Erkən neonatal sepsis

Nümayiş olunmayıb

Xülasə

Erkən neonatal sepsis (ENS) yenidoğulmuşlar, ələxsus çox az kütləli körpələr arasında ölümün və xəstələnmənin ən çox rast gələn səbəblərindən biri olaraq qalmaqdadır. ENS-in yaranmasına səbəb olan epidemioloji  risk amilləri müəyyənləşdirilib və digər amillərin aydınlaşdırılması üçün də xeyli resurslar cəlb edilib. Erkən neonatal sepsis B qrup streptokokkların törətdiyi xəstəliklərin qarşısını almaq üçün doğuş zamanı antibiotiklərlə profilaktikanın aparılmasının geniş tətbiqi həm erkən neonatal sepsislərin ümumi insidensini ,həm də rezistent mikroblar tərəfindən törədilən erkən infeksiyaların baş vermə tezliyini azaltmışdır. Perinatal risk faktorlarının qiymətləndirilməsi və yenidoğulmuşların emprik antibiotik terapiyasına dair protokolların tətbiq edilməsi, infeksiyaya yolxmamış körpələrin lazımsız tibbi müdaxiləyə həmçinin antibotik terapiyasına məruz qalması ilə nəticələndi.İnfeksiyaya yolxmamış körpələrə edilən tibbi müdaxilələrin təhlükəsiz yolla qarşısını almaq,antibotiklərdən istifadəni tənzimləmək,tibbi resurslardan istifadəni optimallaşdırmaq üçün risk amillərini obyektiv qiymətləndirə bilən vasitələr və üsullar inkişaf etdirildi.

Obyektiv:Bu məqalə ilə tanişlıqdan sonra oxucular aşağıdakı biliklərə yiyələnəcək:

1.Erkən neonatal sepsislərin insidensini və patogenezini təsvir etmək

2.Erkən neonatal sepsislərin epidemiologiyasında sahib orqanizm,patogen və ətraf mühit mediatorları(ötürücü vasitələr) anlayışına malik olmaq

3.Qrup B streptokokkların profilaktikasında istifadə edilən taktikaların erkən neonatal sepsislərin epidemiologiyasında effektivliyinin təhqiqi

4.Erkən neonatal sepsisə yanaşmada risk amillərinin təhlili metodlarının düzgün anlaşılmasının çox vacib olduğunu qavramaq

Giriş

Bakterial sepsislər və meningitlər hələ də yenidoğulmuşlar, ələxsus da çox az kütləli(ÇAK) körpələr( bədən çəkisi ˂1500 q) arasında xəstələnmənin və ölümün başlıca səbəbi olaraq qalmaqdadır.Erkən neonatal sepsislərin Yolxucu xəstəliklərin idarə edilməsi və Profilaktikası mərkəzi (eng. Center for Disease Control and Prevention –CDC)tərəfindən müəyyən edilmiş tərifi belədir:”Neonatal dövrün 7 ci günündən tez baş verən, qan və onurğa beyin mayesinin əkilməsi  ilə təsdiqlənmiş  infeksiya.” Davamlı olaraq hospitallizasiya edilən ÇAK i körpələr üçün  bu tərif belə ifadə olunur: “həyatının ilk 72 saatı ərzində onurğa beyin mayesinin və ya qan nümunəsinin əkilməsi nəticəsində təsdiqlənən infeksiya.” ÇAK körpələr üçün erkən neonatal sepsininin alternativ tərifinə aşağıdakı göstərilən iki əlavə daxildir:

1)ÇAK i körpələrin həyatının ilk 72 saatından sonra infeksiyanın baş vermə ehtimalı  perinatal risk faktorları ilə deyil daha çox yenidoğulmuşa göstərilən intensiv terapiya tədbirləri ilə əlaqəlidir

2)ÇAK i yenidoğulmuşlarda həyatın ilk 72 saatından sonra infeksiya törədən orqanizmlər perinatal dövrdə anadan qazanılan mikrofloranı deyil, neonatal intensiv terapiya şöbəsinin xəstəxanadaxili (nozokomial)mikroflorasını təmsil edir.

Erkən neonatal  sepsislərin epidemiologiyası

Weston  tərəfindən  2005-2008 ci illərədə populyasiyada aparılan tədqiqatın nəticəsinə əsasən ABŞ da erkən neonatal sepsislərin ümumi insidensi hər 1000 diri doğuşa 0.77 təşkil edib(95% etibarlıq intervalı, 0.72-0.84).Stoll tərəfindən 2006-2009 cu illərdə ABŞ da  universitet nəzdində fəaliyyət göstərən 16  neonatal mərkəzdə  390.000 diri doğuşu əhatə edən  tədqiqat aparılmışdır.Həmin neonatal mərkəzlər Neonatl Tədqiqat şəbəkəsinin üzvləridir və tədqiqat zamanı erkən neonatal sepsisin hesablanmış insidensi daha öncə bəhs etdiyimiz tədqiqatın nəticəsindən  bir qədər yüksək olmaqla hər 1000 diri doğuşa 0.98(etibarlıq intervalı mərkəzlər üzrə 0.33-2.44 aralığında dəyişib) təşkil edib.İnsidensin həmin hesablanmış qiymətinə yenidoğulmuş körpələrin hesatsiya yaşı çox təsir göstərib. Kaliforniya və Massaçusets ştatlarında yerləşən 16 neonatal mərkəzdə  hestasiyanın 37 ci və daha çox həftəsində doğulmuş körpələr arasında ENS insidensi hər 1000 diri doğuşa 0.53 təşkil edib. Həmin  göstəriciyə zidd olaraq yarımçıq doğulmuş körpələr arasında (hestasiya yaşı 37 həftədən kiçik) ENS insidensi 7 dəfə yüksək olmaqla hər 1000 diri doğuşa 3.71, ÇAKl i yenidoğulmuşlar arasında isə 20 dəfə yüksək olmaqla hər 1000 diri doğuşa 10.96  təşkil edib.ENS səbəbindən ölən körpələrin bu xəstəliyə yolxmuş körpələrin ümumi sayına nisbəti(eng.case fatality rate-xəstəlikdən ölüm faizi )11%-16% intervalında dəyişib.Bu zaman ölüm hallarının 90% i yarımçıq doğulmuş körpələr arasında müşahidə edilib. Faizlə verilmiş həmin qiymətlər belə ifadə olunur: ABŞ da hər il təxminən 3300 yeni doğulmuşda  ENS inkişaf edir və həmin körpələrin 340 nəfəri bu səbəbdən dünyasınl dəyişir.

