniyanın önlənməsinə mühüm müsbət təsir göstərmişdir. Oral floranın azaldılması məqsədilə ağız boşluğunun xlorheksidinlə gündəlik təmizlənməsi VƏP hallarının sayını xeyli azaltmışdır.
Tövsiyə. Mexaniki ventilyasiya alan xəstələrin ağız boşluqlarının gündə 2 dəfə 15 ml 0.12%-li xlorheksidinlə təmizlənməsi, VƏP hallarının azalmasına xidmət edir.
Həzm sisteminin dekontaminasiyası. Bir sıra araşdırmalardan bəlli olmuşdur ki, oral və ya sistem antibiotiklərin verilməsi mexnaiki ventilyasiya olunan xəstələrdə həzm sistemində aerob qram-neqativ bakteriyalar və Candida mikroblarının sayını xeyli azaltmış və pnevmoniyanın baş verməsi hallarının azalmasına səbəb olmuşdur. Lakin, burada narahatedici məqam ondan ibarətdir ki, profilaktika məqsədilə verilən bu antibiotiklər həzm sistemində olan bakteriyaların rezistentliyinə səbəb ola bilər. Bu səbəbdən oral və ya sistem antibiotiklərin profilaktik verilməsi hazırda tətbiq edilmir. Probiotiklərin istifadəsi (Lactobacillus) isə mədə-bağırsaq sistemində, xüsusilə də, mədə və orofarinksdə, bakterial kolonizasiyanı xeyli azaltmış və mexaniki ventilyasiya ilə əlaqəli pnevmoniya hallarının da azalmasına təsir etmişdir. Probiotik alan xəstələrdə heç bir neqativ fəsadlar qeydə alınmamışdır.
Tövsiyə. Mexaniki ventilyasiya alan xəstələrdə VƏP hallarının azaldılması məqsədilə probiotiklərin verilməsi tövsiyə edilir.
Aspirasiyanın önlənməsi. Kliniki tədqiqatlardan məlum olmuşdur ki, xəstələrin yataqda üfuqi yəni tam düz uzadılması VƏP hallarının artmasına səbəb olur. Bu səbəbdən mexaniki ventilyasiya olunan bütün xəstələr yataqda yarı-oturaq vəziyyətdə yəni yatağın baş hissəsinin ən azı >30 dərəcə və ya daha çox olması ilə uzandırılmalıdır. Yuxarı tənəffüs yollarının sovurma cihazı ilə gündəlik təmizlənməsi tənəffüs yollarının sekresiyalarının və mikrobların aşağı tənəffüs yollarına düşməsinin qarşısını almağa yardım edir. Belə ki, səs tellərindən (səs yarığından) aşağı hissədə aparılan sovurma cihazı ilə təmizləmə prosesi VƏP hallarının azalmasına təsir etmişdir.
Tövsiyə. Mexaniki ventilyasiya alan xəstələrdə VƏP hallarının azaldılması məqsədilə onların yataqlarının baş hissəsi ən azı 30 dərəcə yuxarı olmalıdır. Həmçinin, mexaniki ventilyasiya olunan xəstələrdə tənəffüs yollarının səs tellərindən aşağı hissəsinin sovurma cihazı ilə gündə 2-3 dəfə təmizlənməsi VƏP hallarının profilaktikasına xidmət edir.
Qlyukokortikoidlər. Araşdırmaların birinde steroidlərin verilməsi VƏP hallarının daha az baş verməsi ilə əlaqələndirilmişdir. Lakin, VƏP-in profilaktikasında qlyukokortikoidlərin rolunu sübuta yetirmək üçün daha geniş araşdırmalara ehtiyac vardır.
ÜMUMİLƏŞDİRMƏ VƏ TÖVSİYƏLƏR.
Xəstənin intubasiyasından və ağ ciyərlərinin mexaniki ventilyasiyasından 48-72 saat sonra inkişaf edən pnevmoniyaya süni tənəffüs aparatı ilə aparılan mexaniki ventilyasiya ilə əlaqəli pnevmoniya və ya VƏP-ventilyasiya ilə əlaqəli pnevmoniya deyil.
Qeyd etmək lazımdır ki, özü özlüyündə intubasiya və mexaniki ventilyasiya xəstələrdə pnevmoniya riskini 6-12 dəfə artırmış olur. Aşağıda mexaniki ventilyasiya ilə əlaqəli pnevmoniyaya səbəb ola bilər digər risk faktorlar təsvir edilir:
Beləliklə, aşağıdakı tədbirlər ağ ciyərlərin mexaniki ventilyasiyası ilə əlaqəli yaranan pnevmoniya hallarının azalmasına və ya önlənməsinə yardım edir:
- mexaniki ventilyasiyanın aparılması müddətini minimumam endirmək,
- xəstəyə yaxınlaşmadan əvvəl əllərin yuyulması,
- mədə turşusunun ifrazını azaldan (antasidlər, H2 blokatorlar, proton nasosun inhibitorları) preparatlardan istifadə etməmə,
- orofarinksin dekontaminasiyası (gündəlik xlorheksidinlə ağız boşluğunun təmizlənməsi),
- xəstənin yataqda uzandırdıqda yatağın baş hissəsinin 30-45 dərəcə qaldırılması (əgər əksgöstəriş yoxdursa),
- səs tellərindən aşağı yerləşən tənəffüs yollarının sovurma ilə sekresiyalardan təmizlənməsi,
- aspirasiyanın profilaktikası və
- mədənin dilatasiyasının azaldılmasına yönəlik tədbirlər (nazoqastrik zond, PEQ zond, nazoyeyunal zond).
Ədəbiyyat:
- Quenot JP, Ladoire S, Devoucoux F, Doise JM, et al: Effect of a nurse-implemented sedation protocol on the incidence of ventilator-associated pneumonia. Crit Care Med 2007; 35:2031-2036
- Ramirez P, Ferrer M, Torres A: Prevention measures for ventilator-associated pneumonia: a new focus on the endotracheal tube. Curr Opin Infect Dis 2007; 20:190-197
- Drakulovic MB, Torres A, Bauer TT, Nicolas JM, et al: Supine body position as a risk factor for nosocomial pneumonia in mechanically ventilated patients: a randomised trial. Lancet 1999; 354:1851-1858
- Chlebicki MP, Safdar N: Topical chlorhexidine for prevention of ventilator-associated pneumonia: a meta-analysis. Crit Care Med 2007; 35:595-602
- Kollef MH, Afessa B, Anzueto A, Veremakis C, et al: Silver-coated endotracheal tubes and incidence of ventilator-associated pneumonia: the NASCENT randomized trial. JAMA 2008; 300:805-813