Kəskin divertikulit: müayinə, diaqnostika və müalicə

GİRİŞ.

Divertikulit dedikdə yoğun bağırsağın selikli gişasının (mukoza) və ya selikli gişaaltı (submukoza) qatın yırtığı və onun nəticəsində divertikulyar infeksiya və mikroperforasiya başa düşülür.

Divertikulit adətən kəskin, davamlı qarın ağrısı (adətən aşağı sol şanaq nayihəsində) və kəskin hərarət və leykositozla müşahidə edilir. Düzdür, bəzi hallarda yüksək hərarət müşahidə edilməyə də bilər. Divertikulit xəstəliyi həm yoğun bağırsaq (daha çox siqmoid bağırsaq), həm də nəzik bağırsaqda baş verə bilər. Adətən divertikul bağırsaq divarında arteriolların keçdiyi və divarın zəif hissəsi hesab edilən sahədə yaranır. Divertikulitin 85-95% siqmoid və sol yoğun bağırsaqda müşahidə edilir. Yalnız 15% sağ bağırsaqda əmələ gəlir. Sağ tərəfli divertikulit daha çox <60 yaşdan aşağı olan xəstələrdə baş verir. Divertikulit insan yaşlaşdıqda daha çox qeydə alınır. Divertikulitin 50-66% >80 yaşdan yuxarı xəstələrdə qeydə alınır. Kişi və qadınlar arasında fərq müəyyən edilməyib. Divertikulozu olan xəstələrin 10-25% müəyyən məqamda divertikulitə məruz qala bilər.

 

Səbəblər/Etiologiya

Yoğun bağırsaqda divertikulun əmələ gəlməsinə səbəb:

 

Terminologiya:

Divertikul - yoğun bağırsaq selikli gişasının bağırsaq divarının əzələ qatından keçərək şişməsidir. Divertikulit isə divertikulun iltihabı deməkdir. Ağırlaşmış divertikulit isə aşağıdakı ağırlaşmalarla müşahidə edilən divertikulitə deyilir:

Bağırsaqda >1-dən çox iltihabsız divertikul müəyyən edildikdə, xəstədə divertikulozun olmasına dəlalət edir.

Abses və peritonitlə ağırlaşmış divertikulit Hinçinin təklif etdiyi sxemi üzrə aşağıdakı mərhələlərə bölünür: 

 

Patoqenez

Yoğun bağırsaqda divertikulun əmələ gəlməsində aşağıdakı mexanizmlər xüsusi rol oynayır:

 

Divertikulitin ağırlaşmaları

Divertikulit nəticəsində aşağıdakı ağırlaşmalar müşahidə edilir:

 

Klinika və diaqnostika

Divertikuliti olan xəstələr adətən aşağıdakılardan şikayətlənir:

 

Fiziki müayinə zamanı daha çox diqqəti cəlb edən məqamlar aşağıdakılardır:

Kəskin divertikulit diaqnozu əsasən kliniki əlamətlər əsasında qoyula bilər. Lakin müasir dövrdə qarın və çanağın kompüter tomoqrafiyası xeyli populyardır və geniş istifadə edilir. Bu məqsədlə kontrastla və ya kontrastsız KT görüntüləməsi aparıla bilər. 

 

Diferensial diaqnostika baxımından aşağıdakı xəstəliklər diqqətdə saxlanmalıdır və onların istisna edilməsi düşünülməlidir:

 

Qadınlarda isə həmçinin aşağıdakı xəstəliklər istisna edilməlidir:

Eyni zamanda divertikulitə bənzər kliniki əlamətlər həmçinin sidik yolları infeksiyası, sidik yollarının daşı (nefrolitiaz) və piyelonefriti olan xəstələrdə də müşahidə edilə bilər.

Diaqnostik görüntüləmə məqsədilə ilkin olaraq qanın ümumi analizi, sidiyin analizi və qarının sadə rentqen görüntüsü edilməlidir. Düzdür, qarın daxili patologiyanın daha dəqiq müəyyən edilməsi üçün son dövrlərdə KT daha geniş tətbiq edilir.

Kəskin bağırsaq prosesi, o cümlədən, divertikulit zamanı endoskopik prosedurlara əks göstəriş vardır. Endoskopik müayinə bağırsağın perforasiyası və peritonitə, habelə iri qanaxmaya səbəb ola bilər. Bu baxımdan kəskin keçən bağırsaq xəstəliyi zamanı kolonoskopiya məqsədə müvafiq deyil.

Divertikulitin diaqnostikasında kompüter tomoqrafiyası aşağıdakı əlamətləri müəyyən etməyə yardım edir. KT xüsusilə, bağırsaqdaxili və ətrafı patologiyanı, perikolok yəni yoğun bağırsaq ətrafı toxumanı və həmçinin bağırsaq ətrafı orqanların patoloji prosesə cəlb edilməsini qiymətləndirə və təyin etməyə kömək edə bilər. Eyni zamanda, KT apendisit və qinekoloji patologiyanı da istisna edə bilər.

Ümumiyyətlə, divertikulitin KT əlamətləri aşağıdakılardır:

Kontrastla imalə divertikulozun diaqnostikası üçün ən faydalı testlərdən hesab edilir. Kontrastlı imalə bağırsağın daxili strukturunu və daxili divarlarını yaxşı müəyyən edir, lakin bağırsaq xarici prosesi görüntüləməyə yararsızdır. Kəskin bağırsaq patologiyası və ya prosesi mövcud olduqda, imalə zamanı yalnız suda həll olunan kontrast məhlulu istifadə edilməlidir. Barium bu zaman istifadə edilməməlidir, çünki imalə zamanı yarana biləcək bağırsaq perforasiyası nəticəsində əmələ gələ bilən barium peritonit həyata təhlükə törədən xəstəlikdir.

 

Müalicə

Konservativ terapiya aşağıdakılardan ibarətdir:

 

Kəskin divertikulitin müalicəsi tamamlandıqdan sonra aşağıdakı tədbirlərin görülməsi tövsiyyə edilir: