Artıq bədən çəkisi və piylənmə: profilaktika və müalicənin əsasları.

Artıq bədən çəkisi və piylənmə ÜDX olduğu hallarda ölüm riskini artırır. Bütün səbəblərdən ölüm halları ilə BKİ arasında asılılıq mövcuddur. Bütün səbəblərdən ölüm hallarının ən aşağı səviyyəsi BKİ-si 20-25 kq/m2 olanlardadır. Hesab olunur ki, bədən çəkisinin bundan artıq azaldılması ÜDX-nin əmələ gəlməsi riskinin azaldılmasına yardım etmir.

 

Bədən çəkisinə dair tövsiyə

Bədən çəkisinin azaldılması artıq bədən çəkisi və piylənməsi olan pasiyentlərə tövsiyə olunur, çünki bu, AT səviyyəsinə və dislipidemiyaya müsbət təsir göstərməklə, ÜDX-nin inkişaf etməsi riskini azalda bilər.

 

Bədən çəkisi və ÜDX riski

Piylənmə ÜDX riski amillərinə və ümumiyyətlə ÜDX risklərinə təsir edir.

Artıq bədən çəkisinin potensial kardio-vaskulyar təsirləri aşağıdakılardır:

 

BKİ (çəki (kq)/boy (m)2) bədən çəkisinin kateqoriyalara bölünməsi üçün geniş istifadə olunur, çünki BKİ-nin artması ÜDX riski ilə sıx əlaqəlidir. Böyüklərdə artıq BKİ bu göstərici 25-29,9 kq/m2 arasında olan hallarda, piylənmə diaqnozu isə BKİ >30 kq/m2 olduqda müəyyən edilir. Ürək-damar riskinin müəyyən edilməsində piy toxumasının regional paylanması bədənin ümumi çəkisindən daha böyük əhəmiyyətə malikdir. Bel ölçüsünün bud ölçüsünə nisbəti BKİ ilə müqayisədə Mİ-nin daha etibarlı göstəricisidir.

Bel ölçüsü ayaqüstü vəziyyətdə qabırğaların aşağı kənarı ilə ön qalça sümüyünün ön üst kənarı arasında olan məsafənin ortasında döşəməyə parallel olaraq götürülməlidir. Ən geniş yayılmış hədd göstəriciləri ÜST tərəfindən tövsiyə olunan göstəricilərdir. Bu göstəricilər əsasında iki növ müdaxilə müəyyən edilir:

 

Artıq bədən çəkisi və piylənmənin müalicəsi

Artıq çəkinin və piylənmənin müalicəsinin əsas istiqamətləri pəhriz, fiziki hərəkətlər və həyat tərzinin dəyişdirilməsindən ibarət olmasına baxmayaraq, əksər hallarda uzunmüddətli nəticələrin əldə edilməsi üçün bu yetərli deyil.

BKİ ≥40 kq/m2 və ya ≥35 kq/m2 və əlavə olaraq komorbid vəziyyətlərin yüksək riski olan xəstələr üçün seçim üsulu orlistat ilə medikamentoz müalicə və/və ya bariatrik cərrahiyyə olmalıdır. Bariatrik cərrahiyyə üsullarına aiddir:

 

Pəhrizlə bağlı Avropa Kardioloji Cəmiyyəti və Avropa Ateroskleroz Cəmiyyətinin tövsiyələri

 

Ümumi prinsiplər: