Ürək çatışmazlığının diaqnostikası və müalicəsi.

Ədəbiyyat siyahısının son yenilənmə tarixi: sentyabr 2012-ci il. Məqalənin son yenilənmə tarixi: yanvar 2014-cü il. 
Məqalənin növbəti yenilənmə tarixi: sentyabr 2015-cı il. 


GİRİŞ.

Ürək çatışmazlığı ürəyin istənilən dəqiqə dayanması deyil. Bu o deməkdir ki, ürəyiniz işləyə biləcəyi qədər yaxşı işləmir. Ürək çatışmazlığı müxtəlif səbəblər nəticəsində yarana bilər. Simptomlara orqanizmdə mayenin saxlanılması, təngnəfəslik və yorğunluq daxildir. Müalicə adətən simptomları yüngülləşdirir və bir çox hallarda ümumi proqnozu yaxşılaşdırır. 

 

Ürək necə işləyir?

Ürək dörd kameradan ibarətdir – iki qulaqcıq və iki mədəcik. Ürək kameralarının divarlarını əsasən xüsusi ürək əzələsi təşkil edir. Hər ürək döyüntüsü ürəyin yuxarı hissəsində yaranan elektrik impulsun ürək əzələsi boyu ötürülməsi və bunun nəticəsində ürək əzələsinin yığılması ilə  bağlıdır. 

Elektrik impulsu ilk öncə ürək qulaqcıqlarının divarlarından keçir və bunun nəticəsində qulaqcıqlar yığılaraq qanı mədəciklərə vurur. Daha sonra impuls mədəciklərin divarlarından keçir və nəticədə mədəciklər yığılaraq qanı arteriyalara ötürür. 

 

Ürək çatışmazlığı nədir?

Normal sağlam ürəkdə hər ürək döyüntüsü zamanı ürəyə müəyyən miqdarda qan daxil olur və sonra ürəkdən xaric olunur. Ürək çatışmazlığı olduğu halda, hər ürək döyüntüsündə ürəyiniz daxil olmuş qanı tam miqdarda xaric edə bilmir. 

Adətən, ürək çatışmazlığının təsnifatı ürəyin hansı funksiyasının və ya onun hansı tərəfinin daha çox  zədələnməsi əsasında aparılır. Ürək çatışmazlığının aşağıdakı əsas növləri vardır: 

 

Ürək çatışmazlığı yalnız sağ mədəciyə (sağ tərəfli ürək çatışmazlığı) və ya sol mədəciyə (sol tərəfli ürək çatışmazlığı) və ya hər ikisinə təsir edə bilər. 

 

Ürək çatışmazlığı nə dərəcə yayılmışdır?

Böyük Britaniyada hər il 68.000 yeni ürək çatışmazlığı diaqnozu qoyulur. ABŞ-da isə 2009-cu ildə ürək çatışmazlığından əziyyət çəkən xəstələrin sayı 5.1 mln olmuşdur. Bununla yanaşı, ABŞ-da hər 9 ölümdən birinə ürək çatışmazlığı səbəb olmuşdur. Ürək-damar xəstəlikləri, o cümlədən, ürək çatışmazlığı Azərbaycanda ən çox yayılmış qeyri-infeksion xəstəliklərdir. Xəstələrin yaşı artdıqca ürək çatışmazlığı hallarının sayı da artmış olur. Araşdırmalar göstərir ki, 75-84 yaş arası insanlarda hər 15 nəfərədən birində, yaşı 85-dən yuxarı olan insanlar arasında isə hər 7 nəfərdən birində ürək çatışmazlığı qeydə alınır. Gənclər arasında ürək çatışmazlığı çox nadir hallarda rast gəlir və daha çox anadangəlmə ürək qüsurları ilə bağlı olur. 

 

Ürək çatışmazlığına nə səbəb olur?

