Ədəbiyyat siyahısının icmalı: yanvar 2017. | Məqalənin son yenidən işlənməsi tarixi: aprel 2017.
Giriş.
Aşağıda verilmiş təlimat varfarinlə artıq müalicə alan xəstələrdə hədəf BNN-nin əldə edilməsi (İNR/BNN 2.5 ± 0.5) üçün istifadə olunmalıdır. Varfarinin dozasının tənzimlənməsi xəstələrin ilkin İNR/BNN səviyyəsi və aktiv qanaxmanın olub olmamasından bir başa asılıdır. Bu səbəbdən də, təlimat 3 fərqli hissədən ibarətdir:
- Cədvəl 1. Varfarinin dozasının tənzimlənməsi üzrə ümumi alqoritm (hədəf İNR/BNN 2.5 ± 0.5 və aktiv qanaxma yoxdur).
- Cədvəl 2. Yüksək İNR səviyyəsi ilə yanaşı qanaxması olmayan xəstələrdə varfarinin dozasının tənzimlənməsi.
- Cədvəl 3. Aktiv qanaxması olan varfarin qəbul edən xəstələrdə müalicə tədbirləri.
Praktik tövsiyələr.
- Xəstədə bir dəfə asimptomatik yüksək İNR səviyyəsi olduğu halda dərhal varfarinin dozasını dəyişməyə cəhd edilməməlidir. İlk növbədi əvvəlki İNR səviyyələrinə diqqət yetirilməli və dinamikanın olduğu müəyyənləşdirilməlidir.
- Varfarin qəbul edən stabil xəstələrdə İNR-in yüksəlməsinin səbəbi aydınlaşdırılmalıdır. Bunun üçün xəstənin qəbul etdiyi digər dərman preparatlarının siyahısı əldə edilməli və varfarinin metabolizminə təsir edən preparatların olub olmadığı müəyyən olunmalıdır.
- Varfarinin dozasını tənzimləyərkən preparatın ümumi həftəlik dozası əsas götürülməlidir.
- Varfarinin dozasını dəyişdikdə, İNR səviyyəsi stabilləşənədək qanda İNR hər 7-14 gündən bir təyin edilməlidir.
- Nəzərə alınmalıdır ki, yaşlı insanlarda varfarinin dozası dəyişdikdən sonra İNR səviyyəsində dəyişiklik daha ləng baş verə bilər.
- Buraxılmış dozanın təsiri adətən 2-5 gün sonra İNR səviyyəsində özünü göstərir.
0.1.1. Cədvəl 1: Varfarinin dozasının tənzimlənməsi alqoritmi (hədəf INR 2.5 ± 0.5 və aktiv qanaxmanın olmadığı hallarında).
INR | ≤ 1.5 | 1.6– 1.9 | 2–3 | 3.1–3.9 | 4.0–4.4 | ≥ 4.5 |
---|---|---|---|---|---|---|
Dozanın tənzimlənməsi | Həftəlik dozanı 15%-dək artırın |
Hazırki dozanı davam edin. Əgər təkrar analizdə İNR-in səviyyəsi aşağı düşürsə və ya ardıcıl iki yoxlamada İNR səviyyəsi aşağıdırsa, varfarinin həftəlik dozasını 10% artırın. |
Hazırki dozanı davam edin. | Hazırki dozanı davam edin. Əgər təkrar analizdə İNR-in səviyyəsi qalxırsa və ya ardıcıl iki yoxlamada İNR səviyyəsi yüksəkdirsə, varfarinin həftəlik dozasını 10% azaldın. |
Varfarinin qəbulunu 1 gün dayandırın, habelə varfarinin həftəlik dozasını 10% azaldın. | Cədvəl 2 və 3-ə istinad edin. |
INR-ın yoxlanması | 7–14 gündən bir | 7–14 gündən bir | İNR səviyyəsi eyni intervallarla yoxlanmağa davam etdirilməlidir | 7–14 gündən bir | 7–14 gündən bir |
Aşağıdakı hallarda qanda İNR-in səviyyəsi 1-2 gündən bir yoxlana bilər:
- İNR-ın səviyyəsi 4.0-dan yuxarı olan xəstələrdə.
- İNR-ın səviyyəsində baş vermiş dəyişikliyə səbəb ola biləcək amillər müəyyən edilmədikdə.
- Əvvəlki İNR səviyyəsi ilə müqayisədə kəskin dəyişiklik (azalma və ya artış) baş verdikdə (məs., İNR-ın 3.0-dan qəfl 1.6-dək enməsi).
0.1.2. Cədvəl 2: Varfarin qəbul edən və İNR səviyyəsi yüksək olan, lakin qanaxması olmayan xəstələrdə varfarinin tənzimlənməsi.
Klinik vəziyyət | Tövsiyələr |
---|---|
INR 4.5–10.0 və aktiv qanaxma yoxdur |
|
INR >10.0 və aktiv qanaxma yoxdur |
Yüksək qanaxma riski: son 3 ayda baş vermiş intrakranial qanaxma, son 4 həftə ərzində baş vermiş ciddi qanaxma, trombositopeniya (< 50 x 109/L), son 2 həftə ərzində aparılmış cərrahi əməliyyat, qaraciyər xəstəliyi və ya antitrombositar (anti-aqreqantların) preparatların yanaşı qəbulu. |
0.1.3.
0.1.4. Cədvəl 3: Aktiv qanaxma ilə müşayiət olunan varfarin qəbulu ilə əlaqəli yüksək İNR-ı olan xəstələrin müalicəsi.
Klinik vəziyyət | Tövsiyələr |
---|---|
INR ≥1.5 və həyata təhlükə törədən qanaxma | Varfarini dayandırmaq. Aşağıdakılara başlamaq:
|
INR ≥ 2.0 və klinik baxımdan əhəmiyyətli qanaxma (lakin həyata təhlükə törətməyən dərəcədə) | Varfarini dayandırmaq. Aşağıdakılara başlamaq:
|
İntənilən səviyyədə olan INR ilə yanaşı yüngül qanaxma |
Varfarini dayandırmaq. İNR səviyyəsini təkrar növbəti gün yoxlayın və hədəf terapevtik səviyyəyə salmaq üçün varfarinin dozasını uyğun olaraq tənzimləyin. Əgər qanaxma riski yüksəkdirsə və ya INR > 4.5, bu zaman vitamin K1 1–2 mq per os və ya 0.5–1 mq IV verilməsi nəzərdən keçirilməlidir. |
1. BİBLİOQRAFİYA.
- Kim YK, Nieuwlaat R, Connolly SJ, et al. Effect of a simple two-step warfarin dosing algorithm on anticoagulant control as measured by time in therapeutic range: a pilot study. J Thromb Haemost 2010;8:101–6.
- Tran HA, Chunilal SD, Harper PL, et al. An update of consensus guidelines for warfarin reversal. Med J Aust 2013;198:doi:10.5694/mja12.10614. https://www.mja.com.au/journal/2013/198/4/update-consensus-guidelines-warfarin-reversal (accessed 25 June 2013).