GİRİŞ.
Ailə həkimləri, ümumi praktika həkimləri, revmatoloqlar və təcili tibbi yardım həkimləri poliartikulyar ağrı və ya bir neçə oynağında ağrıdan şikayət edən xəstələrlə tez-tez rastlaşır. Poliartikulyar ağrının müxtəlif səbəbləri vardır ki, onların içində qısa müddətli keçib gedən xəstəliklərlə yanaşı həyata təhlükə törədən və əlilliyə səbəb olan xəstəliklər də var. Həmin simptomlarla müraciət edən xəstələrdən toplanan anamnez və aparılan fiziki müayinə diaqnostika üçün xüsusi əhəmiyyət kəsb edir. Həmçinin, diaqnostik tapıntıları təsdiq etmək və ya müəyyən xəstəlikləri istisna etmək üçün çox zaman laborator analizlər, diaqnostik görüntüləmə və nadir hallarda oynaqdaxili maye aspirasiyası (artrosentez) və toxuma biopsiyası da istifadə edilir. Ümumiyyətlə, poliartikulyar oynaq ağrısı ilə daxil olan bütün xəstələrdən detallı anamnez toplanmalı və tam fiziki müayinə aparılmalıdır. Belə ki, həmin simptomlar hər hansı sistem xəstəliyin (qırmızı qurş eşənəyi, revmatoid artrit və s.) ilk təzahürü də ola bilər.
Poliartikulyar ağrının bəzi səbəbləri aşağıda verilimişdir:
- Poliartrit
- Viruslu artrit
- Postinfeksion və ya reaktiv artrit
- Fibromialgiya
- Bir çox oynağı cəlb edən bursit və ya tendinit
- Yumşaq toxuma patologiyaları
- Hipotireoz
- Neyropatik ağrı
- Sümüklərin metabolik xəstəliyi
- Depressiya

- Bakteriyal
- Laym xəstəliyi (B.burgdorferi)
- Bakteriyal endokardit
- Viruslu artrit
- Digər infeksiyalar
- Revmatik qızdırma
- Reaktiv artrit
- Enterik infeksiya
- Ankilozlaşan spondilit
- Psoriatik artrit
- İltihablı bağırsaq xəstəliyi
- Podaqra
- Kalsium pirofosfat toplanması (psevdopodaqra)
- Sistemli lupus eritematoz (qırmızı qurd eşənəyi)
- Sistemli vaskulit
- Sistemli skleroz
- Polimiozit/Dermatomiozit
- Still xəstəliyi
- Bexçet xəstəliyi
- Qayıdan polixondrit
- Autoiltihablı xəstəliklər
- Sarkoidoz
- Palindronik revmatizm
- İrsi Mediterenian qızdırması
- Bədxassəli törəmə
- Hiperlipoproteinemiyalar
- İsti və ya şişkin oynaqlar bəzən infeksiyalarda müşahidə edilir (düzdür, bakteriyal infeksiya adətən kəskin monoartrit kimi müşahidə edilir).
- Konstitusional simptomlar (hərarət, çəki itkisi, halsızlıq) qeyri-spesifik olsalar da, onların mövcudluğu infeksiya və ya sepsisə şübhə yaradır.
- Fiziki müayinədən irəli gələrək ağrının gözləndiyindən daha çox olması kompartment sindromun olduğuna işarə edə bilər.
- Yandırıcı ağrı, keyləşmə hissi və ya paresteziya kimi simptomlar kəskin miyelopatiya, radikulopatiya və ya neyropatiyaya işarə edir.
- İltihablı artritin, demək olar ki, bütün formalarında xəstənin oynaqlarının immobilizasiyası simptomları daha da pisləşdirir ("səhərlər oynaqlarda yığışma hissi").
- Əksinə, qeyri-iltihablı artritin ən geniş yayılmış forması olan osteoartrit səbəbindən baş verən ağrı isə adətən hərəkətlilikdə və ağırlıq qaldırdıqda pisləşir, lakin istirahətdə azalır.
- Revmatoid artrit xəstəliyində oynaqlar simmetrik şəkildə prosesə cəlb edilmiş olur. Osteoartritdə isə adətən asimmetriya (xüsusilə də, böyük oynaqlarda) müşahidə edilir. Bursit, tendinit və ya dartılmalar kimi problemlər də əksər hallarda asimmetrik olur.


