YENİ ŞKALA: Karnofski - Lanski sistemi üzrə xəstənin funksional statusunun qiymətləndirilməsi.

Karnofski/Lanski Sistemi üzrə Xəstənin Funksional Statusunun qiymətləndirilməsi şkalası.

Xəstənin funksional statusu klinik baxımdan mühüm qərarların qəbulu üçün xüsusi əhəmiyyətə malikdir. Karnofski şkalası 16 yaşdan yuxarı xəstələrin funksional statusunu qiymətləndirmək üçün istifadə edilir. Yaşı 16-dan aşağı olan xəstələrin funksional vəziyyətini qiymətləndirmək üçün isə Lanski şkalası istifadə edilir. Xəstənin hospitalizasiyası və ya ambulator qaydada müayinəsi zamanı Karnofski/Lanski şkalası üzrə funksional vəziyyətinin qiymətləndirilməsi önəmlidir.