A. BİRİNCİLİ MÜAYİNƏ.
1. Tənəffüs yolları.
- əgər hospitalaqədərki mərhələdə intubasiya olunubsa, mütləq şəkildə intubasiya borusunun düzgün yerləşməsini təsdiq etmək üçün döş qəfəsinin rentgeni təcili əldə olunmalıdır. Əgər intubasiya olunmayıbsa, xəstənin intubasiyasına ehtiyacın olub olmadığını qiymətləndirmək gərəkdir.
- İntubasiya olunmuş bütün xəstələrdə nəfəs vermənin sonunda CO2-nin həcminin davamlı monitorinqi təmin edilməlidir. İntubasiya olunmuş xəstələrin hamısında nəfəs vermənin sonunda CO2-nin həcmi hər 15 dəqiqədən bir qeyd edilməlidir. Bu monitorinq xəstələrin tam stabil olmasınadək davam etdirilməlidir.
- İntubasiya olunmuş bütün xəstələrə Nazoqastrik və ya Oroqastrik zond yerləşdirilməlidir.
2. Nəfəs alma.
- Döş qəfəsinin auskultasiyası vasitəsilə hər iki tərəfdə tənəffüs səslərinin olmasına əmin olmaq və hamıya elan etmək.
- Oksigenin saturasiyasını nəbz oksimetriyası ilə monitorinq etmək.
- Əgər pnevmo- və ya hemotoraksın olmasına şübhə varsa, döş qəfəsi daxilinə dərhal boru yerləşdirilir. Çalışmaq lazımdır ki, döş qəfəsi daxilinə boru CXR-dən (döş qəfəsinin rentgenindən) əvvəl yerləşdirilsin.
- Arteriyal qan qazlarının analizi üçün dərhal a.radialis və ya bu mümkün olmadıqda a.femoralis-dən arteriyal qan əldə olunmalı və laboratoriyaya göndərilməlidir. Normokapniyanı təmin etmək üçün ventilyatorun rejiminin tənzimlənməsi təmin edilməlidir. Ventilyatorun (süni tənəffüs aparatı) rejimi dəyişdikdə hər dəfə ardınca təkrar Arteriyal Qan Qazlarının təhlili aparılmalıdır.
- CXR yəni döş qəfəsinin rentgeni əldə olunmalıdır.
3. Sirkulyasiya (qan dövranı).
- Xəstələrə mütləq 2 periferik venoz kateter yerləşdirilməlidir. Əgər periferik kateterin yerləşdirilməsi mümkün deyilsə və ya xəstəyə iri miqdarda mayenin köçürülməsi tələb olunursa, bu halda, əgər vaxt varsa, mərkəzi venoz kateterin yerləşdirilməsi tələb olunur. Əgər vaxt yoxdursa, təcili olaraq intraosseos (sümük iliyi daxili) kateter yerləşdirilməlidir.
- Xarici qanaxma mövcud olduqda, onun kompressiya və ya iri həcmli qanaxmalarda turniketin/jqutun qoyulması və ya 8-fiquruna bənzər tikişin qoyulması ilə dayandırılması təmin edilməlidir.
- Hospitalaqədərki dövrdə xəstəyə köçürülmüş mayenin həcmini təyin etmək və erkən qan transfuziyasının təmin olunmasını nəzərdən keçirmək gərəkdir.
- FAST (Focused abdominal sonography for trauma) müayinəsi yəni abdominal travmada fokuslu US müayinəsi aparılmalıdır. Əgər US müayinəsində qarın daxilində və ya çanaqda maye (qan) müəyyən edilməzsə, bu zaman müayinə neqativ deyil məhz qeyrimüəyyən hesab edilməlidir. FAST müayinəsi neqativ olan xəstələrdə dərhal DPL (Diaqnostik Peritondaxili Lavaj) aparılmalıdır.
- Çanağın rentgeni əldə edilməlidir. Əgər ilkin fiziki müayinədə çanaq qeyri-stabildirsə və ya çanağın rentgenində çanaq sümüklərinin sınıqları müəyyən edilirsə, bu halda çanaq dərhal kompressiya altında parça ilə bükülməlidir.
- Laborator analizlər üçün venoz və ya arteriyal qan əldə edilməli və dərhal göndərilməlidir. Qan qrupunun təyin olunması da daxil edilməlidir.
- Əgər daxili qanaxma ilə bağlı narahatçılıq varsa, iri miqyaslı qan və təzə dondurulmuş plazmanın köçürülməsi təmin edilməlidir.
- Qələvi defisiti də təyin edilməlidir. Bu Arteriyal qan qazlarının tərkib hissəsidir.