Ürək çatışmazlığı geniş bir məfhumdur və müxtəlif xəstəliklərin ağırlaşması kimi inkişaf edə bilər. Ürək çatışmazlığına səbəb olan hallar ürəyin nasos funksiyasının pozulması ilə bağlıdır. Ürək çatışmazlığı aşağıdakı hallarda inkişaf edə bilər: 

 

ÜİX (həmçinin ürəyin tac damar xəstəliyi adlanır) ürək çatışmazlığının ən çox yayılmış səbəbidir. Bu zaman ürək əzələsini qan və oksigenlə təchiz edən tac damarlarının daralması nəticəsində qan axını azalır. Belə halda ürək əzələsi normal fəaliyyət göstərə bilmir. ÜİX-nin digər simptomu stenokardiya (ürək ağrıları) da baş verə bilər. ÜİX Azərbaycanda geniş yayılmışdır və ürək çatışmazlığı həmin xəstəliyin geniş yayılmış ağırlaşmasıdır. 

Ürək çatışmazlığı miokard infarktından (ürək tutması) sonra inkişaf edə bilər. Ürək tutması ÜİX-nin ağırlaşmasıdır və ürək əzələsinin bir hissəsinin ölməsi ilə nəticələnir. Ürək tutmasından (miokardın infarktı) sonra zədələnmiş ürək toxumasını çapıq toxuması əvəz edir. Miokard infarktı (ürək tutması) səbəbindən zədələnmiş və çapıq toxuması ilə əvəzlənmiş ürək əzələsinin sahəsi nə qədər böyük olarsa, ürək fəaliyyəti də bir o qədər zəifləmiş olur.

 

Digər səbəblər

Aşağıda verilmiş digər hallar da ürək çatışmazlığına səbəb ola bilər. Məsələn: 

 

Bəzi hallarda ürək çatışmazlığının səbəbləri məlum olmur. 

 

Ürək çatışmazlığının simptomları hansılardır?

Yarana bilən simptomlar ürək çatışmazlığının növündən asılıdır. 

Ümumiyyətlə, sol tərəfli ürək çatışmazlığı sizdə təngnəfəslik (“nəfəsin çatışmazlığı”) əmələ gətirə bilər. Təngnəfəslik adətən siz özünüzü həddindən artıq yoranda (məsələn, yüksəkliyə qalxanda, pilləkənlə qalxanda, tez-tez yeriyəndə) və ya çarpayıda uzananda pisləşir. Nəfəs çatışmazlığı öskürəklə müşayiət oluna bilər. 

Sağ tərəfli ürək çatışmazlığının əsas simptomu isə topuqların və ayaqların şişkin olmasıdır. Bu ayaqlarınızda artıq mayenin toplanması ilə əlaqəlidir. Qaraciyəriniz də həmçinin artıq maye toplandığı üçün genişlənə bilər. 

Ürək çatışmazlığının (həm sol, həm də sağ tərəfli ürək çatışmazlığının) digər simptomlarına aşağıdakılar daxildir: 

 

Ürək çatışmazlığının əsas səbəbindən asılı olaraq, həmçinin digər simptomlarınız da ola bilər. Məsələn, stenokardiya (ürək ağrısı) olduqda döş nahiyəsində ağrılar, ürək ritminin pozulması hallarında isə sürətli ürək döyüntüsü və s. müəyyən edilir. 

 

Ağırlığına görə ürək çatışmazlığı 4 dərəcəyə bölünür: 

 

Ürək çatışmazlığının diaqnozu necə qoyulur?

Həkim sizi müayinə etdiyi zaman, sizdə ürək çatışmazlığı əlamətlərini aşkar edə bilər. Məsələn, ürəyin böyüməsi (adətən ürəyə qulaq asdıqda və ya rentgen filmini əldə etməklə təyin edilir), normadan daha tez vuran nəbz və ya artıq maye ilə yüklənmə əlamətləri (topuqların şişkinliyi, qaraciyərin genişlənməsi və ya döş qəfəsinin müayinəsi zamanı ağciyərlərdə xırıltılar). Lakin, yuxarıda göstərilmiş əlamətlər və simptomlar ürək çatışmazlığından başqa digər müxtəlif xəstəliklərlə də bağlı ola bilər. Bu səbəbdən, ürək çatışmazlığından şübhələndikdə, diaqnozun təsdiq edilməsi üçün adətən laborator analizlər və digər testlər təyin edilir. 

