GİRİŞ.
Uşaqlığın İmmun Trombositopeniyası (İTP) yalnız trombositopeniya (yəni leykositlər və hemoqlobinin normal olması ilə yanaşı yalnız trombositlərin sayının <100.000/mikroL-dən az olması) ilə xarakterizə olunur. İTP-nın səbəbləri əksər hallarda naməlum qalır, lakin virus infeksiyası və ya digər immun triqqerlərin İTP-yə səbəb olması mümkündür. İTP əvvəllər həm idiopatik trombositopenik purpura, həm də immun trombositopenik purpura kimi tanınırdı. Hazırda istifadə edilən termin - İmmun TrombositoPeniyadır və bu termin eyni akronimi - İTP - saxlamaqla yanaşı, həm də xəstəliyin immun mənşəli olduğuna bir daha diqqəti cəlb edir. Bu termin həm də onu vurğulayır ki, İTP olan xəstələrin heç də hamısında purpura və ya qanaxma əlamətləri olmaya da bilər.
İTP uşaqlarda çox vaxt spontan olaraq 3 ay ərzində keçib getmiş olur. Bəzi uşaqlarda İTP davamlı olur. Davamlı İTP trombositopeniya və digər simptomların 3 ayda çox lakin 12 aydan az davam etməsi ilə xarakterizə olunur. İTP keçirən uşaqların təxminən 20%-də sonradan xroniki İTP inkişaf edir. Xroniki İTP isə 12 aydan çox davam edən trombositopeniya ilə xarakterizə olunur.
Trombositopeniyaya səbəb ola bilən digər səbəblər və ya xəstəliklərlə bağlı olmayan İTP, birincili İTP adlanır. İkincili İTP isə məlum səbəbdən inkişaf etmiş immun trombositopeniyadır. İkincili İTP-yə dərman mənşəli ola bilər və ya HİV, sistemli lupus eritematoz, hepatit C və ya adi dəyişkən immunçatışmazlıqla bağlı inkişaf edə bilər. Differensiasiya üçün spesifik testlər aparılmadıqda, ikincili İTP ilə birincili İTP səhv salına bilər.
GÖZLƏMƏ MÖVQEYİ VƏ YA FARMAKOTERAPİYA.
Xəstənin fərdi xüsusiyyətlərindən asılı olaraq yeni diaqnostika olunmuş immun trombositopeniyalarda (İTP) ya gözləmə mövqeyi seçilir, ya da farmakoloji müdaxilə aparılır. İTP olan xəstələrin təqibi və müalicəsi standartlaşdırılmayıbdır və müalicəyə dair qərarlar xəstənin fərdi xüsusiyyətləri, klinikası və istəyi əsasında qəbul edilir.
Farmakoloji müdaxilə aparılmadan İTP-i olan uşaqların təqibində gözləmə mövqeyinin seçilməsinə üstünlüyün verilməsi aşağıdakı arqumentlərə əsaslanır:
- ITP olan uşaqların 50-70%-i müalicə ilə və ya müalicəsiz təxminən üç ay ərzində tam sağalır. Sağalma burada trombositlərin sayının >150.000/mikroL-dən çox olması ilə müəyyən edilir. Az yaşlı və qanaxma simptomları kəskin başlamış uşaqların sağalması isə daha sürətli olur.
- Əksər xəstələrdə ciddi qanaxma halları müşahidə edilmir. Hətta trombositlərin sayı <10.000/mikroL-dən az olan uşaqlarda belə ciddi qanaxma halları az sayda baş verir.
- İTP olan uşaqların təxminən 3%-da ciddi qanaxma baş verir. Diaqnoz qoyulan zaman ağır dərəcəli qanaxması olmayan xəstələr arasında diaqnoz qoyulduqdan sonra ciddi qanaxma halının baş verməsi riski 0.9%-dir.
- Kəllədaxili qanaxma İTP-nin ən qorxulu və ciddi fəsadıdır. Lakin, kəllədaxili qanaxma İTP-nin çox nadir fəsadıdır və təxminən 0.5% hallarda baş verir.
- Qeyd olunmalıdır ki, bəzi müdaxilələrin yan təsirləri vardır.
