Ürək qüsuru olan uşaqlarda infeksion endokarditin profilaktikasına dair Təlimat

ÜRƏK QÜSURU OLAN UŞAQLARIN RİSKƏ GÖRƏ QRUPLARA BÖLÜNMƏSİ:

Aşağı riskli xəstələr qrupu:

  • Anadangəlmə ürək qüsurları olan bütün uşaqlar (sekundum tipli QÇD istisna olmaqla).
  • Ürək qüsurlarına görə əməliyyat olunmuş bütün uşaqlar (sekundum tipli QÇD-nə görə və həmçinin Açıq Arteriyal Axacağa (açıq ductus arteriosus və ya Botal axacağı) görə əməliyyat olunmuş uşaqlar istisna olmaqla).
  • Ürəyin qazanılmış klapan xəstəlikləri olan uşaqlar.
  • Endokardial peysmeyker qoyulmuş uşaqlar.


Yüksək riskli xəstələr qrupu:

  • Korreksiya olunmamış sianozlu ürək qüsurları.
  • Əvvəl keçirilmiş endokardit tarixçəsi.
  • Protez klapan, Konduitlər  və ya "şuntlar' olduqda.
  • Sianozlu ürək qüsurlarının protez materialı ilə korreksiyası aparılmış xəstələr.


Riskdən azad xəstələr qrupu.

  • "Asimptomatik" ürək küyləri olan uşaqlar.
  • Ürəyin qeyri-struktur problemləri (məs., aritmiya) olan uşaqlar.
  • Kavasaki xəstəliyi keçirmiş uşaqlar.


  • ENDOKARDİTİN PROFİLAKTİKASI.
  • Bakteremiyanın baş verməsi mümkün olan stomatoloji, ağız boşluğunda, dəridə və ya əzələ-sümük strukturlarında aparılan prosedurlar.
    • Aşağı risk qrupu: Antibiotik profilaktikasının aparılması tövsiyə edilmir.
    • Yüksək risk qrupu: (məs., protez klapan, əvvəl keçirilmiş endokardit, sianozlu ürək qüsuru)
      • İV Ampisiliin/Amoksisillin 50 mq/kq dozada prosedurdan əvvəl (maksimum 2 qm). Bir dəfə infuziya edilir.
      • Əgər penisillinə allergiya varsa, bu zaman: İV Vankomitsin 20 mq/kq dozada prosedurdan 1 saat əvvəl (maksimum 1 qm) infuziya edilir.
    • QÇD-nin cərrahi korreksiyasında protez material və ya digər protez cihaz istifadə edilibsə, həmin xəstələrdə defektin korreksiyasından sonra 6 ay müddətində stomatoloji və tənəffüs yollarında aparılan istənilən prosedurlardan əvvəl antibiotiklə endokarditin profilaktikası aparılmalıdır.
    • QÇD-nin cərrahi korreksiyasından sonra protez materialın və ya cihazın sahəsində və ya ona yaxın lokalizasiyada qalıq defekt olduqda (patoloji axın, davam edən sızma), həmin xəstələrdə stomatoloji və tənəffüs yollarında aparılan istənilən prosedurlardan əvvəl antibiotiklə endokarditin profilaktikası aparılmalıdır.

QEYD: Sidik-cinsiyyət və ya mədə-bağırsaq prosedurlarından əvvəl endokarditin profilaktikası üçün antibiotiklərin verilməsi artıq tövsiyə edilmir.



BİBLİOQRAFİYA.
1. www.nice.org.uk/nicemedia/pdf/CG64NICEguidance.pdf
2. http://www.heart.org/HEARTORG/Conditions/CongenitalHeartDefects/TheImpactofCongenitalHeartDefects/Infective-Endocarditis_UCM_307108_Article.jsp