ƏMƏLİYYAT ÖNCƏSİ MÜAYİNƏ:
- Xəstədə qan təzyiqinin hansı səviyyədə kontrol edildiyini müəyyən edin.
- Hipertensiz krizi olan xəstələrdə planlı cərrahi müdaxilələrdan çəkinmək lazımdır.
- Uzun müddət davam edən hipertoniya xəstəliyinin ağırlaşmalarını müəyyən edin (kardiomiopatiya, işemik insult, nefropatiya)
- Qan təzyiqi pis kontrol edilən, məs., AQT>180/110, xəstələrdə planlı cərrahi müdaxilələr təxirə salınmalıdır.
- Əməliyyat öncəsi dərmanların istifadəsinə dair tövsiyələr:
Beta blokatorlar
- qəbul etməyə davam edilməli və cərrahi müdaxilənin səhəri qəbul olunmalıdır (əks göstəriş olmasa)
AÇFİ-ları
- Cərrahi müdaxilənin səhəri bu dərmanların qəbulu dayandırılır. Lakin, xəstənin AQT pis kontrol edilirsə, yəni Sistolik QT>180 və ya Diastolik QT>110 mm c.s., bu zaman həmin dərmanların qəbulu mümkündür.
ARB-ları
- cərrahi müdaxilənin səhəri bu dərmanların qəbulu dayandırılır.
Diuretiklər (sidik qovucular)
- cərrahi müdaxilənin səhəri bu dərmanların qəbulu dayandırılır.
Kalsium kanallarının blokatorları
- cərrahi müdaxilənin səhəri bu dərmanların qəbulunun dayandırılması nəzərdən keçirilə bilər.
Klonidin
- Qəbul etməyə davam edilməli və cərrahi müdaxilənin səhəri qəbul olunmalıdır. Əgər əməliyyatdan sonra xəstənin NPO (yəni ağızla heç bir şey qəbul etməmə) olması düşünülürsə, bu zaman əməliyyatdan əvvəl transdermal klonidin plastırın istifadəsi nəzərdən keçirilə bilər.
Postoperativ (əməliyyatdan sonra müayinə)
- Əməliyyatdan sonra müşahidə edilən hipertenziyanın səbəbini müəyyənləşdirmək vacibdir: ağrı, alkoqolun qəbulunun dayandırılmasızamanı meydana çıxan kəsmə sindromu, esensial hipertoniya xəstəliyi və s.
- Hipotenziya yəni qan təzyiqinin aşağı düşməsi əməliyyatdan sonra tez-tez müşahidə ediləndir. Buna səbəblər sırasında - qan itkisi, sedasiya, ağrıkəsici dərmanların istifadəsi və yataqda uzun müddət istirahəti qeyd etmək olar.
- Əməliyyatdan sonra hipotenziv (qan təzyiqini aşağı salan) dərmanlar ehtiyyatla yenidən başlanmalıdır:
Beta blokatorlar
- Cərrahi müdaxilədən sonra onların qəbulu davam etdirilə bilər. Lakin simptomatik hipotenziya və ya bradikardiya olduqda, qəbulu dayandırılmalı və ya dozası aşağı salınmalıdır. Adətən sistolik AQT<100 mm c.s. olduqda və ya Ürəyin vurma tezliyi <60/dəqiqədən az olduqda, beta-blokatorların verilməsi müvəqqəti olsa da dayandırılmalıdır. Lakin, bütün hallarda dərmanların verilməsi və ya dayandırılmasına dair qərar hər bir xəstə ilə bağlı fərdi qaydada qəbul edilməlidir.
AÇFİ-ları və ARB-ları
- Əgər bu preparatlar yalnız Hipertenziya üçün verilirsə, əksər hallarda əməliyyatdan sonra Sistolik AQT<120 mm c.s.-dan az olduqda, onların yenidən başlanmasına ehtiyac duyulmur.