1970 ci ildə qrup B streptokokklar ENS in ən başlıca səbəbi kimi müəyyən edilib.Hal hazırda həmin törədici vaxtında doğulmuş körpələr arasında ENS in ən aktual səbəblərindən biri olaraq 40% təşkil edir.  Bu rəqəmlər mütləq insidensin göstəricisi olsa da,  qrup b streptokokkların(QBS) törətdiyi xəstəliklərin qarşısını almaq məqsədilə antibiotiklərin doğuş zamanı geniş tətbiqindən sonra  bu göstərici 87% (1990 cı ildə hər 1000 diri doğuşa 1.8,2013 cü ildə hər 1000 diri doğuşa 0.24 təşkil edib)azalmışdır. QBS qarşısını almaq üçün doğuş zamanı antibiotiklərtin tərbiqindən sonra qram neqativ enterik bakteriyalar (xüsusən E.coli)  yarımçıq doğulmuşlarda ENS in aparıcı səbəbinə çevrilib.Beləki, yarımçıq doğulmuş körpələrdə ENSın səbəbləri arasında E.colinin faizlə nisbəti 38% təşkil edib.ENS törədən digər orqanizmlərin siyahısı 1 ci cədvəldə verilib.Neonatal Tədqiqat mərkəzlərində və  bir böyük doğum evində də oxşar göstəricilər müəyyən edilib. 1 ci cədvəldə göstərilən orqanizmlərin əsas hissəsi anaların mədə-bağırsaq traktında və sidik-cinsiyyət yolunda məskunlaşır.ENS in patogenezi belə izah edilir: -Orqanizmlər qalxan yolla yırtılmış  və çox nadir hallarda bütövlüyü pozulmamış amnion qişasından daxil olaraq döl komponentlərində məskunlaşır.Bu hal  amnion daxili infeksiyanın inkişafına və ya doğuş zamanı körpənin yolxmasına səbəb olur ki, bu da doğuşdan dərhal sonra invaziv infeksiyanın inkişafına gətirib çıxarır. Bu baxımdan Listeria monocytogenes  tərəfindən törədilən ENS istisna təşkil edir. Çünki  Listeria qalxan yolla deyil ,hematogen yolla yayılıb  ciftdən keçməklə  ENS inkişafına səbəb olur.(aşağıda bax)

QBS tərəfindən  törədilmiş ENS

QBS adətən böyük yaşlı insanların sidik-cinsiyyət və mədə-bağırsaq yolunda körpələrin isə yuxarı tənəffüs yollarında məskunlaşır. QBS fakultativ  diplokokk orqanizmdir və ilk dəfə nizəyəbənzər(eng. Lancefield) sahə əmələ gətirən karbohidrat antigenlərinə görə müəyyən edilmişdir. Kapsula polisaxaridlərinin müxtəlifliyinə əsasən 10 serotipi müəyyən edilib(Ia,IIb, II-IX).ABŞ da ENS törədən GBS a əsasən Ia, Ib, II,III və V  serotipləri daxildir. III tip adətən gec neonatal sepsis və meningitlərin baş verməsi ilə əlaqəlidir. GBS la erkən neonatal yolxmalar körpənin ana bətnində olduğu dövrdə və ya da doğuş yolundan keçdiyi zaman baş verə bilər.ABŞ da qadınların 20%-30% həmişə QBS yolxmuş vəziyyətdədir. ABŞ da gənc,aktiv cinsi həyat tərzi keçirən qadınlarda aparılan uzun müddətli  Kohort tədqiqatı zamanı,həmin qadınların 60%nin  az və çox dərəcədə  12 ay müddətində QBS la yolxmuş vəziyyətdə olduqları aşkarlanıb. Doğuş zamanı antibiotiklərin tətbiqindən əvvəl QBS la kolonizasiya olmuş analrın dünyaya gətirdiyi körpələrin 50% i doğulduqda infeksiyaya yolxmuş vəziyyətdə olurdu və həmin körpələrin 1%-2% də  QBS ın törətdiyi invaziv xəstəlik inkişaf edirdi. İnvaziv xəstəliyin yolxmuş körpələrin yalnız bir qismində  ikişaf etməsini kapsula polisaxaridlərinə  qarşı yaranmış spesifik qoruyucu anticismlərin anadan körpəyə ötrülməməsi ilə izah etmək olar.Həmin xəstəliyin inkişafına zəmin yardan digər amillər kifayət qədər öyrənilməyib,  lakin həmin körpələrin komplement sistemində, neytrofillərin funksiyasında, anadan gəlmə immunitetində  olan çatışmamazlıqların mövcudluğu ehtimalı qaçılmazdır.

QBS ın törətdiyi ENS lə əlaqəli klinik faktorlar

QBS və digər bakteriyaların törətdiyi ENS in inkişafına zəmin yarada biləcək ana və körpə ilə əlaqəli amilləri müəyəən etmək üçün çoxsaylı tədqiqatlar aparılıb(cədvəl 2). Bentiz 1970 cı ildən 1990 cı ilədək aparılan tədqiqatlara dair ədəbiyyatları və mövcud məlumatları təhqiq edərək  anada QBS kolonizasiyanın mövcudluğunu QBS spesifik ENSin inkişafında əsas risk faktoru olduğunu aşkar etmişdir. QBS kalonizasiyasının hamilə qadınların çox az qismində rast gəlindiyini nəzərə alaraq ,  protokollar doğuş zamanı antibiotiklərin tətbiqinin ananın kolonizasiya statusuna uyğun aparılmasının daha məqsədəuyğun ola biləcəyini vurğulayır. Hamiləlik zamanı QBS bakteriouriyanın mövcudluğu rektovaginal  yolun çox ağır formalı kolonizasiyasına səbəb olaraq doğulacaq körpədə ENS in inkişafına böyük risk yaradır.ABŞ da  qara dərili körpələr arasında QBS spesifik ENSin rast gəlməsi çox yüksəkdir  və səbəbi qara dərili anaların kolonizasiya statusu ilə tam izah etmək olmur.Burdan belə nəticə çıxarmaq olar ki, qara dərili körpələr arasında QBS spesifik ENSın çox rast gəlinməsinin səbəbi sosial-iqtisadi mediatorlar ola bilər. Xəstəliklərin profilaktikası və tənzimlənməsi mərkəzinin yaxın zamanlarda aprdığı sorğu nəticəsində qara dərili körpələr arasında QBS spesifik ENS in insidensi ağ dərili körpələrlə müqayisədə iki dəfə yüksək olub.QBS spesifik erkən neonatal xəstəliklərin inkişafında  ana ilə əlaqəli digər faktorlar 2-ci cədvəldə sadalanıb.

QBS spesifik erkən neonatal xəstəliklərin qarşısının alınmasında doğuş zamanı antibiotiklərin tətbiqinə dair protokolların rolunun qiymətləndirilməsi

Anada QBS kolonizasiyasının yenidoğulmuşların QBS xəstəlikləri üçün böyük risk faktoru olduğunu anladıqdan sonra doğuş zamanı penicillin və ya ampicillin kimi antibiotiklərin tətbiqi ilə yenidoğulmuşlarda  QBS kolonizasiyasının rast gəlmə tezliyinin və erkən neonatal QBS xəstəliklərin insidensinin azalmasını sübut edən çox saylı tədqiqatlar aparılıb.

