Yoğun bağırsaq xərçənginin müalicəsinə dair praktik tövsiyələr

(Bu tövsiyələr Amerikanın Kolo-Rektal Cərrahlar Cəmiyyəti tərəfindən hazırlanıb, 2013)

Diaqnostik müayinə. 

Preoperativ (əməliyyat öncəsi) müayinə.

  1. Preoperativ dövrdə karsio-embriogen antigenin səviyyəsi təyin edilməlidir. 
  2. Xüsusi seçilmiş qrup xəstələrdə preoperativ KT müayinəsi aparıla bilər. 
  3. Preoperativ dövrdə sıradan döş qəfəsi rentgenin çəkilməsi mütləq deyildir. 

Əməliyyata hazırlıq. 

  1. Xəstənin razılığının alınması 
    • Xəstənin razılığı əməliyyatdan öncə alınmalıdır. 
  2. Bağırsağın mexaniki hazırlanması (təmizlənməsi) 
    • Planlı şəkildə aparılan cərrahi əməliyyatdan öncə bağırsağın mexaniki hazırlanması tətbiq edilməlidir. 
    • Xəstələrin ambulator və ya evdə olmaqla bağırsaqlarının mexaniki hazırlanması təhlükəsiz və maliyyə baxımından effektiv hesab edilir. 
  3. Profilaktik antibiotiklər. 
    • Yoğun bağırsağın rezeksiyası əməliyyatı keçirəcək bütün xəstələrdə profilaktik antibiotiklərin verilməsi vacibdir. 
  4. Qan qrupunun təyini və qan transfuziyası.
    • Qan məhsullarının transfuziyası xəstənin fizioloji ehtiyaclarından irəli gələrək təmin edilə bilər. 
  5. Tromboemboliyanın profilaktikası. 
    • Kolon xərçənginə görə cərrahi müdaxiləyə məruz qalacaq xəstələrin hamısında tromboemobilyaya qarşı profilaktika aparılmalıdır. 

Əməliyyatla bağlı məsələlər. 

  1. Operativ texnika:
    1. Yoğun bağırsağın rezeksiya olunmalı həcmi müvafiq bağırsaq hissəsinin limfatik damarlarının drenajına uyğun aparılmalıdır. 
  2. Sinxron yoğun bağırsaq kanseri 
    1. Sinxron yoğun bağırsaq xərçənginin müalicəsi ya iki ayrı-ayrı rezeksiyalarla, ya da subtotal kolektomiya ilə aparıla bilər. 
  3. Yanaşı orqanlara birləşmələr 
    1. Ətraf yanaşı orqanlarla təmasda olan yoğun bağırsaq kanseri en-blok rezeksiya ilə müalicə edilməlidir. 
  4. Qaraciyər metastazlarının sinxron rezeksiyası 
    1. Yoğun bağırsaq kanserinin rezeksiyası zamanı mümkün hesab edildikdə yanaşı qaraciyər metastazlarının rezeksiyasının da aparılması məqsədə müvafiq hesab edilə bilər. 
  5. Ooforektomiyanın (yumurtalıqların rezeksiyası) rolu
    1. Kolon kanseri ilə bağlı rezeksiya aparıldıqda yumurtalıqların qeyri-normal olması və ya yoğun bağırsaq kanserinin yumurtalıqlara invaziyası müşahidə edildikdə, bilateral (iki tərəfli) ooforektomiyanın aparılması məqsədə uyğundur. Profilaktik ooforektomiya isə tövsiyə edilmir. 
  6. Laparoskopik rezeksiya. 
    1. Açıq əməliyyatla müqayisədə laparoskopik əməliyyatın üstünlükləri məlum olmadığından, kolon kanserinin müalicəsində laparoskopik metodun istifadəsi tövsiyə edilmir. 

Operativ məqamlar (əməliyyatla bağlı xüsusi məsələlər)

  1. Obstruksiya törədən kolon kanseri 
    • Sağ tərəfli və ya köndələn yoğun bağırsaq obstruksiyası olan xəstələrdə sağ tərəfli və ya genişləndirilmiş sağ tərəfli kolektomiya aparılmalıdır. Birincili ileokolik anastomoz mümkün olduqda qoyula bilər. 
    • Sol tərəfli yoğun bağırsaq obstruksiyası olan xəstələrdə isə əməliyyatın həcmi və növü fərdi qaydada təyin edilməlidir. 
  2. Bağırsağın perforasiyası
    • Mümkün olduqda, şiş səbəbindən yoğun bağırsağın perforsiya olunmuş hissəsi rezeksiya olunmalıdır. 
  3. Massiv və ya iri həcmli yoğun bağırsaq qanaxması
    • Kəskin qanaxma ilə müşahidə edilən yoğun bağırsaq şişi səbəbindən təcili rezeksiya planlı şəkildə aparılan cərrahi əməliyyatın prinsiplərinə əsasən aparılmalıdır. 

Yoğun bağırsaq kanserinin mərhələsinin təyini və ya təsnifatı

  • Kolon kanserlərinin təsnifatı TNM təsnifat sisteminə əsasən aparılmalıdır. 
  • Düzgün qiymətləndirmə üçün ən azından 15 limfa düyünü mikroskop altına müayinə edilməlidir. 

Adyuvant terapiya 

  1. Kimyəvi terapiya 
    • Postoperativ adyuvant sistemli kimyəvi terapiyanın İİİ Mərhələdə olan kolon kanserlərində tətbiqinin təsdiqlənmiş faydası vardır. Sistemli kimyəvi terapiya həm də İİ Mərhələdə olan yüksək riskli xəstələrdə də tətbiq edilə bilər. 
  2. İmmun terapiyası 
    • Kolon kanserlərində immun terapiyanın rolu məhddudur. İmmun terapiya kliniki tədqiqatlar çərçivəsində istifadə edilə bilər. 
  3. İnteraperiton və ya İntraportal kimyəvi terapiya 
    • İntraperiton boşluğu və intraportal kimyəvi terapiya yalnız kliniki tədqiqatları çərçivəsində tövsiyyə edilir. 
  4. Şüa terapiyası
    • Kolon kanserlərindən şüa terapiyasının rolu məhduddur.