GİRİŞ.
İmmun trombositopeniya (həmçinin idiopatik trombositopenik purpura və ya immun trombositopenik purpura da adlanır; İTP) qazanılmış bir xəstəlikdir. İTP diaqnozunun qoyulması üçün aşağıdakı iki meyarın təyini tələb olunur:
- İzolə olunmuş trombositopeniyanın mövcudluğu. Həmin xəstələrdə trombositopeniya ilə yanaşı qanın ümumi analizində, habelə periferik qandan yaxmanın müayinəsi norma daxilində olmalıdır. Lakin, bəzi hallarda xəstələrdə yanaşı xəstəliklər, məsələn, dəmir çatışmazlığı da olduğundan, qanın müayinəsində əlavə pozuntular aşkar edilə bilər.
- Trombositopeniya ilə əlaqəli olan digər xəstəliklərin (məs., qırmızı qurd eşənəyi və ya sistemli lupus eritematoz, antifosfolipid sindromu, xroniki limfositik leykemiya) klinikası müəyyən edilmədikdə. Bu növ əlaqəli xəstəlikləri olanlarda müəyyən edilən trombositopeniya "ikincili immun trombositopeniya" kimi qəbul edilir. Bununla yanaşı, bəzi dərmanlar, o cümlədən, bitki mənşəli dərmanlar və xinin tərkibli içəcəklər də trombositopeniyaya səbəb ola bilər.
PATOGENEZ.
İmmun trombositopeniyanın patogenezi iki proseslə bağlıdır. Belə ki, xəstələrdə trombositlərin dağılma prosesinin artması ilə yanaşı xəstənin B hüceyrələri tərəfindən yaranan spesifik İgG autoanticismlər tərəfindən meqakariositlərdən trombositlərin yaranmasının inhibisiyası baş verir. Qeyd edilmiş auto-anticismlər əsasən trombositlərin membran qlikoproteinləri, məsələn, GPİİb/İİİa-yə qarşı yönəlmiş olur.
Təsiredici faktorlar. İTP-nin etiologiyası aydın deyil, lakin onun genetik və qazanılmış faktorlarla bağlı olduğu düşünülür.
- İTP hallarının bəzisi xəstəlikdən öncə baş vermiş virus infeksiyası ilə bağlı ola bilər. Mümkündür ki, virus infeksiyası zamanı insan orqanizmi tərəfindən istehsal edilən virus əleyhinə anticismlər trombositlərin membranı tərkibində olan qlikoproteinlərə də hücum etmiş olur. İİV, HCV, CMV (sitomeqalovirus) və VZV (varicella zoster virus) səbəbindən baş verən infeksiyalar zamanı məhz bu cür anticismlərin yaranması ikincili İTP-yə səbəb olur.
- İmmun cavabın pozulması xəstənin öz toxumalarına hücum edən anticismlərin inkişafına səbəb ola bilər.
- İmmun sistemin fəaliyyətində pozuntular autoimmun trombositopeniyanın inkişafına təsir göstərə bilər. Bu cürh hallara, məsələn, antifosfolipid sindromu, sistemli lupus eritematoz, Evans sindromu, post-hematopoetik hüceyrə transplantasiyası ilə əlaqəli İTP, sarkoidoz və xroniki limfositik leykemiyası və digər aşağı dərəcəli limfoproliferativ xəstəlikləri olan və xüsusilə də, purin analoqları ilə müalicə alan və autoimmun limfoproliferativ sindromu olan xəstələrdə müşahidə edilən ikincili İTP halları aiddir.
- Faqositoza uğramış trombositlərin membran GPİİb/İİİa və/və ya GPİb/İX qlikoproteinlərin parçalanmış peptidləri makrofaqlar tərəfindən HLA-məhdud olan CD4+ T hüceyrələrinə təqdim edilir.
- Bu T-hüceyrələrin reseptorları antigen-təqdim edən makrofaqların üzərində HLA-DR antigen peptid kompleksi ilə üzləşdikdə T-hüceyrələr aktivasiya olunur.
- Aktivasiya olunmuş T-hüceyrələr İL6 sekresiya edir və CD154 proteinin ekspressiyasını artırır və auto-anticismlər sekresiya edən B-hüceyrələrin aktivliyini stimullaşdırır.