Həkiminiz sizdə ürək çatışmazlığı olduğundan şübhələndikdə, xəstəxanada ürək çatışmazlığı üzrə mütəxəssisə və ya kardioloqa müraciət etməyinizi məsləhət görməlidir. 
Adətən, edilən analizlərə elektrokardioqrafiya (EKQ, ürəyin elektrik fəaliyyətini yoxlayır) daxildir. Həmçinin exokardioqram da edilir (EXO və ya ürəyin ultrasəslə müayinəsi). Bu ağrısız müayinələr adətən ürək çatışmazlığının mövcudluğunu təsdiqləyir və bir çox hallarda ürək çatışmazlığının səbəblərini aşkar edə bilər. Bəzi hallarda natriuretik peptidlərin (məsələn, BNP) yoxlanması üçün qan analizi təyin oluna bilər. Ürək çatışmazlığı olan xəstələrdə natriuretik peptidlərin səviyyəsi yüksək olur. Simptomların digər səbəblərini istisna etmək məqsədilə, döş qəfəsinin rentgenoqrafiyası, sidiyin analizi və digər qan analizləri tövsiyə oluna bilər.    

Kömək etmək üçün nə edə bilərəm?

 

Ürək çatışmazlığının müalicəsi üçün hansı dərmanlardan istifadə olunur?

Adətən aşağıda qeyd olunmuş dərmanlar ürək çatışmazlığının müalicəsində istifadə olunur. Onlar, ürək çatışmazlığının səbəbi və onun ağırlıq dərəcəsindən asılı olaraq təyin edilir. Həkiminiz dərmanları və onların dozalarını seçərkən bir çox məqamları nəzərə alır.

 

Angiotenzin-çevirici fermentin (AÇF) inqibitorları. 

Ürək çatışmazlığından əziyyət çəkən əksər insanlara AÇF inqibitoru təyin edilir. Bu qrup preparatların bir neçə növü var. Bu dərmanlar angiotenzin fermentinə təsir etməklə bədəndə artıq mayenin toplanmasının qarşısını alır. AÇF inqibitorları ürəyə qoruyucu təsir göstərərək həmçinin ürək çatışmazlığının irəliləməsini ləngidə bilir. 

AÇF inqibitorlarına dair bəzi məlumatlar aşağıda qeyd edilmişdir (lakin tam məlumat əldə etmək üçün dərman qutusunda olan annotasiya vərəqinə və ya həkiminizə müraciət edin):

 

 

Angiotenzin-II reseptorlarının antaqonistləri adlanan dərman vasitələri AÇF inqibitorları ilə eyni şəkildə istifadə edilir. Əgər AÇF inqibitorundan istifadə sizdə hər hansı problemə və ya yan təsirlərə (məsələn, davamlı öskürək kimi) səbəb olursa, bu zaman AÇF inqibitorunun əvəzinə Angiotenzin-II reseptorlarının antaqonistlərinin birindən istifadə edilə bilər.

 

Beta-blokatorlar.

Bisoprolol və ya karvedilol kimi beta-blokator dərmanlar adətən AÇF inqibitoru ilə yanaşı yazılır. AÇF inqibitorları kimi, beta-blokatorlar da ürəyə qoruyucu təsir göstərir. Beta-blokator qrupuna aid dərman yazılarkən, ilkin olaraq, aşağı dozadan başlamaq və bir neçə həftədən sonra standart dozaya çatdırmaq tövsiyə edilir. Bəzən, beta-blokatorların qəbulundan sonra simptomlar ilkin olaraq pisləşsə də, sonradan yaxşılaşmağa başlayır. 

Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, AÇF inqibitorları və beta-blokatorlar ürək çatışmazlığının simptomlarını yaxşılaşdırmaqla yanaşı, ürək çatışmazlığından əziyyət çəkən xəstələrin ömrünü də uzada bilir. Buna görə də, həmin dərmanlarla müalicə nəticəsində simptomlarınız aradan qalxmış olsa da, onları qəbul etməyə davam etməniz vacibdir.

Diuretiklər (“sidik qovucular”).

