Hipertriqliseridemiya (triqliseridlərin səviyyəsinin yüksək olması): ürək-damar xəstəliyi və pankreatit riski.

Ədəbiyyat siyahısının son yenilənmə tarixi: mart 2015-ci il. Məqalənin son yenilənmə tarixi: mart 2015-ci il. 
Məqalənin növbəti yenilənmə tarixi: noyabr 2016-cı il. 
Müəllif-tərtibatçı: Seyidov N., MD, PhD. 


 

Triqliseridlərin səviyyəsinin yüksək olması və pankreatit riski.

Bir sıra aparıcı tibbi cəmiyyətlərin verdikləri tövsiyələr və nəşr etdikləri təlimatlarda triqliseridlərin yüksək səviyyəsinin ürək-damar xəstəlikləri və həmçinin pankreatitin inkişafı riski ilə bağlılıq məsələsinə diqqəti cəlb edir. Triqliseridlərin səviyyəsi >1.000 mq/dL və daha çox olduqda pankreatit riski xeyli artmış olur (20%).

Xilomikronemiyanın müalicəsinin pankreatit riskinin azaldılmasındakı rolu sübuta yetirilməsə də, bir sıra tədqiqatlarda plazmada triqliseridlərin səviyyəsinin azaldılmasına yönəlik strategiyaların pankreatit riskinin azaldılmasına təsiri nümayiş etdirilib. Əksinə, əvvəllər triqliseridlərin yüksək səviyyəsi səbəbindən pankreatit keçirmiş xəstələrdə ağır dərəcəli xilomikronemiya inkişaf etdikdə pankreatitin təkrar epizodlarının baş verdiyi göstərilib.

 

Triqliseridlər və ürək-damar xəstəliklərinin inkişafı riski.

Tədqiqatlar göstərir ki, qanda triqliseridlərin səviyyəsi <150 mq/dL-dən az olan xəstələrlə müqayisədə qanda triqliseridlərin səviyyəsi >200 mq/dL-dən çox olan xəstələrdə ürək-damar xəstəlikləri səbəbindən ölüm riski 25% çoxdur. Qarışıq hiperlipidemiya və disbetalipoproteinemiya (bu hallar hipertriqliseridemiya ilə müşayiət olunur) digər risk faktorlarla yanaşı xüsusilə yüksək aterogenliyə malik olan hallar hesab edilir.

 

Triqliseridlərin səviyyəsinin yüksək olması ilə bağlı tövsiyələr.

Amerika Ürək Assosiasiyası və Amerika Kardioloqlar Cəmiyyətinin qanda xolesterinin səviyyəsi ilə bağlı verdiyi təlimatlar və 2011-ci ildə Amerika Ürək Assosiasiyasının verdiyi bəyanata əsasən qanda triqliseridlərin səviyyəsi >500 mq/dL və daha yüksək olan xəstələrin müalicəsi farmakoterapiya ilə aparılması tövsiyə edilir.

Həyat tərzinin modifikasiyasına dair tövsiyələr bütün hallarda müalicənin mühüm tərkib hissəsi olaraq qalır. Lakin, nəzərə almaq lazımdır ki, irsi faktorlar səbəbindən inkişaf edən hipertriqliseridemiya heç də həmişə pəhriz, fiziki aktivlik və balıq yağı ilə müalicəyə tabe olmaya bilər. Yanaşı ürək-damar xəstəliyi və ya diabeti olan xəstələrdə, statin preparatları ilə müalicəyə əlavə olaraq, triqliseridlərin səviyyəsinin azaldılması məqsədilə fibratlar (triqliseridlərin səviyyəsini 30%-50%-dən azalda bilir) və tərkibində eykosapentaenoik turşusu və/və ya dokosaheksaenoik turşusu olan omeqa-3 yağ turşuları (10%-40%-dək azalda bilir) ilə terapiya aparılmalıdır.

 

Həyat tərzinin triqliseridlərin səviyyəsinə təsiri:

  • Bədən çəkisinin azaldılması (5-10% azaldıqda): triqliseridlərin səviyyəsini >20%-dən çox azaldır,
  • Aerobik fəaliyyət: >20%-dən çox azaldır,
  • Balıq yağıdan alınmış polidoymamış yağ turşularının qəbulu: >20%-dən çox azaldır,
  • Az yağlı qidalardan ibarət pəhriz və ya monodoymamış yağ turşuları ilə zəngin pəhriz: >20%-dən çox azaldır,
  • Karbohidratların qəbulunun azaldılması: 1%-2% azaldır,
  • Trans-yağların pəhrizdən istisna edilməsi: 1% azaldır.

 

Amerika Ürək Assosiasiyasının bəyanatına əsasən həyat tərzinin dəyişdirilməsinə yönəlik terapiya qanda triqliseridlərin səviyyəsi 200-500 mq/dL olan xəstələrdə mütləq tətbiq edilməlidir. Belə ki, bədən çəkisinin azaldılması, aerobik fəaliyyət və balıq yağından alınmış polidoymamış yağ turşularının qəbulu triqliseridlərin səviyyəsinin azaldılmasında çox effektivdir.

 



BİBLİOQRAFİYA

  1. Miller M, Stone NJ, Ballantyne C, et al; American Heart Association Clinical Lipidology, Thrombosis, and Prevention Committee of the Council on Nutrition, Physical Activity, and Metabolism; Council on Arteriosclerosis, Thrombosis and Vascular Biology; Council on Cardiovascular Nursing; Council on the Kidney in Cardiovascular Disease.Triglycerides and cardiovascular disease: a scientific statement from the American Heart Association. Circulation 2011; 123:2292–2333.
  2. Imke C, Rodriguez BL, Grove JS, et al. Are remnant-like particles independent predictors of coronary heart disease incidence? The Honolulu Heart study. Arterioscler Thromb Vasc Biol 2005; 25:1718–1722.
  3. Kawakami A, Yoshida M. Apolipoprotein CIII links dyslipidemia with atherosclerosis. J Atheroscler Thromb 2009; 16:6–11.
  4. Cromwell WC, Otvos JD. Low-density lipoprotein particle number and risk for cardiovascular disease. Curr Atheroscler Rep 2004; 6:381–387.
  5. Skeggs JW, Morton RE. LDL and HDL enriched in triglyceride promote abnormal cholesterol transport. J Lipid Res 2002; 43:1264–1274.
  6. Liu J, Zeng FF, Liu ZM, Zhang CX, Ling WH, Chen YM. Effects of blood triglycerides on cardiovascular and all-cause mortality: a systematic review and meta-analysis of 61 prospective studies. Lipids Health Dis 2013; 12:159.
  7. Voors-Pette C, de Bruin TW. Excess coronary heart disease in familial combined hyperlipidemia, in relation to genetic factors and central obesity. Atherosclerosis 2001; 157:481–489.