KƏSKİN İNFEKSİYA.
Uşaqlarda kəskin HCV infeksiyası çox az hallarda müəyyən edilir. Fulminant (sürətli) hepatit çox nadir hallarda baş verir. Tibbi ədəbiyyatda uşaqlarda kəskin HCV infeksiyasının müalicəsinə dair məlumat demək olar ki, yoxdur. Ümumi yanaşma isə ondan ibarətdir ki:
- kəskin HCV infeksiyasına şübhə olan uşaqların 6-8 həftə ərzində müşahidəsi aparılır. Bu dövrdə virusun qandan sponta təmizlənməsi mümkündür.
- 6-8 həftədən sonra HCV viremiyası davam edirsə, həmin uşaqların müalicəsinə başlanılır.
XRONİKİ İNFEKSİYA.
Uşaqlarda xroniki HCV infeksiyasının müalicəsi ilkin vaxtlarda böyüklərin müalicəsində əldə olunmuş təcrübəyə əsaslanırdı. Lakin, hazırda pediatrik xəstələrdə müxtəlif antivirus terapiyasının təcrübədən keçirilməsi üçün çoxsaylı tədqiqatlar aparılmaqdadır.
- Peq-interferon üstəgəl ribavirin. Peq-interferon ribavirinlə birlikdə xroniki HCV infeksiyası olan böyüklər və uşaqlarda ən geniş tətbiq olunan terapiyadır. Böyüklərdə aparılan tədqiqatlardan məlumdur ki, peq-interferon əsaslı terapiya alan xəstələrdə davamlı virusoloji reaksiya (viremiyanın aradan qaldırılması) standart interferonla müqayisədə daha çox hallarda müəyyən edilir. Uşaqların iştirakı ilə aparılan tədqiqatlardan isə aşağıdakı nəticələr əldə olunmuşdur:
- 62 uşağın peq-interferon və ribavirinlə 48 həftə ərzində müalicəsi nəticəsində 18 aydan sonra 59% xəstədə davamlı virusoloji reaksiya əldə olunmuşdur.
- 114 uşağın iştirakı ilə aparılmış digər bir araşdırmada (PEDS-C tədqiqatı) 114 uşağın bir qismi peq-interferon alfa-2a (dozası: 180 mkq/1.73 kv.m/həftədə) və ribavirinlə (doza: 15 mq/kq/gündə oral), digər qismi isə yalnız peq-interferonla müalicə almışdır. Analiz göstərmişdir ki, peq-interferonla ribavirinin kombinasiyası ilə müalicə alan uşaqlarda davamlı virusoloji reaksiya daha çox hallarda (53%) müəyyən edilmişdir. Yalnız peq-interferonla müalicə alan uşaqlarda davamlı virusoloji reaksiya (DVR) yalnız 21% hallarda əldə edilmişdir. Və qeyd edilməlidir ki, peq-interferonla ribavirinin kombinasiyası həm genotip-1 HCV, həm də digər genotipi olan HCV infeksiyalarında xeyli effektiv olmuşdur.
- Digər bir araşdırmada peq-interferon alfa-2b (doza: 60 mkq/kv.m/həftədə) və ribavirin (doza: 15 mq/kq/günə) kombinasiyada xroniki HCV infeksiyasının müalicəsində istifadə edilmiş və oxşar nəticələr əldə edilmişdir. Düzdür, genotip 2 və ya 3 HCV infeksiyasının müalicəsində DVR 93% hallarda, genotip 1 HCV infeksiyasında - 53% hallarda əldə edilmişdir. Qeyd olunmalıdır ki, burada genotip 1 və 4 HCV infeksiyası olanlar 48 həftə, genotip 2 və ya 3 HCV olan xəstələr isə 24 həftə müalicə almışdır. Bu kombinasiya ilə aparılan müalicə zamanı uşaqlarda yan təsir kimi həyacanlıq, depressiya, qıcıqlanma, anemiya, neytropeniya və çəki itkisi müşahidə edilmişdir. Bu cür yan təsirlər müəyyən olunduqda preparatın dozasının azaldılması xəstələrn 25%-də tələb olunmuşdur. Interferonla müalicə zamanı müəyyən edilən neytropeniya hallarında infeksion ağırlaşmalar çox nadir hallarda müşahidə edilir. İnterferonla terapiyanın yan təsirləri kimi həm də görmə qabiliyyətinin pozulması, hipotireoz və autoimmun xəstəliklər də müşahidə edilə bilər.