- Ciddi qanaxma riski yüksək olan (yaş purpura və ya hematuriya) xəstələr farmakoloji terapiyaya da çox vaxt cavabsız qalır.
- Trombositlərin sayının sürətlə artmasına imkan verən farmakoloji terapiya əlçatan olduğundan, ciddi qanaxması olan və ya qanaxma riski yüksək olan xəstələrin farmakoloji terapiya ilə müalicəsinin aparılması faydalı ola bilər.
- Farmakoterapiya alan xəstələrn fəaliyyəti daha az dərəcədə məhdudlaşdırılmış olur, onların həyat keyfiyyəti artmış və fəsadlar azalmış olur.
- Ciddi qanaxma riski yüksək olan xəstələrin bir çox farmakoterapiyaya cavabsız olsalar da, həmin xəstələrin müalicəsində kombinə olunmuş terapiyanın tətbiqi qanaxma riskini azaltmış olur.
- İTP olan uşaqların farmakoloji terapiyası onların valideynlərinin psixoloji gərginliyini azaltmış olur.
- Travma riski olan bütün fiziki hərəkətlər məhdudlaşdırılmalıdır. Tövsiyə ondan ibarətdir ki, orta və ya ağır dərəcəli trombositopeniyası olan uşaqlar (trombositlərin sayı <30.000/mikroL) kontakt tələb edən idman növlərindən (məs., futbol, boks, xokkey və s.) kənar olmalı və travma riski yüksək olan fəaliyyətlərdən (məs., gimnastika, beysbol, basketbol, volleybol) daşınmalıdır. Kəllə-beyin travması riskinin azaldılması xüsusi əhəmiyyət kəsb edir.
- Anti-trombositar aktivliyi olan dərmanlardan istifadə etməmək. Bu dərman növlərinə aspirin, ibuprofen və digər QSİƏP-lar və ya antikoaqulyantlar daxildir. Əgər bu preparatların xəstə tərəfindən qəbulu mütləqdirsə, bu zaman trombositlərin sayının daha təhlükəsiz həddə qaldırmaq üçün farmakoloji terapiyanın aparılması nəzərdən keçirilməlidir. Əgər uşağın hərarəti varsa və onun asetaminofen (parasetamol, panadol) ilə kontrol edilməsi mümkün deyilsə, bu zaman celecoxib və ya xolin maqnezium kimi preparatlar istifadə edilə bilər. Baş ağrıları üçün asetaminofen, kodein, oksikodon, tramadol və digər preparatlar uğurla istifadə edilə bilər.
- Menstrual qanaxmaların monitorinqi. Menarxe keçirmiş qız uşaqlarında menstrual qanaxmanın dərəcəsini monitorinq etmək lazımdır. Əgər qanaxma güclüdürsə və ya itirilən qanın həcmi çoxdursa, bu zaman oral kontraseptivlərlə menstruasiyanın tənzimlənməsi nəzərdən keçirilməlidir. Bu məqsədlə yalnız progesteron tərkibli və ya aşağı dozalı estrogen tərkibli preparatlardan istifadə etmək tövsiyə olunu.
- Xəstəliyin gedişatının dinamikada müşahidə edilməsi. Ardıcıl fiziki müayinələr və dövrü laborator testlərlə xəstənin vəziyyətini qiymətləndirmək tələb olunur. Xəstənin laborator təqibi trombositlərin sayı ən azı 3 ay ərzində 150.000/mikroL-dən olananadək davam etdirilir.
- Trombositlərin sayından asılı olmayaraq, qanaxması olmayan və ya yüngül dərəcəli qanaxması (dəridə yalnız göyərmələr, petexiyalar) olan uşaqlarda farmakoloji müdaxilə tələb olunmur və üstünlük gözləmə mövqeyinə verilir.
- Ağır və ya həyata təhlükə törədən qanaxması olan (məs., ağır və ya uzun davam edən epistaxis və ya burundan qanaxma, mədə-bağırsaq qanaxması, kəllədaxili qanaxma) uşaqlarda farmakoloji müdaxilə aparılmalıdır. Bu cür hallarda İTP-si olan uşaqların 3%-də rast gəlinir. Bu xəstələrin hospitalizasiyası tələb olunur. Kəllə-beyin travması almış və ya kəllədaxili qanaxma ehtimalı olan xəstələrdə başın KT görüntüləməsinin aparılması da tələb olunur.
