Ümumi baxış
Proteinuriya 24 saat ərzində sidiklə ifraz olunan zülalın miqdarından asılı olaraq təsnifat edilir.
- mikroproteinuriya – sidikdə ümumi zülal itkisi 150-499 mq/24 saata
- kliniki proteinuriya – sidikdə ümumi zülal itkisi 500-999 mq/24 saata
- ağır proteinuriya - sidikdə ümumi zülal itkisi 1,000-4,500 mq/24 saata
- nefrotik dərəcəli proteinuriya >4,500 mq/24 saata
Asimptomatik hamilə olmayan xəstələrdə sidikdə zülal olduqda diaqnostik müayinələr
- birdəfəlik sidikdə zülal/kreatinin nisbəti və ya 24 saat ərzində yığılmış sidikdə zülalın miqdarının təyini ilə proteinuriyanın dərəcəsinin müəyyənləşdirilməsi
- infeksiya, sidik yollarının zədələnmələri və ya patoloji prosesləri, birincili qlomerulopatiya və ya tubulointerstisial xəstəliklə bağlı sidik çöküntüsünün müayinəsi
- əgər sidik çöküntüsü neqativdirsə, xəstənin sonrakı müayinəsi sidikdə zülalın miqdarından asılı olaraq aparılıq
- xroniki böyrək xəstəliyi ilə əlaqədar risk faktorları olan xəstələrdə qlomerulyar filtrasiya sürəti qiymətləndirilməlidir
- əlavə olaraq qanın biokimyəvi analizi, görüntüləmə və ya sidiyin əlavə yoxlanması aparıla bilər.
Səbəblər
Proteinuriya xoşxassəli ola bilər (xüsusilə də, uşaqlar və ya gənc xəstələrdə) və ya böyrək, sidik yolları və ya sistemli xəstəliyin əlaməti ola bilər.
Proteinuriyanın miqdarına əsaslanaraq əsas törədici səbəbi müəyyən etmək olar.
- 0.15-2 q/günə adətən mülayim qlomerulopatiyalar, tubulyar proteinuriya, artıq daşma səbəbindən proteinuriya.
- 2-4 q/günə adətən qlomerulyar olur
- > 4 q/günə həmişə qlomerulyar olur
Böyüklərdə proteinuriya ürək-damar xəstəliklərini və mortaliteni artırmış olur.
Müalicə
- Müalicə əsasən proteinuriyanı törədən xəstəliyin müalicəsi və ya səbəbin aradan qaldırılmasına yönəlir.
- AÇF İnhibitorları və Anqiotenzin reseptorların blokatorları geniş tətbiq edilir.
- Qeyri-diabetik böyrək xəstəliyi və >0.5-1.5 q/günə həcmində proteinuriyası olan xəstələrdə AÇFİ-ların istifadəsi xroniki böyrək çatışmazlığının qarşısının alınmasına yardım edir.
- Xroniki proteinuriyası olan xəstələrdə AÇFİ-ları ilə ARB-ların birgə istifadəsi isə bəzi araşdırmalarda həmin dərmanlarla aparılan monoterapiyadan üstün nəticələr vermişdir.
- Proteinuriyanı yaxşılaşdıran digər dərmanlara aşağıdakılar daxildir:
- AÇFİ-larını qəbul edən xəstələrdə əlavə olaraq spironolakton (veroşpiron) və ya hidroxlortiazid preparatlarının əlavə edilməsi proteinuriyanı azaldır
- Baza səviyyədə 30-300 mq/günə miqdarda proteinuriyası olan xəstələrdə statin preparatlarının istifadəsi albuminuriyanı azaldır.
- Həmçinin baza səviyyədə ≥ 300 mq/günə miqdarda proteinuriyası olan xəstələrdə isə statin preparatlarının istifadəsi albuminuriya və proteinuriyanı azaldır.
Davamlı müayinə
Proteinuriyanın növündən asılı olaraq xəstənin tibbi təqibi də fərqlənir. Ümumiyyətlə isə əksər xəstələrdə qan təzyiqi, müntəzən sidik analizi və böyrəyin funksional testləri əldə edilməlidir.