- Hər bir qeyri-stabil xəstədə hər 15 dəqiqədən bir Hb təyin edilməlidir. Lakin, diaqnostik müayinələrin keçirilməsi üçün Hb-nin nəticəsini gözləmək olmaz.
- Foli kateter sidik kisəsinə yerləşdirilməli və sidikdə gizli və ya əyani qanın olması müəyyən edilməlidir.
4. Əlillik.
- Xəstənin Qlazqo Koma Şkalası üzrə vəziyyətinin qiymətləndirilməsi aparılmalıdır. Bəbəklərin reaksiyası, tam nevroloji müayinə də təmin edilməlidir.
- Beyin yırtığına şübhə olduqda, dərhal Neyrocərrahi konsultasiya əldə olunmalıdır.
- Əgər xəstənin bulunduğu hemodinamik şokun izahı tapılmırsa, bu zaman Boyun onurğasının (cervical) rentgeni əldə edilməlidir. Onurğanın boyun hissəsinin zədələnmələrində spinal və ya neyrogenik şok müşahidə edilir.
5. Xəstənin bütün bədənin müayinəsi.
- Xəstənin bütün paltarları çıxarılmalı və xəstə çılpaq olaraq onun bütün bədəni tam müayinə edilməli, cızılmalar, sınıqlar, çıxıqlar, kəsilmiş və ya penetrasiyalı yaralar və s. müəyyən edilməlidir.
- Xəstələrdə hipotermiyanın baş verməməsinə xüsusi önəm verilir və buna görə köçürülən bütün məhlullar isidilmiş olmalı, xəstə isti ədyalla örtülməlidir.
6. Hospitalda yerləşdirilməsi.
- Əgər intraabdominal qanaxma, iri həcmli torakal qanaxma və ya yuxarı və ya aşağı ətraflardan davam edən qanaxma varsa - xəstə Əməliyyat Otağına aparılır.
- Əgər çanağın sınığı varsa lakin intraabdominal qanaxma iri həcmli deyilsə - xəstə İntervension Radiologiyaya aparılır və orada arterioqrafiya ilə qan damarlarının embolizasiyası təmin edilir. Bəzi xəstələrdə aortadaxili balonun yerləşdirilməsi nəzərdən keçirilməlidir.
- Əgər xəstə stabilləşirsə və Cərrahi əməliyyata və ya İntervension Radioloji müayinəyə ehtiyac yoxdursa, bu zaman İKİNCİLİ MÜAYİNƏYƏ keçmək gərəkdir.
- Metabolik asidoz və ya davam edən qeyri-stabil vəziyyəti olan xəstələr ən əsas görüntüləmə əldə olunduqdan sonra dərhal İntensiv terapiya şöbəsinə qəbul edilməlidir.
B. İKİNCİLİ MÜAYİNƏ (Stabil olan və ya stabilləşmiş xəstələrdə).
- Xəstənin başdan ayağadək tam müayinəsi aparılır.
- Xəstə xüsusi manevrlə (ən azı 3 nəfər tələb olunur manevr üçün) bir böyrü üstünə çevrilir (bu zaman onun boyunu 1 nəfər tərəfindən stabil saxlanmalıdır) və rektal müayinə ilə yanaşı bütün onurğa sütünü palpasiya edilir. Əgər xəstə lövhə üzərindədirsə, həmin lövhə bu manevr zamanı çıxarılır.
- Sınmış və ya travma almış ətrafların hamısı şinalanır. Ortopedik cərrah əlçatandırsa, onun dəvət olunması tövsiyə edilir.
- Görüntüləmə əldə olunur.
- Stabil xəstə görütünləmənin aparılması üçün diaqnostika şöbəsinə nəql edilir.
QEYD: Travma almış xəstələrdə aşağıdakı laborator analizlərin əldə edilməsi nəzərdən keçirilməlidir:
- Qanın ümumi analizi
- CHEM 7 yəni Na, K, Cl, CO2, Cr, Qlyukoza və BUN.
- Hb, Hct
- Amilaza
- Qanda alkoqolun səviyyəsinin təyini
- Beta HCG (beta human chorionic qonadotropin) - hamiləliyin təyin edilməsi üçün 12-60 yaşında olan bütün qadınlarda əldə edilməlidir.
- Qaraciyərin funksional paneli (15 yaşdan aşağı olan bütün uşaqlarda)
- Sidiyin toksikoloji müayinəsi (12 yaşdan yuxarı olan bütün xəstələrdə) və Sidiyin ümumi analizi
- Arteriyal qan qazları
- Qan qrupunun təyini.