- Autoanticismlər trombositlərlə birləşdikdə, dalaq makrofaqları tərəfindən bu cür opsonizasiya olunmuş trombositlər faqositoza uğrayır.
- Petexiyalar, purpura və dərialtı göyərmələr
- Epistaksis, damaqların qanaması və menarragiya tez-tez rast gəlinir.
- Mədə-bağırsaq qanaxması və hematuriya nadir hallarda baş verir.
- Kəllədaxili qanaxma həyata təhlükə törədə bilən ağırlaşmalara aiddir və o dərəcədə çox nadir haldır ki, onun baş verməsi tezliyini düzgün müəyyən etmək mümkün deyil.
- Virusa qarşı yaranan spesifik anticismlər normal trombositlərin antigenləri ilə çarpaz reaksiyaya girə bilər və trombositlərin dağılmasını sürətləndirə bilər.
- Helikobakter pilori infeksiyasının da İTP ilə əlaqəli olduğu bir sıra hesabatlarda göstərilib. Bəzi araşdırmalarda H.pilorinin eradikasiyası trombositlərin sayının artmasına səbəb olduğu müəyyən edilmişdir.
- Birincili HİV infeksiyası ilə əlaqəli inkişaf edən trombositopeniyanın inkişafında HİV proteinləri ilə trombositlərin GPİİb/İİİa proteini arasında mimikriya mühüm patogenetik rola malik ola bilər.
- Hepatit C virusuna yoluxmuş xəstələrdə bir sıra autoimmun pozuntular, o cümlədən, immun trombositopeniya və autoimmun hemolitik anemiya, müşahidə edilə bilər. HCV virusunun nüvə zərfi proteini-1 (HCV core envelop protein 1) ilə trombositlərin GPİİb/İİİa proteini arasına molekulyar mimikriya HCV ilə əlaqəli inkişaf edən trombositopeniyanın patogenezində mühüm rol oynadığı guman edilir.
- Trombositlərə qarşı anticismlərlə yanaşı bakteriyaların lipopolisaxaridləri trombositlərin səthinə birləşərək onların faqositozunu sürətləndirə bilir.
- Alemtuzumab monoklonal anti-CD52 anticismdir və adətən xronik limfositik leykemiya, orqan transplantasiyası, dağınıq skleroz və s. xəstəliklərin müalicəsində geniş istifadə edilir. Alemtuzumabın istifadəsi İTP də daxil olmaqla, bir sıra autoimmun pozuntuların inkişafına səbəb ola bilər. Guman edilir ki, həmin preparatın autoimmun pozuntulara gətirib çıxarması, onun immun sisteminin dizrequlyasiyasına səbəb olması ilə bağlıdır.
- Purin analoqları. Aşağı dərəcəli limfomaların müalicəsində purin analoqlarının istifadəsi autoimmun hemolitik anemiya və immun trombositopeniya hallarının sayının artması ilə əlaqələndirilmişdir.
Şəkil. Periferik qandan yaxmanın müayinəsində müəyyən edilən qan hüceyrələrinin sxematik təsviri. Burada platelet - trombosit deməkdir.
Şəkil. Periferik qandan yaxmanın müayinəsi. Burada diqqəti çəkən məqam Trombositlərin olmamasıdır, belə ki, periferik yaxmada heç bir dənə də olsun trombosit aşkar edilmir.
Şəkil. Periferik qandan yaxmanın müayinəsində müəyyən edilən qan hüceyrələrinin nümunəvi görüntüsü. Burada platelet - trombosit, monocyte - monosit və neutrophil - neytrofil deməkdir.
- Soyuqdan asılı trombositlərin aqlyutininləri və autoanticismlər trombositlərin neytrofillər və/və ya monositlər ətrafında topalanmasına səbəb ola bilər. Bu isə psevdotrombositopeniya ilə nəticələnə bilər.
- Trombositlərin bəzi anadangəlmə pozuntularında nəhəng trombositlər mövcud ola bilər ki, bunlar avtomatlaşdırılmış analizatorlar tərəfindən trombosit kimi qəbul edilməyə bilər. Nəticədə isə trombositlərin sayı olduğundan daha az göstərilə bilər və ya psevdotrombositopeniya müəyyən edilə bilər.
