Kəllə-beyin travmalarında qıcolmaların (epileptik tutmalar) profilaktikası

Qapalı Kəllə-Beyin travması

  • Ağır dərəcəli Qapalı Kəllə-Beyin Travmalarında qıcolamaların qısa müddətli profilaktikasının aparılması məcburi deyildir: 
    • Qıcolma əleyhinə verilən preparatın qanda səviyyəsi kifayət qədar olduqda, preparatın verildiyi müddət ərzində xəstələrdə qıcolmaların profilaktikası təmin oluna bilər.
    • Qıcolmalara qarşı preparatların verilməsi daha sonra inkişaf edə biləcək epilepsiyanın baş verməsinə təsir etmir
    • Qıcolma əleyhinə preparatların seçimində onların qiyməti və yan fəsadları nəzərə alınmalıdır
    • Hazırda bir çox iri travma mərkəzlərində ağır dərəcəli qapalı KBT-da qıcolma əleyhinə profilaktika istifadə edilmir.
    • Qapalı KBT-da qıcolmalar əleyhinə profilaktikanın uzun müddətli aparılması tələb olunmur.

 

Penetrasilyası Kəllə-Beyin travmaları:

  • Penetrasiyalı KBT-da müvafiq dərman preparatları ilə qıcolmalar əleyhinə profilaktika 1 həftə müddətinə aparılır.
  • Qıcolma əleyhinə farmakoloji profilaktikanın daha uzun müddət aparılması sonradan daha gec dövrlərdə epilepsiyanın inkişaf etməsi ehtimalına təsir etməmiş olur.
  • Nəzərə almaq lazımdır ki, Penetrasiyalı KBT almış xəstələrin 4-10%-də ilk dəfər qıcolma travmanın baş verdiyi andan 1 həftə ərzində, 80%-də isə travmadan sonra 2 həftə ərzində baş verir. Lakin, xəstələrin 18%-də ilk qıcolma travmada 5 va daha çox il ərzində müşahidə olunmaya da bilər.
 
 
ÜMUMİLƏŞDİRMƏ VƏ TÖVSİYƏLƏR:
 
Ağır dərəcəli Kəllə-Beyin travmalarında qıcolmalar profilaktikası aşağıdakı farmakoloji preparatlarla aparıla bilər:
  • Fenitoin: ağır KBT almış xəstələrdə erkən post-travmatik qıcolmalar riskinin effektiv azaldılmasına yardım edir.
  • Valproat: erkən post-travmatik qıcolmaların profilaktikasında istifadə edilməməlidir.
  • Fenitoin, karbamazepin və ya valproat: gec inkişaf edən post-travmatik qıcolmaların profilaktikasında qeyri-effektivdir.
  • Mülayim və ya orta ağırlıq dərəcəsi olan KBT-da qıcolmaların farmakoloji profilaktikası tövsiyə edilmir (digər ağırlaşdırıcı faktorlar olmadıqda).
 
Erkən və gec inkişaf edən post-travmatik qıcolmaların baş verməsi riski KT görüntüləməsindən təxmin edilə bilər:
  • KT görüntülərində aşağıdakıların müəyyən edilməsi xəstələrdə post-travmatik qıcolmaların profilaktikasının daha uzun müddət (7 gündən çox) aparılmasını tələb edə bilər:
    • Bipariyetal kontuziyalar (əzilmələr)
    • Duranın metal fraqmentlər və ya sümüklə penetrasiyası
    • Çoxsaylı kəllədaxili əməliyyatların keçirilməsi
    • Çoxsaylı qabıqaltı (subkortikal) kontuziyalar
    • Subdural hematoma və onun evakuasiyası
    • 5 mm-dən çox orta xəttin yerdəyişməsi
    • Çoxsaylı və ya ikitərəfli kortikal kontuziyalar.
 
Farmakoloji profilaktika:
  • Fenitoin: 17 mq/kq dozada 30-60 dəqiqə ərzində İV infuziya edilir, sonra isə gündə üç dəfə 100 mq dozada İV və ya per oral cəmi 7 gün müddətinə verilir. Bəzi xəstələrdə fenitoin ilkin olaraq per oral yolla hər 6 saatdan bir 300 mq dozada (cəmi 900 mq) verilə bilər və sonra eyni ilə gündə üç dəfə 100 mq dozada davam etdirilə bilər.
  • Levaterasetam (Keppra): ilkin olaraq 20 mq/kq İV dozada 60 dəqiqə ərzində infuziya olunur və daha sonra hər 12 saatdan bir 15 dəqiqə ərzində 1000 mq dozada İV davam etdirilir. Tələb olunduqda preparatın dozası hər 12 saatdan bir 1500 mq-dək qaldırıla bilər.
  • Karbamazepin: ilkin olaraq travmadan sonra 1-ci və 2-ci gün 100 mq dozada gündə 3 dəfə verilir. Travmadan sonra 3-cü gün isə 200 mq dozada gündə 3 dəfə verilir. Daha sonra isə tələb olunan doza preparatın qanda olan konsentrasiyasından asılı olaraq müəyyənləşdirilir. Preparat travmadan dərhal sonra verilir və təxminən 18 ay-2 il müddətinə davam etdirilir. Əgər xəstə per oral karbamazepine qəbul edə bilmirsə, bu zaman travmadan sonra 1-ci gün 750 mq İV fenitoin, 2-ci gün 250-500 mq fenitoin İV verilir və növbəti gün isə karbamazepinlə əvəzlənir.



İstifadə edilmiş ədəbiyyat: 
1. Jager TE. Traumatic brain injuries evaluated in U.S. emergency departments, 1992–1994. Acad Emerg Med 2000;7:134–140
2. Thurman D, Guerrero J. Trends in hospitalization associated with traumatic brain injury. JAMA 1999;282:954–957.
3. Annegers JF, Hauser WA, Coan SP, Rocca WA. A population-based study of seizures after traumatic brain injuries. N Engl J Med 1998; 338:20–24
4. Hauser WA. Prevention of post-traumatic epilepsy. N Engl J Med 1990; 323:540–541.
5. Salazar AM, Jabbari B, Vance SC, Grafman J, Amin D, Dillon JD. Epilepsy after penetrating head injury. I. Clinical correlates: a report of the Vietnam Head Injury Study. Neurology 1985;35:1406–1414.