- Funksional fəaliyyət bacarığı. Xəstənin gündəlik həyatla bağlı fəaliyyətlərin yerinə yetirmə bacarığı öyrənilməlidir. Gündəlik həyatla bağlı fəaliyyətin pozulması depressiya, təşviş və müstəqillik hissinin itirilməsinə səbəb ola bilər.
- Oynaq travması. Əvvəllər alımış oynaq travmaları, sınıqlar və ya keçirilmiş cərrahi prosedurlara dair məlumat əldə edilməlidir. Bu məlumat ağrının səbəbini müəyyən etməyə yardım edə bilər.
- İnfeksiya riskini artıran faktorlar və ya yaxınlarda keçirilmiş infeksiyalar. Məs., hepatit virusuna yoluxma riski və ya keçirilmiş viruslu hepatit, parvovirus və ya Laym xəstəliyi bir çox hallarda artralgiyanın səbəbi ola bilər.
- Qəbul edilən dərmanların tam siyahısı. Xəstənin qəbul etdiyi dərmanların təhlili və nəzərdən keçirilməsi vacibdir, çünki bəzi hallarda dərmanlar da artralgiyalara, məs., dərman mənşəli lupusa (qırmızı qrud eşənəyi) səbəb ola bilər. Həmçinin, müəyyən dərmanların qəbulu müalicənin gedişatına təsir göstərə bilər, taktikanın dəyişdirilməsinə səbəb ola bilər.
- Psixoloji durum və sosial dayaq sistemi. Daha uzun müddət davam edən xroniki xəstəliklər xəstənin həyatına və onun ətrafında olan insanlara təsirə malikdir.
- Yumşaq toxuma ödemi (şişkinlik)
- Oynaq üzərində istilik
- Oynaqdaxili effuziya
- Hərəkətliliyin məhdudlaşması

- İnfeksion artrit
- Postinfeksion və ya reaktiv artrit (enteral infeksiyadan sonrakı vəziyyət, revmatik qızdırma)
- Sistem revmatik xəstəliklər, o cümlədən, Still xəstəliyi, vaskulit və ya Sistemli Lupus Eritematoz (qırmızı qurd eşənəyi)
- Kristal mənşəli artrit (podaqra və psevdopodaqra)
- Digər xəstəliklər, məs., xərçəng, sarkoidoz və dəri xəstəlikləri
- Dərialtı düyünlərin mövcudluğu həm revmatoid xəstəlik səbəbindən ola bilər, həm də kristal toplantıları (tofi) ola bilər
- Oynaqlarla yanaşı dəridə patoloji ocaqların olması psoriatik artrit, qırmızı qurd eşənəyi (lupus), virus infeksiyası və ya Still xəstəliyinə işarə edə bilər.
- Göz xəstəlikləri, o cümlədən, keratokonyuktivitis sicca, uveit, konyuktivit və episklerit, həmçinin revmatik xəstəliklərin əlamətləri ola bilər.
- Oynaq problemləri ilə yanaşı onurğa sütununda ağrı və ya yığışma hissi aksial spondiloartrit və ya digər seroneqativ spondiloaritlərin mümkünlüyünə işarə edir. Poliartikulyar oynaq ağrısı olan xəstələrin hamısında onurğada ağrılıq, deformasiya və hərəkətliyin məhdudluğunun olub olmaması müəyyən edilməlidir.


- Osteoartritlərdə bəsit rentgen filmləri həm diaqnozu təsdit etmiş olur, həm də xəstəliyin ağırlıq dərəcəsini müəyyən etməyə komək edir. Lakin, yadda saxlanmalıdır ki, osteoartritlərdə rentgen filmlər normal da ola bilər.
- Revmatoid artritdə radioqrafiyada oynaqlarda marginal eroziyaları müəyyən edilə bilər. MRT və USM-də isə eroziyaları daha erkən və daha yaxşı müəyyən edir.
- Xroniki podaqra xəstəliyi nəticəsində oynaqlarda eroziyalar baş verir. Lakin, podaqrada oynağı təşkil edən sümüklərin səthində yeni toplantılar da müşahidə edilir ki, bu da podaqrada baş verən eroziyalardan sonra bərpa prosesinin olduğunu göstərir. Revmatoid artritdə isə bu cr tapıntılar olmur. Podaqranın diaqnostikası üçün US müayinəsi daha faydalı ola bilər.