 

 

Cədvəl 1.Erkən neonatal sepsislərin törədiciləri

Törədici orqanizmlər

Orqanizmlərin % lə nisbəti göstərilməyib

NICHD

(n=370)

BWH

(n=335)

QBS

159(43.0)

139(41.5)

E.coli

107(28.9)

71(20.2)

Digər streptokokklar

39(10.5)

39(11.6)

Enterecoccus

10(2.7)

13(3.9)

Qızılı stafilokokk

9(2.4)

13(3.8)

Koaqulaza neqativ Stafilokokk

3(0.8)

14(4.2)

Listeria

2(0.5)

2(0.6)

Bakteroidlər

3(0.8)

15(4.5)

Klebsiella

1(0.3)

4(1.2)

Hemofil çöplər

11(0.3)

6(1.9)

Digər qram neqativ orqanizmlər

15(4.1)

8(2.6)

Digərlər

9(2.4)

8(2.4)

Göbələklər

2(0.5)

3(0.9)

Ümumi qram müsbət bakteriyalar

231(62.4)

228(68.1)

Ümumi qram mənfi bakteriyalar

137(37.0)

104(31.0)

BWH məlumatları 1990-2007 ci illərdə yalnız bir mərkəzdə doğulan körpələr arasında ENS klinik hallarının toplusudur

NİCHD məlumatları 2006-2009 illərdə müxtəlif mərkəzlərdə ENS li körpələrin klinik hallarının məcmusudur.

 

 

1986 cı ildə 160 qadın üzərində tədqiqat aparılaraq doğuş zamanı Antibotiklərin tətbiq edilməsinin effektivliyi  öyrənilib.Hamilə qadınlarda QBS spesifik ENS in qarşısını almaq üçün doğuş zamanı antibiotiklər iki haıda tətbiq edilə bilər:

-        GBS mənşəli erkən neonatal sepsisin inkişafına zəmin yardacaq spesifik risk faktoru mövcuddursa

-        Doğuşdan əvvəl aparılan müayinə zamanı anada QBS kolonizasiyası aşkar edilibsə

Xəstəliklərin profilaktikası və tənzimlənməsi mərkəzi (eng.Centers for Disese Control and Prevention) tərəfindən ilk dəfə 1996 cı ildə daha sonra isə 2002 və 2010 cu illərdə bütün dünyada hamilə qadınlarda QBS kolonizasiyasını aşkar etmək məqsədilə skrin müayinələrin aparılmasını tövsiyyə edən protokollar dərc edildi. Yenidoğulmuşlarda ENS in inkişafına zəmin yarada bilən amillərə aşağıdakılar daxildir:

-Hestasiyanın 35-37 ci həftələrində anada QBS kolonizasiyasının aşkar edilməsi

-Hamiləlik dövründə sənədləşdirilmiş QBS bakteriuriya

-Əvvəlki hamiləlikdən doğulan körpədə QBS törətdiyi xəstəliyin olması

- Doğuşun vaxtından əvvəl başlaması

- Anada naməlum QBS statusu doğuş zamanı bədən hərarətinin 38  ̊C yüksəlməsi ilə birgə

- Döl yanı membranın deşilməsi  ilə doğuşun baş verməsi arasında zaman intervalının 18 saatdan çox olması

Doğuş zamanı antibiotiklərin tətbiq edilmə qayadası belədir: - müvafiq hal üçün istifadəsi təsdiqlənən antibiotiklərdən biri seçilib doğuşun baş verməsindən 4 saat öncə təyin edilməlidir. Protokolların daha yeni versiyalarında infeksiyanın mövcudluğunu təsdiqləmək üçün ,əkmə vasitəsi ilə aparılmış skrin müayinənin cavabı mövcud olmadığı hallarda, nuklein turşusu amplifikasiya testindən(eng. Nucleic Acid Amplifcation test) istifadənin məqsədəuyğun olduğu qeyd edilir.Xəstəliklərin profilaktikası və tənzimlənməsi mərkəzinin 2010 cu ildə tərtib etdiyi protokollara həmçinin  QBS və qeyri QBS mənşəli  ENS in inkişafı gözlənilən körpələrin müayinəsinə və vəziyyətlərinin qiymətləndirilməsinə dair tövsiyyələr də daxil edilib.Həmin protokolda Sepsisin klinik əlamətləri müşahidə edilən  və ya xorioamnionit keçirmiş anaların dünyaya gətirdiyi körpələrin  müayinəsi də tövsiyyə edilir. Əvvəlkilərdən fərqli olaraq sonuncu nüsxədə doğuş zamanı antibiotiklərin tətbiqinə natamam göstərişi olan yenidoğulmuşların qiymətləndirilməsinə dair aşağıdaklar əlavə edilib.Müayinə məhz bu hallarda aparılmalıdır:

-        Doğuş hestasiyanın 37 ci həftəsindən tez baş verərsə

-        Dölyanı qişanın yırtılması ilə körpənin doğulması arasındakı zaman interval 18 saatdan çoxdursa

Protokolun yeni, düzəlişlər edilmiş versiyasını bu elektron ünvandan əldə edilə bilərsiniz: //www.cdc.gov/mmwr/pdf/rr/rr5910.pdf. Xəstəliklərin profilaktikası və tənzimlənməsi mərkəzinin(eng. CDC) tövsiyələrinin tətbiqi geniş vüsət aldıqdan sonra 2013 cü ildə QBS spesifik ENSın şərti olaraq hesablanmış insidensi hər 1000 doğuşa 0.24 (təxminən hər il 950 klinik hal)təşkil edib.Lakin yenə də ağ dərili (ABŞ da hər 1000 diri doğuşa 0.21)ilə qara dərili(ABŞ da hər 1000 diri doğuşa 0.44)  əhali arasında insidensdə olan  fərqi saxlanılmaqdadır.Hal-hazırda QBS spesifik ENS hamiləlik zamanı QBS kolonizasiyasının aşkarlanmadığı analrın dünyaya gətirdiyi körpələr arasında daha çox rast gəlinir. Hamilə qadınlarda hestasiyanın 35-37 ci həftələrində həyata keçrilmiş QBS skrin müayinənin nəticəsi ilə doğuş zamanı təkrar icra edilən müayinənin nəticəsi arasında qeyrikonkordantliğın insidensi(təxminən 4%)   aşağı olub. Bu hal çox saylı  persistəedici GBS spesifik ENS hallarının baş verməsinə səbəb olur. Doğuş zamanı nuklein turşusu amplifikasiya testinin tətbiqi hestasiyanın 35-37 ci həftəsindən əvvəl baş verən və ya skrin müayinənin nəticələri məlum olmayan doğuşlar zamanı QBS infeksiyasının müəyyən edilməsini tezləşdirir.

