Osteomiyelitin müalicəsinə dair klinik tövsiyələr

Giriş.

Osteomiyelit heterogen infeksiyalar qrupuna aiddir və xroniki gedişatı, mikrobioloji xüsusiyyətləri və başlanma mənbəyindən asılı olaraq klassifikasiya edilir. Bura hematogen yolla yayılan infeksiya, artıq infeksiyalaşmış ocaqdan inkişaf edən infeksiya, post-travmatik infeksiyalar və yad cismin/materialın mövcudluğu ilə müşahidə edilən infeksiya halları daxil edilir. Əksər infeksiyaların S.aureus tərəfindən törədilməsinə baxmayaraq, osteomiyelitin mikrobiologiyası çox mürəkkəb ola bilər və adətən infeksiyanın mənbəyi, xronikliyi və müxtəlif yad və ya protez materialların mövcudluğundan asılı ola bilər.

Osteomiyelitin kliniki xüsusiyyətlərinin müxtəlifliyi universal qaydaların tətbiqinə imkan verməsə də, burada osteomiyelitlə ağırlaşmış infeksiyaların müalicəsinə dair əsas baza prinsiplərin izah edilir və bu təlimatlar istənilən infeksiyalara şamil edilə bilər. Bütün infeksiyalar mütləq şəkildə infeksiyalaşmış və nekrotizləşmiş sümüklərin cərrahi yolla təmizlənməsi ilə müalicə edilməlidir. Osteomiyelitə tutulmuş sümüyün cərrahi yolla təmizlənməsi və ya kəsilib götürülməsi nəticəsində boş qalmış sahə mütləq olaraq digər sahələrdən götürülmüş sümük transplantatı və ya donor sahədən götürülmüş əzələ toxuması ilə doldurulmalıdır. Bütün hallarda revasklulyarizasiyanın təmin edilməsi məqsədilə yumşaq toxuma ilə defektin örtülməsi tələb olunur. Osteomiyeliti olan xəstələrin uzun müddətli antibiotik terapiya alması da tələb olunur. Antibiotik seçimində əkmə üçün sümükdən götürülmüş nümunələrdən müəyyən edilmiş mikroorqanizmlər və onların antibiotikə həssaslığı nəzərə alınmalıdır.

  

 

Xüsusi tövsiyələr: 

 

 

 

Şəkil. Cərrahi təmizlənmə və ya işlənmədən sonrakı vəziyyət. Diqqət yetirin ki, 5-ci barmaq amputasiya olunmuşdur. 

Və yaradan hələ də nekrotik toxuma qalmaqdadır.