- xəstənin ilk dəfə müayinəsədək simptomların davam etmə müddəti
- Səhərlər oynaqlarda yığışma hissinin 1 saat və daha çox davam etməsi
- 3 və daha çox oynaqda artritin olması
- Metatarsofalanqeal (ayaq darağı-falanqa) oynaqlarının kompressiyasında ağrının olması
- Qanda Revmatoid faktorun olması
- Anti-CCP anticismlərin olması
- Əl və ayaq oynaqlarının ilkin radioqrafik görüntülərində eroziyaların müəyyən edilməsi
- Poliartikulyar ağrının müxtəlif səbəbləri vardır ki, onların içində qısa müddətli keçib gedən xəstəliklərlə yanaşı həyata təhlükə törədən və əlilliyə səbəb olan xəstəliklər də var. Həmin simptomlarla müraciət edən xəstələrdən toplanan anamnez və aparılan fiziki müayinə diaqnostika üçün xüsusi əhəmiyyət kəsb edir. Həmçinin, diaqnostik tapıntıları təsdiq etmək və ya müəyyən xəstəlikləri istisna etmək üçün çox zaman laborator analizlər, diaqnostik görüntüləmə və nadir hallarda oynaqdaxili maye aspirasiyası (artrosentez) və toxuma biopsiyası da istifadə edilir.
-
Artritlərin iki əsas kateqoriyaları - iltihablı və qeyri-iltihablı artritlər - oynaq ağrısının xarakteri və yayılmasına görə fərqləndirilə bilər:
- İltihablı artritin, demək olar ki, bütün formalarında xəstənin oynaqlarının immobilizasiyası simptomları daha da pisləşdirir ("səhərlər oynaqlarda yığışma hissi").
- Əksinə, qeyri-iltihablı artritin ən geniş yayılmış forması olan osteoartrit səbəbindən baş verən ağrı isə adətən hərəkətlilikdə və ağırlıq qaldırdıqda pisləşir, lakin istirahətdə azalır.
- Revmatoid artrit xəstəliyində oynaqlar simmetrik şəkildə prosesə cəlb edilmiş olur. Osteoartritdə isə adətən asimmetriya (xüsusilə də, böyük oynaqlarda) müşahidə edilir. Bursit, tendinit və ya dartılmalar kimi problemlər də əksər hallarda asimmetrik olur.
- Simptomların müddəti də differensial diaqnostikaya yardım etmiş olur. 6 həftədən az davam edən sinovit adətən viruslu artrit və ya sistemli revmatik xəstəliyin təzahürü ola bilər. Daha uzun müddət davam edən sinovit isə sistemli revmatik xəstəlik ehtimalını daha çox artırmış olur.
- Revmatoid artriti olan xəstələrdə anti-CCP çox tez-tez müəyyən edilir. Revmatoid artritin diaqnostikası baxımından anti-CCP daha spesifik testdir və onun təyin edilməsi eroziv xəstəliyə işarə edir.
- İltihablı artritə dəlalət edən əlamət və ya simptomlara görə revmatoid artritə şübhə yaranan bütün hallarda revmatoid faktorun təyin edilməsi nəzərdən keçirilir. Lakin, yadda saxlamaq lazımdır ki, bu testin diaqnostik əhəmiyyəti məhduddur. Belə ki, revmatoid artriti olan xəstələrin 30%-i seroneqativ qalır və revmatoid faktor mənfi olur. Bununla yanaşı, digər iltihablə və ya infeksion xəstəliklərdə (məs., SLE, infektiv endokardit, vaskulit, virus infeksiyası) də RF pozitiv ola bilər. Lakin, RF-un titrinin yüksək olması revmatoid artritin diaqnostikası baxımından daha böyük əhəmiyyəti vardır. RF-un titri yüksək olan xəstələrdə revmatoid artrit xəstəliyinin gedişatı daha ağır olur.
- Bakteriyal infeksiyalar və ya kristal mənşəli sinoviti olan xəstələrdə sinovial mayenin analizi diaqnozun təsdiq edilməsinə yardım etmiş olur. Sinovial mayenin analizi ilə artritin iltihablı və ya qeyri-iltihablı artritlərə aid olduğunu, hemartrozun olub olmadığını, habelə kristallar və infeksion orqanizmlərin olduğunu təyin etməyə imkan verir. Buna görə də, anamnez, fiziki müayinə və standart laborator testlərdən sonra diaqnoz qeyri-müəyyən olduqda, sinovial mayenin analizi tövsiyə edilir.