Odlu silahla sümük və onurğa yaralanmaları: diaqnostika, ilk yardım və cərrahi müalicə

 

Giriş
  • Epidemiologiya
    • Azərbaycanda odlu silah yaralanmaları daha çox müharibə dövrü ilə bağlıdır. Lakin, atəşkəs dövründə erməni silahli qüvvələri tərəfindən atəşkəsin pozulması zamanı, habelə snayperlər tərəfindən hərbçilərin və hətta hərbi zonada yaşayan əhalinin hədəflənməsi nəticəsində hər il yüzlərlə odlu silah yaralanmaları qeydiyyata alınır. 
    • İri şəhərlərdə odlu silah yaralanmaları daha çox bu silahlardan düzgün istifadə edilmədikdə və ya silahların uşaqların əlinə keçməsi nəticəsində baş verir. 
    • ABŞ-da məsələn, gənclər arasında ölümə səbəblər sırasında odlu silah yaralanmaları ikinci yeri tutur. 
  • Mexanizm
    • güllənin yaralama bacarığı onun kinetik enerjisindən asılıdır
    • zədə daha çox güllənin toxumalardan keçməsi, ikincili şok dalğası və güllənin keçdiyi yerdə boşluğun yaranması ilə əlaqəlidir
    • güllənin sürəti artıqca, zədələnmə dərəcəsi də artır. 
    • odlu silah yaralanmalarında sümük sınıqları güllənin bir başa təsiri olmadan da baş verə bilər.
Təsnifat
  • Aşağı sürətli
    • lülə sürəti <350 metr/saniyə olan silah
    • əksər tapancalar (maqnum istisna olmaqla)
  • Orta dərəcəli sürəti olan silahlar
    • lülə sürəti 350-500 metr/saniyə
    • ov tüfəngi
  • Yüksək sürətli silahlar
    • lülə sürəti >600 metr/saniyədə olur
    • hərbi silahlar və bəzi ov tüfəngləri
    • İnfeksiya riski yüksək olur
      • zədələnmə zonasının böyüklüyü və ölmüş toxuma həcminin çox olması ilə bağlıdır.
Klinika
  • Simptomlar 
    • ağrı, deformasiya
  • Fiziki müayinə
    • Neyro-vaskulyar müayinə çox diqqətlə aparılmalıdır
    • kompartment sindromunun mümkünlüyü nəzərdən qaçmamalıdır
      • yüksək sürətli odlu silahla zədələnmə nəticəsində əzələdaxili ödem nəticəsində baş verə bilər.
    • bütün yaralar müayinə edilməli və qeydə alınmalıdır, onların giriş/çıxış deşikləri markirovka olunmalıdır
      • nəzərə almaq lazımdır ki, hətta aşağı sürətli silahlar nəticəsində sümük və yumşaq toxuma zədələnmələrinin miqyası böyük ola bilər.
Müayinə
  • Radioloji görüntüləmə 
    • Sümüklərin zədələnməsi və ya sınıqların təyin edilməsi üçün əldə edlir
  • KT görüntüləməsi 
    • oynaqdaxili güllə və ya mərminin təyin edilməsi məqsədilə aparılır
    • visseral orqanların zədələnməsini təyin etməkdə yardım edir
    • çanaq və ya onurğanın sınıqlarında bağırsaqların zədələnməsi riski yüksək olduğundan KT görüntüləməsinin əldə olunması xüsusi əhəmiyyət kəsb edir. 
Müalicə
  • Qeyri-cərrahi, konservativ 
    • lokal müalicəsi, tetanus vaksinin və qısa müddətli antibiotik terapiyası 
      • göstərişlər
        • sümüklərin zədələnməməsi ilə müşahidə edilən aşağı sürətli silahla yaralanmalarda 
        • yaraların birincili bağlanması yolverilməzdir, çünki infeksiya riski çox yüksəkdir. 
        • antibiotik terapiyasının faydası mübahisəli məsələ olmasına baxmayaraq, antibiotiklərin verilməsi tövsiyə olunur. 
  • Cərrahi müdaxilə 
    • Açıq repozisiya və daxili fiksasiya/xarici fiksasiya
      • göstərişlər
        • qeyri-stabil və cərrahi müdaxilə tələb edən sınıqlar olduqda
        • damar və ya sinirlərin zədələnməsi ilə müşahidə edilən sınıqlarda ətrafların stabilizasiya aparılır
        • yüksək sürətli zədələnmələrdə yumşaq toxumaların stabilizasiyası aparılır
          • xeyli kontaminasiya və ya çirklənmiş olan yaraların cərrahi işlənməsi aparılmalı və bu növ yaralara qayğı açıq sınıqların müalicəsi qaydalarına əsasən aparılmalıdır.
    • artrotomiya
      • göstərişlər
        • oynaqdaxili mərmi
        • lokal iltihab, artrit və qurquşunla intoksikasiyaya (plumbizm) səbəb ola bilər
        • sistemli təsirə neyrotoksiklik, anemiya, qusma, abdominal sancılar daxildir.
Bud sümüyünün odlu silah yaralanmaları
  • Operativ cərrahi müalicə 
    • intramedulyar millə fiksasiya
      • göstərişlər
        • odlu silah yaralanması nəticəsində bud sümüyünün diafizinin sınığı
        • dərhal yaranın səthi cərrahi işlənməsi və milin yerləşdirilməsi ilə fiksasiyası 
        • bitişmə və infeksiyalaşma ilə bağlı nəticələr qapalı sınıqlarla eynidir. 
    • xarici fiksasiya
      • göstərişlər
        • yüksək sürətli odlu silah yaralanmaları və ya yaxından atılan güllə yaraları
        • yumşaq toxumaların aqressiv cərrahi işlənməsi və stabilləşdirilməsi vacibdir
        • damarların zədələnməsi 
        • zədələnmiş ətrafların müvəqqəti stabilləşdirilməsi təmin edilir ki, daha sonra intramedulyar millə fiksasiya aparılsın.
Onurğanın odlu silahla yaralanması
  • Qeyri-cərrahi müalicə
    • geniş spektrli İV antibiotilərin 7-14 gün ərzində verilməsi
      • göstərişlər
        • əgər onurğanın odlu silahla yaralanması daxili visseral orqanların deşilməsinə də səbəb olubsa.
  • Operativ və ya cərrahi müdaxilə
    • cərrahi dekompressiya və güllə fraqmentinin/mərminin çıxarılması
      • göstərişlər
        • əgər radioloji görüntüləmədə müəyyən edilən nevroloji kompressiyaya uyğun nevroloji defisit müşahidə edilirsə.