Cədvəl 2. Erkən Neonatal Sepsilərin baş verməsinə zəmin yaradan risk amilləri

Tədqiqatın müəllifinin

adı

Tədqiqatın xüsusiyyətləri

Risk amilləri

Şansların nisbəti(etibarlıq intervalı 95%)

Benitz ,1999

Antibiotiklərin doğuş zamanı tətbiqindən əvvəlki dövr

Yalnız QBS spesifik ENS

 

 

 

204(100-419)

 

 

Bütün yenidoğulmuşlar

Anada QBS kolonizasiyası

BÇ˂1000q

BÇ˂2500q

Dölyanı qişaın erkən yırtılması ˃18 saat

 

24.8(12.2-50.2)

7.37(4.48-12.1)

7.28(4.42-12.0)

 

Xorioamnionit

6.42(2.32-17.8)

Doğuş zamanı hərarət˃37.5  ̊C

4.05(2.17-7.56)

Escobar, 2000

Antibotiklərin doğuş zamanı tətbiqindən sonrakı dövr

BÇ≥2000q

N=2785 körpə və 62 klinik hal

 

 

 

 

Model 1: Antibiotik istifadə edilməyib( N=1568)

 

 

 

 

 

 

Hərarət≥38.6  ̊C

5.78(1.57-21.29)

Dölyanı qişanın yırtılması˃12 saat

2.05(1.06-3.96)

Neytrofillərin mütləq sayı yaş göstəricisindən aşağıdır

2.82(1.50-5.34)

Körpədə klinik simtomlar yoxdur

0.27((0.11-0.65)

Dölyanı mayedə mekonium var

2.24(1.19-4.22)

Model 2: Antibiotik istifadə edilib( N=1217)

 

Hərarət˃38.6  ̊C

3.50(1.30-9.42)

Neytrofillərin mütləq sayı yaş göstəricisindən aşağıdır

3.60((1.45-8.96)

Körpədə klinik simtomlar yoxdur

0.42(0.16-1.11)

Schrag, 2003

Antibiotiklərin doğuş zamanı tətbiqindən sonra

Yalnız E.coli spesifik ENS

Bütün yenidoğulmuşlar

N=132 klinik hal, 1212 nəfər nəzarət  qrupu

 

 

 

 

Doğuş zamanı hərarət

Dölyanı qişanın erkən yırtılması

 

 

 

 

 

3.5(2.1-5.8)

 

Hestasiya yaşı≤33 həftə

26.5(15.0-46.8)

Hestasiya yaşı 34-36 həftə

5.3(3.0-9.7)

Puopolo, 2010

Antibiotiklərin doğuş zamanı tətbiqindən sonra

≥34 hestasiya həftəsi

N=350 klinik hal, Nəzarət qeupu=1063 nəfər

 

 

 

Hestasiya yaşı(gün)

QBS status

Müsbət

Mənfi

 

 

 

 

 

1.78(1.1-2.85)

1.04(0.76-1.44)

Döl yanı qişanın yırtılması(saatla)

3.41(2.23-5.20)

Doğuş zamanı hərarətin ən yüksək qiyməti

2.38(2.05-2.77)

Antibiotikin təyini ˂4 saat

Geniş spektrli antibiotikin təyini ˃ 4 saat

0.35(0.23-0.53)

0.31(0.13-0.71)

 

Nuklein Turşusu Amplifikasiya tesinin QBS mənfi analarda doğuş zamanı təkrar skrin müayinə üçün istifadədəsinin xərc effektivliyi (eng. Cost- effectivness) və klinik təsiri tam müəyyənləşdirilməyib.Ümumiyyətlə  QBS spesifik ENS i tamamilə aradan qaldırmaq üçün QBS əlehinə effektiv vaksinin(peyvəndin) yaradılmasına ehtiyac var.

E.coli spesifik ENS in epidemiologiyası

E.coli ENS inkişafına zəmin yaradn törədicilərin rast gəlmə tezliyinə görə bütün yenidoğulmuş körpələr arasında ikinci ,çox az kütləli yenidoğulmuşlar arasında isə birinci yerdə durur.E.coli fakultetiv aneorob qram mənfi çöpdür. Əsasən insanın bağərsaq traktında,uşaqlıq və sidik yolunda məskunlaşır.Antigen müxtəlifliyinə görə yüzlərlə tipi var.Lakin E.coli spesifik ENS in ələxsus da meningitin törədicisi polisaxarid kapsula malik K1 tipidir.Doğuş zamanı QBS a qarşı antibiotiklərin təyinindən sonra E.coli spesifik ENS xüsusən də ampisilinə rezistent ENS hallarının artması böyük narhatçılığa səbəb oldu. Tək mərkəzli və multi mərkəzli tədqiqatlar zamanı əldə edilən nəticilər bi bririlə zidiyyət təşkil edirdi.QBS profilaktikasının aparıldığı dövrdə ENS ə dair 23 məruzəni təhlil edən tədqiqatın nəticəsinə görə vaxtında doğulmuş körpələr arasında qeyri QBS mənşəli ENS hallarının mütləq insidens qiymətində heç bir artım yox idi. Enuice Kennedy Shirver adına Uşaq sağlamlığı və inkişafı institunun məlumatlarına görə Çox az kütləli yenidoğulmuşlar arasında ümumi ENS hallarının azalması müşahidə edilirdi( Çox az kütləli körpələr arasında 1991-1993 cü illərdə hər 100 doğuşa 19.3, 2006-2009 cu illərdə hər 1000 doğuşa 11.0 təşkil edib).Beləki E.coli spesifik ENS hallarının artması 1991 ci ildən 1993 cü ilə qədər izlənib. Çox az kütləli yenidoğulmuşlar arasında Qeyri QBS mənşəli ENS hallarının artması haqqında da bir  məruzə edilib. ÇAK yenidogulmuşlar arasında QBS spesifik ENS hallarının azalmasına baxmayaraq E.Coli  xüsusən ampisilinə rezistent ştamlar tərəfindən törədilən ENS hallarının proporsiyası artb.Xəstəliklərin profilaktikası və tənzimlənməsi mərkəzi tərəfindən Bostonda yerləşən böyük bir doğum evində 18 il ərzində baş verən ENS hallarını təhlil edən klinik hal-nəzarət tipli tədqiqat (eng. Case control study) aparılıb və bu müddət ərzində vaxtında doğulmuş körpələr arasında E.coli və ya ampisilinə rezistent E.coli tərəfindən törədilən ENS hallarının baş verməsində mütləq artım müşahidə edilməyib. Lakin vaxtında doğulmuş və yarımçıq doğulmuş körpələrə yardım göstərən klinik həkimlər  bilməlidir ki, QBS spesifik ENS hallarının azalmasından sonra müşahidə edilən istənilən qeyri QBS mənşəli ENS hallarının əksəriyyətinin törədicisi ampisilinə rezistent qram mənfi orqanizmdir.ENS dən şübhələnilən kritik vəziyyətli körpələrin müalicəasi zamanı əkmənin nəticəsi məlum olanadək ampisilinə rezistent  qram mənfi bakteriyaya təsir göstərə biləcək hər hansı empirik antibiotik təyin edilməlidir.