- Trombositlərin sayı <10.000/mikroL və dəri üzərində geniş yayılmış göyərmələr, dəri daxilinə qan sızmalar və ya petexiyaları olan xəstələrdə.
- Trombositlərin sayı <30.000/mikroL olmaqla yanaşı orta dərəcəli qanaxması, o cümlədən, selikli gişalara qanaxma, epistaxis və ya hematuriyası olan xəstələrdə.
- Trombositlərin sayının çox aşağı oduğuı (<20.000/mikroL) və ya başın travmasını almış xəstələrdə yeni və ya izah edilə bilməyən baş ağrısı və ya nevroloji pozuntusu olan xəstələrdə.
- Əhəmiyyətli dərəcədə qanaxma aşağıdakı risk faktorlarla bağlıdır:
- Başın travması
- Qan itkisinə səbəb ola bilən prosedurun keçirilməsi
- Potensial travmaya məruz qoyan həyat tərzinə malik xəstələr
- Yaxınlarda QSİƏP-dan istifadə və trombositlərin sayının <30.000/mikroL-dən az olması.
- Trombositopeniya və ya qanaxma riskini artıran hallar (məs., Von Villebrand xəstəliyi və ya Faktor Xİ çatışmazlığı) və ya antikoaqulyantlardan istifadə.
- Simptomlara görə həyat keyfiyyəti aşağı düşmüş və ya mümkün qanaxmla halı ilə bağlı ciddi emosional/psixoloji gərginlik keçirən və ya davamlı təqibi mümkün olmayan uşaqlarda.
- Farmakoterapiyanın hər iki növü kəskin simptomatik trombositopeniyanın davam etdiyi müddəti qısaltmış olur. Tədqiqatlar göstərib ki, İV İgG trombositlərin sayının daha sürətlə artmasına imkan verir. Habelə, tədqiqatlardan müəyyən edilib ki, 1 qm/kq dozada İV İgG və 75 mkq/kq dozada anti-D-İg eyni effektə malikdir.
- Həyata təhlükə törədən və ya qanaxma riski yüksək olan xəstələrdə kombinə olunmuş terapiyanın (məs., İV İgG və/və ya İV anti-D-İg və venadaxili qlyukokortikoidlər) tətbiqi daha effektivdir və trombositlərin sayını daha sürətlə qaldırmış olur.
- Prednizon: gündə 1-2 mq/kq dozada olmaqla per oral verilir və 21 gün ərzində davam etdirilir, daha sonra dozası tədricən azaldılır və dayandırılır.
- Prednizon: gündə 4 mq/kq dozada 7 gün ərzində verilir, daha sonra bir neçə gün ərzində dozası tədricən azaldılır və dayandırılır.
- Metilprednizolon: İV 30 mq/kq birdəfəlik dozada 3-4 gün ərzində vurulur (bu müalicə kursu çox qısa müddətli olduğundan, müalicənin dərhal dayandırılması mümkündür; yəni metilprednizolonun dozasının tədricən azaldılmasına ehtiyac yoxdur).
- Deksametazon: İV və ya PO 24 mq/kv.m dozada gündə bir dəfə olmaqla 4 gün ərzində vurulur (bu halda da preparatın dozasının tədricən azaldılmasına ehtiyac duyulmur).
- Trombositlərin transfuziyası (bəzən trombositlərin davamlı infuziyası da tələb oluna bilər); ÜSTƏGƏL
- ya İV İgG (1 qm/kq dozada gündə bir dəfə iki gün ərzində), ya da anti-D-İg 75 mkq/kq dozada (Rh pozitiv olan və splenektomiya olunmamış xəstələrdə) dozada bir dəfə vurulur və ya hər iki preparat yanaşı verilir; ÜSTƏGƏL
- Metilprednizolon 30 mq/kq dozada İV olaraq 3 gün ərzində verilir.