Növləri:
- Təcrid olunmuş proteinuriya – böyrək funksiyaları normal olur, sistemli xəstəlik əlamətləri olmur, sidiyin çöküntüsünün analizi və arteriyal qan təzyiqi norma daxilində olur.
- Tranzitor (keçib-gedən) proteinuriya – müvəqqəti olur və törədici (səbəbkar) faktor aradan qaldırıldıqda, proteinuriya da keçib gedir.
- Ortostatik proteinuriya – səhərlər proteinin sidikdə ifrazı norma daxilində olur, lakin 4-6 saat ayaq üstə durduqda və ya gəzdikdən sonra proteinin qeyri-normal miqdarda ifrazı başlayır (daha çox uşaq və gənclərdə müşahidə edilir).
- Qlomerulyar proteinuriya –qlomerulyar kapilyarlarda proteinin keçiriciliyi artmış olur (birincili və ya ikincili qlomerulopatiya).
- Tubulyar proteinuriya – qlomerulyar filtratda olan proteinlərin tubulyar reabsorbsiyasının azalması (tubulyar və ya interstisial xəstəlik).
- Daşıb axma səbəbindən proteinuriya – aşağı molekul çəkili proteinlərin istehsalının artması səviyyəsi böyrəklər tərəfindən onları reabsorbsiya etmə bacarığından yüksək olur (məs., monoclonal qammopatiya və ya keykemiya).
- Davamlı proteinuriya – 1 ay ərzində iki müxtəlif vaxtlarda verilmiş sidiyin analizində müsbət zülal müəyyən edildikdə, həmin xəstənin ardıcıl müayinəsi aparılmalıdır.
Diferensial diaqnostika
Xoşxassəli proteinuriya
Tranzitor proteinuriya, yəni sidiyin analizində müsbət zülalın qeyd olunması aşağıdakı səbəblərdən irəli gəlir:
- əhəmiyyətli dərəcədə fiziki fəaliyyət və ya hərəkətlilik
- dehidratasiya
- həddən artıq maye qəbulu
- emosional stress
- yüksək hərarət
- istilik nəticəsində zədə
- kəskin xəstəlik
- ortostatik proteinuriya – gənc xəstələrin 3-5%-də müşahidə olunur
Patoloji proteinuriya:
Müşahidə edilən proteinuriyanın miqdarı əsas səbəbin müəyyən edilməsində yardımçı ola bilər.
- 0.15-2 q/günə adətən mülayim qlomerulopatiyalar, tubulyar proteinuriya, artıq daşma səbəbindən proteinuriya.
- 2-4 q/günə adətən qlomerulyar olur
- > 4 q/günə həmişə qlomerulyar olur
- Birincili qlomerulopatiya
- Minimal dəyişiklik xəstəliyi
- Idiopatik membranoz qlomerulonefrit
- Fokal seqmentar qlomerulonefrit
- Membranoproliferativ qlomerulonefrit
- Immunqlobulin A (İgA) nefropatiyası
- Ikincili qlomerulonefropatiya
- Şəkərli diabet
- Kollagen damar xəstəlikləri (məs., lupus nefrit)
- amiloidoz
- preeklampsiya
- infeksiya (məs., HIVç hepatit B və hepatit C, poststreptokokk xəstəliyi, sifilis, malariya, endokardit)
- mədə-bağırsaq və ağ ciyər kanseri
- limfoma
- xroniki böyrək transplantantın rədd edilməsi
- dərman/metalla bağlı qlomerulonefropatiya
- QSİƏD