ENS in inkişaflna səbəb olan digər orqanizmlər

QBS və E.Coli dən başqa ABŞ da ENS inkişafına səbəb olan bir sıra orqanizmlər var ki,onlar haqqında xüsusi qeyd edilməlidir. L monocytogenes qram müsbət,beta hemolitik,hərəkətli  bakteriya olub insanlara çirklənmiş qida vasitəsi ilə yolxur.  L. Monocytogenes in orta temperaturda saxlanılan hazır qida (xüsusən pendir və  ət)  qəbulu  ilə infeksiyaların  xüsusən də epidemiyaların baş verməsi arasında əlaqə müəyyən edilib.Həmin bakteriya immunokompotent insanlarda əhəmiyyətli xəstəlik törətməsə də, hamilə qadınlarda və yeni doğulmuşlarda ağır xəstəliyin inkişafına səbəb olur.Hamilə qadınlarda listerioz çox zaman həyat qabiliyyətli dölün spontan düşüyü ilə nəticələndiyindən, diaqnoz müəyyən edilə bilmir və xəstəliyin  həqiqi insidensinin hesablanmasında çətinlik yaranır. Obliqat anaerob bakteriyalar( xüsusən  də kapsulaya malik enterik orqanizm olan Bcteroides fragilis)da ENS törədə bildiyindən qan nümunəsinin  həm aerob həm də anaerob mühitlərdə əkilməsi vacibdir. Metisilin həssas və rezistent  qızılı Stafilokoka  ÇAK yenidoğulmuşların yolxduğu  xəstəxana daxili infeksiyalar  və pediatrik xəstəxanadan kənar infeksiyalar arasında çox rast gəlinməsinə baxmayaraq, orqanizm çox nadir hallarda ENS in  inkişafına səbəb olur. Yenicə aparılmış tədqiqat zamanı 5732 hamilə qadından QBS kolonizasiyasını müəyyən etmək məqsədilə götrülmüş yaxmaya əsasən metisilin rezistent qızılı stafilokokun insidensi 3.5% müəyyən edilsə də həmin qadınların dünyaya gətridikləri körpələr arasında metisilin rezistent qızılı stafilokokun törətdiyi ENS halı qeyd edilməyib. Sonda isə qeyd edəki ki,göbələklər (xüsusən Candida növü) tərəfindən törədilən ENS çox nadir hallarda baş verir. Göbələk mənşəli ENS ə əsasən çox az kütləli yarımçıq yenidoğulmuşlar arasında  anaya doğuşdan öncə uzun müddət (˃24 saat)antibiotk təyin edildiyi hallarda rast gəlinir.

ENS in inkişafına zəmin yaradan risk amillərinə düzgün yanaşma

ENS in klinik qiymətləndirilməsində əsas məqsəd etibarlı tədqiqatlar zamanı əldə etdilən nəticələrdən yararlanaraq yüksək riskli yenidoğulmuşları müəyyən edib,xəstəliyin inkişafının və ya baş verməsinin qarşısını almaqdır.Hal hazırkı yanaşma yüksək riskli yenidoğulmuşları müəyyən etmək üçün alqoritmin istifadəsinə üstünlük verir.Yüksək riskli yenidoğulmuşları müəyyən etdikdən sonra klinik və diaqnostik qiymətləndirilmə aparılmalı,labarator müayinələrin cavabları məlum olanadək emprik antibiotiklərin təyin edilib edilməməsinə qərar verilməlidir.Vaxtında və yarımçıq yenidoğulmuşlarda ENSin inkişafına zəmin yaradan risk amillərini  qiymətləndirmək üçün Xəstəliklərin profilaktikası və tənzimlənməsi mərkəzi  Amerika pediatrlar Asossiasiyası ilə birgə protokol  tərtib etmiş və dərc etdirmişdir. Bəzi fəqrqli məqamlar və prinsiplər aşağıda mülahizə olunub.

1.Perinatal risk faktorları.Bu risk faktorlar xəstəliyin patogenezinin inkişafında və ya xəstəliyə yoluxma prossesində iştirak edir( məs. anada QBS kolonizasiyası, dölyanı qişanın yırtılmasından doğuşa qədər keçmiş zamanın uzun olması,hestasiya yaşı)(cədvəl 2)

2.Yenidoğulmuşun klinik statusu.Əhali üzərində aparılmış tədqiqat zamnı məlum olub ki, ENS 60%-90% hallarında ilk 24-48 saat ərzində simptomlar müşahidə edilir. Klinik halın simptomsuz təzahürü risk faktorunun çox az olması deməkdir.

3.Labarator analizlərin nəticələri. Labarator analizlər arasında ən çox istifadə edilənlənlərə qanın ümumi analizi, (ağ qan hüceyrələrinin differensasiyası ilə birgə) ,C reaktiv zülal,qanın əkilməsi  kimi müayinələr daxildir. Müayinələr zamanı müxtəlif biomarkerlərin (məs. CD64 və ya prokalsitonin)təhlili ndən adətən tədqiqatlar zamnı istifadə olunur.Həmin biomarkerlərin müayinəsi çox  zaman klinikalarda mövcud olmur və ENS in diaqnozunda həll edici rol oynamır. Ümumi qan analizinin komponentlərinin və C reaktiv züalın  ENS in diaqnozunda  ayrıca müayinə vasitəsi kimi tətbiq edilməsi əhəmiyyətli nəticə əldə etmək üçün yetərsizdir.Beləki, vaxtında doğulmuş körpələr arasında ENS in insidensinin aşağı olması həmin testlərin nəticələrininin  pozitiv və neqativ proqnazlaşdırıcı dəyərlərinin (eng. positive ,negative predictive value)əhəmiyyətsiz olduğunu göstərir.ENS in baş verməsini düzgün proqnozlaşdırmaq üçün labarator müayinələrin nəticələrindən istifadə qaydalarını müzakirə etmək bu təhqiqatın mövzusundan kənardır.