- ABŞ-da hazırda uşaqlarda xroniki HCV infeksiyasının müalicəsində iki kombinasiyalı preparat istifadə edilir:
- peq-interferon alfa-2b və ribavrin: qaraciyər xəstəliyi kompensasiya mərhələsində olan 3 yaş və daha yuxarı yaşda olan uşaqların müalicəsində.
- peq-interferon alfa-2a və ribavrin: qaraciyər xəstəliyi kompensasiya mərhələsində olan 3 yaş və daha yuxarı yaşda olan uşaqların müalicəsində.
- Əksgöstərişlər:
- İnterferonun (standart və peq-interferon) aşağıdakı hallarda istifadəsinə əksgöstərişlər vardır:
- 3 yaşdan aşağı olan uşaqlarda istifadəsi qadağandır
- dekompensasiya mərhələsində olan sirroz
- qaraciyərin ağır dərəcəli disfunksiyası
- autoimmun hepatit
- HİV-HCV yanaşı infeksiyası olan xəstələrdə sirroz və Çayld-Pux şkalası üzrə >6 xalı olan xəstələr.
- telbivudinlə birgə istifadə edilməməlidir.
- ağır psixi xəstəliyi, suiqəsdə meyilliyi və ya əvvəllər suiqəsdə cəhd etmiş xəstələrdə interferonun istifadəsi yolverilməzdir.
- İnterferonun (standart və peq-interferon) aşağıdakı hallarda istifadəsinə əksgöstərişlər vardır:
- Standart interferon üstəgəl ribavirin.
- Standart interferonun istifadəsi mümkün hesab edilsə də, hazırda uşaqlar və böyüklərdə xroniki HCV infeksiyasının müalicəsi məhz peq-interferon alfa və ribavirinlə ilə aparılır. Lakin 3-17 yaşlı uşaqlarda standart interferonla ribavirin kombinasiyası da müalicə məqsədilə istifadə edilə bilər. Standart interferonla müqayisədə peq-interferonla müalicənin effekti - yəni davamlı virusoloji reaksiya daha çox hallarda müşahidə edilir. Buna görə də, standart interferon hazırda çox az hallarda istifadə edilir.
- İnterferonla monoterapiya.
- İnterferonla monoterapiya (ribavrinsiz) hazırda istifadə edilmir, çünki interferonla ribavirinin kombinasiyası nəticəsində daha yaxşı nəticələr və davamlı virusoloji reaksiya əldə edilmiş olur.
- Üçlü terapiya.
- 2011-ci ildən etibarən iki proteaz inhibitorunun (boseprevir və telaprevir) peqinterferon və ribavirinlə kombinasiyaya əlavə olunmaqla böyüklərdə xroniki genotip-1 HCV infeksiyasının müalicəsində istifadəsinə icazə verilmişdir. Bu cür üçlü terapiya (proteaz inhibitoru+peqinterferon+ribavirin) nəticəsində davamlı virusoloji reaksiya daha çox hallarda müşahidə edilir.
- Boseprevir və Telaprevir preparatlarının hazırda uşaqlarda istifadəsinə icazə yoxdur. Bu preparatların uşaqlarda təhlükəsizliyini müəyyənləşdirmək üçün kliniki tədqiqatlar aparılmaqdadır.
Xroniki HCV infeksiyasının müalicəsindən əvvəl aşağıdakı fiziki və laborator müayinələrin aparılması tələb olunur.
- Anamnez, qaraciyər xəstəlikləri tarixçəsi, xroniki HCV-nin simptomları
- Psixiatrik xəstəliklər, narkotik və psixotrop preparatlardan istifadə
- Depressiya və akoqoldan istifadənin müəyyən edilməsi
- Qaraciyərin funksional paneli - ALT, albumin, bilirubin (ümumi və birləşmiş), PT/İNR
- Hb, Hct, QÜA və leykoformula, trombositlərin sayı
- TSH
- Qanda kreatinin səviyyəsi
- Qanda şəkər
- Sidik turşusu (xüsusilə də, telaprevir alacaq xəstələrdə)
- Qanda ferritin, dəmir ilə doyma, ANA (anti-nuklear anticismlər)
- Hamiləlik testi (müvafiq yaşlara aiddir)
- HIV serologiyası
- Qanda HBsAg, antiHBc, antiHBs, antiHAV (ümumi)
- HCV RNT-nin sayının müəyyən edilməsi
- HCV genotipi
- Əvvəl aparılmış antivirus terapiyaları barədə məlumat
- Ürək xəstəliyi olanlarda EKQ