Diuretiklər və ya sidik qovucular adətən bədənin artıq maye ilə yüklənməsini azaltmaq üçün istifadə olunur. Diuretiklər AÇF inqibitoru və beta-blokatoru ilə bərabər qəbul olunur. Diuretiklər böyrəklərə təsir göstərir və əlavə sidik ifrazına səbəb olur. Bunun nəticəsində orqanizmdə toplanmış artıq maye xaric edilir. Diuretiklərin müxtəlif növləri vardır. Diuretikin dozası bədəndə toplanmış mayenin həcmi və mayenin toplanması sürətindən asılıdır. Maye ilə yüklənmə artarsa, sidik qovucunun dozası sizin həkiminiz tərəfindən artırıla bilər.

Adətən diuretik dərmanlar səhərlər qəbul edilir. Bu zaman sidik ifrazı axşamlar deyil, gün ərzində olur (diuretik preparatların sidik ifrazının artmasına təsiri qəbuldan sonra təxminən altı saat davam edir). Buna baxmayaraq, onlar digər vaxtlarda da qəbul edilə bilər. Məsələn, siz səhər alış-veriş etməyi planlaşdırmısınızsa, bu zaman diuretiki evə gəldikdən sonra qəbul edin.

Mineralokortikoidlər/aldosteron reseptorlarının antaqonistləri

Spironolakton və eplerenon kimi dərman preparatları da maye ilə yüklənmənin (artıq mayenin toplanmasının) qarşısını alır. Bu dərmanlar orqanizmdə maye balansının tənzimlənməsinə təsir göstərən angiotenzin fermenti ilə qarşılıqlı əlaqəyə girir. Araşdırma göstərmişdir ki, bu dərmanlar sizin vəziyyətinizin yaxşılaşmasına müsbət təsir göstərir. Tədqiqatlar göstərir ki, bu dərmanların qəbulu sizin xəstəxanada yatmağa (hospitalizasiya) olan ehtiyacınızı azalda və ömrünüzü uzada bilər.

Angiotenzin sizin böyrəklərinizdə istehsal olunur. Əgər sizin böyrəyinizin funksiyası yaxşı deyilsə, bu dərman preparatlarının qəbulu sizdə çətinlik yarada bilər. Müntəzəm qan analizləri verməklə böyrəklərinizin necə fəaliyyət göstərməsinə nəzarət etmək vacibdir.

Spironolakton qəbul edən kişi xəstələrinin hər 10 nəfərindən birində süd vəzilərində ağrı və ya süd vəzisinin böyüməsi qeyd oluna bilər.

 

Digər dərman vasitələri.

Mütəmadi olaraq yeni dərman vasitələri icad olunur və sınaqdan keçirilir. Onlar geniş yayılmaya bilər. Ivabradin orta və ya ağır dərəcəli ürək çatışmazlığı olan insanlar tərəfindən qəbul edilə bilər. Tədqiqatlar göstərir ki, ivabradinlə müalicə almayan xəstələrlə müqayisədə ivabradin qəbul edən insanlarda ürək çatışmazlığının ağırlaşması riski, hospitalizasiya (xəstəxanaya yatızdırma) və ölüm riski azalmış olur. İvabradinin əsas təsiri ürək döyüntülərinin sayının azaldılmasıdır ki, bu da ürəyə qoruyucu təsir göstərir. 

Araşdırmalar zamanı həmçinin müəyyən edilmişdir ki, balıq yağından hazırlanmış qida əlavələrini (tərkibində 90% omeqa-3 poli-doymamış yağ turşusu olan balıq yağı) qəbul edən xəstələrdə ürək çatışmazlığının ağırlaşması və ölüm riski azalmış olur. Hesab olunur ki, balıq yağı ürək döyüntülərinin sayını tənzimləməyə kömək edir və ürəyin işini asanlaşdıra bilər.

Digər dərmanlar da bəzi hallarda istifadə oluna bilər. Məsələn, daha əvvəl infarkt keçirmiş insanlar üçün aspirin məsləhət görülə bilər. Varfarin kimi antikoaqulyantlar əvvəllər damarlarda trombları (laxtaları) olanlar üçün tövsiyə edilə bilər. Əgər əlavə dərman vasitələri lazım olarsa, bu zaman həkiminiz sizə ətraflı məlumat verə bilər.
Qeyd: Sizin üçün yazılmış həbləri qəbul etmək çox vacibdir. Hər hansı həbin qəbulunu dayandırdıqda, həkiminizlə məsləhətləşməniz tövsiyə edilir. 