- Heroin
- Qızıl və qızıldan olan prepartlar
- Penisillamin
- Litium
- Ağır metallar
- Tubulyar xəstəlik
- lithium
- ağır metallar
- tübülyar (böyrək kanalcıqları) xəstəlik
- hipertenziv nefroskleroz
- aşağıdakı səbəblərdən tubulointerstisial xəstəlik
- sidik turşusu nefropatiyası
- kəskin uric acid nephropathy
- kəskin hiperhəssaslıq interstisial nefrit
- Fankoni sindromu
- Ağır metallar
- Orağa-bənzər hüceyrəli anemiya
- böyrəklərin polikistoz xəstəliyi
- dərmanlar, məs., QSİƏD və ya antibiotiklər
- daşıb axan proteinuriya
- hemoqlobinuriya
- mioqlobinuriya
- multipl (çoxsaylı) miyeloma
- amiloidoz
- nadir hallarda proteinuriya iris keçən xəstəliklər səbəbindən yaranır, məsələn:
- Fin tipinə uyğun anadangəlmə nefrotik sindrom
- Kortikosteroidlərə rezistent nerotik sindrom
- Piyerson sindromu
- Mismar-patella sindromu
- Denis-Draş sindromu
- Fraziyer sindromu
- fokal seqmentar qlomeruloskleroz (FSQS1, FSQS2)
ANAMNEZ
Əsas şikayətlər
Əksər hallarda asimptomatik olur. Lakin, aşağıdakı simptomlar bəzi xəstələrdə müşahidə edilə bilər:
- səhərlər periorbital şişkinlik
- axşamlar aşağı ətrafların ödemi (şişkinliyi)
- ağır hallarda isə qarının şişməsi
- sidiyin köpüklənməsi (az hallarda)
- sidiyin rəngində, həcmində və/və ya qoxunda dəyişiklik
Dərman qəbulu tarixçəsi:
Qlomerulyar xəstəliklə əlaqəli olan dərmanların qəbulu:
- QSİƏD
- Interferon
- Penisillamin
- Dərini ağardıcı kremlər (bəziləri civə tərkibli olur)
- Pamidronat
- Siklosporin
- Takrolimus (sistemli və ya topic)
- Mitomisin C
- Oral kontraseptivlər
Keçmiş xəstəliklər tarixçəsi:
- Böyrəklərin polikistoz xəstəliyinin olub olmadığını araşdırmaq
- Qlomerulyar xəstəliklə əlaqələndirilən aşağıdakı sistemli xəstəliklərin olub olmadığını müəyyən etmək
- Diabet
- Hipertenziya
- Sistemli lupus eritematoz (qırmızı qurd eşənəyi)
- leykositoklastik vaskulit
- HİV, HBV, HCV infeksiyaları
- Digər autoimmune və xərçəng xəstəliyinin olub olmadığını müəyyən etmək gərəkdir
- Kəskin qlomerulonefritlə əlaqələndirilən infeksiyalar barədə məlumat əldə etmək gərəkdir
- Kəskin streptokokk infeksiyası
- Infeksion endokardit
- Virus infeksiyaları
- Mikroalbuminuriyanın olub olmadığını müəyyən etmək – mikroalbuminuriya özü proteinuriyanın yaranması baxımından risk factor hesab edilir.
- Xəstədə şişkinliyin və ya ödemin olub olmadığını öyrənmək gərəkdir
Ailə tarixçəsi:
İrsi nefropatiyalar, məs., Alport sindromu, iris fokal seqmentar qlomeruloskleroz, immunqlobulin A xəstəliyi.
Böyrəklərin polikistoz xəstəliyinin ailədə rast gəlib gəlmədiyini müəyyən etmək.