Həm Xəstəliklərin profilaktikası və tənzimlənməsi mərkəzi, həm də Amerika Pediatrlar Asossiasiyası aşağıdakı hallarda körpələrin müayinəsinin və qiymətləndirilməsinin məqsədəuyğun olduğunu vurğulayır:

-Körpə xəstəlik əlamətləri ilə doğulubsa

- Doğulduqdan sonra körpədə heç bir xəstəlik əlaməti olmasına baxmayaraq,anada xorioamnionit müşahidə edilibsə (adətən doğuş zamanı anada hərarətin olması xorioaminionit kimi qəbul edilir)

-Körpənin hestasiya yaşı və dölyanı qişanın yırtılması zamanı nəzərə alınaraq QBS a qarşı doğuş zamanı antibiotik alan anaların dünyaya gətirdiyi körpələr

Ayrı ayrı mərkəzlərdə bu tövsiyyələrə təcrübəyə uyğunlaşdırılmaqla bir qədər fərqli əməl edilə  bilər.ENS ə zəmin yaradan risk amillərinin qiymətləndirilməsinin təcrübədə necə həyata keçrildiyini aşkar etmək üçün Masaçusets ştatında yerləşən 23 sayda  Neonatal İntensiv Terapiya şöbəsində sorğu apardıq.Sorğu keçrilən şöbələrin ¾ hissəsində yarımçıq və vaxtında doğulmuş körpələrdə ENS i qiymətləndirmək üçün yazılı protokollardan istifadə edilirdi.Həmin mərkəzlərin əksəriyyəti bu məqsədlə Xəstəliklərin profilaktikası və tənzimlənməsi mərkəzinin 2010 cu ildə tərtib etdiyi,10% i Amerika Pediatrlar Akademiyasının tərtib etdiyi ,bir mərkəz isə Xəstəliklərin profilaktikası və tənzimlənməsi mərkəzinin 2002 ci ildə tərtib etdiyi protokolları istifadə edirdi. Xorioamnionitlərin risk faktoru kimi qiymətləndirilməsində və ENS in  müəyyən edilməsi məqsədilə istifadə edilən labarator analizlərin seçilməsində nəzərəçarpan fərqlilik  müşahidə edilib.

ENS in mövcud qiymətləndirilməsinə yanaşmanın  gözlənilməyən nəticələri

ABŞ ENS in insidensi xüsusən vaxtında doğulmuş və gec yarımçıq doğulmuş körpələr arasında  aşağı olmasına baxmayaraq  infeksiyaya yolxmamış körpələrin aşırı qiymətləndirilməsi və həmin körpələrə emprik antibiotiklərin təyini hallarının artması müşahidə olunub. Masaçusettsdə bir böyük prenatal mərkəzdə Xəstəliklərin profilaktikası və tənzimlənməsi mərkəzinin 2012 ci ildə tərtib etdiyi protokolun tətbiq edilməsinin yaratdığı təsir və nəticələri tədqiq etdik. Aşağı səviyyəli risk qrupuna (vaxtinda və yarımçıq doğulmuş simptomsuz körpələr)daxil olan körpələrin təqribən 7% nin ENSi müəyyənləşdirmək məqsədilə müayinə edildiyini və həmin körpələrin 75%  nin geniş spektrli epmrik antibiotik müalicəsi aldığını aşkar etdik. Bu nəticələri 12 ay zaman intervalı üçün qiymətləndirsək,həmin müayinə metodlarının istifadəsinin kifayət qədər maddi itkiyə  və ixtisaslaşmış tibbi xidmətdə artıq vaxt itkisinə səbəb olduğunu görərik.ENS in qiymətləndirilməsi məqsədilə müayinə edilən vaxtında doğulmuş və sağlam görünüşlü körpələr arasında döşlə əmizdirmə təcrübəsini qiymətləndirmək üçün aparılan digər tədqiqat zamanı həmin körpələrin müayinə məqsədilə doğuşdan sonrakı iki saat ərzində analarından ayrıldıqlarını müəyyən etdik.Bu isə öz növbəsində döşlə əmizdirmənin gecikməsinə, sünii qarışıq ilə qidalanma ehtimalının artmasına gətirib çıxarır.Tədqiqat zamanı həmçinin yenidoğulma dövründə antibiotikə məruz qalma ilə ÇAKi körpələrdə nekrozlaşmış enterokolit inkişafı riskinin artması, ümumi populyasiyada isə fit verici xırıltıların yaranması arasında əlaqə aşkar edilib.

Bayesian modelindən istifadə edərək risk amillərinin qruplaşdırılması

ENS hallarının mütləq  risk səviyyəsinin aşağı olması və mövcud qiymətləndirmə alqoritminin tətbiqi nəticəsində müşahidə edilən nəticələr, ENS in inkişafına zəmin yaradan risk amillərinin qiymətləndirilmə effektivliyinin artırılmasına ehtiyac olduğunu vurğulayır. ENSin ikişafına zəmin yaradan risk amillərinin qiymətləndirilməsinə standart yanaşma zamanı individual risk faktorları izolə edilmiş  ya da dixotomik formada qiymətləndirilir.Belə alqoritmlər risk faktorları arasında qarşılıqlı əlaqəni və intervalın(variabilliyin) kənar göstəricilərinin üst üstə düşmə mümkünlüyünü nəzərə almır və beləliklə yekun məlumatın təhrif edilməsinə gətirib çıxarır.Məsələn: ENS i dölyanı membranın yırtılma vaxtına əsasən qiymətləndirdidkə körpələri risk qrupuna aid olub olmamalarına görə dixotomik olaraq iki qrupa ayırırıq və bu zaman risk qrupuna aid etmək üçün əsas nöqtə dölyanı qişanın yırtılma vaxtının dəqiq olaraq 18 saata bərabər və ya böyük olması əsas hesablanır.Reallıqda isə dölyanı membranın yırtılması prossesi arasıkəsilmədən deyil, yavaş-yavaş və pilləli baş verir.Puopolo hestasiyanın 34 cü və  daha çox həftəsində doğulmuş körpələrdə müəyyən edilmiş  ENS risk faktorlarını  kəmiyyətcə qiymətləndirmək üçün multivariasiyalı model yaratdı.Həmin tədqiqatçılar Bayesian yanaşmasından istifadə etmək üçün , ENS in populyasiyada aprior ehtimalını (eng.prior probability)müəyyən etdilər.Doğuş zamanı ENS in inkişafına zəmin yaradan risk faktorlarıına dair obyektiv məlumatları sonra isə yenidoğulmuşların klinik vəziyyətləri haqqda məlumatları nəzərə alaraq infeksiyaya yoluxma ehtimalını modifikasiya etdilər.Modelin yaradılmasında iç-içə klinik hal-nəzarət tipli(eng. nested case control design) dizayndan istifadə edildi. Klinik hal qrupuna 350 ,nəzarət qrupuna 1063 klinik hal daxil edildi. Klinik hallar 14 mərkəzdə aparılmış və 600.000 diri doğuşu əhatə edən kohorta əsasən seçilmişdir.Doğuş zamanı ENS in inkişafına zəmin yaradan risk modelini(ananın ilkin yoluxma ehtimalı) yaratmaq üçün aşağıdakılar meyar olaraq müəyyən edildi:

-hestasiya yaşı

-dölyanı qişanın yırtılmasının davam etmə müddəti

-Arasıkəsilməz variabillik kimi ananın doğuş zamanı ən yüksək ölçülü hərarəti

- Kateqoriya variabilliyi kimi, ananın QBS statusu,doğuş zamanı antibiotiklərin təyin edilmə vaxtı və növü