 

Ürək çatışmazlığı üçün cihazlar

Ürəyin sol mədəciyinin funksiyası zəifləmiş ürək çatışmazlığı olan bəzi xəstələrdə müxtəlif cihazlar implantasiya (yerləşdirilə) edilə bilər. Bu növ cihazlara implantasiya edilən kardioverter-defibrillyatorlar (İCD-lər) və peysmeykerlər (kardiostimulyator) daxildir. 

Kardioverter-defibrilyatorlar (İCD) baş verən ürək ritminin pozuntularını müəyyən edə bilir. Əgər sizin ürək döyüntülərinizin sayı çox azdırsa, bu cihaz peysmeyker (kardiostimulyator) kimi işləyir və ürək döyüntülərinin sayını artıraraq ürəyə əlavə dəstək verir. Əgər ürəyiniz çox sürətli döyünürsə, İCD sizin ürək döyüntülərinizi bir qədər daha sürətli edə və ürəyinizi normal ritmə qaytara bilər. Həmçinin, normal ürək ritmini bərpa etmək üçün İCD ürəyinizə şok (defibrilyasiya) verə bilər.

Bu cihazlar müəyyən xəstələrdə istifadə edilir. Onların sizin müalicənizə verə biləcək əlavə faydası və ya uyğunluğu sizin həkiminiz tərəfindən müəyyən edilir. 

Kardiostimulyatorlar müxtəlif şəkildə işləyirlər. Bəzi hallarda ürəyiniz üçün zəruri siqnalları ötürən xüsusi ürək hüceyrələri zədələnmiş olur. Bu səbəbdən isə həmin hüceyrələr tərəfindən yaranan elektrik impulslar ürəyin müvafiq hissələrinə nizamsız ötürülür və ürəyin səmərəsiz və zəif döyünməsinə səbəb olur. Kardiostimulyatorlar həmin siqnalları tənzimləyə və ürəyin daha effektiv döyünməsinə yardım edir. Bu həmçinin ürəyin resinxronizasiya terapiyası da adlanır.

Sadalanmış yardımçı cihazlar müəyyən hallarda ürək çatışmazlığının müalicəsini əhəmiyyətli dərəcədə dəyişdirir və həm xəstəliyin simptomlarını, həm də həyat keyfiyyətini yaxşılaşdırır. Lakin, bu cihazlar yalnız ürək çatışmazlığı olan xəstələrin bəzisində istifadə edilə bilər. Əgər hər hansı bir cihaz sizin üçün münasibdirsə, həkiminiz həkiminiz bu barədə sizinlə daha ətraflı müzakirə aparacaq. 

 

Digər müalicələr.

Yuxarıda qeyd edildiyi kimi, ürək çatışmazlığı həm də müxtəlif xəstəliklərin (halların) ağırlaşması  nəticəsində inkişaf edir. Həmin xəstəliklərin (hallrın) müalicəsində əlavə tədbirlərin tətbiqi məsləhət görülə bilər. Məsələn:

 

Xəstəliklər bağlı proqnoz nəcədir?

Hər hansı bir xəstəliklə bağlı proqnoz vermək çox çətindir. Ümumiyyətlə, ürək çatışmazlığı nə qədər ağır olarsa, proqnoz da bir o qədər pis olur. Bir çox hallarda, ağırlaşma inkişaf etməzdən bir müddət əvvəl (bəzən aylar və ya illər) xəstənin simptomları stabil qalır. Bəzi hallarda isə xəstəlik ağırlaşa və simptomlar pisləşə bilir. 

 



Ədəbiyyat:

 

Xüsusi qeyd: Bu məqalə yalnız informasiya məqsədi daşıyır və hər hansı xəstəliyin və ya tibbi vəziyyətin diaqnostikası və müalicəsi üçün istifadə edilməməlidir. Xəstəliklərin diaqnostikası və müalicəsi həkimlə və ya digər tibb mütəxəssisi ilə məsləhətləşmə əsasında aparılmalıdır.