Appendiksin şişləri sırasında karsinoid şişləri təxminən 32-57% təşkil edir. Statistikaya görə appendiksin karsinoid şişləri qadınlarda bir qədər daha çox yayılmışdır. Diaqnozun qoyulduğu an xəstələrin orta yaşı 35-50 olur. Karsinoid şişlər həm də kəskin appendisit səbəbindən aparılan appendektomiyaların 0.3-0.9%-də müəyyən edilir.
Patogenez.
Karsinoid şişlər primitv mədə-bağırsaq sistemi boyu mövcud olan neyroendokrin toxumadan inkişaf edir. Appendiksin karsinoid şişləri arasında öz aqressivliyi ilə seçilən qoblet-hüceyrə karsinoidləri çox nadir şişlərə aiddir və adenokarsinoid kimi tanınır. Əksər karsinoid şişlər kəskin appendisitlə daxil olan xəstələrin müayinəsində təsadüfi tapıntı kimi müəyyən edilir və çox zaman appendiksin ucunda yerləşir.
Şişin aqressivliyi onun ölçüsü, histoloji alt-tipi, anqioinvaziyası (damarlara invaziyası) və mezoappendiksin cəlb olunması ilə təyin edilir.
Diaqnostika.
Diametri 1 sm-dən kiçik olan şişlərdə appendektomiyanın aparılması kifayət edir və xəstəliyin mərhələsinin müəyyən edilməsi tələb olunmur. Ölçüsü 1-2 sm olan şişlərdə isə əlavə müayinələrin aparılması tələb olunur. Plazmada xromoqrafin A-nın səviyyəsinin təyin edilməsi diaqnostikada xüsusi rola malikdir. Neyroendokrin şişlərdə xəstələrin 80-100%-də xromoqrafin A-nın səviyyəsi xeyli yüksək olur. Appendiksin karsinoid şişlərinin diaqnostikası və həmçinin xəstəliyin metastazlaşmasının müəyyən olunmasında, 111in-pentetreotid ssintiqrafiyası xüsusi həssaslığa malikdir.
Ölçüsü 2 sm-dən böyük olan, habelə qeyri-tamam rezeksiyadan sonra və ya metastatik xəstəliyə və ya qoblet-hüceyrə karsinoidin olmasına şübhə olduqda, əlavə olaraq 24 saatlıq sidikdə 5-hidroksiindoleasetik turşunun təyini, KT, ssintiqrafiya və xromoqrafinin səviyyəsinin təyin edilməsi tələb olunur.
Müalicəya yanaşma və Proqnoz.
Appendiksin karsinoidi olan xəstələrin əksəriyyətində proqnoz yaxşıdır. Sadə appendektomiyanın aparılması ilə əksər hallarda karsinoidin çıxarılmasına nail olmaq olur. Çox zaman appendiksin karsinoidi appendektomiyadan sonra appendiksin patoloji müayinəsində post-faktum diaqnostika olunur. Ölçüsü 2 sm-dən böyük olan, yüksək dərəcəli maliqnizasiya potensiallı karsinoid hallarında, habelə mezoappendiksə keçmiş şişlərdə və qoblet-hüceyrə adenokarsinoid şişlərdə sağ tərəfli hemikolektomiyanın aparılması tövsiyə edilə bilər.
Appendektomiya ilə appendiksin karsinoid şişlərinin çıxarılmasından sonra xəstələr arasında 10 il müddətində sağ qalma faizi 80% bərabərdir. Appendiksin əsasında lokalizasiya olunmuş şişlərin appendektomiyadan sonra təkrar lokal qayıtması mümkündür. Mezoappendiksə yayılmış şişlərdə profilaktik sağ tərəfli hemikolektomiyanın aparılması tövsiyə olunur.
Araşdırmalardan bəllidir ki, appendiksin karsinoidi müəyyən olunmuş xəstələrin 18-33%-də yanaşı digər mədə-bağırsaq şişləri mövcud olur. Buna görə də appendiksin karsinoidi ilə diaqnostika olunmuş xəstələrin hamısında kolonoskopiyanın aparılması tövsiyə edilir.
Ədəbiyyat:
1. Pickhardt PJ, Levy AD, Rohrmann CA Jr, Kende AI. Primary neoplasms of the appendix: radiologic spectrum of disease with pathologic correlation. Radiographics. 2003;23:645-62. [PubMed]
2. Carr NJ, Remotti H, Sobin LH. Dual carcinoid/epithelial neoplasia of the appendix. Histopathology. 1995;27:557-62 [PubMed]
3. Chen V, Qizilbash AH. Goblet cell carcinoid tumor of the appendix. Report of five cases and review of the literature. Arch Pathol Lab Med. 1979;103:180-2 [PubMed]
4. Butler JA, Houshiar A, Lin F, Wilson SE. Goblet cell carcinoid of the appendix. Am J Surg 1994;168:685-7 [PubMed]
5. Varisco B, McAlvin B, Dias J, Franga D. Adenocarcinoid of the appendix: is right hemicolectomy necessary? A meta-analysis of retrospective chart reviews. Am Surg. 2004;70:593-9 [PubMed]
6. Mandai M, Konishi I, Tsuruta Y, Suginami N, Kusakari T, Iwasaki T, Fujii S. Krukenberg tumor from an occult appendiceal adenocarcinoid: a case report and review of the literature. Eur J Obstet Gynecol Reprod Biol. 2001;97:90-5 [PubMed]
7. Di Paola M, Stockwell WS. Appendico-vesical fistula due to an appendix abscess with associated goblet cell carcinoid of the appendix. Br J Urol. 1976;48:436 [PubMed]
8. Pahlavan PS, Kanthan R. Goblet cell carcinoid of the appendix. World J Surg Oncol. 2005;3:36 [PubMed]
9. In't Hof KH, van der Wal HC, Kazemier G, Lange JF: Carcinoid tumour of the appendix: an analysis of 1,485 consecutive emergency appendectomies. J Gastrointest Surg 2008; 12:1436-1438
10. Goede AC, Caplin ME, Winslet MC: Carcinoid tumour of the appendix. Br J Surg 2003; 90:1317-1322