Sosial vəziyyət:
Heroindən istifadə qlomerulyar xəstəlik riskini artırmış olur
Fiziki müayinə
Ümumi baxış
Aşağıdakılara diqqət yetirmək
- Yuxarı arteriyal qan təzyiqi
- Nefritik sindrom və ya xroniki qlomerulyar nefrit arteriyal qan təzyiqini artırmış olur
- Xroniki hipertenziya böyrəyin zədələnməsi və proteinuriyaya səbəb ola bilər
- Ümumi anasarka
Baş, boğaz, qulaq və burun:
- Periorbital ödem
Ətraflar:
- Ödem və ya şişkinlik
Diaqnostik testlər
Diaqnostika
Sidikdə protein miqdarı aşağıdakılar vasitəsilə ölçülə bilər
- Sidikdə xüsusi reaqent lakmus kağızları vasitəsilə (qeyri-albumin olan proteinlərini dəqiq təyin edə bilmir)
- Sidikdə protein/kreatinin nisbəti və ya albumin/kreatinin nisbəti
- 24 saat ərzində sidikdə protein miqdarının təyini
Diabetlə bağlı olmayan proteinuriyanın laborator təyini
- albumin/kreatinin nisbəti ≥30 mq/q (3.4 mq/mmol)
- protein/kreatinin nisbəti >200 mq/q (23 mq/mmol)
- ümumi protein itkisi >150-300 mq/24 saata
- protein/kreatinin nisbəti ≥880 mq/q (100 mq/mmol)
- albumin/kreatinin nisbəti (üstünlük verilir) ≥260 mq/q (30 mq/mmol) və ya protein/kreatinin nisbəti ≥440 mq/q (50 mq/mmol) və ya sidikdə protein ifrazı ≥0.5 q/24 saata
Sidikdə proteinin miqdarına görə təsnifatı
- mikroproteinuriya – sidikdə ümumi zülal itkisi 150-499 mq/24 saata
- kliniki proteinuriya – sidikdə ümumi zülal itkisi 500-999 mq/24 saata
- ağır proteinuriya - sidikdə ümumi zülal itkisi 1,000-4,500 mq/24 saata
- nefrotik dərəcəli proteinuriya >4,500 mq/24 saata
Diaqnostik testlərə yanaşma:
- sidikdə zülal müsbət çıxan asimptomatik, hamilə olmayan böyüklərdə
- sidiyin çöküntüsünü infeksiya, sidik yollarının patoloji prosesləri, birincili qlomerulopatiya və ya tubulointerstisial xəstəlik baxımından müayinə etmək gərəkdir
- əgər sidiyin çöküntüsü neqativdirsə, sidikdə tapılmış zülalın miqdarını müəyyən etmək lazımdır:
- əgər sidikdə zülal izi və ya 2+ zülal tapılıbsa, növbəti ay ərzində sidiyin analizini təkrar olaraq 2-3 dəfə vermək lazımdır.
- əgər təkrar edilmiş sidiyin analizi neqativdirsə, diaqnoz çox guman ki, tranzitor və xoşxassəli proteinuriyadır.
- əgər proteinuriya davamlıdırsa, yəni 1 ay ərzində təkrar aparılmış sidik analizində proteinuriya qalmaqdadırsa, bu zaman proteinuriyanın miqdarı sidikdə protein/kreatinin nisbəti ilə və ya 24 saat ərzində toplanmış sidikdə protein miqdarını təyin etməklə müəyyən edilir.
- sidikdə proteinin dəqiq miqdarını müəyyən etmək üçün sidikdə protein/kreatinin nisbəti hesablanırvə ya 24 saatlıq sidik toplanmalıdır.
- Kokroft-Qault bərabərliyi ilə qlomerulyar filtrasiya sürətini təxmin etmək lazımdır.
- sidikdə proteinin miqdarı təyin edilmiş xəstələrin davamlı müayinəsi proteinin miqdarı və QFS-dən asılı olaraq aparılır.
- sidikdə protein ifrazı < 2 q/gündə və QFS-nin azalması və ya
- proteinin ifrazı > 2 q/gündə
- xroniki böyrək xəstəliyi baxımından risk faktorları qiymətləndirmək lazımdır
- proteinuriyaya səbəb ola biləcək xəstəliklərə dair müayinələrin aparılması nəzərdən keçirilməlidir.
- Nefroloqun konsultasiyası tövsiyə edilməlidir.
- sidikdə protein ifrazı < 2 q/gündə və normal QFS olduqda
- əgər xəstə < 30 yaşdan cavandırsa, bu zaman ortostatik proteinuriya nəzərdən keçirilə bilər
- əgər xəstə > 30 yaşdan yuxarıdırsa, təcrid olunmuş proteinuriya nəzərdən keçirilməli və xəstə 6 ay ərzində təkrar sidik analizi aparılmaqla, QFS-ni təyin etməklə və AQT-ni ölçməklə təqib edilməlidir
- xroniki böyrək xəstəliyi ilə əlaqədar risk faktorları olan xəstələrdə
- albumin/kreatinin nisbəti (AKN) və ya protein/kreatinin nisbəti (PKN) ölçülməlidir
- diabeti olan xəstələrdə AKN (albumin/kreatinin nisbəti) üstünlük verilir
- əgər AKN > 30 mq/mmol və ya PKN > 50 mq/mmol-dan çoxdursa, bu nisbəti bir daha səhər tezdən əldə edilmiş sidiyin analizini aparmaqla və hematuriyanı istisna etməklə bir daha təsdiq etmək gərəkdir.
