Xoralı kolit xəstələrinin qeyri-farmakoloji terapiyası və cərrahiyyəsi

Xoralı koliti olan xəstələrə balanslaşdırılmış sağlam pəhriz (diyeta) saxlamaq məsləhət edilməlidir.

  • Xoralı koliti olan xəstələrə xüsusi məhdudiyyətlər olmayan balanslaşdırılmış sağlam diyeta və qidalanma məsləhət edilməlidir.
  • Fulminant və ya toksik meqakolonu olan xəstələrə qida qəbul etməmək ciddi şəkildə göstəriş verilməlidir.

 

Xoralı kolitin müalicəsində probiotiklərin ziddiyyətli rolu xəstələrlə müzakirə edilməlidir.

  • Böyüklərdə xoralı kolitin müalicəsi üçün probiotiklər tövsiyyə edilməməlidir.

 

Spesifik göstərişlərə əsasən cərrahi müdaxilə tövisyyə edilir.

  • Xoralı koliti olan və aşağıdakı absolyut göstərişlərə əsasən xəstələr cərrahi əməliyyata yönəldilməlidir:
    • Davam edən qanaxma
    • Perforasiya
    • Karsinoma (xərçənq)
    • Yüksək dərəcəli displaziya
    • Multifokal və ya təkrarlanan aşağı dərəcəli displaziya
  • Aşağıdakı meyarlara cavab verən xəstələrdə cərrahi əməliyyat nəzərdən keçirilə bilər:
    • Maksimal tibbi terapiyaya reaksiya verməyən, yaxşılaşmayan ağır kolit
    • Toksiki meqakolon
    • Az ağır koliti olan lakin ya simptomları müalicəyə cavabsız qalan və ya qəbul edilən dərmanların əks efektlərinə dözümsüzlük nümayiş etdirildikdə
    • Unifokal aşağı dərəcəli displaziya
  • Aşağıdakılar aşkar edildikdə, cərrahi əməliyyat nəzərdən keçirilə bilər:
    • Dərman preparatları ilə müalicəyə reaksiya verməyən ağır pioderma qanqrenozum
    • Steroidlər və splenektomiyaya cavabsız (müsbət nəticəsiz) hemolitik anemiya
  • Perioperativ dövrdə (əməliyyatdan qabaq və dərhal sonrakı dövr) steroid preparatların dozalarının <40 mq aşağı salınması məsləhətdir.
  • Kliniki cəhətdən qeyri-toksik olan xəstələrdə planlı cərrahiyyə əməliyyatı seçildikdə qızıl standart kimi Prokto-kolektomiya və İleal kisə ilə anal anastomozun yaradılması hesab edilir.
  • Aşağıdakı meyarlara cavab verən xəstələrdə isə subtotal kolektomiya ilə ileostoma və ya total proktokolektomiya ilə daimi ileostomanın yaradılması əməliyyatına üstünlük verilir:
    • Fulminant kolit
    • Təcili əməliyyat tələb edən toksiki meqakolon
    • Şübhəli diaqnoz və ya Kron xəstəliyinin olmasına dair şübhə
    • Kök xəstə
    • Steroidlərin yüksək dozalarından asılılıq
    • Ciddi malnutrisiya (uzun müddətli bədənin zəif qidalanması)