Diuretiklər (sidik qovucular)
- Böyük cərrahi müdaxilələrdən sonra ilk bir neçə gün ərzində sidik qovucu preparatların verilməsi tövsiyə edilmir. Bu dərmanların verilməsi nəzərdən keçiriləndə, xəstələrdə hipovolemiya və hiponatremiya riskinin artması da qabaqcadan düşünülməlidir.
Kalsium kanallarının blokatorları
- Cərrahi müdaxilədən sonra onların qəbulu davam etdirilə bilər. Lakin simptomatik hipotenziya və ya bradikardiya olduqda, qəbulu dayandırılmalı və ya dozası aşağı salınmalıdır. Adətən sistolik AQT<100 mm c.s. olduqda və ya Ürəyin vurma tezliyi <60/dəqiqədən az olduqda, kalsium kanallarının blokatorlarının verilməsi müvəqqəti olsa da dayandırılır.
Klonidin
- Cərrahi müdaxilədən sonra ya tabletka, ya da transdermal plastır kimi qəbulu davam edilir. Əks təqdirdə, xəstələrdə AQT-nin kəskin qalxması müşahidə edilə bilər.
NPO STATUSU OLAN VƏ YA PER ORAL QƏBULU DAYANDIRILMIŞ XƏSTƏLƏRİN MÜALİCƏSİ.
Çox vaxtlarda əməliyyatdan sonrakı xəstələr bir müddət NPO statuslu olur - yəni ağızla heç bir şey qəbul etmir. Aşağıdakı venadaxili və transdermal preparatlar hipertenziyanın müalicəsi üçün istifadə edilə bilər:
Metoprolol
- 5 mq VD hər 4-6 saatdan bir. Arzu edilən AQT və ürək döyüntüsü sayına uyğun titrə etmək olar.
Labetalol
- 20-80 mq V hər 5-10 dəqiqədən bir. Maksimum 300 mq istifadə etmək tövsiyə edilir.
Nitroqliserin
- VD infuziya 5 mcq/dəqiqəyə. Arzu edilən AQT səviyyəsinə titrə etmək olar.
Hidralazin
- 20 mq VD. Hər 20 dəqiqədən bir təkrarlana bilər, tələb olunsa. Əgər efekti yoxdursa, digər preparat istifadə edilə bilər. Koronar arteriyaların xəstəliyi olanlarda ehtiyyatla istifadə etmək tövsiyə edilir
Esmolol
- İlk dəqiqədə 500 mkq/kq dozada verilir, sonra isə 50-300 mkq/kq/dəqiqəyə dozada davam etdirilir. Esmolol adətən kontrol edilməsi çox çətin olan hallarda istifadə edilir və dəqiqə-bə-dəqiqə titrə edilmə tələb olunur.
- Qeyd: bütün hallarda uzun müddətli təsirə malik olan preparatların istifadəsinə üstünlük verilir.
Nikardipin
- Daha çox neyrocərrahi xəstələrdə istifadə edilir.
MÜZAKİRƏ VƏ ƏSAS MƏQAMLARIN TƏKRARLANMASI.
- Hipertenziya böyük kardioloji hadisənin baş verməsi baxımından çox da əhəmiyyətli risk faktoru hesab edilmir, lakin hipertenziya əməliyyatdaxili qan itkisi baxımından yüksək risk faktorudur. Hipertenziya həmçinin perioperativ dövrdə miokardın işemiyası hadisələrinin baş verməsi riskini artırmış olur.