- diabeti olan xəstələrdə AKN (albumin/kreatinin nisbəti) üstünlük verilir
- albumin/kreatinin nisbəti (AKN) və ya protein/kreatinin nisbəti (PKN) ölçülməlidir
- sidikdə protein pozitiv çıxmış asimptomatik uşaqlarda
- əgər sidiyin analizi protein izinə pozitivdirsə,
- səhər əldə edilən ilk sidikdə proteinin olub olmadığı təkrar müəyyən edilməlidir
- əgər təkrar alınmış sidikdə protein izi qalmaqdadırsa və ya protein neqativdirsə, həmin uşaqda 1 ildən sonra təkrar olaraq ilk səhər sidiyinin analizi aparılmalıdır.
- əgər sidiyin analizi ≥ 1+protein göstərirsə,
- səhər sidiyində protein/kreatinin nisbəti təyin edilməli və sidik mikroskopik analizi aparılmalıdır.
- əgər sidikdə protein/kreatinin nisbi > 2 mq/mq (və ya 6-24 aylıq uşaqlarda > 0.5 mq/mq) və ya sidiyin ümumi analizi normadan kənardırsa, bu zaman əsas səbəbi müəyyən etmək üçün əlavə testlərin aparılması nəzərdən keçirilməlidir
- əgər sidiyin analizi protein izinə pozitivdirsə,
- hamilə xəstələrdə
- arteriyal qan təzyiqi davamlı olaraq yuxarı olan hamilə xanımlarda sidikdə zülalın təyin edilməsi tövsiyə edilir.
Sidikdə zülalın təyini:
Sidikdə reagent zolaqlarla zülalın təyin edilməsi zamanı “əhəmiyyətli dərəcədə yüksək zülal” nəticəsi yalan pozitiv nəticə də ola bilər. Bu cür yalan pozitiv nəticə aşağıdakı hallarda alına bilər:
- qələviləşmiş sidik (məs., sidik yolları infeksiyası və ya sidiyin pH-nı dəyişdirən ammoniaklə maddələr)
- penisillin, sulfonamidlər, bilirubin və ya sidiyin rəngini dəyişdirən digər maddələr
- dehidratasiya
- fiziki hərəkətlər - idman
- sidiyin yüksək xüsusi sıxlığı
- vaqinal ifrazat, irin və ya sperma ilə sidiyin kontaminasiyası (qırışması)
Sidikdə protein olduqda, lakin sidiyin analizini reagent zolaqlarla apardıqda nəticənin yalan neqativ olması aşağıdakı hallarda mümkündür:
- həddən artıq hidratasiya
- albumindən başqa digər proteinlərin sidikdə olması (məs., Bens-Cons proteinləri, yüngül zəncir proteinləri, ağır zəncir proteinləri)
- diaqnostik testin səhv aparılması
- nəzərə almaq lazımdır ki, hamilə qadınlarda reagent zolaqlarla zəif proteinuriyanın istisna edilməsi və ya əksini təsdiqi mümkün deyil.
Sidiyin mikroskopiyası:
Mikroskopiya yalan pozitiv nəticələri istisna etmək və böyrək patologiyasının təbiətini müəyyən etməyə yardım etmiş olur.
Sidiyin mikroskopiyası və əlaqədar səbəblər:
- leykositlər + bakteriyalar: sidik yolları infeksiyası
- leykositlər bakteriyasız: böyrəyin interstisial xəstəliyində müşahidə edilir
- eritrositlər
- normal görünən olduqda aşağı sidik yolları patologiyasından xəbər verir
- dizmorfik, dəyişmiş olduqda isə yuxarı sidik yolları patologiyasında müşahidə edilir
- eozinofillər dərman qəbulu nəticəsində yaranmış interstisial nefritdə müşahidə edilir.
- silindrlər
- eritrosit silindrləri: qlomerulyar xəstəliyə şübhə yaradır
- leykositl silindrləri isə aşağıdakı hallarda görünə bilər
- sidik yolları infeksiyası
- böyrəyin interstisial xəstəliyi
- yağlı, sərbəst piy və ya oval piyli cismlər nefrotik dərəcəli proteinuriya ilə əlaqəlidir (24 saat ərzində >3.5 q-dan çox)
- mum, qranulyar və ya hüceyrəli silindrlər inkişaf etmiş xroniki böyrək xəstəliyindən xəbər verə bilər
- hiyalin silindrlər əsasən dehidratasiya və diuretiklərlə aparılmış terapiya zamanı müəyyən edilir və adətən böyrək xəstəliyilə əlaqəsi olmur.
Əsas səbəbkar xəstəliyin müəyyən edilməsi üçün aşağıdakı testlərin aparılması tövsiyə edilir:
- görüntüləmə testləri
- sistemli xəstəliyin müəyyən edilməsi üçün döş qəfəsinin rentgeni (məs., sarkoidoz)
- böyrəklərin struktur xəstəliyini müayinə etmək üçün böyrəklərin USM
- sidiyin analizi
- sidiyin çöküntüsünü müayinə etmək üçün sidiyin mikroskopiyası (həm də böyrək xəstəliyinin digər əlamətlərini, məs., hematuriya və ya infeksiya, müəyyən etmək üçün istifadə edilir)
- sidik proteinlərinin elektroforezi - multiple (çoxsaylı) miyelomaya şübhə olduqda.
- qanın analizi
- qanın biokimyəvi analizi
- qanda kreatinin və onun təmizlənməsi (kreatinin klirensi)
- nefrotik sindroma şübhə olduqda lipid profili (yuxarı olduqda)
- şəkərli diabet olduqda ac qarına qanda şəkərin təyini
- tubulointerstisial xəstəlik düşündükdə sidik turşusu (yüksək)
- qlomerulonefrit düşündükdə komplement C3 və C4 (aşağı)
- EÇS - əgər iltihablı və ya infeksion səbəblər düşünülürsə
- Hb və Hct (xroniki böyrək çatışmazlığında hematopoez pozulduğu üçün aşağı olur)
- seroloji testlər
- antistreptolizin O titri (yüksək) - post-streptokokk qlomerulonefriti düşünüldükdə
- ANA - lupus eritematoz və ya qırmızı qurd eşənəyi düşünüldükdə (SLE)
- HİV, sifilis, hepatit B və C titləri (qlomerulyar proteinuriya ilə əlaqəli ola bilər)
- qan zərdabının protein elektroforezi - çoxsaylı miyeloma düşünüldükdə
Müalicə və xəstənin təqibi
Xəstələrə məsləhət vermək lazımdır ki, simptomsuz, əlamətlərsiz və ya bilinən əlaqəli xəstəliklərsiz müşahidə edilən proteinuriya insanın səhətinə ciddi problem yaratmır.
Bütün hallarda müalicə əsas səbəbin aradan qaldırılmasına yönəlməlidir.
Dərmanlar:
AÇFİ-ları və ARB-ları:
AÇFİ-ları qeyri-diabetik böyrək xəstəliyi və proteinuriyası olan xəstələrdə ağır böyrək çatışmazlığı riskini azaltmış olur.
Monoterapiya ilə müqayisədə ARB-larının AÇFİ-ları ilə kombinasiyası proteinuriyanı daha çox azaltmış olur, lakin bunu təsdiq etmək üçün tədqiqatların aparılmasına ehtiyac duyulur.
Diuretiklərin əlavə edilməsi:
- lozartan + hidroxlorotiazid və aşağı sodiumlu pəhriz proteinnuriyanın səviyyəsini daha da azaltmış olur
- spironolaktonun AÇFİ və ARB kombinasiyasına əlavə edilməsi də proteinuriyanın azalmasına yardım etmiş olur.
