İntensiv terapiya və ya reanimasiya şöbəsində, habelə hətta adi terapevtik və ya cərrahi palatada müalicə alan xəstələrdə aşağıdı təsvir edilən kliniki simptomlar və əlamətlər müşahidə edildikdə, dərhal daha təcrübəli həkimlərə məlumatın verilməsi xüsusilə tövsiyə edilir:
- Ürək-damar sistemi:
- Qan transfuziyası tələb olunduqda.
- Aritmiya:
- Yeni ritm dəyişikliyi
- Hipotenziya ilə birgə müşahidə edildikdə (sistolik AQT <90 mm c.s.)
- Ritm pozuntusu farmakoloji və digər terapevtik müdaxilə tələb etdikdə.
- Yeni və ya izah edilməyən hipotenziya (sistolik AQT <90 mm c.s.)
- Yeni EKQ dəyişiklikləri və ya qanda Troponin/KK (kreatinin kinaza) səviyyəsinin artması ilə müşahidə edilən Miokardın infarktı.
- Yeni vazopressorun (adrenalin, vazopressin, noradrenalin, fenilefrin) tətbiqi və ya dozasının artırılmasının tələb olunması
- Ürək-ağciyər dayanması (ürəyin dayanması)
- Ağciyər (pulmonar):
- Respirator distres, hipoksemiya və ya hiperkarbiya; xüsusilə də, intubasiyanın tələb olunduğu düşünülürsə (TT (tənəffüsün tezliyi)>30, pCO2>60, paO2<55).
- Səbəbi məlum olmayan və xəstənin yatağında aparılan tədbirlərə (larinqeal-traxeal sovurma, xəstənin pozasının dəyişdirilməsi, FiO2-nun müvəqqəti olaraq artırılması) cavab verməyən hipoksiya (SaO2<90%).
- Pnevmotoraks müəyyən edildikdə.
- Stridor və ya tənəffüs yollarının keçiriciliyinin pozulması və ya buna təhlükənin artması.
- Qeyri-invaziv mexaniki ventilyasiyanın (BiPAP, CPAP) aparılması nəzərdən keçirildikdə.
- İntubasiya
- Metabolik və böyrək funksiyasında dəyişikliklər:
- Ağır dərəcəli hiponatremiyanın (Na<125) və ya Hipernatremiyanın (Na>155) inkişafı.
- Davam edən oliquriya (sidik ifrazının ən azı 4 saat müddətində hər saatda 0.5 ml/kq-dan az olması).
- Metabolik asidozun inkişafı (Qələvi defisiti>6, pH<7.2, Laktat turşusu>4).
- Nevroloji pozuntular:
- Qlazqo Koma Şkalası üzrə xəstənin huşunun ən azı >2 xal aşağı düşməsi.
- Terapevtik müdaxilə tələb edən kəllə-daxili təzyiqin >20-dən çox artması
- Yeni fokal nevroloji defisit.
- İnfeksiya:
- Yeni antibiotikin başlanması
- Cərrahi:
- Cərrahi yaranın açılması və ya cərrahi yara ağırlaşması
- Cərrahi yaranın infeksiyası
- Yara və ya cərrahi kəsik ətrafında eritema, sellulit
- Ümumi məsələlər:
- Tibbi və ya cərrahi müalicədə səhvlər və ya müdaxilə tələb edən yatrogenik səhvlər
- Xəstənin ailəsi ilə mühüm həyati vacib məsələlərin müzakirəsi
- Daha kompleks qərarların qəbulu tələb olunduqda.