Probiotiklər və onların effektivliyi

Contents[Hide]

TƏRİFLƏR.

 

PATOFİZİOLOGİYA.

 

DİAQNOSTİKA.
  • Tək və ya çox mikroorqanizmli probiotik və ya bakterial probiotik və ya göbələk probiotikinin istifadəsi ümumiyyətlə probiotiklərə olan göstərişdən və həmçinin probiotikin profilaktika və ya müalicə məqsədilə istifadəsindən asılıdır.
  • Aşağıda verilmiş probiotiklər müvafiq hallarda effektiv olmuşdur: 
    • Lactobacilli - infeksion diarreya, antibiotik mənşəli diarreya, atopik dermatit, urogenital infeksiyalar.
    • Saccharomyces - C.difficile səbəbli diarreya.
    • Lactobacilli, bidifobacteria və streptokokkların kombinasiyalı terapiyası: qıcıqlanmış bağırsaq sindromu, pouçit (bağırsaq ilməsindən çıxarılmış rektumun rezervuar funksiyasını yerinə yetirmək üçün yaradılmış bağırsaq cibinin iltihabı).

 

ÜMUMİ TƏDBİRLƏR.
  • Oral probiotiklərin dozaları koloniya formalaşdıran vahidlər kimi təsvir edilir.
  • Hazırda uşaqlarda istifadə üçün probiotiklərin dozaları məlum deyil.
  • Böyüklərdə isə oral probiotiklər 1-10 milyard KFV (koloniya formalaşdıran vahid) dozada gündə iki dəfə və ya həftədə 1-2 dəfə istifadə edilə bilər.
  • Uşaqlarda isə adətən böyüklərə verilən dozanın yarısı, körpələrdə isə dozanın 1/4 hissəsi istifadə edilə bilər.
  • Probiotiklərin istifadəsi ilə bağlı böyüklərdə və uşaqlarda toksiklik müəyyən edilməyibdir.

 

XƏSTƏLƏRİN MONİTORİNQİ.
  • Probiotiklərin tərkibi canlı mikroorqanizmlər olduğundan onlar bəzi hallarda, xüsusilə də, selikli gişa epitelisi zədələnmiş xəstələrdə, invaziv infeksiyalara səbəb ola bilər.
  • Bakterial probiotiklərin istifadəsi ilə bağlı bakteremiya halları çox nadirdir. Lakin, buna baxmayaraq, damardaxili mərkəzi venoz kateterləri olan, uzunmüddətə hospitalizasiya olunmuş və ya bağırsağın selikli gişasının tamlığı pozulmuş uşaqlarda probiotiklərin istifadəsi düşünülmüş tərzdə aparılmalıdır.
  • Aparılmış tədqiqatlardan məlumdur ki, yenidoğulmuşlarda atopik dermatitin profilaktikası məqsədilə probiotik qəbul edən hamilə qadınlarda və ya diarreyanın profilaktikası üçün probiotik qəbul edən HİV xəstələrdə, heç bir yan fəsadlar və ya ağırlaşmalar müəyyən edilməmişdir.

 

DAVAMLI MÜAYİNƏ.
  • Probiotiklərin istifadəsinə dair araşdırmalara davam etdirilir. Hansısa konkret probiotiklərin istifadəsi müvafiq pozuntular və ya xəstəliklərdə faydalı ola bilər. Lakin, bu o demək deyil ki, probiotiklər bütün hallarda faydalıdır.
  • Bir çox kliniki randomizə olunmuş plasebo ilə kontrol olunmuş tədqiqatlarda probiotiklərin effektivliyi aşağıdakı hallarda təsdiq edilmişdir:  
    • Pediatrik xəstələrdə infeksion diarreyanın müddətini qısaldır. Rotavirus infeksiyası səbəbindən də baş verən diarreya zamanı probiotiklər ishalın müddətini qısaldır.
  • PO və İV antibiotik alan uşaqlarda antibiotik səbəbindən yaranan ishalı azaldır:
  • Uşaq və böyüklərdə qıcaqlanmış bağırsaq sindromunun müalicəsi və profilaktikasında geniş istifadə edilir.
  • Rezervuar funksiyasını təmin etmək üçün distal nazik bağırsaqdan yaradılmış cibin iltihabın (pouçit) müalicəsində probiotiklər faydalıdır.
  • Atopik dermatit (ekzema) olan xəstələrin müalicəsində də probiotiklərin faydası vardır.
  • Hazırda probiotiklər aşağıdakı xəstəlikləri olanlarda da istifadə edilir. Lakin, həmin xəstəliklərdə onların effektivliyi dəqiq məlum deyil və araşdırma obyektidir:
    • Nekrozlu enterkolitin profilaktikasında
    • Xoralı koliti olan xəstələrdə remissiyanın davamlığının təmin edilməsində
    • Atopik dermatit (ekzema), rinit və astmanın müalicəsində
    • H.pilori bakteriyasına qarşı aparılan antibiotik terapiyaya tolerantlığın artırılmasında
    • Sidik-cinsiyyət sistemi infeksiyaları, o cümlədən, sidik yolları infeksiyaları və kandidiazın profilaktikasında
    • Diş kariyesinin profilaktikasında

 

1. TEZ-TEZ SORUŞULAN SUALLAR.