Digər preparatlar:
Bir sıra araşdırmalarda statin preparatları albuminuriya və proteinuriyanın səviyyəsini azaltması qeyd edilib.
Xəstənin təqibi və konsultasiya:
Nefroloqun konsultasiyasına göstərişlər:
- ağır proteinuriya (albumin/kreatinin nisbəti ≥ 70 mq/mmoL, protein/kreatinin nisbəti ≥ 100 mq/mmoL, sidikdə protein ifrazı ≥ 1q/24 saatda) səhər verilmiş sidik nümunəsində təsdiq edildikdə. Lakin, əgər proteinuriyanın diabetlə əlaqəsi olduqda, nefroloqun müayinəsinə ehtiyac duyulmaya da bilər.
- proteinuriya (albumin/kreatinin nisbəti ≥ 30 mq/mmoL, və ya protein/kreatinin nisbəti ≥ 50 mq/mmoL, və ya sidikdə protein ifrazı ≥ 0.5 q/24 saatda) hematuriya ilə yanaşı səhər əldə edilmiş sidik nümunəsində təsdiq edildikdə.
- sürətlə inkişaf edən böyrək disfunksiyası
- diaqnostik müayinələrə baxmayaraq proteinuriyanın səbəbinin tapılmaması
- 24 saatlıq sidikdə 2 q zülal
Xəstənin təqibi:
Proteinuriyanın növündən asılı olaraq aşağıdakılar tövsiyə edilə bilər:
- tranzitor proteinuriya - xəstəyə narahat olmamağı söyləmək, təkrar müayinəyə ehtiyac yoxdur.
- ortostatik proteinuriya - xəstəyə narahat olmamağı söyləmək, xəstənin arteriyal təzyiqi və sidiyin analizini hər 1-2 ildən bir müayinə etmək gərəkdir
- təcrid olunmuş proteinuriya
- hər 6 aydan bir qan təzyiqi və sidiyin analizi
- hər 6 aydan bir böyrək funksiyasını müəyyən edən laborator testlər
- simptomatik proteinuriya - xəstənin təqibi qeyri-normal çıxmış analizdən asılı olaraq aparılı və aşağıdakı kimi ola bilər
- əsas xəstəliyin müalicəsi
- kreatinin klirensi yaxşılaşanadək və ya stabilləşənədək xəstənin aylıq müayinəsi
- hər ay arteriyal təzyiq, sidiyin ümumi analizi və böyrək funksiyası testlərinin yoxlanması
- nefroloqun konsultasiyası - əgər nəticələr böyrək xəstəliyinə dəlalət edirsə (məs., sidiyin mikroskopiyasında pozitiv tapıntılar və ya sidikdə gündə 2 qm-dan çox proteinin ifraz edilməsi və onunla yanaşı kreatinin klirensinin azalması)
Proqnoz
Xəstəliyin proqnozu proteinuriyanı törədən xəstəlik və ya patologiyadan, habelə sidikdə ifraz olunan proteinin miqdarından asılıdır.
Araşdırmaların bir sırası göstərmişdir ki, proteinuriya uzun müddətli dövrdə (10 il) ürək-damar xəstəliklərindən ölüm hallarını (mortaliteni) artırmış olur.
Sidikdə albumin/kreatinin nisbətinin artması hipertoniya xəstəliyi olan şəxslərdə ürək-damar xəstəlikləri riskini, morbidliyi və mortaliteni artırmış olur.
Sidikdə albumin/kreatinin nisbəti əsasında albuminuriyanın müəyyən edilməsi aşağıdakılarla əlaqəlidir:
- diabeti olmayan xəstələrdə albuminuriyanın miqdarının hər 10-dəfə artması əhəmiyyətli dərəcədə aşağıdakı halların yüksəlməsinə gətirir:
- ürək-damar xəstəliklərindən mortalite (ölüm halları)
- bütün səbəblərdən ölüm halları
- insult
- miokardın infarktı
- diabeti olan xəstələrdə də eyni nəticələr əldə edilmişdir. Lakin diabetli xəstələrdə miokardın infarktı halları daha yüksək olmuşdur.