Qulaqcıqların fibrilyasiyası səbəbindən xronik antikoaqulyasiya terapiyası alan xəstələrdə qanaxma riskinin qiymətləndirilməsi Şkalası.
HAS BLED şkalası.
- HAS BLED şkalası aşağıdakı meyarlardan ibarətdir:
- Hipertoniya (sistolik AT-in >160 mm c.s.-dan yuxarı olması),
- Qeyrinormal böyrək və ya qaraciyər funksiyaları (kreatinin 2.3 mq/dL-dən yuxarı olması, bilirubinin normanın yuxarı həddindən 2 dəfə yuxarı olması, ALT/AST/ALP-nin normadan 3 dəfə yuxarı olması),
- İnsult,
- Anamnezdə qanaxma hadisəsi və ya qanaxmaya meyillik,
- İNR-ın qeyri-stabilliyi,
- Yaşın 65-dən yuxarı olması və
- Dərmanların yanaşı qəbulu (aspirin, COX2 inhibitorları, klopidrogel) və spirtli içkilərdən istifadə (həftədə 8 və daha çox spirtli içki içmə).
- Yuxarıdakı hər meyara görə 1 xal verilir.
- HAS BLED şkalası üzrə >3-dən çox xal almış xəstələrdə qanaxma ehtimalı yüksək olduğundan, həmin xəstələrdə invaziv prosedurların aparılması zamanı çox ehtiyyatlı olmaq tələb olunur və antikoaqulyasiya terapiyasının aparıldığı dövrdə İNR-ın daha yaxından monitorinqi tövsiyə edilir.
- Qanaxma hadisəsi dedikdə antikoaqulyasiya aldıqları müddət ərzində həmin xəstələrdə kəllədaxili qanaxma, xəstəxanaya qəbul edilməni tələb edən qanaxma və ya hemoqlobinin >2 qm/dL-dən çox aşağı düşməsi və ya qan məhsullarının tranfuziyasını tələb edən hallar nəzərdən tutulur.

BİBLİOQRAFİYA.
- Pisters R, Lane DA, Nieuwlaat R, de Vos CB, Crijns HJ, Lip GY. A novel
user-friendly score (HAS-BLED) to assess 1-year risk of major bleeding in
patients with atrial fibrillation: the Euro Heart Survey. Chest. 2010
Nov;138(5):1093-100. Epub 2010 Mar 18. PubMed PMID: 20299623. - Lip GY, Frison L, Halperin JL, Lane DA. Comparative validation of a novel risk
score for predicting bleeding risk in anticoagulated patients with atrial
fibrillation: the HAS-BLED (Hypertension, Abnormal Renal/Liver Function, Stroke,
Bleeding History or Predisposition, Labile INR, Elderly, Drugs/Alcohol
Concomitantly) score. J Am Coll Cardiol. 2011 Jan 11;57(2):173-80. Epub 2010 Nov
24. PubMed PMID: 21111555.