Çarpaz yoxlama(eng. split validation) apararaq tədqiqatçılar ananın ilkin yoluxma ehtimalının ayrıca istifadəsinin lazımsız qiymətləndirilmə aparılmasının 60% azalmasına səbəb olduğunu aşkar etdilər.Yenidoğulmuşların həyat göstəricilərinin doğuşdan  6,12 və 24  saat sonra yoxlanılmasının və aparılmış müayinələrin nəticələri onları xəstə,ekvivokal görünüşlü və qənaətbəxş görünüşlü kimi kateqoriyalara ayrımağa imkan verdi. İnfeksiyanın yekun  aposterior ehtimalı (eng.predictive posterior probability)formalaşdırmaq üçün yenidoğulmuşların müayinə nəticələrinin ehtimal nisbətləri(eng. likelkihood ratio) multivariasiyalı risk proqnozları ilə kombinə edildi. ENS in inkişafına zəmin yaradn risk amillərinin idarə edilməsinə obyektiv yanaşmanı əks etdirən alqoritm aşağədakı şəkildə göstərilib.Müalicə olunmalı xəstələrin sayı(eng. Number Needed to Treat) dedikdə hır bir ENS halının müəyyən edilməsi məqsədilə müayinə edilən körpələrin sayı  nəzərdə tutulur.

 

 

Klinik halın prezentasiyası

 

 

  Anada və Doğuş zamanı yaranan risk amillərinə əsasən Yenidoğulmuşda sepsisin inkişaf etmə ehtimalı

 

˂0.65 /1000 diri doğuş

 

0.65-1.54/1000 diri doğuş

 

≥1.54/1000 diri doğuş

 

Qənaətbəxş

görünüşlü

 

 

 Davamlı müşahidə

Diri doğuşların 85% i

Müalicə olunmalı xəstələrin sayı:

9370

 

 

Müşahidə və qiymətləndirmə

Diri doğuşların 11% i

Müalicə olunmalı xəstələrin sayı:823

 

 

 

 

 

 

 

 

Ekvivokal görünüşlü

Müşahidə və Qiymətləndirmə

Diri doğuşların 11%i

Müalicə olunmalı xəstələrin sayı: 823

                Empirik Müalicə

                 Diri doğuşların 4% i

                 Müalicə olunmalı            xəstələrin sayı : 118

 

Klinik xəstə

 

 

 

Şəkil. Erkən neonatal sepsislərin inkişafına səbəb olan risk amillərinin kəmiyyətcə qruplaşdırılması. Kəmiyyətcə qruplaşdırma sxemində hestasiyanın 34 cü və ya daha çox həftəsində doğulmuş körpələr göstərilib.Qruplaşdırma yenidoğulmuşun ilk 12 saatdakı klinik statusuna və anada perinatal və doğuş dövründə olan risk amillərinə əsasən yenidoğulmuşda sepsisin inkişaf etmə riskinin hesablanmış qiymətinə əsasən müəyyən edilib. Yenidoğulmuşlardan  sepsis riski 1.54/1000 , 0.65/1000 və daha yuxarı göstəriciyə uyğun gələn və ekvivokal görünüşə malik olanlar eprik müalicə qrupuna daxil edilib. Həmin qrupda Müalicə olunmalı xəstələrin sayı 118 olmaqla bütün diri doğuşların 4% ni təşkil edib.Ekvivokal və qənaətbəxş görünüşə malik , sepsisə yoluxma riski 0.65-1.54/1000 uyğun gələn körpələr müşahidə və qiymətləndirmə qrupuna aid edilib.Bu iki qrupda birlikdə müalicə olunmalı xəstələrin sayı 823 olmaqla ümumi diri doğuşun 11% ni təşkil edib.Ən böyük qrup sepsislə yoluxma riski 0.65/1000 dən kiçik olan və qənaətbəxş görünüşə malik körpələrdən ibarət olub.Müalicə olunmalı xəstələrin sayı 9370 olmaqla ümüumi diri doğuş sayının 85% ni təşkil edib.

 

Kombine edilmiş modeli istifadəçilər bu elektron ünvandan əldə edə bilər: http://www.dor.kaiser.org/external/DORExternal/research/InfectionProbabilityCalculator.aspx  www.newbornsepsiscalculator.org .Hər il  ENS in müəyyən edilməsi məqsədilə müayinə  və emprik müalicə edilən körpələrin sayını 80000-240000  ə çatır.Yenidoğulmuşda sepsisin inkişaf etmə riskini müəyyən edən  belə obyektiv multivariasiya yanaşmadan istifadə lazımsız müayinə və müalicə edilən körpələrin sayını təhlükəsiz formada azaldır.

Amerika Pediatrlar Kollegiyası Neonatal-Perinatal məzmunun spesifikasiyası

·       Neonatal sepsislərin klinik təzahürünü,labarator göstəricilərini,differensial diaqnozunu bilməlisiniz

·       Neonatal sepsisin infeksion törədicilərini bilməlisiniz

·       Neonatal sepsisin inkişafında ana,perinatal dövr və yenidoğulmuşla əlaqəli risk amillərini bilməlisiniz

·       Perinatal/neonatal B qrup streptokokk mənşəli infeksiyanın patogenezini,profilaktikasını və epidemiologiyasını bilməlisiniz

 Sual-cavab

1.Hestasiyanın 24 cü həftəsində 600 qram çəki ilə doğulmuş 4 günlük körpədən götrülən qan nümunəsinin əkilməsinin cavabı müsbətdir.Əkmə üçün nümunə doğuşdan 48 saat sonrakı müddətdə götrülüb. Aşağıdakılardan hansı infeksiyanın vaxta görə təyin edilməsini və sepsisi düzgün xarakterizə edir?

A.Xəstədə sepsis düşünülürsə, o zaman daha dəqiq diaqnoz erkən neonatal sepsisdir.

B. Doğuş çəkisi 1500 qramdan çox olan körpələrdə həyatının ilk 48 saatından əvvəl əkmə ilə təsdiqlənmiş infeksiya qeyd edilirsə bu hal erkən neonatal sepsis, 48 saatdan sonra isə gec neonatal sepsis hesab edilir

C.Yaşı 72 saatdan çox və 1həftədən az olan çox az kütləli körpələr arasında sepsisin inkişafına zəmin yaradan risk amillər ana və prenatal dövr ilə əlaqəlidir.

D.Çox az kütləli yenidoğulmuşların qanından götrülən nümunənin əkilməsi zamaı aşkar edilən mikroorqanizm bu yaşda(48 saat ) daha böyük yaşlardan fərqli olaraq əsasən Neonatal İntensiv Terapiya şöbəsinin mikroflorasını əks etdirir .

E.ABŞ da Çox az kütləli yenidoğulmuşlar arasında erkən neonatal sepsisin insidensi hər 1000 diri doğuşa 10 klinik hal təşkil edir

2.Doğulduqdan dərhal sonra Respirator distress sindrom müşahidə edilən körpə Neonatal İntensiv terapiya şöbəsinə yerləşdirilib.Qandan əkmə üçün nümunə götrülüub və sepsisin ikişaf etdiyi düşünülərək antibiotiklər təyin edilib.Neonatal sepsisin törədiciləri olan mikroorqanizmlər haqqında aşağıda deyilənlərdən hansı doğrudur?

A.Populyasiyada kolonizasiyanın artması ilə əlaqədar son dörd on ildə QBS spesifik ENS in insidensinin stabil olaraq artması müşahidə edilir.

B. Doğuş zamanı antibiotiklərin tətbiqi QBS spesifik ENS in ağırlıq dərəcəsini azaltsa da insidensine heç bir təsir göstərməyib

C.Qram neqativ bakteriya tərəfindən törədilən erkən sepsisə yarımçıqdoğulmuşlarda deyil,vaxtında doğulmuşlarda rast gəlir

D.Erkən neonatal sepsisin patogenezini yırtılmış bəzən isə tamlığı pozulmamış döl yanı qişa vasitəsilə qalxan infeksiyanın döl komponentlərininda kolonizasiya etməsi ilə izah edirlər.

E.Vaxtında doğulmuş və yarımçıq doğulmuş körpələr arasında erkən neonatal sepsisin ən çox rast gələn səbəbi C.difficle mikroorqanizmidir.

3.Xəstədın əldə edilən qan nümunəsinin əkilməsi zamanı QBS aşkar edilib.QBS haqqında deyilənlərdən ahsı doğrudur?

A.QBS həmişə patogen orqanizm olub insanda yalnız xorioamnionitlə ağırlaşmış hamiləliklər zamanı,yenidoğulmuşda isə doğuş dövründə baş verən infeksiyadan sonra aşkarlanır.

B.ABŞ da QBS spesifik Erkən Neonaal Sepsislərin inkişafına səbəb  QBS un kapsulaya malik polisaxarid serotipleridir: Ia, Ib, II, III və IV

C.QBS spesifik ENS in törədicisi adətın ilk 24 saat ərzində ana südü ilə qidalanma zamanı ötrülür.

D.Anada QBS kolonizasiyasının mövcudluğu Körpədə QBS mənşəli sepsisin inkişafına səbəb olmur

E.Xəstəliklərin profilaktikası və tənzimlənməsi mərkəzinin tərtib etdiyi mövcud protokolda QBS kolonizasiyasını aşkar etmək üçün rutin müayinələrin aparılmasının və doğuş zamanı QBS spesifik ENS in inkişafının qarşısını almaq üçün profilaktik antibiotiklərin tətbiqinin üstünlüklərinə dair heç bir tövsiyyə verilməyib.

4.Spontan olaraq vaxtından əvvəl başlayan doğuş nəticəsində 26 hestasiya həftəli oğlan uşağı doğulub.Neonatal İntensiv Terapiya şöbəsinə yerləşdirildikən dərhal sonra əkmə üçün qan nümunəsi götrülüb və E.coli aşkarlanıb.Aşağıdakılardan hansı çox az kütləli yeni doğulmuşlar arsında baş verən erkən neonatal sepsis haqqında doğru fikirdir?

A. Hal-hazırda çox az kütləli yenidoğuımuşlar arasında erkən neonatal sepsisin ən çox rast gələn səbəbi E.coli dir.

B.Bütün iri həcmli epidemioloji tədqiqatlar zamanı aşkar edilib ki,doğuş zamanı QBS ə qarşı antibiotiklərin təyin edilməsi  E.coli spesifik erkən neonatal sepsis hallarının mütləq şəkildə  və çox az kütləli yenidoğulmuşlar arasında E.coli spesifik ENS hallarının proporsiyasının azalmasına səbəb olub.

C.Metisilin rezistent qizili stafilokokk çox az kütləli yenidoğulmuşlar arasında ENS inkişafına səbəb kimi ən çox rast gələn törədicidir və ananın həmin mikroorqanizmlə çirklənmiş qida qəbul etməsi iıə əlaqələnir(məs.yumşaq pendir ,hazır et  məhsuııarı)

D.Anaerobik bakteriyaların erkən neonatal sepsis törətmə ehtimalı çox aşaöı olduğundan, qan nümunəsinin yalnız aerobik mühitdə əkilməsi kifayətdir.

E.Doğuş zamanı antibiotiklərin təyin edilməsinin tətbiqindən sonra,ENS in inkişafına səbəb olan əsas orqanizm metisilin rezistent qızılı stafilokokkdur.

 

5.Sizin xəstəxananın doğum və yenidoğulmuşlar şöbəsi erkən neonatal sepsilərin inkişafında zəmin yaradan risk amillərinin qiymətləndirilməsinə və tədbirlərin düzgün həyata keçrilməsiə dair protokol hazırlayıb.Erkən neonatal sepsislərin inkişafına zəmin yaradan risk amillərinin qiymətləndirilməsinə dair aşağıdakı müddəalardan hansı doğrudur?

A. Tədqiqatların nəticillləri bir birilə ziddiyyət təşkil etdiyindən Həm Xəstəliklərin profilaktikası və idarəetmə mərkəzi, həm də Amerika Pediatrlar Asossiasiyası bu sahədə tövsiyyələr təklif etməkdən imtina edib

B.Körpənin klinik statusu aldadıcı olduğundan,yeni doğulmuşda təzahür edən simptomlar risk amillərinin qiymətlndirilməsi strategiyasına daxil deyil.

C.Erkən neonatal sepsisn aşkar göstəriciləri kimi qanın ümumi analizinin ayrı-ayrı komponentlərindən və ya C reakiv zülalın səviyyəsinin müəyyən edilməsindən rahat istifadə edilə bilər və müvafiq risk amilini qiymətləndirmək üçün istifadə ediləcək komponent dəqiqləşdirilməlidir.

D.Ana ilə əlaqəli amillərin də daxil edildiyi çox saylı variabellər(əlamətlər) əsasında erkən neonatal sepsisin populyasiyada aprior ehtimalını(eng.prior probability) nəzərə alan multivariasiyalı modelin istifadəsi, körpələrin gərəksiz olaraq risk amillərinə görə qiymətləndirilməsi və empirik antibiotik müalicəsi alması hallarının azalmasını təmin edə bilər.

E.Erkən neonatal sepsislərin diaqostikasında yüksək həssaslıq və spesifiklik əldə etmək üçün , dölyanı membranın yırtılması 18 saatdan uzun sürən anaların dünyaya gətirdiyi körpələrin hər birində risk amillərinin qiymətləndirilməsi və empirik antibiotik müalicəsinin tətbiqi ilə aparılan yanaşma daha praqmatik olardı.