- Müasir tədqiqatlar göstərir ki, qan təzyiqi 180/110-dan yuxarı olduqda cərrahi müdaxilənin təxirə salınması əsassızdır. Lakin, əksər anestezioloqlar sistolik AQT 180-dan və ya diastolik AQT 110-dan yuxarı olan xəstəni cərrahi əməliyyata götürməkdən çəkinir. Bəzi tədqiqatlar göstərir ki, yuxarı qan təzyiqi göstəriciləri əməliyyatətrafı dövrdə beyin insultu riskini artırmış olur. Bütün hallarda qan təzyiqi riski davamlı olaraq əksər xəstələrdə olur və əməliyyatdan öncə, əməliyyat zamanı və postoperativ dövrdə qan təzyiqinin tənzimlənməsi vacibdir. Xəstənin əməliyyata götürülüb götürülməməsi isə yalnız təzyiqin göstəricilərindən deyil, daha çox əməliyyatın təcililiyi və ya təxirəsalınmazlığı və ya planlı olduğundan da asılıdır. Hətta əməliyyat öncəsi dövrdə kəskin qalxmış AQT dərmanlarla tənzimlənə bilər.
- Lakin, helə cərrahi müdaxilələr var ki, onların həyata keçirilməsində AQT-nin çox mükəmməl kontrol edilməsi mühüm əhəmiyyət kəsb edir. Həmin müdaxilələrdə qanaxma riski yüksək olduğundan qan təzyiqinin kontrolda saxlanması əhəmiyyətlidir. Məsələn, sifətin plastik cərrahiyyəsi və ya gözdaxili (intraokulyar) cərrahi müdaxilələr, ürək-damar cərrahiyyəsi riskli əməliyyatlardandır. Digər tərəfdən bəzi xəstələrdə AQT-nin kəskin aşağı salınması əksinə problem yarada bilər. Məsələn, beyindaxili təzyiqi yüksək olan xəstələrdə AQT-nin kəskin aşağı salınması onun yuxarı olaraq qalmasından daha təhlükəlidr.
- Eyni zamanda aydın başa düşülməlidir ki, anesteziya komandası tərəfindən tənzimlənən əməliyyat daxili fazada sistolik AQT ambulator təzyiq göstəricilərindən 50 mm c.s. aşağı ola bilər. Buna görə əməliyyatdan əvvəl AQT-nin daha dar çərçivədə nəzarətdə saxlanması əməliyyat zamanı onun düşməsi və nəticədə əlavə maye infuziyası və hətta pressorların vurulmasını tələb edə bilə. Məsləhət görülür ki, sistolik AQT 180-dan və diastolik AQT 110-dan çox deyilsə, əməliyyat günün səhəri AÇF inhibitorları və Anqiotenzin reseptorlarının blokatorlarının qəbulu dayandırılsın.
- AQT-nin tənzimlənməsi üçün dərmanlar seçilərkən, xəstənin evdə istifadə etdiyi dərmanlara üstünlük vermək lazımdır. Lakin, burada xəstənin əməliyyatdan sonra ağızla dərman qəbul edə bilib bilməyəcəyi də təxmin edilməli və gərəkli olduqda venadaxili dərmanlara keçid təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, əməliyyatdan sonra xəstənin bağırsaqlarının funksiyası müəyyən müddətdən sonra bərpa olunur, bu isə dərmanların sovrulmasına da təsir etmiş olur. Bəzən xəstə NPO (yəni ağızla heç nə qəbul etməmək) saxlandıqda belə, bağırsaqların funksiyası kifayət qədər bərpa olunmuş olur və dərmanların absorbsiyası mümkün olur. Bütün hallarda cərrahi komanda ilə müzakirələrin aparılması vacibdir. Ürəyin koronar arteriyalarının xəstəliyi olan xəstələrdə Nitroqliserinə üstünlük verilir (hidralazin isə ikincili dərman kimi istifadə edilə bilər). Venadaxili dərmanlar tələb olunduqda İV metoprolol və ya labetalol istifadə edilə bilər. Lakin hətta kardioselektiv beta blokatorlar olmasına baxmayaraq, bu preparatlar kəskin astma və ya ürəyin dekompensasiya olunmuş çatışmazlığı olan xəstələrdə ehtiyyatla istifadə edilməlidir.