- HIV və HCV infeksiyasının istisna edilməsi məqsədə müvafiq hesab edilə bilər. Belə ki, həmin infeksion xəstəliklərin müalicəsi trombositopeniyanın da aradan qaldırılmasına təsir göstərmiş olur.
- Planlı splenektomiyadan öncə tiroid vəzinin funksional testlərinin aparılması tövsiyə edilir ki, gizli hiper- və ya hipotireoz istisna edilmiş olsun.
- Yaşı 60-dan yuxarı olan xəstələrdə mielodisplastik sindromun istisna edilməsi üçün sümük iliyinin aspirasiyası və ya biopsiyası nəzərdən keçirilməlidir və hematoloqlar tərəfindən hələ də tövsiyə edilir. Düzdür, aparılmış bir çox araşdırmalar göstərib ki, İTP-yə şübhə olan həmin yaş qrupuna aid xəstələrdə sümük iliyinin müayinəsinin əlavə faydası yoxdur. Lakin, bütün hallarda, İTP diaqnozu qoyulduqdan sonra farmakoterapiyaya cavab verməyən və/və ya splenektomiyanın aparılması planlaşdırılan xəstələrdə sümük iliyinin müayinəsi tövsiyə edilir ki, ilkin qoyulmuş İTP diaqnozu təsdiq edilsin.
- Xronik limfositik leykemiya və digər limfoproliferativ xəstəliklər.
- İİV infeksiyası ilə yanaşı müşahidə edilən trombositopeniya.
- Sistemli lupus eritematoz (qırmızı qurd eşənəyi) və digər autoimmun xəstəliklər. Maraqlıdır ki, İTP keçirmiş xəstələrin 3-15%-də sonradan sistemli lupus eritematoz (qırmızı qurd eşənəyi) xəstəliyi inkişaf etmiş olur. Tədqiqatların birində göstərilib ki, İTP olan və splenektomiya olunmuş 115 xəstənin 14-də sonradan SLE (qırmızı qurd eşənəyi) xəstəliyi inkişaf etmişdir (2).
- Asimptomatik, mülayim dərəcəli trombositopeniya (trombositlərin sayı >70.000/mikroL),
- Anamnezdə əvvəllər trombositopeniyanın olmaması (əvvəlki hamiləliklər dövründə baş verən trombositopeniyalar istisna olmaqla),
- Trombositopeniyanın hamiləliyin sonunda baş verməsi,
- Fetal (döldə) trombositopeniyanın olmaması,
- Doğuşdan sonra trombositopeniyanın spontan korreksiyası (aradan qalxması).
- Trombositopeniyanın dərəcəsi.
- Heparinin verilməsi vaxtı ilə nisbətdə trombositopeniyanın baş verməsi vaxtı.
- Tromboz
- Trombositopeniyanın digər səbəbləri.
- von Willebrand xəstəliyi tip 2B: bu xəstələrdə trombositopeniyanın dərəcəsi ilə müqayisədə qanaxma daha ağır olur.
- Wiskott-Aldrich sindromu və onun X-xromosomla daşınan trombositopeniya variantı: bu xəstələrdə təkrar infeksiyalar və qanın yaxmasında kiçik ölçülü trombositlər aşkar edilir.
- Alport sindromu (irsi nefrit) və onun variantları: bu xəstələrdə nəhəng trombositlər, böyrək çatışmazlığı və eşitmə qabiliyyətinin itirilməsi (karlıq) müşahidə edilir.
- Fankoni sindromu: həmin xəstələrin boyu alçaq olur, onlarda anemiya və neytropeniya müəyyən edilir.
- Bernard-Soulier sindromu: bu xəstələrdə nəhəng trombositlərla yanaşı, trombositopeniyanın ağırlıq dərəcəsi ilə uyğunlaşmayan qanaxma müşahidə edilir.
BİBLİOQRAFİYA.
- J Pediatr Hematol Oncol. 2012 Jan;34(1):6-12. doi: 10.1097/MPH.0b013e3182282548. Clinical features, prognostic factors, and their relationship with antiplatelet antibodies in children with immune thrombocytopenia.
- J Rheumatol. 1997 May;24(5):867-70. Thrombocytopenic purpura as initial manifestation of systemic lupus erythematosus. Mestanza-Peralta M1, Ariza-Ariza R,Cardiel MH, Alcocer-Varela J.